Category: Şou Biznes

  • “Qızı” ilə evli olan “Klon” serialının “Lukas”ı illər sonra – FOTO

    2003-cü ildə Azərbaycanda ən çox izlənilən serial şübhəsiz ki, “Klon” idi. Çayxana və qadın qeybətlərinə mövzu olan ekran işinə şeirlər belə yazılmışdı. İnsanların fikir ayrılıqlarına səbəb olan, qadınları iki seçim arasında qoyan isə Lukasın, yoxsa Səidin Hadeyə daha yaxşı yaraşması məsələsi idi. Yaraşıqlı və xarizmatik aktyorların ayrı-ayrılıqda öz fanat ordusu yaranmışdı.

    Median.Az serialda Lukas, Dieqo və Leo obrazını canlandıran Murilo Benisionın haqqında az bilinən bir məlumatı diqqətinizə çatıracaq.

    Belə ki, serialın yayımlandığı dövrlərdə ekran işində onun qızı Mel (Melissa Ferraz) obrazını canlandıran aktrisa Debora Falabella ilə sevgili olması barədə xəbərlər çıxmışdı. Ancaq bu, təsdiqini tapmamışdı. Ancaq yayılan şayiələrin yalan olmadığı öz təsdiqini tapıb

    Onların bu gününə nəzər yetirdikdə qarşımıza evli və iki övlad sahibi olan bir cütlük çıxır. Bir oğlu və bir qızı olan cütlüyün fotolarını təqdim edirik./oxu.az




















  • Əxlaqsızlığın təbliği: Hüseyn Əzizoğludan daha bir biabırçı VİDEO

    Sosial şəbəkə insanın özünü tanıtması üçün ən əlverişli vasitədir desək, yanılmarıq. Bu vasitə ilə xeyli məşhurlaşan insanlar var. Bunlardan biri də vayner Hüseyn Əzizoğludur.

    Zarafat deyil, bu insanın təkcə “instagram”da 800 minə yaxın izləyicisi var. Bu isə o deməkdir ki, siyasi savadı, elmi düşüncəsi olmasa belə, istənilən halda kütləyə təsir etmək gücündədir.

    Məsələn, narkomaniyaya, zorakılığa qarşı videolar çəkməklə cəmiyyətə azdan-çoxdan töhfə verə bilər. Amma o bunun əvəzində nə edir? Məşhurlaşmağın ən asan yolunu sadəcə və sadəcə “18+”, qurşaqaltı videolar çəkməkdə görür.

    İndi sizə təqdim etdiyimiz video da onun sonuncu çəkdiyi vaynerdir. İş üçün müraciət edən xanım müdirdən hər dəfə “yox” cavabını alır. Və nəticədə işə düzəlmək üçün çıxış yolunu ətəyini qaldırmaqda görür. Məsələdən agah olan “müdir”in də xanımı hansı məqsədlə işə götürdüyünü başa düşmək “2+2″nin cavabını bilmək qədər sadə və asandır.

    Biz təqdim edirik, şərh sizin…

    Mənbə: yenicag.az

  • Efirdə ekstransenslə dava düşdü: “Kişi ördəyi, efiri tərk etsən yaxşı olar” – VİDEO

    ”Space” TV-də yayımlanan ”El bizim, sirr bizim” verilişində mübahisə yaşanıb.

    Baku.ws-in məlumatına görə, efirdə ekstrasenslə jurnalist arasında fikir ayrılığı olub və bu efirdə davaya gətirib çıxarıb.

    Bayram adlı ekrasensin iddiasına görə, o, bir çox adamları həkimə getmədən müalicə edib. Hətta tamaşaçılardan biri ekstrasensin müalicəsindən sonra sağaldığını deyib.

    Lakin verlişdə qonaq qismində iştirak edən jurnalistlərdən biri ekstrasensi sərt tənqid edib. Onun ekstrasensə “savadsız” və “kişi ördəyi” deməsi Bayramı özündən çıxarıb.

