Category: Şou Biznes

  • “Bu, mənim geyim tərzimdir” – Açıq-saçıq geyimləri ilə gündəm olan Lətifə – VİDEO

    “ARB Ulduz”un “Virtual həyat” verilişinin qonağı olan müğənni Lətifə Soyuöz maraqçı açıqlamalar verib.

    Tez-tez geyimləri müzakirə mövzusuna çevrilən Lətifə, ətrafdakıların onunla bağlı fikirlərinə qətiyyən önəm vermədiyini açıqladı:
    “Qətiyyən kənar fikirlərə önəm vermirəm. Çünki bu, mənim geyim tərzimdir. Mən bu tərzi sevirəm. İndikindən daha kilolu olanda şort geyinmirdim. Arıqlayandan sonra şort istifadə etməyə başladım. Hərçənd ki, uşaqlıqda da çox istifadə edirdim. Mənə rahatdır, mənim xoşum gəlir. Bu, mənim üçün gündəm mövzusu deyil. Burdan qapalı geyinim, qapıdan çıxandan sonra başqa-başqa işlərlə məşğul olum, bu, mənə görə deyil”.
    Sosial şəbəkələrdə onu tənqid edib dişinin dibindən çıxanı deyənlərə isə müğənninin cavabı yenə də kəskin və sərt oldu:
    “Mən baxanda ki, bir adam mənə tərbiyədən yazır və sən həmin adamın səhifəsinə girib geyimlərinə baxanda hər şey məlum olur. Geyimlər bir yana qalsın, onun yazdıqlarından bilirsən ki, tərbiyəsi necə ola bilər, o, hansı zehnə malik ola bilər. Buna evdə nə öyrədiblər. Burdan demək istəyirəm ki, hamı öz həyatını yaşasın, hamı öz həyatı ilə maraqlansın. Öz həyatınız daha maraqlı olar. Səhər yuxudan oyanırlar, başlayırlar başqasının həyatı ilə yaşamağa. Lazım deyil. Kiməsə baxıb, bu niyə bunu alıb, bu niyə bunu geyinib, bunun niyə evi var, kimi fikirlərə qapılmaq lazım deyil. Oturun, öz fikrinizi çəkin!”
    Lətifə Soyuözlə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

  • Tolik Röyanın oğlu Hüseyni canlı efirə çıxartdı – VİDEO

    Xəzər TV-də yayımlanan “Hər şey daxil” verlişinin bu gün ki 8 mart bayram buraxılışının qonağı milyonların sevimlisi əməkdar artist Röya Ayxan olub.

    Baku.ws xəbər verir ki, proqramın aparıcısı Tolik əməkdar artistə canlı yayımda xoş sürpriz edib. Beləki, Tolik Röyanın oğlu Hüseyni studiyaya dəvət edib.

    Hüseyn isə anasını öncə gül dəstəsi ilə təbrik edib. Daha sonra isə 8 martla bağlı anasına şeir ithaf edib.

    Verlişdə həmin kadrları sizə təqdim edirik :

  • Müğənni Aytac geyiminə görə canlı yayımda çətin anlar yaşadı – VİDEO

    Müğənni Vidadi Bərdəlinin qızı Aytac canlı yayımda çətin anlar yaşayıb.

    Baku.ws-in məlumatına görə, Xəzər TV-də yayımlanan “5-də 5” verilişinə gələn Aytacın geyindiyi paltar onu çətinə salıb.

    Belə ki, mahnını ifa edərkən rəqs edən müğənninin paltarı tez-tez aşağı sürüşüb.

    Həmin kadrları təqdim edirik. 

  • Elgiz efirdə Ayselin qarşısında diz çökdü: “Səni sevirəm” – VİDEO

    Elgiz Əkbər tanımmış müğənni Aysel Əlizadəyə sevgi elan edib.

    Publika.az xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Aysel Əlizadə olub.

    Maraqlı anlarla yadda qalan proqramda davul ifaçısı müğənniyə eşq elan etmək istəyib. Ancaq həyəcan buna imkan verməyib.

    Bunu görən aparıcı Elgiz Əkbər efirdə Aysel Əlizadənin qarşısında diz çökərək davulçuya sevgisini necə etiraf etməli olduğunun nümunəsini göstərib:

    “Mən sənin yerinə olsaydı deyərdim ki, Aysel xanım neçə vaxtdı bu mənim qəlbimdə olan hislər idi. İstəyirdim ki, bu hislərimi sizə bildirim. Sadəcə belə bir imkan olmurdu. Mən istəyirəm ki, milyonların qarşısında sizə öz sevgimi bildirəm. Mən sizi sevirəm. ”.

  • Röya məşhur generalın oğlu ilə sevgilidir? – FOTOLAR

    Azərbaycanın əməkdar artisti Röya Ayxan yeni sevgi münasibətinə başlayıb.
     
    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmişə sevgililəri ilə gündəmdə olan sənətçi yenə də ənənəsinə sadiq qalıb. 

    Bu dəfə Röya Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşayır. 35 yaşlı müğənninin sevgilisi özündən yaşca kiçik, gənc Telman Əkbərovdur.

    Hətta sənətçi onunla çəkdirdiyi bir neçə şəkli instaqram səhifəsində paylaşıb və izlədiyi 60 nəfərin arasında Telman da var.

    Röya, eyni zamanda general-leytenant R. Əkbərovla fotosunu da instaqram izləyiciləri ilə bölüşüb.

     
     

     
    Cütlük tez-tez məclislərə birgə qatılsa da, jurnalistlər onları bir neçə gün əvvəl premyerası keçirilən “Ağ tük” filminin qala gecəsində görüblər. Sevgililər tədbirə bir gəlsələr də, media nümayəndlərindən ehtiyat edərək dostları ilə ayrı-ayrı foto çəkdiriblər.


     

     

  • Anarın keçmiş həyat yoldaşı reperin 18+ videosundan danışdı (VİDEO)

    Azərbaycanlı reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Xəzər TV-də yayımlanan “Hər şey daxil” verlişinin bu gün qonağı olub.

    Baku.ws xəbər verir ki, reperin keçmiş arvadı Anjelika bir göz qırpımında dağılan ailəsi ilə bağlı canlı efirdə ürəkdağlayan etiraflar edib:

    “Onlar 3 qardaşdır. 3-ü də bir evdə qalır. Halbuki, o ev bizim özümüzün idi. Ailə quranda da deyilmişdi ki, qaynanalı-qaynatalı bir evdə yaşayacağıq. Bunu da mən qəbul etmişdim. O evə gəlin kimi köçməmişdim, mən ora onların qızı kimi köçmüşdüm. Nə qaynanam, nə qaynatam deyə bilməz ki, mənim bu vaxta qədər dırnağın ucu boyda zərərim dəyib”.

    Anjelika həmçinin həyat yoldaşının yayılan 18+ videosundan da bəhs edib. O bildirib ki, baxmayaraq ki Anar məni o videonun yayılmasında suçlayır, amma mənim bu videoya adiyyatım belə yoxdur. “Görüntüləri mən yaymamışam” deyə Anjelika yaranan video qalmaqalına aydınlıq gətirib.

    Anarın eks həyat yoldaşının canlı efirdə heyrət dolu açıqlamalarını sizə olduğu kimi təqdim edirik:

  • Rəhimdən sərt sözlər: “Günü-gündən hörmətdən düşürlər” – VİDEO

    Bəstəkar-müğənni Rəhim Rəhimli son günlər həmkarlarının barışıq addımlarını həm qınıyıb, həmdə onların bostanlarını daş qalaq edib.

    Baku.ws-in məlumatına görə, Rəhimli “Xəzər maqazin”ə müsahibə verərək bu cür barışıqların şoudan başqa bir şey olmadığını dilə gətirib:

    “İl boyu 11 ay dava-dalaş et, bir-birinə təhqir yağdır, sonra reklam xatirinə filankəslə barış, “bağışla, üzrlü say” de. 11 ay boyunca siz harada idiniz? Bir-birinizə nələr demədiniz. Ona görə sənətçilər günü-gündən hörmətdən düşür. Şan-şöhrət bu gün var, sabah yoxdur. Amma avtobusda, metroda gördüyümüz insanların səmimiyyəti davamlı olmalıdır. Hər kəs yerini bilməlidir”.

    Rəhim Rəhimlinin iddiyalı çıxışını sizə təqdim edirik :

  • Emin rus ulduzlarını mükafatlandırdı (FOTO)

    Ötən gün Rusiyada təmtərahlı şəkildə hər kəsin 4 gözlə gözlədiyi “Jara” musiqi mükafatları gecəsi baş tutub.

    Baku.w xəbər verir ki, “Crocus City Hall”da reallaşan gecədə Rusiyanın bir çox parlaq və tanınmış ulduzları iştirak edib.

    Tədbirə Emin Ağalarov, Ani Lorak, Svetlana Loboda, Vera Brejneva, Valeriy Meladze, Qriqori Leps və başqa məşhurlar qatılıb. Prodüseri Emin Ağalarovun olduğu “Jara” musiqi festivalında iştirak edən və şou-biznesdə fərqlənən rusiyanın tanınmış simalarına mükafat verilib.

    Gecədə ən yaxşı klip Valeriy Meladzenin “Свобода или сладкий плен” mahnısına çəkilən ekran işi, ən yaxşı duet Emin Ağalarov və A-Studio (Eсли ты рядом), ən yaxşı xanım müğənni Ani Lorak, ən yaxşı kişi müğənni Dima Bilan, ən yaxşı qrup “Leninqrad”, ilin artisti Qriqoriy Leps, ən yaxşı mahnı Svetlana Loboda (Случайная) qalib elan edilib.

    Gecədə lentə alınan görüntüləri sizə təqdim edirik :













  • Röyanın 13 il öncəki GÖRÜNTÜLƏRİ YAYILDI: “Kənan, söz ver ki, məni soyundurmayacaqsan” – VİDEO

    Sosial şəbəkədə müğənni Röya Ayxanın maşın şoudan arxiv videosu üzə çıxıb.

    Publika.az xəbər verir ki, ifaçı sözügedən verilişdə çox cəsarətli açıqlamaları ilə çıxış edib. Röyanın 18 + söhbətləri kimi təqdim olunan kadrlar “Maşın Şou 2” də çəkilib.

    “Maşın şou”nun iştirakçıları ilə tək-tək görüşən Röya Murad Dadaşovun “Maşınla görüşmədin” sualına o, “Maşının altına uzanım?” deyə cavab verib.

    Daha sonra Röya Kənana müraciət edərək “Növbəti klipimi sən çəkəcəksən? Amma söz ver ki, məni soyundurmayacaqsan” deyib. Röyanın zarafatına cavab olaraq aparıcı Murad Dadaşov Kənan Mahmudova səslənib və “Kənan, söz ver ki, söz verməyəcəksən” söyləyib. İfaçı isə “Soyunum? İndi? Hə, yaxşı sonra, sonra”, – deyə bildirib.

    2005-ci ilə aid olan verilişin kadrları sosial şəbəkədə yayılıb. Marağa səbəb olan görüntüləri təqdim edirik:

  • Bütün dünya Azərbaycan əsilli modeldən danışır – FOTO

    Dünya mediası italyan model Byanka Balti barədə geniş yazılar dərc etməyə başlayıb. Onlar iddia edir ki, model Monika Belluçini gözəlliyi ilə kölgədə qoyur.

    Byanka 25 may 1984-cü il Lombardiyada dünyaya gəlib.


    Onun atası italyan, anası isə azərbaycanlıdır.



    O, uşaqlıqdan model agentliklərinə baş vurub, müxtəlif kastinqlərdə iştirak edib. İlk zamanlarda bir neçə regional jurnalın üz qabığına çəkilən Byankaya daha sonra “Vogue”, “Harper’s Bazaar”, “Marie Claire”, “Jalouse”, “Cosmopolitan”, “Elle” və “Playboy” kimi jurnallardan da təklif gəlib.



    2004-cü ildən sonra populyarlıq qazanan Balti daha sonra məşhur brendlərdən reklam təklifləri alıb. Bunların sırasında “Roberto Cavalli”, “Christian Dior”, “Dolce & Gabbana”, “Valentino”, “DKNY”, “Armani Jeans” kimi brendlər var.


    2005-ci ildən Byanka “Victoria’s Secret” modelləri ilə eyni səhnəyə çıxmağa başlayıb. 2006-cı ildə o, reklam çarxına, 2007-ci ildə isə “Striptiz klubdakı nağıllar” adlı bədii filmə çəkilib.

    Müxtəlif dəb nümayişlərində iştirak edən model məşhur fotoqraf Kristian Luçidiyə ərə gedib. Onların bu evlilikdən Matilda adlı qızı dünyaya gəlib. Ancaq cütlük 2009-cu ildə boşanıb.