Category: Şou Biznes

  • Məşhur müğənni xəsxanalıq oldu- Bütöv mərtəbə boşaldıldı – FOTO

    Müğənni Bülent Ersoy xəstəxanaya yerləşdirilib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, xəbəri prodüser Osmantan Erkır İnstaqram hesabında yazıb:

    “Qiymətlimiz, sevimli Bülent Ersoyumuza şəfa diləyirəm. Ümid edək ki, tezliklə aramızda olacaq. Bülent xanımın həkiminin açıqlamasını gözləyirik”.

    Bülent Ersoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müalicəsini yataq rejimində davam etdirən Ersoyun olduğu mərtəbə boşaldılaraq digər xəstələr başqa palatalara köçürülüb.

    Məşhur müğənni xəsxanalıq oldu- Bütöv mərtəbə boşaldıldı

  • Əri tərəfindən vəhşicəsinə döyülən azərbaycanlı müğənni – VIDEO

    Azərbaycanda əvvəllər müğənnilik fəaliyyəti məşğul olmuş qadın döyülüb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, əcnəbi bəylə ailə quran Anarə Məmmədovanın həyat yoldaşı tərəfindən döyüldüyü iddia olunur.

    Müxtəlif bədən xəsarətləri alan A.Məmmədova xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, Anarə Məmmədova ailə qurduqdan sonra sənətdən uzaqlaşıb.

    Müğənninin xəstəxanadakı görüntüsünü sizə təqdim edirik:

  • Əkizlər evlərinin sayını açıqladı

    Müğənnilər Sevil və Sevinc Səfərova mülklərinin sayını açıqlayıb.

    Median.Az-ın axsam.az-a istinadən məlumatına görə, əkizlər “O başdannan” verilişində deyib ki, beş evləri var:

    “Sulutəpədə ikimərtəbəli evim var. Xırdalanda bir mənzilə sahibik. Mərdəkanda və Şıxovda həyət evim var. Masallıda isə böyük bir evimiz var”.

  • “Bozbash pictures”in “Ağsaqqal”ı evlənir – FOTO

    “Bozbash pictures”də “Ağsaqqal” obrazını yaradan aktyor Azər Baxşəliyev ailə qurmağa hazırlaşır.

    Toy may ayında şəhər restoranlarından birində baş tutacaq. Aktyor artıq toy hazırlıqlarına başlayıb.

    Qeyd edək ki, aktyorun ailə həyatı quracağı Nigar xanım ixtisasca rəssamdır.


    /
    milli.az

  • Anar Nağılbazın atası oğlunun porno videosu haqda danışdı

    Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) çağırılıb. 

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Anjelika Cəbiyevanın özü məlumat verib.

    O, keçmiş qayınatası, eks-deputat Rizvan Cəbiyevin ondan şikayətçi olduğunu söyləyib:

    “Rizvan müəllim, keçmiş qayınatam məndən şikayətçi olub. Guya, onların evinə getmişəm, hədə-qorxu gəlmişəm. Mən kiməm ki, hədə-qorxu gələm? Bu günə kimi heç kəsdən şikayətçi olmamışam, Rizvan Cəbiyevlə isə heç vaxt problemim olmayıb. Həmişə qeyd eləmişəm ki, o, övladlarıma dəstək olub. Ancaq keçmiş qayınatamın məni “Bandotdel”ə şikayət etməsinə şoka düşdüm. Məni niyə görə çağırıblar? Anar deyir ki, qanun biz tərəfdəndi, deputat oğluyam. Bəli, bunun şahidi də olmuşam. Hər yerdə təzyiq göstəriblər. Mənim problemim Anarladır, iki övladımız var. Deyirəm ki, övladlarına atalıq etsin”.

    A.Cəbiyeva iki gün əvvəl sabiq deputatla üzləşdiyini qeyd edib:

    “İki gün bundan əvvəl üzləşmədə olduq. Heç bir məntiqə uyğun sözlər deyilmədi. Müstəntiq də şahid oldu. Rizvan müəllim gördü ki, haqlıyam.  Dedi ki, mənimlə baş-başa gəlmə, nələrə qadirəm, bilmirsən. Oğlu bir yandan, atası da bir yandan hədələyir. İndi qərar verilməlidir. Onların təzyiqi olmasa, haqq öz yerini tapacaq”.

  • Eminin Əminə ilə paylaşımı hər kəsin diqqətini çəkdi – VİDEO

    Məşhur bəstəkar-müğənni və iş adamı Emin Ağalarov sosial şəbəkədə yayımladığı video izləyicilər tərəfindən maraqla qarşılanıb.

