Category: Şou Biznes

  • Pişik Günel efirdə çətin anlar yaşadı: Space TV-nin canlı efirində müğənninin paltarı cırıldı — FOTO

    Müğənni Günel Ələkbərova (“Pişik” Günel) canlı yayımda çətin vəziyyətə düşüb.

    Median.Az ölkə.az-a istinadən verdiyi məlumatına görə, “Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində sənətçi mahnı oxuyarkən paltarının “zamok”u çıxıb.

    Sənətçi çətin vəziyyətdən verilişin digər qonağı, əməkdar artist Naibə Allahverdiyevaya sığınmaqla çıxıb.

    Reklam fasiləsindən sonra isə sənətçi başqa bir geyimdə efirə qayıdıb.


  • Aygün və Sevda “mini”ləri ilə diqqət mərkəzində – FOTO + VİDEO

    Paytaxt məkanlarının birində rəqqasə Zaranın təqdimat mərasimi keçirilib.

    Şou-biznesə yeni addım atan sənətçinin təqdimat mərasimində Xalq artisti Aygün Kazımova, Əməkdar artist Röya Ayxan, müğənnilər Miri Yusif, Sevda Yahyayeva, Zamiq Hüseynov, Rəhim Rəhimli, Samir Bağırov və başqaları səhnəyə çıxaraq ona dəstək olublar.

    Sevda Yahyayeva mini qırmızı, Aygün Kazımova isə dərin sinə dekolteli libası və mini şortu ilə diqqət çəkib.

















    /oxu.az

  • İlqar əsəbiləşdi: Kiminləsə yatır, adını süni mayalanma qoyur – FOTO

    Teleaparıcı İlqar Mikayıloğlu sosial şəbəkədə sərt status yazıb.

    Aparıcı, Oksananın süni mayalanma ilə ana olacağı xəbərinə sosial hesabında status yazaraq reaksiya verib.

    İlqar bu addımı atanları ittiham edib:

    “Qadın atasız, süni mayalanma ilə uşaq dünyaya gətirir. Və ya kiminləsə yatır, adını qoyur ki, süni mayalanma elədim. Hər bir halda uşağın atası naməlumdur. “Tupoy” qadın başa düşmür ki, uşaq “vələdüzinna”dır. Və uşağa hamı … kimi baxacaq. Bu uşaq olur … və ömürlük biabır olur.

    Hər şey də qadının axmaq və “tupoy”luğundan irəli gəlir. Uşağa da … oğlu … və ya … qızı … deyəndə bu, artıq təhqir deyil. “Tupoy” ananın məhv etdiyi uşağın reallığıdır”.

    Qeyd edək ki, rəqqasə yayılan xəbərlə bağlı heç bir açıqlama verməyib./azxeber

  • Alt paltarsız verilişə çıxdığı üçün tənqid edilən Könül yenidən efirə qayıdıb

    Aparıcı, aktrisa Könül Yusif qızı “Yarasa” verilişinin bağlanmasından günlər sonra yeni proqramı ilə tamaşaçıların qarşısına çıxıb.

    Könül bu gündən etibarən həftə içi hər gün saat 11-dən 12-yə kimi “Dost süfrəsi” verilişi ilə efirdə görünəcək.

    Xatırladaq ki, Könül Yusif qızı “Yarasa” şousuna geyindiyi alt paltarsız geyimi ilə uzun müddət ölkə mətbuatı və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilmişdi./minval.info

  • Ramiz Məlik Məleykəyə təzminat ödəyəcək – MƏHKƏMƏ QƏRARI

    Bu gün Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

    Məhkəmənin qərarına əsasən, Əsədovanın apellyasiya şikayəti qismən təmin edilib.

    Bu barədə oxu.az-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

    O bildirib ki, qərara əsasən, Ramiz Məlik Əsədova barədə dedikləri ilə bağlı təkzib verməli və 1000 manat təzminat ödəməlidir.

    Qeyd edək ki, M.Əsədova R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyinə görə həmkarından 200 min manat, R.Məlik də eyni iddia ilə ondan 300 min manat təzminat tələb edirdi.

  • Oksana hamilədir – Süni mayalanma ilə ana olacaq (FOTO)

    Tanınmış rəqqasə Oksana Rəsulova hamilədir.

    Rəqqasə ana olacağı günləri sayır.

    Belə ki, Rəsulova hamiləliyinin altıncı ayını yaşayır.

    Uzun müddətdir ana olmaq istəyən sənətçi bu istəyini gerçəkləşdirmək üçün klinikaların birinə müraciət edib. O, süni mayalanma yolu ilə hamilə qalıb.

    Məsələ ilə bağlı rəqqasə ilə əlaqə saxladıq, o sualı eşidər-eşitməz “Bu nə sualdır mənə verirsiniz?” deyərək cavab verməkdən yayınıb.

    Rəqqasə uzun müddətdir mediadan və tədbirlərdən uzaq gəzir. Sənətçi bir neçə aydır sosial media hesabında da yeni fotolarını paylaşmır. Paylaşımlar arasında 2-3 fotoya rast gələ bilərik ki, bu şəkildə də sənətçi üzünün şişkin olduğunu gizlətmək üçün proqramdan istifadə edib.

    Hazırda “Qış nağılı” filminin çəkilişlərində olan Oksananın çəkilişdən paylaşdığı fotolarda kilolu olması və qarnını gizlətməsi də diqqətdən yayınmayıb.

    Rəqqasənin sonuncu paylaşımında yazdığı sözlər də onun hamilə olmasını bir daha təsdiqləyir:

    “Qız üçün ən yaxın ana olmalıdır” cümləsini eşidəndə, bu sözlərin nə qədər dərin mənası olduğuna fikir vermirdim… Amma gec ya tez, hər bir qız övladı bunu anlayır, anlamalıdır”.

    Qeyd edək ki, Oksana Rəsulova sonuncu həyat yoldaşı reper Elşad Xose ilə qalmaqallı şəkildə ayrılıb.

  • ​Namiq Qaraçuxurlu toylara baha getdiyinə görə, aparıcı onun “07” ​maşınını yadına​ saldı – VİDEO

    Şəhla Vakkas ən bahalı meyxanaçının adını açıqlayıb.

    Xəzər TV –nin “O başdan” verilişinin qonaqları meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Xatirə İslam olub. Verilişin aparıcısı Şəhla Vakkas Namiqin meyxanaçılar içində toya ən baha getdiyini bildirib.Bu anda digər aparıcı Müşviq Şahverdiyev meyxanaçının keçmişini yadına salıb:

    “Qoy Namiqin keçmişini yadına salım. Sənin o arxası olmayan “07” markalı avtomobilin yadındadır? Qapısı suvaqdan görünmürdü? Ancaq biz də o vaxt sənin maşınına minəndə fəxr ediridik.”

  • Röyaya məhkəmədən BƏD XƏBƏR: 20 000 manatlıq cərimə

    Bəstəkar Nadir Əzimovla əməkdar artist Röya Ayxan arasındakı məhkəmə yekunlaşıb.

    Publika.az xəbər verir ki, Xəzər Rayon məhkəməsində Nadir Əzimovun haqlı tərəf olduğu qismən qəbul edilib.

    İşin yekununda ifaçının bəstəkara 20 000 manat məbləğində pul cəriməsi ödəyəcəyinə qərar verilib.

    Xatırladaq ki, bəstəkar Röyanı “Darıxdım” mahnısını icazəsiz ifa etdiyinə görə məhkəməyə vermişdi.

  • “Klon”un “Hade”si haqda bilmədiklərimiz – FOTO

    Hamımızın “Klon” serialından “Hade” deyə tanıdığı braziliyalı aktrisa haqda xeyli mif eşitmişik. Bəs aktrisa indi nə edir? Serialdakı obrazı ilə həyatı nə qədər üst-üstə düşüb?

    Median.Az Ciovanna Antonelli barədə bilmədiklərinizi təqdim edir.

    Ciovanna Antonelli 1976-cı ildə Rio De Janeyroda anadan olub. O, kariyerasına 15 yaşında – 1991-ci ildə “Clube da Criança” proqramında assistent olaraq başlayıb.

    Daha sonra seriallarda müxtəlif obrazlar canlandıran aktrisa ilk uğurunu 2000-ci ildə çəkildiyi “Laçoslar ailəsi” serialında qazanıb. O, ifa etdiyi rola görə beş mükafatlandırma mərasimində “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. 

    Aktrisaya ən böyük uğuru isə “Klon” serialı gətirib.O, 2001-ci ildə çəkilişləri başlayan serialdakı obrazına görə səkkiz mükafat qazanıb.

    Sənətçinin bu illərdə eşq həyatı da boş keçməyib. O, Rikardo Medina ilə 2000-ci ilin sentyabr ayında evlənib.

    Ancaq onların bu sevgisi 2002-ci ildə sona yetib. Cütlük həmin ilin fevral ayında ayrılıb.

    Ciovanna ürəyini 2002-ci ildə “Klon”un “Lukas”ı, aktyor Murilio Benesioya verir. Onların üç il davam edən münasibətlərindən isə 2005-ci ilin mayında bir oğlu dünyaya gəlir.

    Elə həmin ilin noyabr ayında isə “Lukas” və “Hade” münasibətlərinə son qoyur.

    Bu ayrılıqdan sonra Ciovannanın adı məşhur iş adamı Aleksandr Assioli ilə hallanır.

    Onun bu münasibəti qısa çəkir və 2005-ci ildə aktrisa amerikalı iş adamı Robert Lokaskio ilə nişanlanır. Lakin Ciovanna bu münasibətdən də üzüağ çıxmır. Onlar dörd ay sonra ayrılırlar.

    2007-ci ildə daha bir biznesmen Artur Fernandes ilə sevgili olan sənətçi onunla 2009-c ildə münasibətini sonlandırır.

    Eyni ildə rejissor Leonardo Noquera ilə evlənən aktrisa 2010-cu ilin oktyabr ayında əkiz qız anası olur. Antonia və Sofia hər iki valideynin soyadını götürüb.

    Cütlük hazırda nikahlarını davam etdirirlər.

    Ciovannanın Murilio Benesiodan (“Lukas”) dünyaya gələn oğlu isə hər iki valideyni ilə yaşayır və onlarla vaxt keçirir.

    Qeyd edək ki, Murilio Benesio Ciovannadan ayrılandan sonra “Klon” serialında “Mel” obrazını canlandıran Melissa Ferraz ilə ailə qurub.

  • “Damla uşaqdır, onunla nə işim olacaq?”

    “Əgər bir insanı məclisə dəvət etmirlərsə, mənim günahım nədir? Bunun günahı toy sahiblərindədir”.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “XL şou”sunda deyib. Sənətçi Damlaya Rusiya toylarında qadağa qoyması xəbərinə aydınlıq gətirib:

    “Ruzini verən Allahdır, mən kiməm? Gəlib deyirlər ki, sən yox, Rəqsanə aparsın toyu. Damla uşaqdır, onunla nə işim olacaq? Qızım yaşdadır. Efirdə dedilər ki, Damla söyləyib, Rəqsanə mənə qadağa qoyub. Mən də cavab verdim ki, yaxşı etmişəm. Mənim heç kəslə işim yoxdur, adımı çəkməsinlər”.