Category: Şou Biznes

  • Elgiz Mənzurəni pərt etdi, müğənni xəbərdarlıq etdi – Video

    ARB-nin “Səhər-səhər” verilişində müğənni Mənzurə Musayeva və Aysel Əlizadə qonaq olub.

    Elgiz Əkbərin Mənzurəyə ünvanladığı “Aysellə sənin fərqin nədir?” sualı onun xoşuna gəlməyib. Müğənni “Yenə başladın? İndi durub verilişdən gedəcəm”,- deyə ona xəbərdarlıq edib”.

    Egiz Əkbər Mənzurəni yaşlı həmkarı ilə müqayisə edib:

    “İşlədiyim redaksiyada 76 yaşlı bir qadın vardı. Bir şey olmamış deyirdi ki, çıxıb gedəcəm. Müdir də cavabında:”Qapı açıqdır” deyirdi…”.

    M.Musayevanın pərt olduğunu görən Aysel aparıcıya səslənib: “Fərqi qoy tamaşaçılar baxıb desin, niyə onu incidirsən?”

    Həmin anın videosunu sizə təqdim edirik:
    //yenicag.az

  • Bu məşhurun babası ikinci dünya müharibəsinin iştirakçısı olubmuş – FOTO

    “Eurovison” təmsilçisi olan müğənni Nigar Camal Qələbə günü münasibəti ilə öz babasını təbrik edib

    Median.Az xəbər verir ki, müğənni öz sosial şəbəkə hesabında babasının şəklini paylaşaraq bu sözləri qeyd edib : “İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. Mənim babam Şahsuvar Heydəroviç Zeynalov müharibə zamanı neft daşınmasının ve saxlanılmasının təhlükəsizliyini təmin etmişdir. Anasi ise Zeynalova Səriyyə Zəngəzurlu Azərbaycan Kommunist Partiyasının Stalin rayonunun birinci deputat xanımı olub. Ad günün mübarək olsun mənim yaraşıqlı babam”.


  • Rövşanə efirdə müğənninin danışıq tərzini məsxərəyə qoydu – VİDEO

    Rövşanə Bektaşi qonağının dilindəki qüsurları bildirərək,onu pərt edib

    Median.Az xəbər verir ki, ARB TV-də “Sirdaş Rövşanə” verilişinin qonağı gənc müğənni İfrat Dünyamalıyev olub. Aparıcı gənc müğənninin oxuduğu mahnılarda “c” səsinin düzgün tələffüz etmədiyini bildirib və gülüb. Müğənni nə qədər çalışsa da,nitqindəki olan qüsuru düzəldə bilməyib.Aparıcı ondan “cücə” sözünü deməsini xahiş edib. Yenə də həmin hərfi səfv tələffüz edən İfrata aparıcı gülərək məsxərəyə  qoyub.

    Verilişdən sözügedən videonu sizə təqdim edirik:

  • Məşhur müğənni qəzaya düşdü – VİDEO

    Müğənni Bahar Lətifqızı gecə saatlarında avtomobil qəzasına düşüb

    Median.Az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Nəticədə müğənninin avtomobili böyük xəsarət alaraq,tanınmaz hala düşüb.B.Lətifqızı sosial şəbəkə hesabında həmin qəzanın görüntülərini paylaşaraq bu sözləri qeyd edib : “Dostlar qorxmayın. Allah istəmədi övladlarım anasız qalsın. Allah hər birimizi qorusun. Amma çox qorxmuşam”.

  • Elgiz Mənzurəni pərt etdi, müğənniyə sərt xəbərdarlıq – VİDEO

    ARB-nin “Səhər-səhər” verilişində müğənni Mənzurə Musayeva və Aysel Əlizadə qonaq olub.

    Median.Az xəbər verir ki, Elgiz Əkbərin Mənzurəyə ünvanladığı “Aysellə sənin fərqin nədir?” sualı onun xoşuna gəlməyib. Müğənni “Yenə başladın? İndi durub verilişdən gedəcəm”,- deyə ona xəbərdarlıq edib”.
    Egiz Əkbər Mənzurəni yaşlı həmkarı ilə müqayisə edib:
    “İşlədiyim redaksiyada 76 yaşlı bir qadın vardı. Bir şey olmamış deyirdi ki, çıxıb gedəcəm. Müdir də cavabında:”Qapı açıqdır” deyirdi…”.
    M.Musayevanın pərt olduğunu görən Aysel aparıcıya səslənib: “Fərqi qoy tamaşaçılar baxıb desin, niyə onu incidirsən?”
    Həmin anın videosunu sizə təqdim edirik

  • Azərbaycan təmsilçisi “Eurovision-2018”-də mübarizəni dayandırıb – Video

    Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

    Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxaraq “X my heart” mahnısını ifa edib. Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib.

    Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiyadır.

    Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışıb.

    Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

    “Eurovision-2018”-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq./apa

  • Bugün “Eurovision 2018”-in birinci yarımfinalıdır – FOTO

    Median.Az xəbər verir ki,Təmsilçimiz Aysel Məmmədova səhnəyə ilk çıxan iştirakçı olacaq. O, “X my heart” mahnısı ilə çıxış edəcək.
    Rusiyanın xalq artisti isə açıqlamasında Azərbaycanı dəstəklədiyini bildirib.

  • Məşhur müğənni vətənimizə qonaq gəldi – VİDEO

    Türkiyənin məşhur müğənnisi Petek Dinçöz bu gün səhər saatlarında Azərbaycana gəlib. 

    Median.Az xəbər verir ki, sənətçi “ARB Şəki” telekanalının Ulu Öndər Heydər Əliyevin 95-ci il dönümü münasibətilə təşkil etdiyi konsertdə çıxış edəcək. 
    Konsert may ayının 9-u Şəki şəhərində baş tutacaq.

  • Elçin Əlibəylinin Maral Tahirqızını verilişindən qovmasına rəsmi münasibət

    Milli Televiziya və Radio Şurası (MTRŞ) Elçin Əlibəylinin aparıcılıq etdiyi “Space” televiziyasının “El bizim, sirr bizim” verilişində baş verənlərə münasibət bildirib.

    Median.Az xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında deyib ki, həmin veriliş Şuranın monitorinq nəzarətinə götürülüb.

    T.Dadaşov qeyd edib ki, verilişdə baş verənlər və aparıcının davranışları təhlil olunub: “Məsələ ilə əlaqədar müvafiq arayış tərtib edilərək rəhbərliyə təqdim olunub.

    Verilişdə aparıcının Maral Tahirqızı adlı şəxsi təhqir etməsi məsələsinə gəlincə, hesab edirəm ki, buna həmin şəxs özü fərdi qaydada münasibət bildirə bilər ki, baş verənləri özünə təhqir hesab edir, ya yox. Bununla belə, sağlam efir mühiti baxımından aparıcıların efirdə hansı məqsədlə olur-olsun insanlarla kobud, efir etikasına zidd şəkildə ittiham etməsi, özünü hakim kimi aparması yolverilməzdir. Əgər verilişə çağırılan şəxs müzakirə olunan mövzuya uyğun səviyyədə deyilsə, onu ora çağırmaq yalnız şou yaradaraq reytinq qazanılmasına xidmət edə bilər. Çox təəssüf ki, bir çox verilişlərdə bizim təcrübəli hesab etdiyimiz illərin aparıcıları müzakirə verilişlərində özlərini tərəf kimi aparırlar. Bu, olmamalıdır. Digər tərəfdən, sağlam müzakirə istisna olmaqla ələ salmaq və ya digər məqsədlər üçün iştirakçıların bir-birinə qarşı qoyulması da qəbuledilməzdir. Çox təəssüf ki, bu cür hallar son vaxtlar tez-tez rastlaşılır.

    Tövsiyə edərdim ki, aparıcılar xarici həmkarlarının praktikası, bu sahədə yazılan ədəbiyyatlarla yanaşı, teleradio yayımı haqqında milli qanunvericiliklə də yaxından tanış olsunlar”.

    Qeyd edək ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.

  • Könül Xasıyeva əsəbiləşdi : “Bundan sonra məsələni hüquqi müstəvidə həll edəcəm”

    Median.Az xəbər verir ki, bunu report-a açıqlamasında xeyli müddətdir səhhətində problemlər olan xalq artisti Könül Xasıyeva deyib.
    O, səhhəti ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılmasından narazılığını bildirib: “Artıq iki dəfə ölüm xəbərim yayılıb. İki dəfə keçdim, görməzdən gəldim. Amma bir daha belə olmayacaq. Əgər haqqımda bir daha əsassız xəbər yayılarsa, bununla bağlı müvafiq orqanlara müraciət edəcəm. Qanunlarla idarə olunan dövlətdə yaşayırıq. Bundan sonra məsələni hüquqi müstəvidə həll edəcəm”.
    Xalq artistinin sözlərinə görə, hazırda özünün və oğlu Kazımın müalicəsi davam edir: “Hər şey qaydasındadır”.
    Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.