Category: Şou Biznes

  • Namiq Qaraçuxurlu əlil arabasında – VİDEO

    Meyxanaçı Namiq Qaraçuxurlunun sosial şəbəkədə Rusiya hava limanından videosu yayılıb.

    Yayılan videoda sənətçinin əlil arabasında oturduğu görünür.

    Bir müddət əvvəl ayağı sınan və ağır əməliyyat keçirən Namiq əsa ilə gəzir. Səfər zamanı ayağı ağrıyan meyxanaçı əlil arabasından istifadə etmək qərarına gəlib.

    Qaraçuxurlunun videosunu müğənnilər Sevil və Sevinc bacıları sosial media hesablarında paylaşıb./oxu.az

  • Xalq artisti Aygünü öpüb “bihuş” oldu – FOTO

    Ziyalı ictimai şəxslərin birləşdiyi “Pəncərə Klubu” üzvləri ilə görüş təşkil edib.

    Median.az xəbər verir ki, gecənin yaddaqalan məqamlarından biri Xalq artisti Aygün Kazımovanın çıxışı olub.

    O, gəlişi ilə tədbirə öz “Aygünsayağı” əhval-ruhiyyəsini gətirib. Mərasimin açılışını “Novruz gəlir, yaz gəlir” mahnısıyla edən müğənni tədbir boyu bütün qonaqların diqqət mərkəzində olub.


    Son dövrlərdə xeyli çəki atan ulduz öz yeni səhnə obrazı – qapalı və eleqant tərzli görüntüsü ilə də diqqət çəkib.


    Gecədə iştirak edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, məşhur yazıçı Çingiz Abdullayev, kinorejissor Oqtay Mirqasımov və qızı Ayan Mirqasımova, peşəkar rəqqasə, Xalq artisti Təranə Muradova, bəstəkar Vaqif Gərayzadə, müğənni Miri Yusif və digər qonaqların ürəkdən alqışları Aygünü daha da ruhlandırıb.


    Xalq artisti Fəxrəddin Manafov isə müğənniyə yaxınlaşıb, onu öpərək ürəktutmasından yıxılırmış kimi bir səhnə yaradıb. O, daha sonra öz hisslərini “Aygün, sən mükəmməlsən! Hər zaman bax bu cür qal…” sözləri ilə ifadə edib.


    Mənbə: oxu.az

  • Mətanət İsgəndərlinin 3 mərtəbəli dəbdəbəli villasını sökdülər – FOTO

    Əməkdar artisti Mətanət İsgəndərlinin villası sökülüb. 

    Baku.ws xəbər verir ki, məşhurun Nizami küçəsi 3-də yerləşən üç mərtəbəli villası səhər saatlarında sökülüb. 

    Həmin ərazidə digər yaşayış obyektin inşası ilə əlaqədər əməkdar artistin evi sökülüb.

    Mətanət İsgəndərli həmin mövzu ilə bağlı açıqlamasını almaq istəsək də, özünü onun yaxını kimi qələmə verən xanımın sərt reaksiyası ilə qarşılaşdıq. “Bizim çox işlərimiz və bayramla bağlı çəkilişlərimiz var. Belə məsələlərə aydınlıq gətirməyə isə bizim vaxtımız zamanımız yoxdur” deyə söylədi.







  • “Tərbiyyəsiz insanlardı, elə bil meşədə böyüyüblər” – Afaq Aslan (VİDEO)

    ARB TV-nin “Açıq Pəncərə” proqramının növbəti buraxılışının qonaqlarından biri də müğənni Afaq Aslan olub.

    Həmçinin sosial şəbəkələrdə etdiyi rəqslərlə məşhurlaşan Rüfət Cahangirli də proqrama qonaq kimi çağrılıb. O, bildirib ki, “İnstagram” hesabını yazılan rəylərdən dolayı bağlayıb.

    “Rəy yazanlardan şəxsiyyət vəsiqəsinin seriya nömrəsini tələb etsəydilər o zaman “İnstagram”da olardım. Amma demək istəyirəm ki, heç bir məşhur gecələr rahat yata bilmir”.

    Daha sonra müğənni Afaq Aslan Rüfətin dediklərini dəstəkləyib.

