Category: Şou Biznes

  • “Rembo: İlk qan” filminin rejissoru vəfat etdi

    “Rembo: İlk qan”, “Berni ilə həftəsonu” və digər məşhur filmlərin rejissoru olan tanınmış kanadalı sənətkar Ted Kotçeff vəfat edib. Onun 94 yaşı var idi.

    Bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

    Məşhur rejissorun ölüm səbəbi hələlik açıqlanmayıb. Ted Kotçeffin yaxınları bu barədə rəsmi açıqlama verməkdən imtina edirlər və onun itkisini hələ də qəbul edə bilmirlər.

    Qeyd edək ki, Kotçeff iki dəfə evli olub və beş uşaq böyüdüb.

    Gələcək rejissor Toronto Universitetini bitirib. Burada o, “ingilis ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və daha sonra televiziya və radio yayım şirkətində işə başlayıb. Karyerasına səhnə işçisi kimi başlayan Kotçeff sonradan ən gənc dramatik rejissora çevrilib.

    Ted Kotçeffin ilk filmi 1962-ci ildə çəkilən “Tahiti tiaqı” olub. Lakin ona daha geniş tanınma gətirən ekran işi 9 il sonra yayımlanan “Təhlükəli oyanış” filmi idi. Ardınca “Daddi Kravitsin şagirdliyi” filmi Berlin kino festivalında “Qızıl ayı” mükafatını qazanıb və “Ən yaxşı adaptasiya olunmuş senari” nominasiyasında “Oskar”a namizəd olub.

    Ted Kotçeffin Hollivudda tanınan filmləri arasında “Şimal Dallasın 40-cıları”, “Berni ilə həftəsonu”, “Dik və Ceynlə əyləncələr”, “Fövqəladə cəsarət”, “Rembo: İlk qan” və digər məşhur ekran əsərləri yer alır.
    //qaynar.az

  • Məşhur meyxanaçı Balaəli dəymiş zərəri qarşıladı

    “Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam”.

    Median.Az xəbər verir ki, bu sözləri Musavat.com-a tanınmış meyxanaçı Balaəli Maştağalının qəza törədərək avtomobilinə zərər vurduğu şəxs bildirib.

    O qeyd edib ki, zədələnmiş faraların ödənişini meyxanaçı edib və ona dəyən zərər tam ödənilib.

    Qeyd edək ki, ötən gün şikayətçi bildirmişdi ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində “Mercedes Benz G-Class” markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın onun avtomobilinə çırpılıb.

    O, sürücünün tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır – red.) olduğunu görüb. O, meyxanaçı ilə öz aralarında razılığa gəlsə də, Balaəli 200 manatdan artıq pul ödəməyib.

  • Taylor Svift Kanye Uesti məhkəməyə verdi

    Dünyaca məşhur müğənni Taylor Svift reper Kanye Uesti məhkəməyə verib.

    Buna səbəb reperin Sviftin iki məşhur müğənni ilə cinsi əlaqədə olması haqda danışması olub.

    Xatırladaq ki, Kanye Uest “X” sosial şəbəkəsində keçmiş həyat yoldaşı Kim Kardaşyan, Madonna və Svift haqqında bir sıra açıqlamalar verdiyi silsilə yazılar ilə gündəmə gəlmişdi.

    Reper yazılarında Sviftn Castin Biber və Harri Stayls ilə cinsi münasibətdə olduğunu iddia etmişdi.
    //azxeber.com

  • Məşhur rusiyalı aktyor Mixail Yefremov azadlığa çıxdı

    Bu gün məşhur rusiyalı aktyor Mixail Yefremov məhkəmənin şərti-vaxtından əvvəl azad edilmə qərarı ilə Belqorod vilayətindəki 4 saylı islah koloniyasından azad edilib.

    Bu barədə aktyorun vəkili Yuri Padalko Msk1.ru-ya bildirib.

    Onun sözlərinə görə, vaxtından əvvəl azad edilmənin səbəbi Yefremovun səhhətinin ciddi şəkildə pisləşməsi olub.

    Xatırladaq ki, Mixail Yefremov 2020-ci ilin iyun ayında Moskvanın mərkəzində törətdiyi ölümlə nəticələnən yol qəzasına görə 7.5 il azadlıqdan məhrum edilmişdi. Aktyor spirtli içki təsiri altında olarkən yolsuzluq avtomobili ilə qarşı zolağa çıxmış və furqonla toqquşmuşdu. Qəza nəticəsində furqonun sürücüsü ağır xəsarətlər almış və reanimasiyada vəfat etmişdi.

    İlkin olaraq Moskvanın Presnenski məhkəməsi Yefremovu səkkiz il koloniya cəzasına məhkum etmiş, lakin sonradan Moskva Şəhər Məhkəməsi, aktyorun həlak olanın ailəsinə mənəvi zərəri tam ödədiyini nəzərə alaraq, cəzanı 7.5 ilə endirmişdi. Ümumilikdə Mixail Yefremov həbsdə 4.5 il keçirib.

    Vəkil Yuri Padalkonun bildirdiyinə görə, Mixail Yefremova xroniki obstruktiv ağciyər xəstəliyi diaqnozu qoyulub, bu da daimi öskürək, təngnəfəslik və ümumi zəiflik şəklində özünü göstərir. Ciddi sağlamlıq problemləri səbəbindən aktyor üçün hərəkət etmək və danışmaq çətinləşib.

