Category: Şou Biznes

  • “İkinci dəfə ailə qurmasını istəyərəm” – Anası Nigardan danışdı – FOTO

    Müğənni Nigar Camal bu dəfə anası Səidə xanımla fotokameramız qarşısına keçib.

    Median.az xəbər verir ki, axşam.az-a açıqlama verən Səidə xanım qızından danışıb. O, Nigarın sevdiyi və sevmədiklərini açıqlayıb:

    “Nigar çox təmizkar qızdır. Evdə hər şey yerində olmalıdır. Dalaşmağı yoxdur, amma hər yer çirkli olanda xoşlamır. Balığı heç sevmir və yemir. Nigarin gözəl əl qabiliyyəti var, dadlı yeməklər bişirir. Çox iş görmür, çünki evimizdə işləyən var.

    Uşaqlarına qarşı çox ciddidir. Nəvələrim Londonda yaşasalar da, Bakını çox sevirlər. Zavod çörəyi xoşlayırlar. Nigar tələbkar anadır. Onlardan hər zaman dərslərini oxumalarını və bir-biri ilə mehriban olmalarını tələb edir. Onlara bizim mentalitetimizə xas olan mehribançılığı öyrətməyə çalışır”.

    Səidə xanım sosial şəbəkədə qızına yazılan tənqidlərdən danışıb. o bildirib ki, mənfi fikirlər onu da incidir:

    “İnsanı tanımırlar, onlara lazımsız nələrsə yazırlar. Bu qədər tənqidçi olmasınlar. Məni üzən şərhlər çox olub. Tək Nigara yox, bütün tanınmışlara qarşı belə sərtdilər. Nigara qarşı haqsız davranırlar. Anası olduğum üçün demirəm, Nigar çox mehriban, yaxşı qızdır. Ona görə də yazan insanlar gərək adamı tanısınlar. Mənim

    Qızım çox çətin bir peşədədir. Müğənni olmaq asan deyil. Gərək hər zaman gözəl görünəsən, pozitiv olasan”.

    Səidə xanım N.Camalın şəxsi həyatından söz açıb. O, övladının yenidən ailə qurmasını arzuladığını deyib:

    “Nigarla mən eyni kimiyik. Hər sözünü, addımını mənə danışır. Mənim bacım kimidir. Bəzən düşüncələrimiz də eyni olur.

    Şəxsi həyatına qarışmıram. Öz seçimidir, amma mən də ikinci dəfə ailə qurmasını istəyərəm. Niyə qurmasın, cavandır, qəşəngdir”

  • Eldar soyunub çılpaq fotosessiya etdirdi – FOTO + VİDEO

    Azərbaycana Avroviziya sevinci yaşadan, məşhur müğənni Eldar Qasımov səs-küyə səbəb olacaq addım atıb.

    Baku.ws-in məlumatına görə, Eldar soyunaraq kamera önünə keçib. Çəkilişdən görüntülərini isə Qasımov Instagram səyfəsində izləyiciləri ilə paylaşıb.

    Eldar bu dəfə yerdə uzanaraq art stildə şəkillər çəkdirib.

    Sənətçinin bu şəkilləri sosial şəbəkədə müzakirələrsiz ötüşməyib. Kimi fotolarındakı ideyanın maraqlı olduğunu yazıb, kimi də soyunmasını qınıyıb.



  • “Space”də dava: Müğənnini efirdən qovdular – VİDEO

    Xəbər verdiyimiz kimi, aparıcı Kamran Həsənli ilə müğənni Afaq Aslan arasında qalmaqal baş verib.

    Onların davası bu gün “Space” TV-də “canlı yayımlanır” adı ilə tamaşaçılara təqdim olunan “Onda başladıq” proqramında olub.

    Həsənlinin Afaq Aslana “Afaq xanım da müğənni olmaq istəyir” sözü qarşı tərəfi özündən çıxarıb.

    Efir zamanı Afaq cavab vermək istəsə də, Kamran ona mane olmağa çalışıb.

