Category: Şou Biznes

  • Axtarışda olan Hüseyn Həsənova qarşı iddia – Milyonlarla təzminat tələb olunur

    “İnsayt lyudi” prodüser agentliyi bloqer Hüseyn Həsənova qarşı 21 milyon rubl (təxminən 445 min manat) məbləğində iddia qaldırıb.

    Bu barədə “KP-Peterburq” nəşri məlumat verib.

    Nəşr qeyd edir ki, sənəd arbitraj məhkəməsinə hələ 2025-ci il aprel ayının sonunda daxil olub. Məhkəmənin saytında göstərilib ki, bloqer “müəyyən ödənişli xidmətlərin göstərilməsi üçün müqavilələr üzrə öhdəlikləri” yerinə yetirməyib. Digər detallar məlum deyil.

    İş üzrə məhkəmə iclası iyulun 2-nə təyin olunub.

    Nəşrin verdiyi məlumata görə, Həsənov “İnsayt lyudi” firması ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 2022-ci ildə bloqer şirkət tərəfindən Sankt-Peterburq və Moskvada təşkil edilən bir neçə tədbirdə iştirak edib.

    Mayın 14-də məlum olub ki, bloqer qiyabi həbs edilib və onu 7 ilə qədər həbs cəzası gözləyir. Hüseyn Həsənova qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılıb. Bloqerin özü vergi borcunun olmadığını bildirib.

    İstintaqın versiyasına görə, 2019-2021-ci illərdə bloqer ümumilikdə 170 milyon rubldan (3 milyon 600 min manatdan çox) çox məbləğdə vergi ödəməyib. Eyni zamanda o, vəsaitlərin bir hissəsini – 20 milyon rubldan (təxminən 424 min manat) çox pulu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.
    //oxu.az

  • Kameralar Madonnaya yönəldi: “Netflix” ulduzun həyatını ekranlaşdırır

    Məşhur amerikalı müğənni Madonna rejissor Şon Levi ilə birlikdə həyatından bəhs edən mini-serial üzərində işləyir. Layihə “Netflix”də yayımlanacaq.

    Bu barədə Deadline məlumat yayıb.

    Qeyd olunur ki, Madonnanın həyat və musiqisindən bəhs edəcək serial hazırda ilkin hazırlıq mərhələsindədir. Layihənin sənətçinin karyerasının hansı dövrünü əhatə edəcəyi hələlik məlum deyil. Həmçinin onun ssenarinin yazılmasında iştirak edib-etməyəcəyi də dəqiqləşdirilməyib.

    Rejissor Şon Levi 2024-cü ildə “Deadpool and Wolverine” filmini təqdim edib və daha əvvəl “Night at the Museum”, “Pink Panther” və digər filmlər üzərində işləyib.

    Məlumata görə, serialın Madonnanın həyatına dair daha əvvəl “Universal” studiyası tərəfindən hazırlanmış tammetrajlı bioqrafik filmə heç bir aidiyyəti yoxdur. Sözügedən film barədə 2020-ci ildə məlumat verilmişdi. 2023-cü ildə filmin çəkilişləri dayandırılsa da, 2024-cü ilin iyul ayında yenidən bərpa olunacaq. Madonna rolunu oynamaq üçün aktrisa Culiya Qarner dəvət olunub.

  • Ramaldan danışıb ağladı – VİDEO

    Xalq artisti Mələkxanım Eyubova qardaşı oğlu, müğənni Ramal İsrafilovdan danışarkən kövrəlib. 

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ramala olan həssaslığından danışıb. 

    “Ramalı o qədər çox istəyirəm ki… O, tənbəl deyil, elə desək, haqsızlıq olar. Tənbəl olsaydı, o boyda əsərlər yaratmazdı. Sadəcə hər efirə getmir, görünmür. İzzət Bağırovun verilişinə getməmişdən öncə Ramalla danışdım, dedi, gəlib götürəcəklər, istəyirsən səni də götürüm?

    Dedim, yox, amma özü gecikdi efirə. Düşünürdülər ki, ona hirslənəcəyəm. Ramal gəldi, üzündə şeytan tükü var, qucaqladım, kövrəldim (ağlayır – red.). Qardaşım rəhmətə gedəndən sonra düşünürəm ki, onlarla daha da yaxın olmalıyam. Yadıma qardaşım düşdü, dedim qardaşımın yadigarlarıdır. Onları çox sevirəm. Bacı, qardaşıma verə bilmədiyim sevgini balalarında tapıram”, – Xalq artisti qeyd edib.

  • P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı

    İnsan alveri, çoxsaylı zorlama və pedofiliyada ittiham olunan dünyaca məşhur reper P.Diddinin məhkəməsi başlayıb.

    Məhkəmənin ilk günündə striptizçi və eskort kimi işləyən 41 yaşlı Daniel Philippe dindirilib.
     