    Ekstarsens efiri tərk edib, lakin verlişin aparıcısı Elçin Əlibəylinin xahişi ilə geri dönüb.

    Efirdə mübahisə düşmüş anı təqdim edirik:

  • Efirdə Zaurla etdiyi bu zarafata görə müğənni Mətanətin nişanı qayıtdı – VİDEO

    Dünən “5/5”-in qonaqlarından biri Mətanət Əsədova olub.

    Median.Az-in milli.az-a istinadən verdiyi məlumata görə, xanım müğənni sözügedən verilişdə sonuncu dəfə qonaq olanda Zaurla canlı yayımda etdikləri hərəkət üzündən ona gələn nişanın geri qayıtdığını açıqlayıb.

    Növbəti elçisinin də geri qayıtmaması üçün Mətanət bu dəfə Zaurun “təxribat”ına getməyəcəyini bəyan edib.

    Qeyd edək ki, cütlük “5/5”-in Mətanətin qonaq olduğu həmin buraxlışında bir-birlərinə qarşı olduqca səmimi hərəkətləri ilə diqqət çəkirdilər.

    Müğənninin etirafı aşağıdakı videoda:

  • Elgiz efirdə üsyan etdi: “Atası mənəm” – VİDEO

    Aparıcı Elgiz efiridə üsyan edib.

    Median.Az-in metbuat.az-a istinadən verdiyi məlumata görə, bu gün aparıcı Elgiz Əkbər proqram əsnasında onun layihələrini oğurlayanlara üsyan edib.

    “Nə qədər TV layihələrin müəllifi, aparıcısı mən olmuşam. Gecələr yatmamışam, düşünmüşəm. Elə layihələr var, ilk aparıcısı mən olmuşam. Elə layihə də var, a balam, atası mən olmuşam e, mən. Ancaq nə olsun…”

    Verilişdən həmin anları təqdim edirik:

  • Sərxandan Elzaya ehtiraslı sözlər: “Mən öpüş yanığıyam, öp məni” – VİDEO

    Məşhur aparıcı Sərxan Kərəmoğlu hərəkətləri ilə yenidən gündəmi silkəliyib.

    Aparıcısı olduğu Lider TV-də yayımlanan “Evimin qonaqları” adlı verilişinin bu dəfə ki qonağı əməkdar artist Elza Seyidcahan olub.

    Sərxan öncə Elzaya ona sillə vurmasını, daha sonra isə onu öpüşlərə qərq etməsini istəyib.

    Baku.ws xəbər verir ki, verlişdə Kərəmoğlunun “Mən yanığam, öpüş yanığı” deməsi sosial şəbəkələrdə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

    Sərxan sözügedən videonu Instagram səyfəsində paylaşaraq izləyicilərinə əvvəlcədən xəbərdalıq ünvanlayıb və onları təhqir belə etməkdən çəkinməyib:

    “Şərəfsiz insan, şərəfsiz şərh yazan. Hər kəs ailəsinin tərbiyəsini nümayiş etdirir. Burda yazanlar mənim dəvət etmədiyim və uğuruma illərcə kölgə salan saxta profillərdir. Mənim yazdıqlarım həqiqətdir, amma sizin yox… Gördüz ki, Sərxan verilişi ilə partlatdı, sizi qarın ağrısı tutdu. Bir baxın, videoda pis nə var? Ay əxlaqsız, ailəsindən bixəbərlər, sizin yazdıqlarınızı digərlərinin ailəsi görmür? Demək siz sahibsiz küçə itlərisiz”.

  • Generaldan oğlunun Röya ilə sevgili olması xəbəri haqda sərt Açıqlama – ”Oğlumla bu barədə danışmışam”

    Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı. Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi.