    “Mən sizə söz verməmişəm, hələ özüm danışıram. Ancaq sizə söz verəndən sonra danışa bilərsiz. Tələsməyin”, – deyə Aslanın nitqini kəsib.

    Afaq bildirib ki, bu günədək Kamran Həsənlini tanımayıb:

    “Kamran Həsənlini ilk dəfədir ki, canlı görürəm, tanımırdım. Verilişin mövzusu mən deyiləm. Sizi Samir Piriyevlə davanızdan sonra tanımışam. Sən özünə hörmət qoyan aparıcı olsaydın, o söhbətlərdən sonra efirə çıxmazdın. Niyə məni müzakirə edirsiniz? Sənə reytinq lazımdır”.

    Aparıcı ifaçının sözlərinə reaksiya verməyə çalışıb:

    “Afaq xanım, hələ növbə sizə çatmayıb, bilirsiniz ki, mövzu sizdən gedəcək, ona görə də əvvəlcədən bizi qabaqlayırsınız. Soğan yeməmisizsə, içiniz niyə yanır? Sizin kimi insanlar televiziyanın qaydalarını pozurlar. Siz heç bir qaydanı tanımaq istəmirsiniz. Çox ədəbsizlik edirsiniz? Bu ədəbsizliyə son qoymaq üçün istəyirik, efirdə bu məsələni müzakirə edək”.

    Afaq isə cavabında “Ona-buna pul atan hansısa bir aparıcı mənim adımı necə çəkə bilər?” sözlərini işlədib. Kamran Həsənli isə ondan canlı efiri tərk etməsini istəyib. Daha sonra Afaq proqramdan gedib.

    Qeyd edək ki, proqramın canlı yayımlandığı deyilsə də, Afaq Aslan dünən verilişdə qalmaqal yaşaması barədə açıqlama vermişdi./oxu.az

  • Hüseyn Dəryanın oğlundan reperin anım günündə ürəkdağlayan VİDEO

    Tanınmış reper Hüseyn Dəryanın oğlu Cahangir sosial şəbəkədə mərhum atası ilə bağlı paylaşım edib.

    Baku.w-in məlumatına görə, mərhum reperin oğlu atası və anası ilə birgə şəkillərindən ibarət videonu paylaşıb.

    Cahangir videonun altında 4 il əvvəl atasının dünyasını dəyişdiyi günü qeyd edib.

    Qeyd edək ki, 14 mart 2014-cü il tarixində, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Reper Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb.

    Nəticədə ağır xəsarətlər alan H. Dərya 15 mart 2014 -cü il tarixində səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. 16 mart 2014-cü ildə böyük izdihamla Bakıxanov məzarlığında dəfn olunub.

  • Azərbaycan müğənnilərinin fantastik toy qiymətləri – SİYAHI

    Gecədən sübhə kimi əlləşib-vuruşan şou əhlinin qazanc mənbəyi heç kəsə sirr deyil ki, el şənlikləridir. Həftə səkkiz, mən doqquz toy və el şənliklərində “qaz vurub qazan dolduran” müğənnilər bu yolla əməlli-başlı özlərinə biznes qurub.

    Müğənnilərin toy qiymətləri isə hər zaman ən aktual mövzulardan biri olub. Azərbaycan valyutasının dollara nisbətdə ucuzlaşması bütün sahələrə təsir etdiyi kimi toy biznesindən də yan ötüşməyib. Beləki, ulduzların toy qiymətlərində müəyyən dəyişikliklər, hətta artımlar müşahidə edilməkdədir. Müğənnilər arasında elə ifaçılar da var ki, onları toyunuza dəvət etmək üçün bir ətək pul xərcləməlisiz. Çünki onların toy qiymətləri kəllə-çarxa qalxıb.

    Median.az xəbər verir ki, baku.ws bu dəfə şou-biznesin ən parlaq ulduzlarının son toy qiymətlərini bir xeyli araşdırıb və sizi təəcübləndirəcək məlumatlar əldə edib.

