Category: Şou Biznes

  • Samiraldonu restorandan qovdular – VIDEO

    Samiraldo bu gün xoşagəlməz hadisə ilə üzləşib.

    Median.Az big.az-a istinadən xəbər verir ki, stilist bu gün 3 doğum günündə iştirak etmək üçün dəvət alıb. O, məclislərin təşkil olunduğu restorana getsə də, restoran sahibi Samiraldonun içəri daxil olmasına icazə verməyib. Onu qapıdan qovublar.

    Bu haqda Samirlado özü sosial şəbəkədə video paylaşıb.

  • 40 yaşlı subay aparıcı: “ Yazırlar ki, Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram”

    Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

    Yenicag.az-a açıqlama verən 40 yaşlı subay aparıcı insanların onun barəsində cürbəcür şayiələr yaydığını deyib:

    “Subay kişiyəm, hansı xanımla dostluq edirəm, o saat barəmizdə şaiyələr yaymağa başlayırlar. İnsanlar elə bilir ki, dostluq etdiyimiz xanımlarla sevgi münasibətlərimiz var. Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram. Boş-boş söhbətlərdir, Hər iki xanımla çox gözəl, səmimi dostluq münasibətlərimiz var. Oksana ilə çəkildiyimiz “Lal yuxu” serialında isə sevgiliyik, ölürük bir-birimizin dərdindən. Nə olsun, o filmdir, reallıq tam fərqlidir. Oksana gündə bir dənə qız şəkli göndərir ki, bax, birini bəyən evlənmək vaxtındır. Həyatımda ən çox diqqət ayırdığım bir qadın var, o da mənim anamdır”.

  • Alişan nişanlandı – FOTO

    Ötən ilin sentyabr ayında tanınmışa aparıcı Esra Erolun bacısı Eda Eroldan ayrılan türkiyəli müğənni Alişan yenidən nişanlanıb.

    Aktrisa Buse Erolla nişanlanan sənətçi bazar günü sadə bir məclislə bu anları qeyd edib.

    Alişanın nişan mərasimində yaxın dostları Çağla Şikel və aparıcı Ece Erken də olub.

    Qeyd edək ki, Alişan bir neçə gün öncə sevgilisinin rol aldığı serialın çəkilişinə gedib evlilik təklif etmiş və müsbət cavab almışdı./oxu.az



  • Şəbnəm oğlunun sünnət toyunda gəlinlik geyindi – FOTO-VİDEO

    Müğənni Şəbnəm Tovuzlu bayram günlərində oğlu Əliyə kiçik toy edib.

    İfaçı yerli şou-biznesin az qalsın bütün simalarını məcilisinə dəvət edib. Məsələnin diqqət çəkən məqamı ondan ibarətdir ki, Şəbnəm oğlunun toyunda ağ gəlinlikdə olub, sanki özünə toy çaldırıb.

    “İnstagram” səhifəsində mərasimdən fotoları paylaşan Tovuzlu qeyd edib ki, həyat yoldaşı Hacı Rafiq şəkillərdə görünməyi sevmir. Ona görə də ərinin yalnız qolunun fotosunu paylaşıb.

    “Belə paylaşıma görə bəziləri yazacaq ki, niyə Hacının ancaq qolu düşüb? Vallah, bu insan nə “İnstagram”, nə “Facebook” işlətmir, heç bir sosial şəbəkədə yoxdur. Mən məcbur etdikdən sonra ancaq “WhatsApp” işlədir. Orada da profilinə ya maşın, ya da dəniz şəkli qoyur. Bu insan hətta tək belə heç bir halda fotolarını paylaşmır. Əsas odur ki, bizimlədir, yanımızdadır” – deyə müğənni qeyd edib.

    Nəzərinizə çatdıraq ki, Şəbnəmin həyat yoldaşı Hacı Rafiqin Nizami Küçəsi, “İçərişəhər” və Moskvada mağazaları var. Hacı, uzun müddət Rusiyanın Surqut şəhərində yaşayıb. 

    Cütlüyün Əli adlı bir oğlan övladı var.

