Category: Şou Biznes

  • Röya: “Yeməyi də bişirirəm, kişiyə də yaxşı baxıram” – VİDEO

    Röya Ayxan konserti ilə bağlı açıqlamalr verib.

    O, gecə-gündüz işləməli olduğunu deyib:

    “Bizdə heç kim işləmir. Bütün qohumlarımın xərcləri mənim üzərimdədir. Əmim qızları, xalam oğlanları… Toyları, yasları, təhsilləri… Ona görə də, işləməsəm olmur”.

    Röya sevgi münasibətləri ilə bağlı da maraqlı açıqlamalar verib: “Mən kişi puluna qarışmıram, özüm qazanıram. İstər kasıb olsun, istər varlı, mənim üçün fərqi yoxdur. Sevəndə yaxşı sevirəm”.

  • Müğənni Damla konsert öncəsi göz yaşlarına boğuldu – VİDEO

    Müğənni Damla konsert öncəsi göz yaşlarına boğulub.

    Atasının ölümündən qısa müddət sonra qırmızı geyinib səhnəyə çıxdığı üçün qınaq obyektinə çevrilən müğənninin bu halından heç kimin halı olmadı:

    “Mən nələr keçirdim bir Allah bilir. Dərd mənim dərdimdir. Nə təşkilatçının, nə bilet alan tamaşaçının, nə bura gələn media işçilərinin burada günahı yoxdur. Ayaq üstə durmağa və həyatı davam etməyə məcburam. Bitkinlik, ruhdan düşmək heçnə qazandırmayacaq. Mənim uzaqlaşmağım əksinə düşmənlərimi güldürəcək. Atam konsertimiz haqqında bilirdi və ona söz vermişdimk ki, konsertə aparacam. /baku.ws

  • Müğənnilərimiz “Eurovision party”də geyimləri ilə diqqət çəkdi – FOTO

    Aprelin 7-si Rusiyanın paytaxtı Moskva şəhərində “Eurovision party” keçirilib.

    Artıq səkkiz ildir ki, ənənə halını alan gecədə “Eurovision” təmsilçimiz Aysel Məmmədova və müğənni Səmra Rəhimli çıxış edib.

    Bundan əlavə, “Jara” TV-də canlı yayımlanan konsertdə Rusiya, Ermənistan, Moldova və Maltadan olan iştirakçılar müsabiqə üçün hazırladıqları mahnılarını oxuyublar.

    Gecə boyu jurnalistlərin suallarını cavablandıran Aysel Məmmədova daha sonra İsrailə yollanıb.

    Müğənni “Israel Calling 2018” adlı musiqili gecədə iştirak edib.

    Sənətçilərimiz geyimləri ilə hər iki tədbirdə diqqət çəkiblər./oxu.az













  • Tolikdən əkizlərə: Şeytan maskaları geyinirlər

    Azərbaycanlı tanınmış prodüser Tarix Əliyev (Tolik) müğənnilər Sevil və Sevinc Səfərova ilə bağlı maraqlı açıqlamalar verib.

    Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində musiqiçilərlə söhbət edərkən əkizlərə işarə vuraraq “Xəzər” TV-də bir ailə olduqlarını deyib:

    “Biz bir evin yiyəsiyik. Baxmayaraq ki, bəziləri deyirlər ki, biz kimlərinsə mitilini bayıra atmışıq. Bu “Xəzər”ə çoxları qurban olsunlar ki, onları xalqa sevdirib, tanıtdırıb, xalqa onların mələk simasını göstəriblər. Amma “Xəzər”mizin həyətindən çıxandan sonra şeytan maskaları geyinilir və ona görə də simasız olurlar. Amma “Xəzər”imiz hər zaman sevilir və xalqımızın ən sevilən kanallarından biridir. Mən də fəxr edirəm ki, hər gün “Xəzər”in efirində sizə “sabahınız xeyir olsun” və “gününüz uğurlu olsun” deyirəm”.

    Tolik bir qədər sonra, verilişdə “Youtube”da saxta izləyicilər toplayan müğənnilər barədə danışılarkən də Sevil-Sevincdən söz açıb:

    “Əslində mən istədim ki, bu mövzuya toxunum. Çünki gördüm ki, bu mövzudan sonra bəzi müğənnilərin şübhələri oldu ki, mən kiməsə sifariş etdirib nəsə yazdırıram. Mən buradan Sevinc-Sevilə demək istəyirəm ki, siz mənim üçün o qədər də böyük rəqib deyilsiniz ki, mən sizin üçün nəsə deyim. Mən nəsə deyəndə bax belə adınızı çəkib açıq-aşkar deyə bilərəm. Baxmayaraq ki, siz bu kanaldan gedəndə dediniz ki, öz xoşumuzla gedirik.

    “Tolik, atamızın qəbri üçün biz səndən incimirik, bizə doğmasan” dediniz. Amma sonra çıxıb elə bizim kanalda da – Zaur Kamalın verilişində, orda-burda dediniz ki, Tolik bizim torbamızı… Mən müharibə aparanda çox böyük miqyaslı müğənnilərlə müharibələrim, qalmaqallarım olu, hətta məhkəməmiz olub”.

