Category: Şou Biznes

  • Nazilə Səfərlinin atası keçmiş gəlnini rüsvay etdi: ” Toy gecəsi baldırı açıq …”

    “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinə çıxan Pərvanə adlı qadının “dram”ı çox insanı göz yaşına boğub. Xeyriyyəçi şairə Nazilə Səfərlinin qardaşının keçmiş həyat yoldaşı olan Pərvanə adlı sözügedən xanımın danışdıqlarının, iddialarının nə dərəcədə düzgün olub-olmadığını bilmək üçün Nazilə xanımla əlaqə saxladıq. Aylardır bu barədə kəlmə belə danışmayan şairə Nazilə Səfərlinin xeyriyəçilik əməllərini şəxsən özüm işıqlandırdığım üçün bu məsələ düzü məndə inamsızlıq və təəccüb yaratmışdı. Təəccüb edirdim ki, öz Həcc ziyarəti üçün yığdığı pulu 19 il övlad sahibi ola bilməyən ailənin valideynlərinin müalicəsi üçün xərcləyən N. Səfərli necə olur ki, öz qardaşı balalarına dayaq durmur ?! Nazilə Səfərli bildirdi ki, mən kiməm ki ata-anamın, qardaşımın ailə məsələlərinə qarışım. Əgər işıqlandırmaq, doğruları bilmək istəsəz qapımız hər kəs kimi sizin də, üzünüzə açıqdır.

    Median.az xəbər verir ki, səhəri gün xəbərçi.az əməkdaşları Hövsana yollandı. Pərvanə xanımın keçmiş qaynana, qaynatası bizi mehribançılıqla, gülərüzlə qarşıladı, hətta kəsdikləri qurbanın ətindən bizə də süfrə qurdular. Qurban əti olduğu üçün dəyərini bilib, bir təam nuş etdik. Daha sonra isə söhbətə başladıq.

    – Pərvanə adlı xanımı evinizə gəlin kimi gətirdiyiniz üçün peşmansınızmı?

    – Vallah yalan desəm, günaha bataram. Lap birinci gün toy gecəsindən sonra qohum-əqraba kişilərlə oturub yeyib-içirdik, təzə gəlin utanmadan biz kişilərin üstündən keçib, hamama girdi. Daha sonra çox üzr istəyirəm baldırı açıq geyimdə, hər kəsin qarşısına çıxdı. Deyəndə abırlı geyin deyirdi ki, məni belə görmüşdünüz, mən hər zaman mini geyimdə olmuşam. Deyirdim qızım ər evi ayrı, ata evi ayrı. Sən gəlinsən, anasan, adımız və namusumuzsan. Deyirdi ki, bezdirməyin məni azadlıq istəyirəm. Gəlinin səhər yeməyini belə mən hazırlayırdım. Mən ona gəlin demədim həmişə ona qızım dedim. Səhvi olanda böyük kimi başa salmağa çalışdım. Pərvanəni alanda qohumlar məni qınayardı ki, niyə yetim qız aldın. Məndə hamıya deyirdim ki, yetim qız məgər gün görə bilməz?! Savabdır, qoy, malımı, dövlətimi yesin, dolansın. Məni söyən qadına mən niyə ev bağışlayım ?! Mənə nəsə olsa vəsiyyətnamə yazmışam. Yazmışam ki, oğlum iki nəvəm üçün ayırdığım evi onlara verəcək. Amma 18 yaşları tamam olsun sonra … Pərvanənin 4 evi var. Onun məgər evə ehtiyacı var?! Onun problemi qızım Nazilə Səfərlidir. İstəyir ki, onu biabır etsin, ondan pul qopartsın. Sən Nazilə ilə yaxşı olardın o sizə ürəyini verirdi. Uşaqlar üçün indi də darıxır, ağlayır. Bizi aparıcı Xoşqədəm xanımla qorxuzur. Deyirdi ki, Zaura çıxacam, bir də gördük ki, Xoşqədəm xanımın verilişindən bizə ultimatum yollayır.

    – Yaxşı bu xanım niyə, nədən narazı idi ? Ailədə ən çox davalar nə üstə düşürdü?

