Category: Şou Biznes

  • Müğənnilərimizin saxtakarlığı – Milyonlara inanmayın… – SÜBUT

    Son illər “Youtube”da aktivləşən, öz PR-larını sosial şəbəkələr vasitəsi ilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Eyni zamanda, sənətçilərin layihələrinin “Youtube”də 2-3 milyonu aşması müşkül məsələdir. 

    Lakin onlar arasında yüksək baxış toplayanların sayı az deyil. Bu isə nəinki dinləyicilərin, hətta rəqib ifaçıların özləri tərəfindən şübhə ilə qarşılanır. Təsadüfi deyil ki, şou üzvləri dəfələrdə bir-birilərini baxış sayını saxta yolla artırmaqda ittiham ediblər.

    Artıq bəzi sənətçilər mahnıların hit olub-olmamasını, toy bazarlarındakı qiymətlərini baxış sayı ilə ölçürlər. Bu məqamda bildirək ki, “fake” baxış sayının birbaşa arıtırlmasında təkcə sənətçiləri ittiham etmək düzgün olmaz. Bəzən müğənnilərin PR və texniki işçiləri onlardan xəbərsiz belə bir addım atırlar. Onlar əməkdaşlıq etdiyi ifaçıların PR işini uğurlu həyata keçirdiklərini sübut etmək üçün bunu edirlər.

     İT mütəxəssislərinin köməyi ilə “YouTube analytics”ə müraciət edilib. Rəsmi cavabda baxış sayı 1 milyonu aşan yerli məşhurların real göstəriciləri ortaya çıxıb. 

    Məsələn, bütün klipləri sosial şəbəkədə 2-3 milyon baxış toplayan Sevil –Sevinc Səfərovaların son təqdim etdikləri “Dərdin nədir” layihəsi 3 milyon 739 min 423 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 109 min 450 nəfərdir.

    Bundan əlavə, son zamanlar sosial şəbəkələrdə ulduza çevrilən Damlanın “Fırtına” klipi də “fake”dir. Belə ki, “Youtube”ə 3 milyon 991 min 987 nəfər göstəricisi olan ekran işini,əslində, 836 min 791 nəfər izləyib.

    Miri Yusif də bu yola əl ataraq “Oyna” klipində baxış sayını artırıb. Belə ki, layihənin “Youtube” izləyicisi 2 milyon, 254 min, 161 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 73 min 21 nəfərdir.

    Ən çox “fake” izləyici toplayan müğənnilərdən biri Şəbnəm Tovuzludur.  Onun “Sevdiyim adamdır” klipinin real baxış sayı 819 min 308 nəfərdir. Lakin “Youtube”da 3 milyon 327 min 496 nəfər göstərir.

    Böyük fanat kütləsi olan Talıb Tale də bu üsula əl atıb.  Belə ki, sənətçinin “Balım” klipi sosial şəbəkədə 9 milyon 690 min 980 nəfər göstərir. Lakin klipin real baxış sayı 3 milyon 104 min 890 nəfərdir.

    Bundan əlavə, 1 milyondan artıq real baxış toplayan məşhurlar da az deyil. 

    Xalq artisti Aygün Kazımovanın “Sus” (1.253.491), əməkdar artist Röya Ayxanın “Səndən başqa” (1.740.800  baxış sayı), Günay İbrahimlinin “Ürəyimin qatili” (1.055.598) mahnıları, Nadeer, Rəhim Rəhimli və Ramil Nabranın “Basdalama” duetləri  (6.365.473) real baxışlardır./qafqazinfo

  • Tolik canlı yayımda Orduxandan danışdı: “Anasını, bacısını kiməsə hədiyyə edən …” – VİDEO

    Tanınmış prodüser Tarix Əliyev canlı yayımda Avropada yaşayan və azərbaycanlıları tənqid edən şəxslərə qarşı kəskin fikirlər səsləndirib.

    Tolik Avropada yaşayan Orduxan Teymurxan haqda deyib: “Saçı Məleykə Əsədovanın da saçından uzun olan Orduxanlar oturublar Avropada qeyrətdən, namusdan danışırlar. Onlar Royal kimi, Əbubəkr kimi (Aprel döyüşlərinin qəhrəmanları red.) oğlanlara baxsınlar. Orduxanlar oturublar xaricdə Azərbaycanı pisləyir, ancaq analarımızın, bacılarımızın qeyrəti bu cür mərd oğullar çəkir. Onlar xaricdən bura zəng edib, öz ana, bacılarını kimlərəsə hədiyyə etdiklərini deyirlər. Utansınlar”.

    Həmin görüntüləri təqdim edirik:
    /azxeber.com

  • Sevil və Sevinc yenidən efirə qayıdır?

    Bir müddət öncə Xəzər TV-də aparıcılıq etdikləri “Hər şey daxil” proqramından ayrılan Sevil və Sevinc Səfərovalar yenidən efirə qayıtmaq istəyirlər.

    Onlar “Instagram” hesablarında yeni veriliş açacaqlarının siqnalını veriblər:

    “Yenidən hər səhər görüşəkmi? Tam fərqli bir proyekt olsun. Siz də bizim üçün, bizim darıxdığımız kimi darıxmısınız”.

    Qeyd edək ki, bacılar 4 il eyni proqramla Xəzər TV-nin ekranlarında olub. Onlardan sonra veriliş aparıcılığını isə prodüser Tarix Əliyev edir.

