Category: Şou Biznes

  • Elgizin verilişində dəhşətli KADRLAR – İlan rəqqasəni boğdu – VİDEO

    Rəqqasə Renkanı efirdə ilan boğub.

    ARB TV-də aparcısı Elgiz Əkbər olan “Səhər-Səhər” verlişinin növbəti qonağı oriental rəqqasə Renka olub. Oriental rəqs etmək üçün ilanla efirə gələn rəqqasə olduqca çətin anlar yaşayıb.

    Belə ki, rəqs əsnasında ilan Renkanın saçına ilişərək, boğazına dolanıb. Efirdə boğulmaq təhlükəsi yaşayan rəqqasəyə anında yardım göstərilib.

    Sözügedən görüntüləri təqdim edirik:/publika.az

  • Keçmiş əri Röyanın yalanını üzə çıxardı

    İş adamı Anar Cəlilov keçmiş həyat yoldaşı Röya Ayxanın fikirlərinə münasibət bildirib.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Cəlilov sonxeber.az-a açıqlamasında deyib ki, R.Ayxanla boşanandan sonra heç telefonla da əlaqə saxlamayıb:

    “Yalnız oğluma görə, görüş olub. Amma şəxsi münasibətimiz yoxdur. Özü ilə görüşməmişəm, hətta telefonla da danışmamışam boşanandan sonra. Buna görə onun fikirləri həqiqətdən uzaqdır”.

    Qeyd edək ki, Röya qafqazinfo.az saytına müsahibəsində keçmiş həyat yoldaşı və ailəsi ilə yaxın münasibətdə olduqlarını bildirib. o, “Biz Anarla kağız üzərində boşanmışıq” demişdi.

  • Maral Tahirqızı biabır oldu – efirdən qovuldu (VİDEO)

    Space Tv-də yayımlanan “El bizim, sirr bizim” verilişinin çəkiliş meydançasında maraqlı hadisə baş verib.

    Aparıcı Elçin Əlibəyli verilişinə qonaq çağırdığı müğənni Maral Tahırqızına kəskin sözləri söyləyib.

    Efirdə gərgin söhbətdən sonra Maral Tahirqızı verilişdən çıxır və bu zaman aparıcı ona xoşagəlməz ifadələr işlədib.

    Elçin Əlibəyli “Siz sənətdə yoxsuz. Bu sənətdələ vidalaşın” sözləri ilə aparıcını efirdən kənarlaşdırıb.

    Bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.
    /baku.ws

  • Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR

    Məşhurlarımızın dəfələrlə ən sadə suallara belə cavab verə bilmədiklərinin şahidi olmuşuq.

    Bəziləri Eynşteyni tanımır, bir çoxları isə nitqlərini düzgün qura bilmir. Azərbaycanlı məşhurların, sənət adamları, aparıcıların çox istifadə etdiyi “İnstagram”-da şəkillərə yazdıqları başlıqlar isə əksəriyyətinin Azərbaycan dilində bir cümləni belə normal yaza bilmədiklərini göstərir.

    Dilin normaları bir yana, çoxları heç Azərbaycan əlifbasını belə bilmir. “Ş” hərfi əvəzinə ümumiyyətlə dilimizə yad “w” yazanlar, “q” hərfini əlifbadan silib, ancaq “g” yazmaqları və yaxud heç özlərinin də anlamadığı cümlə quruluşları…

    Minval.info-nun əməkdaşı cəmiyyətin yaxşı tanıdığı, çox sevdiyi müğənni və aparıcıların “İnstagram” hesablarına göz gəzdirərək, onların Azərbaycan dilinə nə qədər yad olduqlarını aşkarlayıb:

    Araşdırmamıza Talıb Taledən başlasaq, görünür, müğənni konsert verdiyi İsrailinin dilimizdə necə yazıldığından xəbərsizdir. Durğu işarələri ilə arası olmayan müğənni, qarşısında şəkil çəkdirdiyi məscidin necə yazıldığını da bilmir. Talıb Taleh də “q” hərfinə haqsızlıq edənlərdəndir. “Məqsəd” sözünün “Məksəd” kimi yazılması bunu göstərir.

    Efirdəki savadsızlıqlarını sosial şəbəkələrdə də nümayiş etdirən Sevil Sevinc bacılarının ağıllı telefonlarında ya boşluq qoymaq üçün düymə işləmir, ya da onlar SMS dövründəki kimi sözləri bitişik yazmağa adət ediblər.  Sözləri orfoqrafiya gözləmədən, dedikləri kimi yazan bacılar, həmçinin “da” ədatının ayrı yazılması barədə qrammatik qanundan heç xəbərdar deyillər.