    İndi təqdim edəcəyimizi bu qiymətlər el şənliyində çıxış edən müğənnilərin şərtlərinə görə dəyişir. Məsələn, yarım saatlıq çıxış üçün qiymət, bütöv toy qiymətindən ən azı 3-5 dəfə az olur. Yarım saatlıq razılaşmaya əsasən 4-5 mahnı daxildir. Amma toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambıl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir.

    Təqdim etdiyimiz qiymətlər nisbi götürülüb. Çünki bu rəqəmlər toy sahibi ilə danışıqlardan sonra aşağı və ya yuxarı dəyişə bilər.

    Müğənnilərin yarım saatlıq və limitsiz (bütün toy) toy qiymətlərini təqdim edirik:

    Hazırda ən yüksək məbləğə bütöv toyu idarə etmək üçün Nuri Sərinləndirici Azərbaycanda 15.000 manat, Rusiyada isə nə az nə çox düz 20.000 dollar alır.

    15.000 manat

    Xalq artisti Faiq Ağayev
    Xalq artisti Brilliant Dadaşova
    Əməkdar artist Abbas Bağırov
    Elton Hüseynəliyev
    Rast qrupu

    12.000 manat

    Əməkdar artist Eyyub Yaqubov

    Çingiz Mustafayev bütöv toyu 12.000 manata idarə edir. Lakin yarım saata Çingizi el şənliyinizdə görmək istiyirsizsə o zaman 5000 manatınızdan keçməli olacaqsız.

    10.000 manat

    Manaf Ağayev
    Xatirə İslam
    Vasif Məhərrəmli
    Xəyyam Nissanov
    Ayaz Qasımov

    Yarım saatlıq

    Miri Yusif – 6000 manat
    Əməkdar artisti Röya Ayxan – 6000 manat
    Xalq artisti Aygün Kazımova – 5000 manat
    Damla – 5000 manat
    Əməkdar artist Manana Çaparidze – 3000 manat

    Üzeyir Mehdizadə Rusiyada yarım saatlıq çıxışı üçün 10.000 manat istəyir. Məşhur bütöv toyu aparmasa da, yarım saatlıq məhz bu qiymətə onu xoş gününüzə dəvət edə bilərsiz.

    Bir maraqlı məqamı da nəzərinizə çatdırmaq istəyirik.

    Digər məlumata görə, “Papito” mahnısı ilə bütün dünyada məşhurlaşan xarici ulduz Sia Azərbaycan toylarına nə az nə çox düz 15.000 manata təşrif buyurur.

  • Afaq Aslan Kamran Həsənlini BİABIR ETDİ – VİDEO

    Aparıcı Kamran Həsənlinin “Space TV”-də yayımlanan “Onda başladıq” verilişində qalmaqal yaşanıb.

    Baku.ws-in məlumatına görə, K.Həsənlini müğənni Afaq Aslanı “Müğənni olmaq istəyən Afaq Aslan” kimi təqdim etməsi müğənninin xoşuna gəlməyib. A.Aslan aparıcının bu təqdimatını “Samir Piriyevə pul ataraq yenidən efirə qayıdıb aparıcılıq etməyə üz lazım idi” sözlərini deyərək, verilişi tərk edib.

    A.Aslan daha sonra K.Həsənliyə video müraciət ünvanlayıb:

    “Əslində Kamran Həsənli adlı bir aparıcı tanımırdım. Amma bir ara mediada onun haqqında xəbərlər yazılmışdı ki, fırıldaqçıdır, Samir Piriyevdən pul alıb, qaytarmayıb. Başa düşürəm ki, yeni veriliş açıb, reytinqini kiminsə üzərində qurmalıdır. Amma Kamran Həsənli, mən sənin üçün yem deyiləm. Sənin verilişinə reytinq lazımdırsa, onu get başqa müğənnilərin üzərində qur. Məni başqa müğənnilərlə qətiyyən səhv salma. Yumaram gözümü, açaram ağzımı. Özün də çox gözəl bilirsən ki, bu şou-biznesdə bütün müğənnilər məndən ehtiyat edir. Sənin barəndə bildiyim elə sirlərin üstünü açaram ki, el aləmə çıxa bilməzsən. Sən hələ get camaatdan aldığın borcları qaytar. Sən kimsən ki, mənim adımı da dilinə alırsan? Sən yaxşı aparıcı olsaydın, səni aparıcı kimi o kanaldan bu kanala atmazdılar. Aparıcı kimi özün özünü tapmamısan. Kamran Həsənli, mənimlə oynama. Mənə ilişən xeyir tapmır. Ona görə də həddini bil, ağıllı ol. Danışığına yiyəlik etməsən, səninlə başqa cür danışacağam”.