    – 6 ay evimizdə telefon davası düşdü. Bu qız hamama da, yatağa da telefonla girirdi. İnstagramda 28 min dostu var idi. Geyimi bizim ailəyə uyğun deyildi. Psixi problemi var idi. Hər ayın 23-25-i aralığında xəstəliyi tuturdu. Bu qızın gündəliyini tapdıq, şok keçirdik. Sevişdiyinlə, görüşdüyünlə olan münasibəti dəftərə yazmaq və o dəftəri ər evinə gətirmək xəyanətdir. Kim bizi qınayırsa, başına gəlsin. Daha sonra cadularını tapdıq. Oxu, üfür, “kocanı kendine böyle bagla” və s. kimi əməllərini görüb, bir daha əmin olduq ki, bu qızın başında böyük problem var. (caduları təqdim edirik – videoda -red)

    Pərvanənin əsl həyatı, daxili aləmi bu dəftərdə nümayiş olunur. Ailə israrla əmindir ki, dəftər Pərvanənindir, hətta ekspertiza belə bunu təsdiq edə bilər, deyirlər.

    – Ana nəvələrin üçün darıxırsanmı?

    – Burnumun ucu göynəyir (ağlayır – red)

    – Ağsaqqal sən necə?

    – Lap çox darıxıram. ( kövrəlir -red) Mənim anam, atam öldü ağlamadım, amma nəvələrimi bu evdən aparanda hönkür-hönkür ağladım. Bizə nə hörmət qoydun axı sən ? Belə gəlinin tərəfini tutanın ocağına elə Pərvanə kimi biri qismət olsun.

  • Müğənnilərimiz Rusiyaya toya neçəyə gedirlər?

    Şou-biznes nümayəndələri tez-tez Rusiyada baş tutan toy məclislərinə dəvət alırlar.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, onların həmin dəvətlərdən nə qədər qonorar alması hər kəsə maraqlıdır.

    Müğənnilər Sevil və Sevinc Səfərovalar “O başdannan” verilişində sənətçilərin sirrini açıb. Əkizlər Rusya toylarında aldıqları qonorarı açıqlayıblar:

    “Rusiyada toya 6 min dollara (10200 manat) gedirik. Qalmaq və bilet pulunu da qarşı tərəf ödəyir. Ən ucuz toya gedən bizik. Digər müğənnilər 10 min dollara (17 000 manat) gedirlər”.

    Qeyd edək ki, Rusiya toylarına tez-tez Könül Kərimova, Namiq Qaraçuxurlu, Samir Piriyev, Elton Hüseynəliyev, aşıq Əli Tapdıqoğlu, Samirə Əliyeva, Ədalət Şükürov, Xatirə İslam, Hüseyn Məhəmmədoğlu dəvət alırlar.

  • Əli Mirəliyev Azərbaycanı “Eurovision”da təmsil etmək istəyir – 3 hissəli mahnı hazırlayıb / VİDEO

    Müğənni Əli Mirəliyevin istəyilə Elgiz Əkbər razılaşmayıb.

    Median.az xəbər verir ki, müğənni öz istəyində iddialıdır.
    Hətta 3 hissədən ibarət mahnı seçdiyini bildirib. Ancaq onun bu istəyini həmkarları tənqid edib.

    Verilişdən həmin maraqlı anları təqdim edirik:

  • Azərbaycanlı aktrisadan ehtiraslı açıqlama: “Ay kişilər, görüşəndə dul qadınla görüşün, savabdır”

    Səs-küylü açıqlamaları və iddiaları yerə göyə sığmayan çıxışları ilə tanınan aktrisa Könül Yusif qızı paylaşımı ilə gündəmə gəlib.

    Aktrisa yetkinlik yaşına çatan qızların ərli kişilərlə sevgili olmasına rişxənd edib.

    Könül, indi ərli kişilərin məşuqələrinin daha çox 18-25 yaş arası qızlar olduğunu yazıb.

    Aparıcının qalmaqallı paylaşımını sizə təqdim edirik:


    /baku.ws

  • Miri Yusif hər kəsdən gizlətdiyi oğlunu üzə çıxardı – FOTO

    Məşhur müğənni Miri Yusif sosial şəbəkədə paylaşdığı yeni fotosu ilə izləyicilərin marağına səbəb olub.

    Sənətçi hər kəsdən gizlətdiyi oğlunu üzə çıxardıb. Beləki, Miri Yusif kiçik oğlu Mir Cahid ilə çəkdirmiş şəklini instagram hesabında izləyiciləri bölüşüb.

    Sənətçi sözügedən fotoya, “Oğlum Mir Cahid – Caka” şərhini yazıb.