    Bəziləri vergüllərdən istifadə etmədiyi halda, Şəbnəm Tovuzlu vergülləri nöqtə əvəzinə istifadə edir. Müğənni “ş” əvəzinə “w” yazır və bacılar kimi “da”-nı ayrı yazmaq barədə heç düşünmür.

    Müğənni Nazənin vizaj sözünün düzgün yazılışını bilmədiyi üçün həm onu “ş”-ilə yazıb, həm də “ş” hərfini “v”-ilə. Beş hərfli bir sözə görə bu qədər səhv bir az çox deyil?

    Namiq Qaraçuxurlu da danışdığı kimi yazmağa üstünlük verənlərdəndir.

    Belə düşünməyin ki, təkcə müğənnilər düzgün Azərbaycan dilində yaza bilmir. İllərin aparıcıları, efirdən hər kəsə dərs keçənlər də dilimizi düzgün istifadə edə bilmirlər. Canlı yayımda heç də az səhv etməyən Zaur Baxşəliyev sosial şəbəkələrdə də dil normalarını pozmaqdan çəkinmir.  Həyat yoldaşı Günayla birgə istifadə etdikləri “İnstagram” profilindən bəlli olur ki, cütlük “feyzyab” sözünün necə yazılmalı olduğunu öyrənməlidir. Hələ “eksklüziv”  və “sağ olun” sözlərindən heç bəhs etmirik.

    Uzun illərdir “ATV” telekanalında Xəbərlər buraxılışının aparıcısı olan Lalə Azərtaş da, təəssüf ki, dilimizə yad olan “w”-dan istifadə edir.

    Rejissor və ssenarist İlham Qasımov ssenari yazmaqda yaxşı olsa da, “ssenari” sözünü  yazarkən bir neçə səhvə yola verə bilir.

    Məşhurların dilimizi korlamasını göstərən bu faktlar sadəcə onların bir neçə paylaşımı əsasında hazırlanıb. Bütün paylaşımlarına nəzər salıb, bir-bir incələnmə aparılsa çox daha pis bir mənzərə yarana bilərdi. Belə görünür ki, minlərlə insanın izlədiyi, hər paylaşımına diqqət etdiyi məşhurlar Azərbaycan dili kitabını çoxdan bağlayıblar. Yenidən Azərbaycan dili öyrənmək isə onlar üçün yəqin ki, çətin olacaq.

    Mənbə: minval.info

  • YAP Afaq Aslana diplom verən şəxsi cəzalandırdı – FOTO

    YAP Xəzər Rayon Təşkilatı müğənni Afaq Aslanı fəxri diplomla təltif edib.

    Təşkilat müğənnini YAP-ın namizədi İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə diploma layiq görüb.

    Amma mətndə ciddi nöqsana yol verilib. Belə ki, YAP Xəzər RT diplomda “kampaniya” əvəzinə “kompaniya” yazıb.

    Zəruri olaraq xatırladaq ki, kampaniya – hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlərdir, kompaniya isə şirkət və ya mərasim sözlərinin sinonimi kimi işlənə bilir.

    YAP-ın Xəzər Rayon Təşkilatından Kult.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müğənni Afaq Aslana İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə təqdim edilən diplomda yol verilən xəta texniki səhvdir:

    “Diplomdakı səhvlə bağlı təşkilata məlumat verilib və bu səhvə görə məsul şəxs uyğun şəkildə cəzasını alıb”, – təşkilatdan bildirilib.

    Açıqlamada həmçinin qeyd edilib ki, mətbuatın belə kiçik səhvi böyütməməsini arzu edirlər.

  • Flora Kərimova: “Aygün Kazımova dünyanı gəzəndə hələ Röya yox idi” – VİDEO

    Əməkdar artist Röya Ayxan Xəzər televiziyasında “Xəzər maqazin”-ə verdiyi müsahibədə bir neçə dəfə xalq artisti Aygün Kazımovaya sataşıb.

    Röya Ayxan “Xəzər maqazin”-ə açıqlamasında verəcəyi konsertdə “nə göydən sallanacam, nə də şpaqat açacam”-deyib. Daha sonra isə Aygün Kazımovanın “Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözlərinə isə “Mənim həyatımda adam varasa da, yoxsa da mən işləyirəm”-deyə Röya reaksiya verib. Xalq artisti Aygün Kazımova və Röya Ayxan arasında olan bu atışma sosial şəbəkələrdə müzakirə olunub. Onlar iki sənətçini də “Diva” adlandırıb. Bunun nəticəsində Aygün Kazımovanın fanatları ölkədə bir dənə “Diva” var, o da Aygün Kazımovadır-deyə yazıblar və müzakirələr daha da geniş vüsət alıb.