    35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd edilmişdi. Bizim Yol yayılan xəbərlə bağlı Milli Qəhrəman, general-leytenant, Bakı korpusunun komandiri Rövşən Əkbərovla əlaqə saxlayıb.O saytımıza açıqlamasında oğlu ilə bağlı yayılan xəbərin yalan olduğunu bildirib. “Bu jurnalistlərin işi gücü yoxdur.Vətəndən torpaqdan yazın.Bu yalan cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi hamı şəkil çəkdirə bilər. Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib. Andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil.”

    “Mən torpaqlarımızı necə xilas edəcəyimizi fikirləşirəm.Ali Baş Komandanımızın əmrini gözləyirəm. Cənab Prezident nə vaxt əmr etsə biz hazırıq. Hazırda ordumuz çox güclüdür, bundan yazmaq lazımdı.Yoxsa, belə mənasız söhbətlər heç kimə lazım deyil.”- deyə general bildirib.

  • Zaurdan Günaya sürpriz: yolun ortasında rəqs etdi – VİDEO

    Tanınmış aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günaya 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə sürpriz edib.

    Baku.ws xəbər verir ki, aparıcı xanımı ilə İçərişəhərdə küçənin ortasında rəqs edib.

    Baxşəliyev həmin an lentə alınan videonu Instagram hesabında izləyiciləri ilə bölüşüb.

    Sözügedən videonu sizə təqdim edirik :

  • Mehriban qızının səsini eşidib göz yaşlarına boğuldu – VİDEO

    Bir neçə gündür ki, ATV kanalında yayımlanan “Bizimləsən” verlişində əməkdar artist Mehriban Xanlarovanın qızı Aysel ilə yaşadığı qarşıdurma mətbuatın gündəmindən düşmür.

    Baku.ws  xəbər verir ki, sənətçinin qızı yenidən canlı yayıma telefon açıb və onu bağışlamasını rica edib. Qızının səsini eşidən Xanlarova isə studiyanı dərhal tərk etmək istəyib. Bunu görən Zaur Mehribanın efirə qayıtmasını xahiş edib. Aktrisa göz yaşı axıdaraq qızı ilə arasında yaşanan bir çox gizlin qalan məqamlardan söz açıb.

    Verlişin aparıcısı Zaur isə ekranlara Mehriban Xanlarovanın evində çəkilmiş süjetin verilməsini istəyib. Sözügedən videomaterialda dünən baş verənlərlə bağlı Mehriban açıqlama verib.

    Daha sonra Mehriban canlı efirdə göz yaşı içində hər kəsdən üzr istəyib və bunları söyləyib: “Qəlbim paramparça oldu. Məni mənə buraxın. İndiyə kimi özüm üçün yaşamamışam. İmkan verin bundan sonra artıq özüm üçün yaşayım”.

    Xatırladaq ki, Xanlarovanın qızı ilə aralarının dəyməsinə elə qızı Aysel açıqlama gətirib:

    “Anam məndən küsməkdə haqlıdır. Qızımın yanmağını məndən gizlətdiyi üçün ondan incimişdim”.

    Verlişdə baş verən həmin kadrları sizə təqdim edirik:

  • Natavan və Dado barışıb? – FOTO

    Natavan Həbibinin repçi həyat yoldaşı Dado müğənni ilə bağlı paylaşım edib.

    Natavanı qucaqladığı fotonu “Instagram” hesabında paylaşan repçi şəklin altında “Bayramın mübarək, Nat” şərhini yazıb.

    Fotoya yüzlərlə rəy gəlib. Bəziləri cütlüyü barışması münasibətilə təbrik edib, bəziləri isə Dadonu ikiüzlülükdə günahlandırıb.

    İzləyicilər iddia edib ki, repçi “Instagram”da canlı yayıma çıxaraq Natavan haqqında təhqiramiz ifadələr işlədib.

    Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra yenidən barışmışdılar. Daha sonra isə Natavan ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində əri ilə birdəfəlik ayrıldığını demişdi./oxu.az