Category: Şou Biznes

  • “Heç nə edə bilmədi” – Qarşı tərəf 50 minlik davanı uduzan Röyaya ACIQ VERDİ

    Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.

    Hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə R.Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.

    Açıqlama verən Aygün Bəylərin prodüseri Sultan Mustafayevin xəbərə reaksiyası belə olub:

    “Haqq-ədalət yerini tutdu. İnanırdım ki, belə olacaq. Əslində Aygün Röyanı təhqir etməmişdi. Röya sadəcə özünü göstərmək istədi və məhkəməyə müraciət etdi. Aygün Bəylər böyük sənətkardır və hər zaman xalq tərəfindən sevilib. Röya heç nə edə bilmədi. Ölkəmizdə qanunlar yaxşı işləyir”.

    Qeyd edək ki, R.Ayxan iddia ərizəsində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edib.

    Qarşı tərəfin mövqeyini öyrənmək üçün Röya Ayxanın yaxın dostu Kənan Bayramovla əlaqə saxladıq, ancaq o bu haqda danışmaq istəmədiyini bildirdi.

    Xatırladaq ki, A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.
    Qeyd edək ki, xəbəri “Report” yayıb.//yenicag.az

  • Afaq Aslan ‘Lotu Quli’siz QALA BİLMƏDİ: ‘Sevgilim üçün…’

    “Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, həmişəlik uçacam”.

    Bu sözləri müğənni Afaq Aslan instaqram səhifəsində qeyd edib. Türkiyəyə köçməyə hazırlaşdığı deyilən müğənni məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb.

    – Afaq xanım, “Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, mən də uçacam”, sözlərini instaqramda paylaşmısınız…

    – Ürəyimdən keçələri statuslarda ifadə edirəm. Bu sözlər hazırkı əhval-ruhiyyəmi əks etdirir.

    – Türkiyəyə köçmək fikrində olduğunuz deyilir, dorğudur?

    – Ola bilər.

    – Türkiyəyə köçdükdən sonra müğənnilik fəaliyyətinizi davam etdirəcəksiniz?

    – Əlbəttə. Lakin hər dəqiqənin öz hökmü olduğunu unutmaq olmaz. Heç kim əvvəlcədən proqnoz verə bilməz ki, sabah nə baş verəcək.

    – “Həyatda hər şey ola bilər” hissəsi aydındır. Bəs ürəyiniz nə deyir?

    – Sevgilim üçün darıxıram… Sevdiyim şəxs qardaş ölkədə yaşayır. Bu səbəbdən də birdəfəlik Türkiyəyə köçüb orada yaşamağı çox arzulayıram.

    – Belə anladım ki, söhbət “Lotu Quli”dən gedir.

    – Şəxsi həyatım barədə açıqlama vermirəm. O, insanın kim olduğunu deməyəcəm. Yalnız onu deyə bilərəm ki, hər saniyə onun üçün darıxıram.

    – Sevgiliniz uğrunda qurban verməyə hazırsınız?

    – Nəinki onun, ilk növbədə sevgim üçün hər şey edərəm. Sevgi həm ürək istəyir, həm cəsarət istəyir, həm də qurban tələb edir. Qarşındakını həqiqətən sevirsənsə, qurban verəndə tərəddüd etməməlisən. Sevgi naminə bir çox məsələlərin üstündən düşünmədən xətt çəkə bilərəm.

    – Buna dəyər?

    – Əgər o, insan o sevgiyə layiqdirsə, niyə də yox. Sevgi azaddır, yaşa baxmır. Vurulduğun insanın məmur, biznesmen və ya hər hansı peşə sahibi olmasının fərqi yoxdur. Sevəcəyin şəxsi özün seçmirsən, hisslər özü xəbərsiz gəlib səni tapır.

    – Qarşı tərəfin sevgisinin güclü və saf olmasından necə əmin olmusunuz?

    – Heç vaxt tək tərəfli sevgi yaşamamışam. Bir insanın mənə qarşı məhəbbətindən əmin olmasam, onu sevə bilmərəm.

    – Ayrı-ayı şəhərlərdə yaşayırsınız. Uzun məsafələr münasibətləri soyudur?

    – Düşünmürəm ki, zaman və məsafələr hisslərimizi soyutsun. Aramızdakı məsafə uzaq ola bilər, əsas odur ki, ürəklər yaxın olsun.

    – Münasibətlərin uğurlu alınması üçün qadın, yoxsa kişi daha çox çaba göstərməlidir?

    – Əsasən qadın. Uzaq məsafələr sevgini soyutmur, amma xırda yalanlar sevgini öldürür. Arada səmimiyyət və yalansız münasibət varsa, hər şey yaxşı olacaq.
    /publika.az

  • Aparıcı Zümrüd ATV-nin canlı efirində etdiyi açıqlama ilə hər kəsi göz yaşına qərq etdi – VİDEO

    ATV kanalında yayımlanan “Bizimləsən” verlişində qonaq olan uzun müddətdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparan teleaparıcı Zümrüd Qasımova etdiyi açıqlamaları ilə hər kəsi kövrəldib.

    Səhhəti ilə bağlı ana ola bilməyən Zümrüd verlişin aparıcısına ürəyi açaraq bunları söyləyib:

    “Mən olmayandan sonra, övlad kimə lazımdır. Evlənəcək, ögey ana olacaq. Uşaq qalacaq natamam. Mənim uşaqlarım bacımın uşaqlarıdır. Dəlicəsinə məni sevirlər. Məni görən kimi Züma canımımız söyləyirlər. Bacımın qızı olacaq bu yaxınlarda, hamı mənə deyir ki, götür o qızı saxla. Mən yox dedim. Söylədim ki, sizdə olsun, mən hər şey edərəm onun üçün”.

    Verlişdə yer alan həmin görüntüləri sizə təqdim edirik:
    /baku.ws

  • Azərbaycanda məşhur müğənnilər dodaq-dodağa öpüşdü – FOTO

    Məşhur azərbaycanlı müğənnilər – Şəbnəm Tovuzlu və Rahidə Baxışın hər kəsi heyrətləndirən fotosu yayılıb.

    Sənətçilər tədbirlərdən birində görüşərkən dodaq-dodağa öpüşüblər.

    Tanınmış ifaçıların bu addımı hamının təəccübünə səbəb olub.

  • Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

    Müğənni Natavan Həbibi atasız olmasından danışıb.

    – Hər övlad hər iki valideynə möhtacdır. Mən atamdan ayrı böyümüşəm. Anam atasızlığı bizə hiss etdirməməyə çalışıb, onun varlığı çox güclüdür.

    – Bu gün yanımda, çox şükür, anam var. Amma elə saatlar olub ki, bir kişiyə qarşı tək qalmışam, o zaman atam olmasını istəmişəm. İstəyərdim ki, gedib atama deyim ki, o kişi məni təkləyib, kömək elə. Ata sevgisi o anlarda lazımdır.

    Heç bir atanın övladını tək qoymağa haqqı yoxdur. Qadınla kişi arasında problem ola bilər, amma bu uşaqlara əziyyət verməməlidir. Mən övladını tək qoyan ataları qınayıram.

    – Atanızı bağışlamısınız?

    – O, mənim atamdır. Bağışlamamaqdan söhbət gedə bilməz. Onu qəlbimdə sevmişəm, sevirəm.


    – Natavanın ana olmaq istədiyini bilirik. Qız və ya oğlan övladının fərqi varmı?

    – Ayrıseçkilik haqqında düşünməmişəm. Evimizdə bacımın qızı böyüyüb. Qızın necə böyüdülməsini bilirəm, təcrübəm var.

    – Qız övladını necə, qadağalı və ya qadağasız böyütmək lazımdır?

    – Qadağalı, anlayışlı və şəxsiyyət kimi. Uşağa doğulandan böyük kimi davranmalıyıq. Anam mənə “sənə qurban” deyib, uşaq kimi əzizləməyib. Şəxsiyyət kimi yetişmişəm, düz edib. O zaman uşaq həyata qədəmlərini möhkəm qoyur.

    – Son günlər arıqlamağınızla diqqət çəkirsiniz. Bəziləri deyir, xəstəlik tapıb, bəziləri deyir, dərddən arıqlayır.

    – İştahım olanda yeyirəm, olmayanda yemirəm. Mən əsəbləşəndə yemək yeyə bilmirəm. Ancaq su içirəm. Xəstəlikdən söhbət gedə bilməz.


    – Həmkarınız Xatun dedi ki, siz özünüzü anakonda kimi aparırsınız. Amma onun açıqlamasına cavab vermədiniz…

    – Bu haqda danışmayacağam. Ona cavab verməyəcəyəm, vaxtım yoxdur. Deyirlər, Natavan özündən razıdır, “mən-mən” deyir. Fərqimiz də burdadır. Mən özümdən, onlar məndən danışır.

    İşlərimdən, özümdən danışırlar. Onlar bacardığı qədər məndən danışsınlar, illərdir gündəmimi saxlayırlar. Mən heç nə etmirəm, gündəmə gətirirlər.


    – Son zamanlar cazibədar pozlar verirsiniz…

    – Evlilikdən əvvəl qapalı idim. İndi bu imicdə olmaq xoşuma gəlir.

    – Dado ilə münasibətləriniz qarışıqdır. Siz ayrıldığınızı demişdiniz, o, bayramlarda sizinlə fotosunu paylaşdı. İnsanlar bunu reklam olaraq anlayır.