  • Ebrunun qaldığı otel otağına təklif gəldi, o isə rədd etdi – FOTO

    Cəsarətli fotoları və ehtiraslı klipləri ilə türkiyənin şou biznesində at oynadan müğənni Ebru Polad etirafları ilə hər kəsi heyrətləndirib.

    Beləki, iş adamlarından biri onun qaldığı otel otağına 500 şar, 200 gül və 1000 ədəd şamla Ebruya evlilik təklifi edib.

    Baku.ws Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı həmin təklifi niyə qəbul etməməsinin səbəbini isə belə açıqlayıb :

    “Başqasını sevirəm. Onun qayıtmağını gözləyirəm. 2 aydır ayrıyıq”.

    Ebrunun lüks oteldə aldığı evlilik təklifindən imtina etməsi isə çoxlarının marağına səbəb olub.

  • “Utanın, ananızı, bacınızı…” – Güneldən SƏRT CAVAB

    Türkiyədə yaşayan və orada fəaliyyət göstərən müğənni Günel Zeynalova həmkarı Orxan Ölməzlə sevgili olması xəbərini təkzib edib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb. O bildirib ki, O.Ölməzlə sevgili deyil:
     
    “Əsəbilərimi korlamayın, hamının ailəsi var. Xəbəri yazanda bunu fikirləşin. Utanın, ananızı, bacınızı düşünün. Ölümlü dünyada niyə qəlb qırırsız? Azərbaycandakı bəzi özünü bilməyən səviyyəsizlər, əlinə telefonu alıb şərh bildirirsiz, utanmazlar! 

    Paxıllığın bu dərəcəsi də olmaz. “Kırık vazo” adlı klipim çıxdı, hansınız bunu paylaşıb “xeyirli olsun” yazdız? Ancaq xəbər yazasız, paylaşasız, altından da ağzına gələni yazsınlar. Səhifələrdə şərh bölməsini də bağlamırsız. Sizin adınıza utanıram. Amma unutmayın, Hamımızın ailəsi var. Sizi insan olmağa çağırıram”.

    Qeyd edək ki, “Söylemezsem Olmaz” verilişi Günelin türkiyəli müğənni Orxanla sevgili olduğu qeyd etmişdi.

  • Atasının ölümündən sonra toylara gedən Damla üsyan etdi: “Utanın!”

    Atasının ölümündən bir neçə gün sonra toy məclislərinə gedən müğənni Damla ona ünvanlanan tənqidlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam.

    Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır?

    Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa hər həftə bir saç rəngindəyəm? Yoxsa atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki?

    Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Ona sağ ikən heç bir sıxıntı yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkim mənimdir”.

  • Xalq artisti qayda pozan sürücüyə görə yol polisinə çağırış etdi – FOTO

    İfaçı əsəbiləşərək sürücünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən “bir ədəd azərbaycanlı” adlandırıb

    Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasının pozulması faktını ifşa edib.“Qafqazinfo” xəbər verir ki, ifaçı paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində dayanma-durma qaydasını pozmuş avtomobilin fotolarını çəkərək sosial şəbəkədəki hesabında paylaşıb. Məlumata görə, 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobili piyadaların hərəkət yolunda park edilərək onların hərəkətinə mane yaradıb. İfaçı bundan əsəbiləşərək avtomobilin sürücüsünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən “bir ədəd azərbaycanlı” adlandırıb. O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib.