Category: Şou Biznes

  • “Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi”

    Axşam.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi həmin an ailəsi ilə Türkiyədəki evində olduğunu bildirib:

    “Təbii fəlakətlər heç kimin qarşısına keçə bilməyəcəyi bir andır. Allahla baş-başa qaldığınız bir məqamdır, dua etməkdən başqa çarə yoxdur. Yaxşı ki, 13 saniyə davam etdi. Zəlzələ zamanı evdə idik. Və çox qəribədir ki, həmin anda mən donub qalıram. İnsanlar nəsə tədbir görürlər, qaçırlar. Amma mən donuram və ağappaq ağarıram. Əslində həyət evində yaşadığım üçün təhlükəsizlikdəyəm, amma o zəlzələni necə də hiss etdik. Bir dəqiqə davam etsəydi, pis hadisələrə səbəb ola bilərdi. Zəlzələ anında uşaqları çağırdım, həyat yoldaşım Ceyhun heç yadıma da düşmədi. Niyə yalan deyim ki? Deyəsən, evdə yatırdı”.

    Qeyd edək ki, İradə İbrahimova Ceyhun İzər adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün İpək və Əli adlı iki övladı var.

  • Konsert zamanı gödəkçəsi yandı – VİDEO

    Rusiyalı müğənni Filipp Kirkorovun Sankt-Peterburqdakı konserti zamanı gödəkçəsinin qolu yanıb.

    Bu barədə “Moskva 24” telekanalı məlumat yayıb.

    Hadisə ifaçı səhnədə olarkən arxasından fişənglərin işə düşdüyü zaman baş verib. Kirkorov şou zamanı yandığını hiss edərkən qışqırmağa başlayıb.

    Konsert qısa müddətə dayandırılsa da, sonra davam etdirilib.

    Sənətçi daha sonra xəsarət almadığını və hər şeyin qaydasında olduğunu bildirib.

    Görüntüləri təqdim edirik:

  • “Avroviziya 2025″in finalında Azərbaycan adından xalları Safura Əlizadə elan edəcək

    69-cu “Avroviziya” Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.

    Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.

    Safuranın bu dəfə xal təqdimatçısı qismində “Avroviziya” səhnəsinə qayıdışı onun bu müsabiqə ilə bağlarını və sənət yolunda sabitliyini nümayiş etdirir. Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2010 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.

    Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci “Avroviziya” Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.

    Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.

  • Mahsun xəstəxanaya yerləşdirildi

    Türkiyəli sevilən müğənni Mahsun Kırmızıgül xəstəxanalıq olub.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhhətində problem yaranan sənətçi həkimə müraciət edib.

    Sürətli ürək döyüntüsündən əziyyət çəkən Mahsun xəstəxanada nəzarət altına alınıb.

    İlkin məlumatlara görə hazırda sənətçinin səhhəti normaldır.
    //azxeber.com

  • Flora Kərimovanın SƏSİ BATDI

    Xalq artisti Flora Kərimovanın səsi batıb.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə verilişlərin birində məlumat verilib.

    “Əməkdaşlarımız indi Flora xanımla əlaqə saxladı. Nasazdır, səsi batıb. Danışa bilmir. Özünüzü qoruyun. Siz bizə lazımsınız”.

  • Flora Kərimovanın səsi batıb

    Xalq artisti Flora Kərimovanın səsi batıb.
     
    Median.Az xəbər verir ki, bu barədə “Xəzər axşamı” verilişində aparıcı Mətanət Əliverdiyeva bildirib:
     
    “Əməkdaşlarımız indi Flora xanımla əlaqə saxladı. Nasazdır, səsi batıb. Danışa bilmir. Özünüzü qoruyun. Siz bizə lazımsınız”.

  • Səidənin yeni mahnısı plaqiat çıxdı

    Müğənni Səidə Sultanın iki həftə əvvəl təqdim etdiyi “Kimə kimdən danışırsan” mahnısının plaqiat olduğu iddia edilib.

    Mahnının giriş hissəsinin 2018-ci ildə təqdim olunan Eqor Krid və Filipp Kirkorovun “Цвет настроения черный” (Əhvalımın rəngi qaradır) mahnısı ilə eyni olduğunu müəyyən edilib.

    Bu haqda sosial media hesabında məlumat verən bloger Yusif Cəfərzadə hər iki mahnıdan həmin hissələri paylaşaraq Səidənin mahnısının plaqiat olduğunu bildirib.
    //azxeber.com

  • Elşad Xose uzun müddətdən sonra həyat yoldaşı ilə – VİDEO

    Məşhur reper Elşad Xose uzun müddətdən sonra həyat yoldaşı ilə görüntülənib.

    Sənətçi tədbirlərdən birində “İncə səhər” verilişinin obyektivinə tuş gəlib.

    Reper əvvəl baş tutacaq konsertindən danışıb. Daha sonra isə şəxsi həyatı ilə bağlı verilən sualları cavablayıb.

    Xose yeni ev aldığını qeyd edib. Reper sosial şəbəkələrdə elə də çox görünmədiyini vurğulayıb.

    Xatırladaq ki, Xose 2021-ci ilin dekabrın 21-də nikah məclisi təşkil edərək xanımı ilə həyat yollarını birləşdirib.

    Bu, Elşad Xosenin ikinci evliliyidir. O, 2012-ci ildə rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurub. Cütlük 6 ay sonra boşanıb.

    Ətraflı videoda:

  • Kianu Rivzin növbəti rolu məlum oldu

    Hollivud ulduzu Kianu Rivz “Dogstar” və “Weezer” rok qruplarının rəqabətindən bəhs edən sənədli filmdə rol alacaq.

    Bu barədə insayder Ceff Snayder məlumat yayıb.

    Onun sözlərinə görə, “Con Uik” filminin ulduzu bu yaxınlarda çəkiləcək layihədə əhəmiyyətli yer alıb.

    Rollarda, həmçinin Culyetta Lyuis, Erik Andre, Conni Noksvill və Ben Şvarts, eləcə də hər iki qrupun üzvləri çəkiliblər.

    Filmin rejissorları “Paranormal hadisə” filmləri ilə tanınan Henri Cust və Ariel Şulman olacaq.

    Qeyd edək ki, “Weezer” rok qrupu 1990-cı illərin əvvəllərində yaranıb və ilk çıxışını 1992-ci ildə Los-Ancelesdə “Dogstar”ın konsertində açılış qrupu kimi edib. Kianu Rivz özü də “Dogstar”ın üzvü olub.

  • Müğənni Kərimin ölkədən çıxışına qoyulan qadağa aradan götürüldü

    Müğənni Kərim Abbasovun ölkədən çıxışına qoyulan “stop” aradan qaldırılıb.

    Bu barədə müğənni öz “Instagram” hesabında paylaşım edib.

    Kərim hava limanından görüntü yayımlayaraq Rusiyaya getdiyini göstərib. “Gedək, tur ataq, beynimiz dincəlsin. Daha yerdə gəzmək bəsdir”, – deyə o bildirib.

    Qeyd edək ki, müğənni Kərim Abbasovun ötən ilin sentyabrında toy məclislərindən birində döyülməsi xəbəri ilə gündəmə gəlib. Onun fonoqram oxuduğu üçün toyda olan qonaqlar tərəfindən döyüldüyü iddia olunub. Barmağı zədələnən ifaçıdan qarşı tərəf də polisə şikayət edib.

    Daha sonra o, verilişlərdən birində ölkədən çıxışına “stop” qoyulduğunu bildirib.