    2025-ci il martın 24-də Belqorod vilayətinin Alekseyevski Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatətinə baxaraq, Mixail Yefremovun şərti-vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edib. Cəzasının qalan hissəsini, yəni 3.5 ili, aktyor hüquq-mühafizə orqanlarının nəzarəti altında evdə keçirəcək. Ona yaşadığı yer üzrə polis və ya Cəzaların İcrası Federal Xidmətinin Baş İdarəsində mütəmadi olaraq qeydiyyatdan keçmək tapşırılıb. Bundan əlavə, məhkəmə Yefremovu avtomobil idarə etmək hüququndan məhrum edib.

  • Hiss reklam qiymətini açıqladı – 100 min manat

    “Mən Azərbaycanda reklama çəkilən məşhurlardan ən bahalı simayam”.
     
    Median.Az xəbər verir ki, bunu ATV-də yayımlanan “Rəngarəng” verilişində gənc müğənni Hiss deyib.
     
    O, digər məşhurların nə qədər qonorar aldığını bilmədiyini desə də, özünün reklam çarxlarında çəkilmək üçün 100 min manat aldığını etiraf edib:
     
    “Mən Azərbaycanda reklama çəkilən digər məşhurların nə qədər pul aldığını bilmirəm. Amma bildiyimə görə mən onların sırasında ən bahalı simayam. Bir reklam çarxında 100 min manata çəkilirəm. Bura reklam çarxları, cinql mahnısının ifa edilməsi, reklam kimi şeylər daxildir. Komandam çox peşəkardır və mən onların da hamısının haqqını verirəm. Çünki pul qazanmalıdılar ki, motivasiya da olsun. Özüm isə qazancımı sənətə qoyuram”.

  • Byanka Kanye Uestdən ayrıldı

    Byanka Sensori həyat yoldaşı Kanye Uestdən ayrılıb.

    Buna səbəb reperin davranışları və X sosial şəbəkəsindəki qalmaqallı paylaşımları olub.

    Reper həyat yoldaşına həsr etdiyi “Bianca” mahnısında bu barədə məlumat verib.

    Kanye Uest yeni mahnısının sözlərində onun paylaşımlarından sonra həyat yoldaşının ondan qaçdığını deyir:

    “Mənim balam, qaçdı. Amma əvvəlcə məni xəstəxanaya göndərməyə çalışdı. Xəstə olmadığım üçün xəstəxanaya getmədim”.

    Cütlüyə yaxın mənbəələr Byankanın əri ilə barışmağı düşünmədiyini bildirib.
    //azxeber

  • “O yaşda deyilik ki, bunlara göz yumaq”

    Müğənni Gülay Zeynallı bəzi aparıcılara iradını bildirib.

    Axşam.az xəbər verir ki, “İncə səhər” verilişində qonaq olan sənətçi aparıcıların qonaqlara ünvanladığı suallardan şikayətlənib: 

    “Hansısa bir verilişə gedirsən və bir də görürsən ki, aparıcı qarşısındakı insanı düşünmür ki, kimdir, nəçidir, tərbiyəsi necədir. Reytinqə görə nə gəldi suallar verir.

    Biz artıq o yaşda deyilik ki, bunların hamısına göz yumaq və bir reklam da getsin deyək”.

  • “Əbədi Betmen” filminin aktyoru vəfat etdi

    Amerikalı aktyor Vel Kilmer 65 yaşında vəfat edib.

    Bu barədə “The New York Times” məlumat yayıb.

    Nəşrin məlumatına görə, aktyor dünən Los-Ancelesdə dünyasını dəyişib.

    Aktyorun qızı Mersedes Kilmerin sözlərinə görə, Vel Kilmerin ölümünə səbəb pnevmoniya olub.

    Qeyd edək ki, aktyor 2014-cü ildə xərçəngdən sağalmışdı.

    Xatırladaq ki, Kilmer bir çox filmlərdə rollar alıb. O, ilk dəfə 1984-cü ildə “Tam məxfi” komediya filmində ekranlarda görünüb. 1995-ci ildə “Əbədi Betmen” filmindəki “Betmen” obrazı ilə o, məşhurluq qazanıb. Kilmer bu obraza görə yeddi milyon dollar qonorar alıb.

  • Azərbaycanda məşhur müğənniyə YÜKSƏK RÜTBƏ VERİLDİ – FOTO

    Əməkdar artist Zaur Əmiraslanovun hərbi rütbəsi artırılıb.

    Median.Az Titul.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Daxili Qoşunların solisti olan 44 yaşlı tanınmış müğənniyə mayor hərbi rütbəsi verilib.

    Qeyd edək ki, Z.Əmiraslanov 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

  • Mirkamil buna görə ailə qurmayıbmış

    Müğənni Mirkamil Kamilov şəxsi həyatından danışıb.

    Median.Az bildirir ki, bu barədə sənətçi “Qonaqcanlı”ya açıqlama verib.  Mirkamil ailə qurmamasından da söz açıb:

    “Ailə həyatı qurmaq vacibdir. Qardaşlarım arasında da subay olanları var. 4 qardaşımdan biri evlidir, mən və iki qardaşım subaydır. Onlar da düşünürlər ki, bizim qardaşımız niyə evlənmir? Deyirəm ki, məni gözləməyin, evlənmək istəyirsiniz, evlənin. Qəlbimdə olan biri yoxdur.

    Mən çətin insanam. Həmin şəxs ancaq mənə dəstək olmalıdır, nə desəm onu etməlidir, mənim sözümdən inciməməlidir. Üstünə qışqırsam, əsəbiləşsəm, o mənə cavab qaytarsa, bu, düz deyil, davaya çevrilə bilər.

    Bununla da hər şey məhv ola bilər”.  (olay)