    – Mən həyatımı yaşayıram. Heç bir reklamdan söhbət gedə bilməz. Mən heç kimin həyatına qarışmıram, kimsə də mənə qarışmasın. Şəxsi həyatımdan artıq danışmayacağam.

    Mənbə: Oxu.az

  • ATV-nin efirində Telli Əkbəri yeri uzadıb, onu masaj etdi – VİDEO

    ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində hər kəsin təəcübünə səbəb olan olay baş verib.

    Baku.ws məlumatına görə, proqramın qonağı olan tanınmış aparıcı, əməkdar artist Əkbər Əlizadə beli ağrıdığını söyləyib.

    Verilişin aparıcısı Zaur Baxşəliyev onu yerə uzadaraq digər qonaq olan aşıq Telli Borçalıya səslənib və ondan Əkbəri masaj etməsini istəyib.

    Telli yerə uzanan Əkbərin yanına oturaraq onu masaj edib.

    Efirdə yayımlanan soz-söhbətə səbəb olan həmin görüntüləri sizə təqdim edirik:

  • Elza Seyidcahan “Eurovision” üçün mahnı yazıb – VİDEO

    Əməkdar artist Elza Seyidcahanın “Eurovision” müsabiqəsi üçün mahnı yazdığı ortaya çıxıb.

    Bu barədə məlumatı yarışmanın Azərbaycandakı rəsmi fan səhifəsi – “Infe Azerbaijan” yazıb.

    Bildirilir ki, həmin il Azərbaycan Bəstəkarlar İttifaqından müsabiqə üçün mahnı hazırlanması istənilib. Seyidcahan da “Tapmaca” adlı bəstəsini təqdim edib.

    Sonda isə İain Farquharson, Sandra Bjurman və Stefan Orn tərəfindən hazırlanmış “Running Scared” mahnısı seçilib.

    Nigar Camal və Eldar Qasımov bu mahnı ilə Azərbaycana qələbə gətirib./oxu.az

  • Zauru verdiyi suala görə efirdə BİABIR ETDİ: Ərimin yanında idin? – VİDEO

    Müğənni Yeganə Mürsəliyeva qonağı olduğu “5/5”-də Zaurun suallarına hazırcavablığı ilə diqqət çəkib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, müğənni belə cavablardan birini aparıcının “Kişini Türkiyədə çox bezdirdin, deyib get Azərbaycanda klip çəkdir. Pulum yoxdur” sözlərinə verib.

    Yeganə “Nə bildin, kişinin yanında idin?” sözləri ilə Zaura cavab verib.

    Verilişdən o kadrları təqdim edirik:

  • “Onunla qurtardıq” – Pərviz Bülbülə Türkanla oxumaqdan imtina etdi – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə olub.

    Müğənni, ilk olaraq, efirdə “Seçilmiş müğənni” mükafatına niyə yalnız getdiyini açıqlayıb:

    “Pərvizi də dəvət etmişdilər. Pərvizin də mükafatı var idi. Biz, əslində, birlikdə getməli idik. Sadəcə olaraq, mükafatlar ayrı-ayrı verilməli idi. Amma Pərvizin səhhətində problem yarandığı üçün mən tək getməli oldum”.

    Açıqlamanın ardından apacıcı Elgiz Əkbərin Pərviz və Türkandan duet mahnı istəyinə meyxanaçı maraqlı reaksiya verib:

    “Oxumuram Türkanla. Mən daha onunla oxumuram. Qurtardıq onunla…”.

    ///Milli.Az

  • Ekstrasens Zirəddin hamam xalatında mərhum xalq artisti İlhamə Quliyeva ilə qalmaqallı foto yaydı – FOTO

    Rusiyada “Bitva ekstasensov” verilişində ruslarla yanaşı azərbaycanları öncəgörmələri ilə heyrətləndirən məşhur ekstrasens Zirəddin Rzayevin sosial şəbəkədə paylaşımı səs-küy yaradıb.

    Baku.ws xəbər verir ki, Zirəddin instagram hesabında mərhum şöhrət ordenli xalq artisti İlhamə Quliyeva ilə birlikdə paylaşdığı fotosu izləyiciləri mətəl qoyub.

    Diqqətçəkən məqamlardan birisi isə, sözügedən fotoda Zirəddinin hamam xalatında xalq artisti ilə qucaqlaşmasıdır. Onların birlikdə çəkilən bu fotosu izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri qəzəbini rəyləri ilə bildiriblər.

    Zirəddinin instagram hesabında xalq artisti İlhamə Quliyeva ilə bölüşdüyü birgə fotosunu sizə təqdim edirik: