Category: Şou Biznes

  • Rəqsanənin qızı işdən çıxarılan baş həkimdən danışdı: “Haramçılığa göz yummayın” – FOTO

    Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova Nəsimi rayonunda 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyevanın işindən kənarlaşdırılmasına münasibət bildirib. Median.Az -ın məlumatına görə, A.İsmayılova məsələ ilə bağlı sosial şəbəkədə bu sözləri qeyd edib:
    “Allaha dua etməyi heç vaxt unutmayın. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. Allahdan başqa heç kəsdən qorxmayın”.
     
    Qeyd edək ki, Nəhayət Əliyeva Aysun İsmayılovanın yaydığı videolardan sonra vəzifədən azad edilib.

  • Hadisə fanatını məhkəməyə verib – FOTO

    Məşhur müğənni Hadisə qorxu dolu anlar yaşayıb

    Median.Az -ın məlumatına görə müğənninin evinə onu sevən fanatlarının biri tərəfindən basqın olub. Hadisənin yaşadığı evin tikanlı hasarından aşaraq evə daxil olmağa çalışan fanat həmin anda mühafizəçilər tərəfindən tutulub. Bu hadisə ilə bağlı müğənni böyük qorxu keçirdib və onu bağışlamayacağını bildirib. Həmin fanatı 3 aydan 1 ilə kimi həbs cəzası gözləyir

  • “Ağsaqqal”ın qız toyu oldu – FOTO

    “Bozbash pictures”də Ağsaqqal obrazı ilə tanınan aktyor Azər Baxşəliyevin qız toyu olub.

    Median.Az xəbər verir ki, bir neçə gün əvvəl cütlüyün nikah mərasimi baş tutmuşdu. Dünən isə qız toyu olub. O, Nigar Seyidova adlı rəssam xanımla ailə qurmağa hazırlaşır. Nigar məclisdən fotoları sosial şəbəkədə paylaşıb. Toyda bir neçə məşhur da iştirak edib.
    Qeyd edək ki, Azər və Nigarın oğlan toyu bu həftə baş tutacaq.


  • Nura Suri Tünzalə Ağayevanın əri haqqında yalanlarını İFŞA ETDİ – FOTO

    Nura Suri Tünzalə Ağayevanın onun haqqında səsləndirdiyi kəskin ittihamlara cavab verib.
    Nura Suri Əməkdar artistin yalanlarını ifşa edib və vaxtı ilə “Bakı Payızı” müsabiqəsində birinci yeri pulla aldğını söyləyib: “Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə və saytlarda dediklərini yutub və ququldan sildirib. Yəqin ki, öz yaddaşından da silinib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm… Tünzalə Ağayeva ilə tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “çox sag ol”.

    Qeyd edək ki, Nura “Hit parad” rubrikasında Tünzalənin özünü hamıdan üstün tutduğunu bildirmişdi. Bundan sonra əməkdar artist Tünzalə Ağayeva ilə Nura Suri arasında gərginlik yaranmışdı. Əməkdar artist Nuranın açıqlamasına belə münasibət bildirmişdi: “Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram. Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən bəhs edir. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram” 

  • “Mən Moskva merinin adamıyam” : Rəqsanədən növbəti qalmaqallı açıqlama – VİDEO

    Xəzər kanalında qonaq olan Rəqsanə həmkarlarına ismarıc göndərib

    Median.Az xəbər verir ki, 5/5 verlişində qonaq olan müğənni bu sözləri deyib : “Mən Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə əcəb də etmişəm. Hələ 3-4 nəfərə də qadağa qoyduracağam”.  Müğənninin qızı isə anasının zarafat etdiyini bildirib. 
    Xatırladaq ki, bir müddət öncə açıqlama verən Damla Rusiyada yaşayan bir həmkarı tərəfindən süni şəkildə onun Rusiyaya girişinə stop qoyulduğunu açıqlayıb. Lakin Damla həmin həmkarının adını çəkməyib. 
    Rəqsanənin bir neçə ildir Moskvada yaşadığından mediada dolanan xəbərlərə görə Damlaya qadağa qoyduran məhz Rəqsanədir. Rəqsanənin həmkarını Rusiya toylarından “burmaq” üçün bu addımı atdığı deyilir.