    Qeyd edək ki, Tolik “Hər şey daxil” verilişinə aparıcı və layihə rəhbəri kimi gəldikdən sonra əkizlər proqramdan gedib. Bir müddət əvvəl isə onlar Zaur Kamalın aparıcısı olsuğu “5/5” verilişində “Falçı qapısı tanısaydıq, verilişdən mitilimizi bayıra atardılar?” deyərək qalmaqala səbəb olmuşdular./oxu.az

  • Vüsalə hədələdi: “Lazımi orqanlara müraciət edəcəm”

    Aparıcı Vüsalə Əlizadənin “Instagram” səhifəsi hakkerləin hücumuna məruz qalıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı özü xəbər verib. O bildirib ki, bununla bağlı polisə müraciət edəcək:

    “Üç gündür səhifəmə hücum var. Səhifəm xüsusi qorunmada olduğu üçün istəkləri baş tuta bilmir, bilməyəcək də. Amma xəbərdarlıq edirəm, ikinci belə bir cəhd olsa, həmin ünvan xüsusi orqanlara təhvil veriləcək”.

  • “Keyxanım” nişanlısının adını açıqladı: “Toyun vaxtı isə…”

    Aktrisa Ülviyyə Əliyeva ərə getməyə hazırlaşır.

    Aktrisa bu barədə “Zaurla Günaydın” verilişində açıqlama verib.

    37 yaşlı Ülviyyə Əliyeva bildirib ki, Surqutda Manaf adlı bəylə nişanlanıb. Onların toy mərasimi iyunun 18-də baş tutacaq.

    Qeyd edək ki, Ülviyyə Əliyeva “Keyxanım” ləqəbi ilə tanınır. O, əvvəllər aktyor Hüseyn Əlili ilə evli olub.

  • Zaur canlı yayımda tanınmış aktrisanı PƏRT ETDİ – VİDEO

    Tanınmış aktrisa Ülviyyə Əliyevanı canlı yayımda pərt ediblər.

    “Zaurla Günaydın” verilişin aparıcısı olan Zaur Baxşəliyev qonağı olan aktrisaya yaşından daha yaşlı göründüyünü deyib.

    Zaur 37 yaşlı olan aktrisaya təxminən 44 yaşlarında göründüyünü bildirib. Hətta bununla bağlı İnstagram sosial şəbəkəsində də sorğu yaradacağını vurğulayıb.

    Aparıcının bu hərəkəti izləyicilər, xüsusilə də aktrisanın pərəstişkarları tərəfindən sərt reaksiyaya səbəb olub.

  • “Şirin” “Bir xalanın sirri”ni açıqladı – “O səhnəyə çəkilmək istəmirdim”

    Aktyor Nicat Rəhimov “Bir xalanın sirri” filminin təhlükəli səhnələrindən danışıb.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, o, hətta bu səhnələrə çəkilməkdən imtina etmək istədiyini də bildirib.

    “”Bir xalanın sirri” filmində bizim bir çox səhnələrimiz var ki, onları kaskadyorsuz yerinə yetirmişik. Mənim orada maşında bir səhnəm var. “Kamaz” maşının qabağından keçir, digər avtomobillə toqquşur. Sözün düzü, bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum. Bir az diqqətsiz olsaydıq, “Kamaz” bizi vura bilərdi. 15-20 dəqiqə gözlədim ki, bəlkə bu səhnəni çəkməzlər. Daha sonra keçib sükan arxasına oturdum. Çünki “Kamaz”ın sürücüsü mənə söz verdi ki, gəl otur, heç nə olmayacaq”, – deyə aktyor bildirib.

  • “Bizim camaat “art”dan xəbərsizdir” deyən Səmra, yarıçılpaq FOTOsunu paylaşdı (18+)

    Median.Az Media24.Az-a istinadən xəbər verir ki, Azərbaycanlı model Səmra sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzindədir.

    Model açıq-saçıq fotosu ilə gündəm olub. Qeyd edək ki, o, açıqlamalarının birində belə bildirmişdi: “Səhifəm “Biabır olasan”, “Sən kimə lazımsan” və başqa mənfi yüklü şərhlərlə doludur. Deyirlər “soyunub, özünü reklam edirsən”. Mənim reklama ehtiyacım yoxdur.

    Bizim camaat “art”dan xəbərsizdir. “Art” gözəlliyi nümayiş etdirməkdir. Mən də özümü model kimi reklam edirəm, işlərimi izləyicilərimlə bölüşürəm”.

    Modelin qalmaqallı fotosunu təqdim edirik.

  • “Daşım yaman ağırdır…” – İlqarə

    Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova 106.3 FM-də Kazım Sübhanın qonağı olub.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, İlqarə arıqlamağından danışıb:

    “Gözəl yeməklər bişirirdim. İndi məndən soruşanda ki, nə vaxt yemək bişirirsən? Deyirəm, bir də yemək bişirməyəcəm. Çünki mən ömürlük pəhrizdəyəm”.

    İlqarə dostlarından da söz açıb. O bildirib ki, son günlər dostluq etdiyi insanlardan zərbələr alıb:

    “Rəfiqədən yarımamışam. Mənim daşım yaman ağırdır. Əvvəl deyirdim ailə önəmli deyil. Amma indi baxıram ki, yox, onların böyüdüyü ailəyə fikir vermək lazımdır. İllər ərzində anamın ətrafında olanları da görmüşəm. Son vaxtlar dostlarıma qarşı ayrıseçkilik edirəm. Kimin yeri haradı bilməlidirlər”.

    İlqarə geyim həvəskarı olmadığını söyləyib:

    “Geyim həvəskarı deyiləm. Hərdən elə olur ki, xoşuma gələn paltarı cırılana qədər geyinirəm. Paltarı saatlarla seçmərəm, amma makiyaj edərəm. Stilistlər çox deyir ki, gəl səni bəzəyək, getmirəm. Alış-verişi isə anama həvalə edirəm. O, hara gedirsə, alıb gətirir.

    Anam çox güclüdür. Bəzən pis olanda anama baxıb, deyirəm ki, mən də onun kimi güclü olmalıyam. Əlləri buraxmaq olmaz”.