    Həmin fotonu sizə təqdim edirik :


    /baku.ws

  • İrandan gələn müğənni canlı yayımda Xatirəni çətin vəziyyətə saldı – VİDEO

    Dünən “5/5”-i qonağı olan Xatirə İslam efirə daxil olduqdan bir neçə dəqiqə sonra mahnısının səslənməsini gözləsə də, bu baş tutmayıb.

    Xanım ifaçı fonoqramının saxlanıldığı İPad-i onunla verilişdə qonaq olacaq Ali adlı cənubi azərbaycanlı müğənninin əlindən salıb qırdığını bildirib. Xatirə bu səbəbdən mahnısının gecikdiyini qeyd edib.

    Zaur xanım müğənnidən o zaman canlı ifa etməsini istəyib. Xatirə aparıcının təklifini qəbul edib:
    /milli.az

  • Röya Aygünün ona etdiyi barışıq jestinə cavab verdi: “Ətim töküldü” – FOTO

    Ötən gün xalq artisti pop diva Aygün Kazımovanın müəllimi Vagif Gerayzadəni ad günü münasibəti ilə instagram hesabında təbriki söz-söhbətsiz ötüşmədi. Kazımovanın küsülü olan həmkarları əməkdar artistlər Röya Ayxan və Tünzalə Ağayevanın həmin paylaşıma adlarını yazması hər kəs tərəfindən bir barışıq jesti kimi qəbul olundu.

    Milyonların sevimlisi Röya isə Aygünün bu addımını qeyri-səmimi adlandırıb, yerdən yerə vurdu. Əməkdar artist axşam saatlarında bir sıra saytların manşetinə çevrilmiş bu xəbəri kollaj edərək foto şəklində şəxsi instagram hesabında paylaşdı. Röya izləyicilərlə bölüşdüyü fotoya belə bir şərh yazıb :

    “Ətim töküldü də. Adə bəstirdə, xoda düşər xatirələr”

    Beləcə Röya Aygün barışıq jestinə özünəməxsus şəkildə cavab verib. Görünür bu xəmir hələ çox su aparacaq, hələ çox maskalar cırılacaq və iki məşhurun arasında qalmaqal daha da şiddətlənəcək./Baku.ws

  • Aygündən küsülü olduğu məşhurlara BARIŞIQ JESTİ – VİDEO

    Xalq artisti Aygün Kazımova şou-biznesdə küsülü olduğu bir çox məşhurlara barışıq jesti edib. A,Kazımova müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edib və paylaşdığı videoya əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənlini işarələyib. 2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Gələrsiz-görərsiz” konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar yer alıb.

    Qeyd edək ki, A.Kazımova əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan və aparıcı Kamran Həsənli ilə uzun illər idi ki, küsülü idi.//lent.az

  • Arda Turan jurnalisti hədələdi: Başını yararam

    Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan yenə qalmaqalla diqqət mərkəzinə düşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Başakşəhər”in futbolçusu jurnalistə hədə-qorxu gəlib.
     
    Belə ki, həyat yoldaşı Aslıhan Doğanla restorandan çıxarkən jurnalistin sualı ulduz futbolçunu qəzəbləndirib. Ardıcıl sualların cavabsız qaldığını görən müxbirin Doğandan “Arda bəy sizə danışmaq qadağası qoyub?”, deyə soruşmasından sonra özündən çıxan futbolçu onu döyməklə hədələyib: “Tərbiyəli ol. Qadağa qoymaq nə deməkdi? Sənin başını, gözünü yararam, yoldaşımla danışırsan”.

    Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan qış fasiləsində “Başakşəhər”ə icarəyə verilib.

  • Könül Xasıyevaya 1 milyon 200 min “atdılar”? — ŞOK İDDİA

    Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya bir milyon iki yüz min manat “atıldığı” barədə iddialar səsləndirilib.

    “Ölkə.Az”ın əldə etdiyi xəbərə görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

    İddiaya görə, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilmiş razılaşmaya əsasən, “şəriki” qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyatı dövlət qurumlarıyla əlaqələr qurmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma “şərik” pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.
    Əldə etdiyimiz xəbərlə bağlı K.Xasıyevanın münasibətini öyrənmək cəhdlərimiz baş tutmayıb.
    Qeyd edək ki, K.Xasıyeva uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.

    Bir daha qeyd etmək yerinə düşər ki, əldə etdiyimiz məlumat sadəcə iddiadır. Həqiqətin necə olduğunu yalnız Könül Xasıyeva bilir.