  • Nİgar Camalın geyimi bu məşhuru xatırlatdı – FOTO

    Eurovision təmsilçimiz Nigar Camalın geyimi diqqət çəkib

    Median.Az xəbər verir ki, əməkdar artist Röya Ayxanın 2015 – ci ildə geyindiyi üst geyiminin eynisi,  Nigarın ötən gün öz sosial şəbəkə hesabında paylaşdığı şəkildəki geyimi ilə oxşar olub. Geyimin eyni olmasi izləyicilər tərəfindən müxtəlif fikirlərlə şərh olunub.


  • Afaqdan yeni CƏSARƏTLİ FOTOLAR: “Utancağam” – VİDEO

    Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub.

    Median.Az xəbər verir ki,lent.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnı yazdırıb: “Bir çoxları deyirlər ki, Afaq Aslan adı gələndə qalmaqal yada gəlir. Bu əsla belə deyil. Mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər təqdim etmişəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Sadəcə bu sənətdə məni gözü götürməyənlər çoxdu. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid edənlərə demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiz”.
     
    A.Aslan daha sonra bildirib ki, yeni fotosessiya da etdirib: “Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm,  yeni şəkillərim müzakirələrə səbəb olacaq”.





  • Elza Samiraya əsəbiləşdi: “Bu insan mənim üçün əhəmiyyətsizdir” – VİDEO

    Əməkdar artist Elza Seyidcahanla müğənni Samira Allahverdinin sözü çəpləşib.

    Median.Az xəbər verir ki, şou-biznesdə yeni qalmaqal yaşanıb.E.Seyidcahan “Xəzər maqazin”ə açıqlamasında tədbirlərin birində Samiranın xoşagəlməz hərəkət etdiyini söyləyib.
    Samiranın adını eşidən Elza əsəbini gizlətməyib: “Mənə aid olmayan bir şey haqqında çox danışmıram. Samira haqda daqnışmaq istəmirəm. Mənim üçün əhəmiyyətsizdir. Bu xanımı tanımıram. Onunla bağlı nə danışa bilərəm? Heyfim gəlir ki, o insan haqqında danışın. Sənətə yeni gələndə bəziləri saatlarla oturub sakitcə gözləyirdilər. İndi isə yersiz kaprizlər edirlər. Bunlar artıq şişiblər, partlamaq üzrədirlər. Burada hamımız birik, niyə belə edirsiniz? Adam uman yerdən küsər. Mən isə buradan ummuram”.

  • Aygün Kazımova bu azərbaycanlı müğənnini “blok”a atdı – FOTO

    Müğənni Səidə Sultan maraqlı açıqlama verib 

    Median.Az -ın məlumatına görə, ifaçı “Açıq pəncərə” verilişində deyib ki, xalq artisti Aygün Kazımova onu sosial şəbəkədə “blok”a atıb: “Kərimi (Kərim Abbasov), Elnuru (Elnur Məmmədov) izləyirəm. Aygün Kazımova yoxdur. Onu instaqramda tapa bilmirəm. Məni blok edib, amma səbəbi barədə məlumatsızam. Bir-birimizə qarşı hörmətimiz var. Bəlkə də, özünün xəbəri yoxdur. Hamıda Aygün xanımın profili göstərir, məndə yox”

  • “Lider”in “məşhur” aparıcısı işdən çıxarıldı

    Lider” TV-də yayımlanan “Yarasa” proqramının aparıcısı, aktrisa Könül Yusifqızı işdən çıxarılıb.

    Bu barədə oxu.az-a “Lider” TV-nin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Yarasa” proqramı qaldığı yerdən davam edəcək. Ancaq aparıcısı Könül Yusifqızı olmayacaq.

    Qeyd edək ki, sözügedən aparıcı efirə uyğun olmayan geyimlərdə çıxması və qeyri-etik ifadələrin işlənməsində həm özünə, həm də qonaqlara nəzarət etməməsi ilə gündəmə gəlmiş, sosial şəbəkələrdə tənqid və təhqir olunmuşdu.