    Emin Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminə ilə piano arxasında əyləşərək “You are so beautifu” (Sən çox gözəlsən) mahnısı ifa edib.

    Əminənin mahnıya olan reaksiyası isə izləyiciləri heyran qoyub.

    Sözügedən videonu sizə təqdim edirik:
    /baku.ws

  • Aysel “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq – FOTO

    3-cü “Eurovision” mahnı müsabiqəsinə hazırlıqlar tam sürətlə davam edir

    “X My Heart” (Cross My Heart) mahnısı ilə ölkəmizi Portuqaliyada keçiriləcək müsabiqədə təmsil edəcək Ayseli səhnədə kimlərin müşahidə edəcəyi məlum olub.

    Bu barədə “Infe Azerbaijan” səhifəsi məlumat yayıb.

    Bildirilir ki, təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.

    Qeyd edək ki, əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Ayselin bək-vokalçısı kimi Azərbaycan komandasında yer alıb./oxu.az

  • Aysel “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq – FOTO

    3-cü “Eurovision” mahnı müsabiqəsinə hazırlıqlar tam sürətlə davam edir

    Median.Az oxu.az-a istinadən bildirir ki, “X My Heart” (Cross My Heart) mahnısı ilə ölkəmizi Portuqaliyada keçiriləcək müsabiqədə təmsil edəcək Ayseli səhnədə kimlərin müşahidə edəcəyi məlum olub.

    Bu barədə “Infe Azerbaijan” səhifəsi məlumat yayıb.

    Bildirilir ki, təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.

    Qeyd edək ki, əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Ayselin bək-vokalçısı kimi Azərbaycan komandasında yer alıb.

  • Tolik Sevil və Sevinc bacılarını efirdə biabır etdi – VİDEO

    Müğənnilər Sevil və Sevinc Səfərovanın uzun müddət dost olduqları prodüser Tarix Əliyevlə (Tolik) küsülü olduğu ortaya çıxıb.

    Buna səbəb isə əməkdar artist Röya Ayxan olub. Tolikin Röyanı verilişə çağırmasına əkizlər əsəbiləşib.

    Bu haqda Tolik aparıcı olduğu “Hər şey daxil” verilişində dilə gətirib. Produsser, əkizləri qeyri-səmimilikdə ittiham edib:

    “Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar. Üç gün bundan əvvəl Röyanın mahnısını oxuyub, paylaşıb, onu işarələmisiniz. Bu, nə qədər səmimidir? Məni sosial şəbəkədə Röyaya görə izləmədən siliblər. Dünyanı itirmədim, sizin 1,4 milyon izləyicinizdən mənə xeyir gəlmirdi. Özünüzü Röya ilə bir tumanız səmimidir? Röya bu qədər işlər görüb, konsertlər verib. Siz hələ bir böyük məkanda konsert verməmisiniz. Bir dəfə Moskvada mənim vaxtımda konsert vermisiniz. Məni ittiham edirsən ki, mənim əvəzimə efirə Röyanı çağırırsan, sonra onun mahnısını paylaşırsan”.

    Nəzərinizə çatdıraq ki, Röya ilə əkizlər arasında küsülülk ötən ildən başlayıb. Hər iki tərəf aralarındakı qalmaqalın səbəbini gizli saxlayır./baku.ws

  • Aygün Kazımova klipə görə yıxıldı, burnu zədələndi – VİDEO

    Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipini təqdim edib.

    Sözləri Gülağa Tənhaya aid olan, modern aranjimanda hazırlanan mahnı bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib.

    Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn “Hardasan” mahnısı Aygün Kazımovanın növbəti meqahiti hesab oluna bilər.

    Klipdə Aygün Kazımovanın teatrallaşdırılmış rəqsi maraq oyadır.

    Ekran işində sənətçinin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer -dizayner Rüfət İsmayıldır.

    Klipin rejissoru Teymur Nəcəfzadə, özünün ekran işində xüsusi qrafika yaradıb. Montaj və rəng effektləri Elrəngə məxsusdur. Müğənninin imici üzərində Ruxa, Telman Heybətov və dizayner Rüfət İsmayıl çalışıb. Lahiyənin rəhbəri isə “SS Production”dır.

    Qeyd edək ki, Kazımova klipin çəkilişləri zamanı yıxılıb və burnundan zədə alıb.