    O, Diddinin müntəzəm olaraq intim məqsədlər üçün istifadə edilən çoxlu sayda körpə yağı şüşələri saxladığını, Diddinin onu reperin keçmiş sevgilisi Kessi Ventura ilə 6 dəfə cinsi əlaqəyə girməyə məcbur etdiyini, həmçinin müğənninin bunu videoya çəkdiyini təsdiq edib.
     
    Daniel həmçinin Kessinin döyüldüyünün şahidi olduğunu, P.Diddinin köməkçisini də zorladığını və bir işçini qaçırdığını iddia edib.

    //azxeber.com

  • “Avroviziya” təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR – VİDEO

    “Avroviziya 2025″də ölkəmizi təmsil edəcək “Mamagama” qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini edib.

    İştirakçılarımızın “Run With U” mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər artıq ictimaiyyətə təqdim olunub.

    Qeyd edək ki, “Avroviziya 2025” mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və “Mamagama” qrupu mayın 13-də birinci yarımfinalda 10-cu nömrə altında səhnədə çıxış edəcək.

    Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

    Müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

  • Tolik ata oldu – FOTO

    Aparıcı-prodüser Tarix Əliyev (Tolik) ata olub.

    Bu barədə Tolik özü məlumat yayıb.

    Bu gün qızı üçün 40 mərasimi məclisi keçirən prodüser “Dünyama xoş gəldin, qızım”, – deyə qeyd edib.

    Tolikin xoş günündə dostları, yaxınları, qohumları iştirak edib.

  • Oksana ilk dəfə Şəhriyarla bağlı sualı cavablandırdı – VİDEO

    Aktrisa Oksana Rəsulova ilk dəfə ayrıldığı həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovla bağlı sualları cavablandırıb.

    Median.Az xəbər verir ki, sənətçi oğlu Osmandan danışıb. 

    “Osman gözünü açanda bir məni, bir də xalamı gördü. Daha sonra nənə və babalarını. İndi ondan soruşanda neçə nənən var: deyir 3” deyə, Oksana bildirib. 
    O, Şəhriyarla oğlunun münasibətləri haqda suala isə belə reaksiya verib:

    “Oğludur, övladıdır, məsuliyyəti onun boynundadır. Amma əsas yük xalamın boynundadır. Arada düşünürsən ki, xaladır, doğma nənə deyil. Osmanla onun münasibəti necə belə oldu? Onların arasında o qədər böyük sevgi münasibəti var ki… Xalamın nəvələri var, amma Osmanı daha çox istəyir. Osman deyir ki, ən çox səni istəyirəm, çünki qadınsan. Sonra atasını və xalamı deyir”. (Axşam.az)

  • “Bu hərəkət mədəniyyətimizə qara ləkədir”

    Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

    Median.Az xəbər verir ki, sənətçi aparıcıların proqramlarda sənətkarlarla bağlı yeni ifaçılara verdiyi suallara əsəbiləşib.

    “Bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir. Durub demək ki, bu kimdir, kimin mahnısıdr? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu, sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır. Hər verilişə getmirəm. Sərt danışmaq istəmirəm. Tamaşaçı,15 il incəsənət universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbəri olmayana Canahgir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu, Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq bir qüsur. Bəstəkarları tanımamaqları isə ləkədir. Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir? Bağda oturanda radioda bayram konserti gedirdi. Mənim nəvələrim səs eşidən kimi, dedi nənənin səsidir. Hər kəsin səsi insanların qulağındadır. Bu yaxında bir yerdə mənim səsimi qoydular, ordakılar tapmadı. Bircə, Xatun dedi ki, Nazpərinin səsidir. Bu, hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar, Şövkət Ələkbərova, Nazpəri… Lap sənətkarların, bəstəkarların adını elə adamdan soruşursunuz ki… O, oxuduğu mahnıdan xəbərsizdir, dahiləri necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar və ya yox”.

  • “Avroviziya 2025″in Azərbaycandan olan şərhçiləri məlum oldular – FOTO

    “Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri ifaçı, musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin, televiziya və radio aparıcısı Ağa Nadirov olacaqlar.

    69-cu “Avroviziya” mahnı müsabiqəsi 13, 15 və 17 may tarixlərində saat 23:00-dan etibarən İctimai Televiziyada birbaşa yayımlanacaq.

    Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.

  • Robert De Nironun oğlu cinsiyyətini dəyişdirdi

    Dünya ulduzu aktyor Robert De Nironun oğlu cinsiyyətini dəyişdirib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyor transgender övladına dəstəyini nümayiş etdirib.

    “Mən Aarunu oğlum kimi sevirdim və hər zaman dəstəkləmişəm. İndi də Ayrini qızım kimi sevirəm, hər zaman yanındayam” deyə aktyor bildirib.
    //azxeber.com