Category: Şou Biznes

  • Azərbaycanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıb

    Azərbyacanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıb.

    Median.Az-ın “Mash” “Telegram” kanalına istinadən verdiyi məlumata görə, artist “Puşkin kartı” ilə 1.3 milyon rubl (26.2 min manat) məbləğində dələduzluqda şübhəli bilinir.

    Məlumata görə, Kadırov “Eldar” kinokonsert zalının bədii rəhbərinin müavini vəzifəsində çalışan tanışı Yelena Qurko ilə birlikdə fəaliyyət göstərib.

    İstintaq hesab edir ki, Kadırov və Qurko konsert zalı vasitəsilə müğənninin mövcud olmayan konsertlərinə biletlər təqdim edib, sonra isə onları “Puşkin kartları” vasitəsilə alıblar və beləliklə dövlət büdcəsindən köçürmələr əldə ediblər.

    Xüsusi təyinatlı qüvvələr artıq Emil Kadırovu saxlayıblar, Moskva İstintaq Komitəsi isə xüsusilə iri məbləğdə dələduzluq faktı üzrə cinayət işi açıb. Əgər ifaçının təqsiri sübut olunarsa, ona ciddi həbs cəzası təhlükəsi yarana bilər.

    Emil Kadırov 1993-cü il iyunun 25-də Bakıda anadan olub. O, Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbini klassik gitara sinfi üzrə bitirib. Kadırov 2015-ci ildə “Qolos” şousunda iştirakından sonra böyük şöhrət qazanıb, burada o, Aleksandr Qradskinin komandasında 1/4 finala qədər irəliləyib. 2017-ci ildə müğənni “Vo ves qolos” layihəsində məşqçi kimi çıxış edib, 2018-ci ildə isə “Novaya volna” müsabiqəsinin xüsusi mükafatını alıb. Hazırda Emil Kadırov Aleksandr Qradskinin “Qradskiy Holl” Teatrının solistidir.

    Qeyd etmək lazımdır ki, “Puşkin kartı” – Rusiya hökuməti tərəfindən 2021-ci ildə gənclər arasında mədəni tədbirləri populyarlaşdırmaq məqsədilə başladılmış xüsusi proqramdır. Kart 14-22 yaş arası gənclərə muzeyləri, teatrları, konsert zallarını və digər mədəniyyət müəssisələrini federal büdcə vəsaiti hesabına ziyarət etmək imkanı verir.
    //oxu.az

  • İki qadına təcavüzdə ittiham edilən Depardye hakim qarşısına çıxarılır

    Məşhur fransalı aktyor Jerar Depardye “Yaşıl dalğalar” filminin çəkiliş meydançasında iki qadına qarşı seksual hərəkətlər etməsi ittihamı ilə martın 24-25-də Parisdə hakim qarşısına çıxacaq.

    Bu barədə Fransanın “Le Temps” nəşri məlumat yayıb.

    Belə ki, iki qadın – 53 yaşlı quruluşçu rəssam Ameli və adının açıqlanmasını istəməyən 33 yaşlı rejissor köməkçisi, J.Depardyeni 2021-ci ilin sentyabrında çəkiliş meydançasında onlara qarşı seksual hərəkətlər etdiyini iddia edir.

    76 yaşlı aktyor isə bütün ittihamları qəti şəkildə rədd edir və barəsindəki iddiaları yalan adlandırır.

  • Dilarə Oqtay Əliyevin son görüntülərini PAYLAŞDI (VİDEO)

    Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, tanınmış aktyor Oqtay Əliyevlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

    Aktrisa həyat yoldaşının son görüntülərini paylaşaraq, onun yoxluğu ilə bağlı hisslərini bölüşüb:

    “O gün biz yazı qarşılayırdıq, amma gələn yaz yox, yas imiş… Gedişin sükutun ən ağır forması idi. Heç bir söz, heç bir təsəlli sənin yerini doldura bilmədi. İki ildir qapılar sənin yoxluğunu açır, pəncərələr isə üzümə sənsizliyin soyuğunu vurur.

    Sən getdin… Amma sənin baxışların hələ də gözlərimin dərinliyində yaşayır, səsin yuxularımın pıçıltısına çevrilib. Bəzən elə bil yanımda oturursan – heç nə demədən, sadəcə baxırsan. Səni unutmadım, unutmaram da. Çünki sevgi sadəcə həyatda yox, ölümdən sonra da yaşayar.

    Səni mənə verən Tanrıya minnətdaram, səni məndən alan qismətə isə hələ də susuram… Bu isə sənin bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir… Yerin behişt olsun! Sənin yoxluğuna dözən Dilarən…”.

    Qeyd edək ki, O.Əliyev iki il öncə avtomobil qəzasında dünyasını dəyişib.

  • Kanye Uest Kardaşyanlar ailəsini uşaq alverində ittiham edib

    Reper Kanye Uest keçmiş arvadı Kim Kardaşyan ilə mübahisəsi fonunda Kardaşyanlar ailəsini uşaq alverində ittiham edib.

    O, “X” sosial şəbəkə hesabında Kardaşyanların seks işçiləri olduqlarını yazıb:

    “Onlar dünyaya gətirdikləri bütün qaradərili uşaqların alveri ilə məşğuldurlar”.

    Bildirilir ki, reperin 11 yaşlı qızı Nortun musiqili klipdə çəkilməsi onun Kardaşyanları tənqid etməsinə səbəb olub.

    K.Uest hesab edib ki, qızı klipdə həddən artıq açıq-saçıq geyindirilib.