     

    ///cebhe.info

  • Əməkdar artist EIgizi yıxıb-sürüdü: “Özünü yığışdır, yoxsa səni…” – QALMAQAL

    Elgiz Əkbərin əməkdar artist Gülüstan Əliyeva haqqında efirdən səsləndirdiyi sözlər qarşı tərəfi özündən çıxardıb.

    Belə ki, aparıcı “Səhər-səhər” verilişində Gülüstan Əliyeva ilə küsülü olduğunu deyib. Bildirib ki, illər öncə prodüseri müğənnini verilişinə dəvət edərkən, o, Elgizi tanımadığını deyib. Elgiz də ondan heyf çıxmaq üçün verilişində Gülüstan Əliyevanı tanımadığını söyləyib.

    Median.Az bildirir ki, yenicag.az-a açıqlama verən G.Əliyeva Elgizin yalan danışdığını deyib: “Deyəsən, Elgiz daha bilmir ki, verilişinin reytinqi üçün hansı nağılları uydurub danışsın. O, bu günlərdə gənc müğənnini qızışdırıb, mənim adımı hallandırmaqla da şou yaratmışdı. Cavabları çox ağır oldu. Bu, ona dərs olmadı, yenə təzə nəsə udurub adımı hallandırır. Deyəsən, məni yaxşı tanımır, ya da kimlərləsə dəyişik salır.

    Elgiz, sən telekanalın küncündə oturub, verilişini reklam etmək üçün camaatı aldadıb, adımdan danışanda, mən burda – Kanadada Azərbaycan musiqisini təbliğ edirəm. Ayıb olsun sənə. Özünü yığışdır, yoxsa istəyirsən sənə ağır cavab verim? Get verilişinə reytinq yığmaq üçün başqa adamlardan istifadə et”.

  • Azərbaycanlı blogger sevgilisindən ayrılma xəbərini yaydı – VİDEO

    Rusiyanın ən məşhur bloggeri əslən azərbaycanlı Hüseyn Həsənov model sevgilisi Nika ilə yollarını ayırıb.

    Hüseyn bu haqda şəxsi instagram hesabında izləyiciləri ilə bölüşüb. O bildirib ki, bu gün ki gündən mən yenə də subayam. biz Nika ilə ayrılsaq da bundan sonra dost kimi qalacağıq. Çox xahiş edirəm onun xətrinə heç kəs dəyməsin.

    Hüseyn sevgilisi ilə ayrılıq xəbərini el-aləmə car çəkməklə yanaşı avtomobildə əyləşən dostuna üzünü tutaraq giley güzarda edib.

    “Qardaşım yenə başlayacağam doşirak, rolton kimi tez hazırlanan gidalar yeməyə.”

    Ayrılma xəbərini alan Hüseynin bir çox qız fanatları “Gəl mənimlə sevgili ol. Sənə yaxşı baxaram. İstədiyin yeməyi bişirərəm. İstəsən sənən gözəl massaj edərəm” kimi onun inboksuna mesaj yazıblar.

    Onlar içində bir qız fanatı isə onun cavabını almadığı üçün Hüseyni təhqir belə etməkdən çəkinməyib. Hüseyn isə bu kimi yazılara: “Başladı sms-lər. Bu qızları başa düşmək olmur kimi” şərh verib.

    Məşhurun lentə aldığı etiraflarla dolu ayrılma xəbərini sizə təqdim edirik :
    /baku.ws

  • Səmra Rəhimlidən erməni etirafı: “Səhnədə məni itələdi” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı Azərbaycanı 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli olub.