    Baş verən qalmaqala münasibət bildirən xalq artisti, böyük sənətkar Flora Kərimova isə Bizim Yol-a açıqlamasında onların sənət davası etmələrini aruzulayıb. “Mən başa düşə bilmirəm ki, bu “Diva” adı nə addır ki, onun üstündə dava gedir. Bunlar sənət davası etsinlər. Bu sənətdə iz qoymaq davası etsinlər. Bunlar biabırçı müzakirələrdi, adı müğənnilərə xalq verər, müğənni özü-özünə ad verməz. Aygün Kazımova səhnəyə yeniliklər gətirib. O konsert verib dünyanı gəzəndə, hələ Röya yox idi. Aygün Kazımova haqda nəsə demək üçün gərək nəsə edəsən.”

    “Mən sənətçilərdə iki şeyə, bir şəxsiyyətə, bir də sənətə fikir verirəm. Onlar hər ikisi anadı. Sabah kiminsə qapısını döyəcəklər və ya bunların qapısı döyüləcək. Ona görə belə şeylərə fikir versinlər.

  • Anar Nağılbazla Maral Tahirqızının VIDEOsu yayıldı

    Uzun müddətdir şəxsi həyatı ilə gündəmdən düşməyən reper Anar Nağılbazın yeni görüntüsü yayıldı.

    Median.Az-ın Axşam.az-a istinadən məlumatına görə, bir neçə aydır xəstəxanada olduğu üçün yalnız telefonla açıqlamalar verən sənətçi evə buraxılıb.

    Anar müğənni Maral Tahirqızı ilə bir araya gəlib. Onların birlikdə çəkilən videosu sosial şəbəkədə paylaşılıb.

    Qeyd edək ki, həyat yoldaşı Anjelikadan ayrılan Nağılbaz yenidən ailə qurmağa hazırlaşdığını deyib.

  • Sərxan çəkiliş zamanı Ayseli belə öpdü – VİDEO

    Sərxan Kərəmoğlunun son vaxtlar proqramına qonaq olan məşhurları kamera qarşısında öpməsinə görə sosial şəbəkədə tənqid olunmasına baxmayaraq, aparıcı bu dəfə də ənənəsinə sadiq qalıb. O yenə qonağını öpüşlərə qərq edib. 

    Baku.ws xəbər verir ki, Sərxan qonağı, müğənni Aysel Əlizadə mahnı ifa edərkən onu öpüb. Tez-tez bu cür diqqət çəkən addımlar atan aparıcı son videosu ilə yenidən müzakirə mövzusuna çevrilib.  

    Nəzərinizə çatdıraq ki, Sərxan Kərəmoğlu “Lider” telekanalında “Evimin qonaqları” verilişinin aparıcısıdır.
    Həmin kadrları təqdim edirik:

  • Aygünün Röyanı özündən çıxaran paylaşımını Elnarə müdafiə etdi

    Xalq artisti Aygün Kazımovanın İnstaqram səhifəsində küsülü olduğu əməkdar artist Röya Ayxanın da yer aldığı video paylaşması qalmaqala səbəb olmuşdu.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, videoda yer alanlardan olan müğənni Elnarə Xəlilova Kazımovaya dəstək olub.

    Sənətçi “ATV maqazin onlarla” verilişində bildirib ki, Kazımova onlara qarşı böyük jest edib:

    “Bildim ki, o, onu nə niyyətlə etdi. Burada pis niyyət görmürəm. Biz 2001-ci illərdə necəyiksə, elə o gündəyik. Hər adamın işi deyildi bu jesti etsin, addımı atsın, İnstaqramda işarələsin, əl uzatsın. Mən də dəfələrlə etmişəm. Görüntülərdə hamımız necə varıqsa, eləyik. Hamıda var da “əvvəl sonra” effekti. Natavan da gözəldir, hamımız özümüzü formada saxlamaq üçün çalışırıq”.

    Qeyd edək ki, A.Kazımova “W-trio” qrupu ilə uzun illər əvvəl olan videosunu yayımlamış, Natavan Həbibi, Röya Ayxan və Elnarə Xəlilovanı işarələməşdi. Onun bu addımına Röya əsəbiləşib və sərt cavab vermişdi.

    Röyanın əsəbiləşməsinə səbəb keçmiş görüntülərini bəyənməməsi olduğu deyilib.

  • Zaur Kamalın azyaşlıya qarşı bu hərəkəti sərt tənqid olundu – VİDEO

    Aparıcısı Zaur Kamalın öz verilişində azyaşlı uşaqla davranışı birmənalı qarşılanmayıb.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, o, Məhəmmədəli adlı uşaqla danışmaq istəsə də, azyaşlı reaksiya vermir.

    Sonda isə Zaur Kamal uşağı ağladır. Aparıcının azyaşlıya qarşı bu davranışı sosial mediada tənqidlə qarşılanıb.