  • Gələn il “Oskar” mükafatının veriləcəyi tarix açıqlandı

    Gələn il üçün “Oskar” mükafatları mərasiminin baş tutacağı tarix açıqlanıb.

    98-ci tədbirin 2026-cı ilin martın 15-də keçiriləcəyi məlum olub.

    Komediya ustası Konan O’Brayen yenidən gecəyə aparıcılıq edəcək.

    Gecə 200-dən çox ölkədə canlı olaraq yayımlanacaq.
    //azxeber

  • Türkiyənin məşhur sənətçisi vəfat etdi

    Türkiyənin tanınmış sənətçilərindən olan rəqqasə Tanyeli 2,5 ildir mübarizə apardığı xərçəng xəstəliyinə təslim olub.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.

    54 yaşlı məşhurun dəfn mərasimi ilə bağlı detalların ailəsi tərəfindən paylaşılması gözlənilir.

    Pərəstişkarları sosial mediada kədərlərini ifadə edərək sənətçiyə çox sayda vida mesajları yazırlar.

  • Hande Erçel ilkə imza atdı

    Son olaraq Barış Arduç ilə baş rolları paylaşdığı “Rüzgara Bırak” filmi ilə gündəmə gələn Hande Erçelin yeni layihəsi bəlli olub.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, Erçelin yeni filminin süjetini özünün yazdığı ortaya çıxıb.

    Aktrisanın yeni ekran partnyoru Metin Akdülger olacaq. İkili “İki Dünya Bir Dilek” adlı filmdə bir araya gələcək.

    Filmin ssenarisini isə Elçin Muslu yazacaq.

    10 apreldə çəkilişlərə başlanacaq filmdə Hande Erçel “Bilge” adlı vəkili canlandıracaq.

    Beləliklə də, Hande ilk dəfə öz yazdığı hekayə əsasında çəkilən filmdə baş rolda oynayacaq.

    Filmdə Hüseyn Avni Danyal, İdil Fırat, Mert Ege Ak, Rami Narin, Eylül Su Sapan, Nazlıcan Demir və Serkan Tınmaz kimi adlar rol alacaq.

  • Diddi yeni ittihamlarda özünü təqsirli bilmədi

    Diddi adı ilə daha çox tanınan mübahisəli reper Şon Kombs, cinsi təcavüz və insan alveri ilə bağlı yeni ittihamları qəbul etməyib.

    Bu barədə “People” jurnalı məlumat yayıb.

    Yeni hesabatda Diddinin işçilərini iş vaxtından artıq işləməyə məcbur etdiyi və insan alverində iştirakdan imtina edənləri cəzalandırmaqla hədələdiyi iddiaları əlavə edilib. Kombs və onun əlbirlərinin bəzi işçiləri saatlarla yuxusuz işləməyə məcbur etdikləri, onlara fiziki güc tətbiq etdikləri və ya hədələdikləri, maddi, psixoloji və nüfuzuna ziyan vurduqları iddia edilir. Kombs yeni ittihamlar üzrə özünü təqsirli bilməyib.

    Qeyd edək ki, musiqi maqnatı əvvəllər təcavüz, cinsi zorakılıq, təqib və döyülmə, habelə qeyri-qanuni azadlıqdan məhrum etmədə ittiham olunurdu. Cinayətlərin 2000-2022-ci illər arasında Nyu-York, Los-Anceles və Las-Veqasda Diddinin ziyafətlərində baş verdiyi güman edilir. 2024-cü ilin sentyabrında o, Nyu-Yorkda cinsi istismar, cinayət fəaliyyətinin və fahişəlik şəbəkəsinin təşkil edilməsində ittiham olunub. Diddi nəzarətə götürülüb. Musiqiçi ittihamları rədd edir və Bruklindəki federal təcridxanada məhkəməni gözləyir.

  • Tarkan Bakı konsertindən nə qədər qazanacaq? – ŞOK MƏBLƏĞ

    Türkiyənin dünyaşöhrətli müğənnisi Tarkanın Ramazan bayramında Bakıda konsert proqramı ilə çıxış edəcəyi ilə bağlı məlumat yayılıb.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, meqastar hətta konsertdən əvvəl rəqs dərsləri də almağa başlayıb.

    Yayılan məlumatda bildirilib ki, Tarkan iki saat ərzində pərəstişkarlarına sevdikləri mahnıları oxuyacaq.

    Onun bu konsertdən 1.5 milyon dollar qazanacağı da qeyd edilir.

  • Ledi Qaqa özünə radio açdı

    Amerikalı müğənni Ledi Qaqa özünün GAGA RADIO adlı radio stansiyasını işə salıb.

    Bu barədə “Billboard” məlumat yayıb.

    Radiostansiyanın təqdimatı müğənninin yeddinci studiya albomu olan “Mayhem”in buraxılışı ilə eyni vaxta təsadüf edir. Yayımda Qaqanın özünün seçdiyi treklər yer alacaq. Onların arasında ona ilham verən sənətçilərin – Devid Boui, Uitni Hyuston, Brüs Sprinqstin, Ella Fitskerald, Madonna, Elton Con, Kraliça, Toni Bennetin mahnıları olacaq.

    “GAGA RADIO şübhəsiz ki, bir sənətçi kimi məni formalaşdıranların güclü əksi olacaq. Ruhlu olmağın vaxtıdır. Bəzi yaradıcı, maraqlı, cəsarətli, cəsarətli sənətkarların işindən zövq ala bilərsiniz”, deyə müğənni bildirib.
    //qaynar