Category: Şou Biznes

  • Azərbaycanlı müğənni büstqaltersiz FOTOLAR çəkdirdi – VİDEO

    Dilarə Kazomova büstqaltersiz halda fotosessiya etdirib.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, bu il durmadan öz yaradıcılığında yeniliklərə imza atan müğənni Dilarə Kazımova yeni işi ilə dinləyicilərini sevindirib. Müğənni “Dəm olmuşam”, “Yalnız səni gözlədim” kimi hitlərdən sonra “Danış” adlanan yeni mahnısını təqdim edib. O, mahnının tam hissəsini sosial şəbəkədə paylaşdıqdan dərhal sonra onun haqqında müsbət rəylər almağa başlayıb. Sözügedən mahnı ilk sədalarından musiqisi və sözləri ilə dinləyicini öz sehrinə sala bilib.
    Son günlərdə cəlbedici bədəni və seksual fotoları ilə gündəm yaradan ulduz yeni fotosessiya da etdirib. Lakin müğənni bu fotoların sosial şəbəkələrdə müzakirələrə səbəb olacağını əsas gətirərək onları paylaşamamağa qərar verib. Bununla belə ulduz yeni mahnısı üçün hazırlanan video çarxda bu fotolardan birini istifadə edib.

    ”Danış” mahnısı artıq bütün ölkə radiolarına da təqdim edilib.

    Qeyd edək ki, mahnının sözləri “Bumerang label” şirkətinin rəhbəri Nigar Məmmədovaya, mahnısı Camal Qurbanova məxsusdur. Səs tembrı və özünəməxsus ifası ilə seçilən Dilarə Kazımovanın yeni mahnısını təqdim edirik.

  • Röyanın toyda cavan oğlanla rəqsi hər kəsi təəcübləndirdi – VİDEO

    Milyonların sevimlisi, əməkdar artist Röya Ayxanın sosial şəbəkələrdə paylaşılan yeni videosu böyük ajiotaj yaradıb.

    Baku.ws xəbər verir ki, Röya paytaxt restoranların birində dəbdəbəli toy məclisinə qatılıb. Əməkdar artist səhnəyə çıxaraq “Səndən bir dənədir” hitini ifa edib. Amma Miri Yusiflə oxuduğu bu dueti Röya onunla deyil bəyin ən yaxın dostu ilə ifa edib.

    Röya ilə cavan oğlanın bir-biri ilə olduqca səmimi görüntüləri qonaqların alqışına səbəb olub. Əməkdar artistin ifası ilə yanaşı duet ortağı ilə cəsarətli və ehtiraslı rəqsi isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Sözügedən kadrları sizə təqdim edirik :

  • Zaur Baxşəliyev canlı efirə hamam xalatında çıxdı – VİDEO

    ATV kanalında hər şənbə səhər çağı yayımlanan “Zaurla Günaydın” verlişində maraqlı və müzakirələrə səbəb olacaq kadrlar yayımlanıb.

    Baku.ws xəbər verir ki, proqramın aparıcıları, məşhur cütlük Zaurla Günay səhnəcikləri ilə səs küy yaradıblar.

    Beləki Zaur efirə çəhrayı rəngdə, şalvarsız, hamam xalatında çıxıb. Qazın bitdiyini və soyuqdan əsdiyini dilə gətirən Zaur xanımı Günaydan çay istəyib. Günay isə onu bu vəziyyətdə görərək telefonu əlinə alıb və başlayıb onunla birgə şəkil çəkdirməyə.

    Cütülüyün səmimi dialoqunu sizə təqdim edirik:

  • Dilarə Əliyeva: “Qızımı görənlər şoka düşür”

    Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva ailəsi ilə bağlı səmimi etiraflar edib.

    Yenicag.az-a açıqlama verən aktrisa qızının şəxsi həyatına müdaxilə etməyəcəyini bildirib:

    “Mən 17 yaşında, gözüm açılmadan ərə getdim. Heç tay-tuşlarım kimi gənclik yaşamadım. Buna görə də istəyirəm ki, qızım məndən fərqli olaraq, gənclik illərini doya-doya yaşasın, sonra ailə qursun”.

    Aktrisa qızı ilə dost olduğunu deyib:

    “Bizim aramızda dost münasibətləri var, o mənə “ana” yox, “Dilarə” deyə, müraciət edir. Ailəmizdəki qayda-qanunlara o da riayət edir. İllərdir ki, gündəlik planlarım, gedib-gəldiyim yerlər barədə Oqtaya məlumat verirəm. Qızım da mənim kimidir: hara gedib-gəlirsə, atasına deyir. Son 3 ildə ənənəvi olaraq hər bazar günü kinoya baxmağa gedirik. Onu da deyim ki, qızımı Qala gecələrinə güclə aparırıq, həmişə də fotokameralardan qaçır. Reklam olunmağı heç sevmir. Qızımı görənlər şoka düşür. Hamı heyrətlə deyir ki, “yəni sənin belə qızın varmış, heç görməmişdik”.