    Heç vaxt səhnədə həyəcan hiss etmədiyini deyən Səmra “Eurovision” səhnəsində yaşadığı anlardan danışıb:

    “Səhnədə həyəcanlanmaq necə olur?! Mən onu hiss edə bilmirəm. Hətta bizimlə çalışan qrup da deyirdi ki, sən yeganə iştirakçısan ki, səhnəyə özünə güvənərək çıxdın. Düşmən ölkədən soyuqluq hiss etdim. Hətta səhnədə bir situasiya olmuşdu. Erməni qız gəldi məni itələdi. Mən orda reaksiya verə bilməzdim ona. Çünki orda hər şey başqa cürdü. O elə elədi ki, guya məni görmədi. Finala keçənlər təqdim ediləndə, mən ortada dayanmışdım. O da gəldi məni itələdi, bayrağı ilə durdu biraz yellədi sonra qaçdı getdi qırağa. Başa düşmədim onu”./qaynarinfo.az

  • Bu məhşur “Qədim Azərbaycan qadını” obrazını canlandırdı – FOTOLAR

    “Eurovision” təmsilçimiz Dilarə Kazımova fotosessiya etdirib. Median.Az-ın məlumatına görə, ifaçı “Qədim Azərbaycan qadını” obrazını yaradıb.






  • Qapı arxasından Nağılbazın “çıxdığını” görən Röyanın reaksiyası … – VİDEO

    “5/5”-də qonaq olan əməkdar artist Röya Ayxan aparıcı Zaur Kamalın “sürprizləri” ilə qarşılaşıb.

    Aparıcının xanım müğənni üçün etdiyi belə sürprizlərdən biri də studiyadakı monitorda rəqəmlənmiş 5 fərqli qapıda Röyanın qulaq falına çıxması olub. Hər qapının bir müğənniyə aid olduğunu bildirən Zaurun istəyini yerə salmayan Röya sıra ilə rəqəmləri söyləyib.

    4-cü qapıdan Anar Nağılbaz çıxınca Röyanın reaksiyası aparıcı da daxil olmaqla, studiyadakıları güldürüb.

    Həmin kadrları videodan izləyin:
    /milli.az

  • Həbsxanada yatan, narkotik çəkən MƏŞHURLARIMIZ – SİYAHI

    Mətbuat.az saytı son illərdə adı cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurlar barəsində məllumat yayıb.

    Siyahımızın ilk sırasında dünyasını dəyişmiş reper Hüseyn Dərya yer alır. Heç kimə sirr deyil ki, o, dəfələrlə narkotik istifadə etdiyinə görə, həbs həyatı yaşayıb. Sonuncu dəfə həbsdən azadlığa çıxan müğənni mətbuata açıqlamasında narkotikə “yox” dediyini, “tövbə” etdiyini açıqlamışdı.
    Növbəti sırada tanınmış müğənni-bəstəkar Tunar Rəhmanoğlu gəlir. Azəri Günelin qardaşı kimi də tanınan ifaçı 2013-ci ilin mayın 4-də həbs edilib. Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması idi. İdarə etdiyi “Mersedec” markalı avtomobillə yol hərəkəti qaydalarını pozandan sonra sənədlərini inspektora təqdim etməkdən imtina edən T.Rəhmanoğlu daha sonra barəsində inzibati tədbir görülməsi üçün şöbəyə aparılmışdı. Məhkəmənin qərarı ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum olunması cəzası verildi. On gün həbs yatan ifaçı azadlıqdan çıxdıqdan sonra mövzu ilə bağlı mətbuata açıqlama vermək istəmədi.

    Bir zamanlar populyarlığı ilə özündən söz etdirən Vüsal Əliyevin də yolu həbsxanadan keçib. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilmişdi. Lakin V,Əliyevin himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, azadlığa buraxılıb.

    Azərbaycanl ilk dəfə “Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadədə adı cinayətdə hallanan məşhurlardandır. O, dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında baş verib.

    Reper Elşad Xose (Əliyev) də narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. Hətta o, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

    Rejissorlardan Aqil M.Quliyev 2013-ci il aprelin 23-ü Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunaraq, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb kimi, rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığı göstərilmişdi.

    Aqil.M.Quliyevin kolleqası, Gənc Tamaşaçılar Teatrının rejissoru Ağalar İdrisoğlu yolu həbsxanadan keçənlərdəndir. A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs edilib. O, 2 ay həbs həyatı yaşayıb. O, bir qrup şəxslə birgə şəbəkə biznesində təqsirləndirilir.

    “Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərovanın adı da cinayət əməlində hallanıb. Məlumatlara görə, ifaçının keçmiş qonşusu polisə şikayət edərək bildirib ki, Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib və bu yolla dələduzluq edib.

    Azərbaycanda şou-biznes nümayəndələrinin adlarının bu kimi cinayətlərdə hallanması adi hala çevrilsə də, onların doğmalarının da adları da az hallanmayıb.

    Buna misal olaraq həbsxanada özünü asan müğənni Mətanət Əsədovanın 35 yaşlı bacısı Nurlanə Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılıb. Onlar 2013-ci il sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunub. Həbsxanaya salınan müğənnin bacısı buna dözməyərək, bir neçə gün sonra, oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanıdakı istintaq təcridxanasında özünü asıb.

    Xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımov 2013-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə 10 il həbs cəzasına məhkum edilib. K.Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub.

    Müğənni Rəqsanə İsmayılovanın qohumlarından cinayət işində adı hallananlar yetəri qədərdir. Belə ki, müğənnin bacısı Ellada İsmayılova 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb olunub. E.İsmayılova Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), maddəsi ilə ittiham olunmuşdu. Hazırda azadlıqda olan Rəqsanənin bacısı xarici ölkədə yaşayır. Lakin onun övladları da anasından geri qalmayıblar. Belə ki, E.İsmayılovanın oğlanları Turan və Tural Səfərovlar ötən ay Bakının Nərimanov rayonu ərazisində baş verən insident zamanı həbs olunublar.

    Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli isə hazırda həbsdədir. O, 2 dəfə azadlıqdan məhrum edilib. Onun ilk həbsi 1998-ci ildə olmuşdu. O, qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirmiş və məhkum olunmuşdu. Daha sonra azadlığa çıxan A.Kəsəmənli yenidən istintaqa cəlb edilərək bu ilin mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində 8 il 4 ay həbs qərarı seçilib. O, 2013-ci il sentyabrın 17-də qardaşı Reşat Kəsəmənli və dostu Valehlə toya getdikləri zaman şöbəyə aparılıblar. Hadisədən bir neçə saat sonra Reşat və Valeh buraxılsa da, Araz Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə istintaqa cəlb edilib.

    Əməkdar artist Firuzə İbadovanın bacısı, aktrisa Rəhilə İbadova həbsxana həyatı yaşayıb. Belə ki, aktrisa 2006-cı ildən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkib və 2013-ci ilin dekabrın 11-də azadlığa buraxılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub.

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov da soyğunçuluqda günahlandırılıb. 2008-ci ilin yanvarında saxlanılaraq barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi açılıb. O, 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib. Hazırda azadlıqdadır. E.Rəhmanov 2005-cı ildə “Azəri-star” mahnı müsabiqəsinin iştirakçısı olub.

    Tanınmış aktyor, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev illər öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. Lakin sənətkarın oğlu F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün 17.01.2012 tarixində dünyasını dəyişib.

    Xalq artisti Təranə Muradovanın bacısı Nailə Paşayeva dəfələrlə müxtəlif cinayətlərə görə həbs olunub. İlk dəfə 13 yaşında həbs olunan N.Paşayeva 20 yaşında azadlığa çıxsa da, yenidən oğurluq səbəbi ilə həbs olunub. 2008-ci ilin 20 aprelində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə yenidən cəzaçəkmə müəssisəsinə göndərilmişdi. Sonuncu dəfə isə narkotik üstündə həbs olunaraq 4 il 6 ay müddətində azadlıqdan məhrum edilən N.Paşayeva bir neçə gün əvvəl qaraciyər serozundan dünyasını dəyişib.

    Tanınmış aktrisa, xalq artisti Kübra Əliyevanın oğlu Rauf Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. O, Bakıda aptekə basqın etməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. Xatırladaq ki, aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul aparmışdı.

    Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova Fədayə Baris qızı) həbsi ilə bağlı bəzi detallar üzə çıxıb.

    Fədayə Laçın 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.