    “Sözlərində həqiqət var. Məndə neçə mindən çox blokda olan insanlar var. Bəzi tərbiyyəsiz insanlar var ki, elə bil meşədə böyüyüblər. Elə rəy yazırlar ki, cavab versən onun səviyyəsinə düşərsən”.

  • “Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın…”-NATAVAN HƏBİBİ

    “Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm”.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “Sənətsevər” verilişində deyib.

    Sənətçi “W-trio” qrupundan, orada birlikdə çalışdığı əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb:

    “W-trio” ilə müqaviləmiz bitdi deyə, qrup dağıldı. Mənim Vaqif Gərayzadə ilə işbirliyim davam etdi. Amma o biri qızlar solo karyeraya başlamaq istədilər. Mənim Röya və Elnarə ilə münasibətim yoxdur. Təzəlikcə, Elnarə ilə “salam-sağ ol” var aramızda. Amma yaxın deyilik, heç nəyi bölüşmürük. Düşünmüyün ki, Röya ilə düşmənik və ömürlük münasibət olmayacaq. Aygün Kazımovayla da münasibətimiz yox idi. Amma indi hər şey yaxşıdır”.

    Natavan sevgi həyatı ilə bağlı sualları cavablandırıb:

    “Uşaqlıqdan hər zaman diqqət içində böyümüşəm. İlk dəfə altıncı sinifdə oxuyanda mənə dedilər ki, başqa sinifdə oğlan var, ölür məndən ötrü. Onun sevgisi o qədər güclü oldu ki, valideynləri də bu işə qarışdı. Hətta bizi nişanlamaq istəyirdilər. Amma alınmadı, məni ona vermədilər. Heç vaxt düşünmürdüm ki, ailə qurub, uşaq sahibi olmalıyam. Uşaqlıqdan deyirdim ki, mən ev xanımı olacam, həyat yoldaşım işləyib, bizə baxacaq. Müğənni oldum, alınmadı. Son iki ildə Səid (reper Dado – red.) çıxdı, alınmadı. Mənə qarşı “ürəyiağrıyan” baxışlar istəmirəm. Hamıdan güclüyəm. Onunla ailə qurmağıma peşman deyiləm, oldu keçdi”.

    Sənətçi artıq toy məclislərinə də getməyə başladığını söyləyib:

    “İndi başlamışam toylara getməyə. Çünki çalışan müğənnilər siyahısına girdim. Bu vaxta qədər işləmirdim”.

  • “Atam külqabıyla anamın başını yardı” – Müğənnidən şok etiraf – VİDEO

    ARB TV-nin “Sirdaş” proqramının növbəti qonağı müğənni Bahar Lətifqızı olub.

    Müğənni uşaq vaxtı ailəsində baş verən mübahisələrdən söz açıb.

    “Uşaqların psixoloqisyası mənə daha yaxındı. Yadımdadır ki, atam anamı çox döyürdü. Anamın epilepsiyası var idi, tez-tez ürəyi gedirdi. Pis ata deyildi. Qazanırdı, gətirirdi. Gözümün qabağında çox şeylər olurdu, amma bunu heç kimə deyə bilmirdim. Anamın ürəyi gedirdi, qonşular gəlirdi. Deyə bilmirdim ki, atam külqabını anamın başına vurdu, başı yarıldı. Deyirdim ki, yıxıldı başı dəydi qanadı”.

  • Hadisə geyimləri ilə hadisə yaratdı – FOTO

    Hadisənin seksual səhnə kostyumu gündəm yaradıb.

    Oxu.az “Hürriyet”ə istinadən xəbər verir ki, müğənni dünən Bostançı Şou Mərkəzində konsert verib.

    Altı rəqqasə ilə birlikdə səhnəyə çıxan müğənni təxminən iki saat ərzində sevilən mahnılarını səsləndirib. İfaçı cəlbedici səhnə geyimi ilə diqqət çəkib.

    Hadisə səhnə öncəsi suallara cavab verib. O, “Sıfır Tolerans” mahnısına çəkilən klipi açıq-saçıq olduğu üçün RTÜK-dən cəza aldıqdan sonra “Farkımız var” klipində qapalı geyimdə kamera qarşısına keçməsi haqqında danışıb:

    “Əsl istədiyim kimi klip çəkdim. Məni heç bir şey qorxutmur. İstədiyimi edirəm, azad sənətkaram. RTÜK cəza verəcəksə də, verər”.

    Müğənni daha sonra cəzalar məsələsində ayrıseçkilik edildiyini dilə gətirib:

    “Məncə, qadınlar bu məsələdə daha çox əzilir. Kişi sənətçilərinin kliplərində öpüş və sevişmə səhnələri daha çoxdur. Bir qadının rəqsi, bədəni, saçı, makiyajı çox danışılır. Bu məsələdə qadın-kişi ayrıseçkiliyi aparılır.

    Mənim küçədə əlimi tutub təşəkkür edən qadınlar olub. Mən də onlara təşəkkür edirəm. Qadının səsi olmağa davam edəcəyəm”.

    Paris tətilində Hakan Sabancı ilə əyləndiyi iddia edilən müğənni “Bacılarımla istirahətə getdim. Mənim də tanıdığım insanlar olur. Orada qarşılaşdıq, birlikdə əyləndik. Hadisənin yanında bir kişi görünən kimi dərhal xəbər olur. Həqiqətən, həyatımda bir adam olsa, əlindən tutub qarşınıza çıxaram”, – deyib.















  • MTRŞ-dən Zaurun xalatda efirə çıxmasına – MÜNASİBƏT

    ATV-də yayımlanan “Zaurla Günaydın” proqramında aparıcı Zaur Baxşəliyevin hamam xalatında efirə çıxması sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.

    Məsələyə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib.

    O qeyd edib ki, burada qanunvericilik və mənəvi dəyərlər baxımından heç bir pozuntu aşkarlanmayıb:

    “Yayımçıların efiri daimi nəzarətindədir. Ancaq biz şou proqramlarda hər şeyə müdaxilə edə bilmərik. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan “Zaurla Günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından problem və narahatlıq doğuran ciddi hal yoxdur”.

  • “Atam külqabıyla anamın başını yardı” – Müğənnidən etiraf – VİDEO

    ARB TV-nin “Sirdaş” proqramının növbəti qonağı müğənni Bahar Lətifqızı olub.

    Milli.Az bildirir ki, müğənni uşaq vaxtı ailəsində baş verən mübahisələrdən söz açıb.

    “Uşaqların psixoloqisyası mənə daha yaxındır. Yadımdadır ki, atam anamı çox döyürdü. Anamın epilepsiyası var idi, tez-tez ürəyi gedirdi. Pis ata deyildi. Qazanırdı, gətirirdi. Gözümün qabağında çox şeylər olurdu, amma bunu heç kimə deyə bilmirdim. Anamın ürəyi gedirdi, qonşular gəlirdi. Deyə bilmirdim ki, atam külqabını anamın başına vurdu, başı yarıldı. Deyirdim ki, yıxıldı başı dəydi qanadı”.

  • Flora Kərimova mirasını açıqladı: “İki evim, bağım, qızıllarım…”

    Xalq artisti Flora Kərimova mirasından danışıb.

    Median.az axşam.az-a istinadən bildirir ki, müğənni “Zaurla Günaydın” verilişində bildirib ki, var-dövlətini övladları və köməkçisi arasında bölüb:

    “Ən böyük övladım Yaqutdur (köməkçisi – red.). Sonra oğlum Oktay və qızım Zümrüt gəlir. İndi bir övladım da var, Nigar. Hər səhər dua oxuyub Allaha onlar üçün yalvarıram. Heç vaxt Allaha yalvarmamışdım. Bir evim anamdan qalıb, oğluma bağışladım. Bir evimi də qızımın atası almışdı. İndi qaldığım evdir, möhtəşəmdir. Orada hər bir otaqda bir ailə yaşayırdı. Onları rəhmətlik köçürtdü, təmir etdi, amma yaşaya bilmədi. İndi qızıma vəsiyyət etdim. Qızımla oğlum heç vaxt heç nəyi bölmür. Bağım isə ikisinin ümumidir. Oturdum onları zinət əşyalarımı da Yaqut, Zümrüd və Oktay arasında böldüm”.