    Qeyd edək ki, məşhur cütlüyün iki qızı var. Evin ilki olan Aytən 23 yaşındadır.

  • Afaq Aslan Lotu Quli ilə olan münasibətindən danışdı: “Sevgi nazirə, avtoritetə baxmır…”

    Müğənni Afaq Aslanın kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması haqda mətbuatda məlumatlar yayılıb.

    Məsələ ilə bağlı müğənni musavat.com-a danışıb“Ümumiyyətlə, şəxsi həyatımla bağlı açıqlamalar verməyin əleyhinəyəm. Lotu Qulini tanıyıb-tanımadığım haqda danışmaq istəmirəm. Şəxsi həyatım yalnız mənə məxsusdur”.

    Müğənni kriminal aləmə olan münasibətindən də söz açıb: “Kriminal aləmə olan münasibətim mükəmməldir. Bu günə qədər kriminal aləmin nümayəndələri ilə dostluq münasibətlərim olmayıb. Amma öz sözünü deməyi bacaran insanları həmişə dəstəkləmişəm. Ümumiyyətlə sevgi məsələsindən söhbət gedirsə, məncə sevgi nazirə, məmura, biznesmenə və ya avtoritetə baxmır”.

    Qeyd edək ki, müğənni şəxsi İnstaqram hesabında bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib. O, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətlərinin olması haqda rəy yaradıb.

  • Validə alt paltarında kamera qarşısına keçdi – VİDEO

    Keçmiş model Validə Abbasova bir neçə günlük Bakıya qayıdıb.

    Axşam.az-ın məlumatına görə, “Miss millenium” gözəli fotosessiya etdirib.

    O, çəkiliş zamanı lentə alınan videosunu İnstaqram səhifəsində paylaşıb. V.Abbasova videoda alt paltarında görünüb. Görüntüdə müğənni Nigar Camal da yer alıb.

    Qeyd edək ki, Validə uzun illərdir İsveçrədə yaşayır.

  • Elza Seyidcahandan yeni şeir: “Bu gecənin qaranlığında sevişin ki, doğasız” – VİDEO

    Əməkdar artist, tanınmış bəstəkar və müğənni Elza Seyidcahan yenidən gündəmə gəlməyi bacarıb.

    “Hər şey daxil” verilişində qonaq olan sənətçi yeni şeirini canlı yayımda səsləndirib. “Sevişin ki, doğasız, doğdurasız” adlanan şeir sosial şəbəkədə paylaşılıb və böyük marağa səbəb olub.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Təranə Qumrala cinayət işi açıldı

    Tanınmış müğənni Təranə Qumral barəsində cinayət işi qaldırılıb.

    Bu barədə oxu.az-a müğənni Nazəninin vəkili Heyrat Qarayev məlumat verib:

    O bildirib ki, Qumral Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, üç ilədək azadlıqdan məhrum edilə bilər.

    Buna səbəb isə ifaçının Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsidir.

    “Cavabdeh Təranə İbrahimova Bakı Apellyasiya Məhkəməsinin iki qətnaməsini icra etmədiyi üçün barəsində toplanan materiallar Ədliyyə Nazirliyinin istintaq idarəsinə təqdim edilib.

    Hər iki qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq davam edir”.

  • Kristina Aqilera Bakıda konsert verəcək

    Təkrarolunmaz Kristina Aquilera Bakıda konsert verəcək.

    Median.Az-in Bakı Şəhər Halqasına istinadla verdiyi məlumata görə, konsert aprelin 28-i, axşam saatlarında “Crystall Hall”da baş tutacaq.

    Konsert 2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilir. 

  • Cennifer Lopezdən qeyri-adi – FOTOSESSİYA

    Dünya şöhrətli ifaçı Cennifer Lopez “Harpers Bazaar” jurnalının aprel buraxılışı üçün kameralar qarşısına keçib.

    Qeyri-adi fotosessiyaya imza atan müğənni maraqlı açıqlamalar da verib.

    O bildirib ki, sevgilisi Aleks Rodrigezlə yaşa dolmaq istəyindədir:

    “Evliliyə inanıram. İstəyirəm, qocalanda yanımda məni sevən biri olsun. Alekslə çox xoşbəxtəm. O, mənim əkizlərim, mən də onun qızları ilə yaxşı yola gedirik. Amma hələ ailə qurmağı planlaşdırmıram.

    Bir-birimizi çoxlarının anlamadığı şəkildə başa düşürük. İkimiz də bu sektora 20 yaşında girmişik, ikimiz də uğurlu sima olmuşuq. Ona görə də həyatımızdakı bu dinamika ailəmizə, işimizə və sevgi münasibətimizə təsir göstərir”./oxu.az