  • İlkin Həsəninin övladı ilə ilk — FOTOSU

    Bir neçə gün əvvəl qız atası olan tanınmış teleaparıcı İlkin Həsəni övladı ilə fotosunu paylaşıb.

    Median.Az xəbər verir ki, o, ata olmağın inanılmaz hisslər olduğunu deyib: “Həyatıma xoş gəldin, qızım. İnanılmaz hisslərdir, Allah olmayanlara qismət eləsin!”

  • Azərbaycanlı müğənni canlı yayımda yıxıldı – VİDEO

    Müğənni Almaz Ələsgərova bu gün “Space” TV-də yayımlanan “Hər səhər” proqramının qonağı olub.

    Proqram zamanı verilişə ac qatıldığını bildirən ifaçı səhər yeməyi hazırlanan pavilyona keçmək istəyərkən müvazinətini itirib.

    Yıxılan sənətçiyə verilişin aparıcısı və aktyor Novruz Qartal kömək edib.

    Efirdə isə yalnız Ələsgərovanın yıxılma anı görünüb.

  • Azərbaycanlı müğənni Zamiq ikinci dəfə evlənir: Özü də görün kiminlə – FOTOLAR

    Tanınmış müğənni Zamiq Hüseynov ikinci dəfə ailə qurmağa hazırlaşır.

    Sənətçinin toy mərasimi may ayında, Bakının dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək.

    Hüseynovun ailə qurduğu şəxs isə bir müddət əvvəl mediada fotosu yayılan Aydan adlı xanımdır.

    Uzun müddət Rusiyada yaşayan Aydan iki ildən çoxdur Azərbaycana köçüb. O, bir müddət sonra Zamiqlə tanış olub. Cütlüyün sevgi münasibəti bir ildən artıqdır davam edir.

    Qeyd edək ki, Zamiqin ilk evliliyi 2009-cu ildə Nigar Rəfiyeva ilə olub. Onların evlilikləri bir neçə ay çəkib.

    Azərbaycanlı müğənni Zamiq ikinci dəfə evlənir: Özü də görün kiminlə - FOTOLAR
    Azərbaycanlı müğənni Zamiq ikinci dəfə evlənir: Özü də görün kiminlə - FOTOLAR
    /oxu.az

  • “Manana 20 ildir Bakıdadır, Azərbaycan dilində danışa bilmir” – VİDEO

    ARB TV-nin “Açıq pəncərə” proqramının növbəti qonaqlarından biri də müğənni Kərim Abbasov olub.

    Efirdə onunla birgə proqrama qatılan, sosial şəbəkələrdə məşhurlaşan əcnəbi xanım Martanın Azərbaycan dilində çox gözəl danışmasına təəccüblənib.

    Aparıcıların, “Nə qədər vaxta Azərbaycan dilində bu cür danışa bildiniz?” sualına, məşhur xanım “6-7 ay deyərək cavab verib”.

    Daha sonra Kərim, əcnəbi qonağın Azərbaycan dilində çox gözəl danışmasına təəccübləndiyini bildirərək, onu alqışlayıb:

    “Vallah halaldır. Manana 20 ildir ki Bakıdadır, Azərbaycan dilində danışa bilmir”.

  • Xalq artistinin ailəsində ağır itki

    Xalq artisti Firəngiz Mütəllimovanın ailəsində ağır itki baş verib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın xalası oğlu dünyasını dəyişib.

    F.Mütəllimovanın bacısı bildirib ki, xalası oğlu cavan imiş:

    “İki dəfə çoxdan infarkt keçirmişdi. Amma son illər səhhəti yaxşı idi. İndi qəfildən rəhmətə getdi, cavan idi”.

  • “Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı – FOTO

    Bir neçə gündür “Facebook”da azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib.

    Ifaçının şəxsi hesabı “Facebook” tərəfindən bir neçə günlük bloklanıb.

    Buna müğənninin Puşkinə aid olan “Sən oğrusan, sən qulsan, sən ermənisən!” sözlərini paylaşması səbəb olub.

    Suri bu haqda özü məlumat verib. O bildirib ki, “Facebook” hesabı şikayət olunub:

    “Puşkinin ermənilər haqda dediyi sözləri paylaşdığıma görə kimsə məni şikayət edib. Deməli, dostluğumda azərbaycanlı görünən ermənilər də var”.

    Qeyd edək ki, son günlər bir çox sayt rəhbəri və vəzifəli şəxslərin hesabı “Facebook” tərəfindən bloklanıb./oxu.az

  • Aygün Kazımovanın klipi plagiat çıxdı – VİDEO

    Ötən həftə Youtube video portalında söz-söhbətlərə səbəb olan “Hardasan” bəstəyə çəkilmiş yeni klipini təqdim edən xalq artisti, pop diva Aygün Kazımova plagiatla üzləşib.

    Baku.ws məlumat verir ki, Kazımovanın ərsəyə gətirdiyi ekran əsəri Ersay Ünərin iki aşık mahnısına çəkilmiş klipin bir çox səhnələri birəbir oxşardır. Hətta hər iki mahnının bir-birinə bənzəməsi diqqətdən qaçmayıb.

    Biz sizə hər iki klipi təqdim edirik: