Category: Şou Biznes

  • “Fəlakət” toy etdi, dostu Röya gəlmədi – FOTO

    Ötən gün paytaxtın dəbdəbəli şadlıq saraylarının birində aktyor Elşən Orucovun oğlan toyu baş tutub.

    “Fəlakət” obrazı ilə tanınan Elşən İlahə adlı xanımla ailə qurub.

    Toyda bir sıra incənət nümayəndələri, müğənnilər, aparıcılar, aktyorlar və başqaları iştirak edib.

    Məclisdə diqqətçəkən digər məqam isə Əməkdar artist Röya Ayxanın məclisdə iştirak etməməsi olub. Röyanın toya gəlməməsi onların küsülü olmasını ağıllara gətirib.

    Qeyd edək ki, Röya və Elşən Orucovu uzun illərin dostluq münasibətləri birləşdirir.//oxu.az
























  • Aydın Xırdalanlı ağır xəstəliyə tutuldu

    Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlıda yeni xəstəlik tapılıb.

    Bu gün yerli mediada onun “Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb.

    Meyxanaçı oxu.az-a açıqlama verərək xəbəri təsdiqləyib:

    “Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. “Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.

    Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır:

    “Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm”.

  • Ayağı sınan Namiq Qaraçuxurlu İranda səhnəyə çəliklə çıxdı – FOTO + VİDEO

    Namiq Qaraçuxurlu İranda konsert verdi.

    Baku.ws saytı xəbər verir ki, tanınmış müğənni Namiq Qaraçuxurlu İranın Tehran şəhərindəki Vizareti Kişver sarayında konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycanın digər tanınmış simaları əməkdar artist Baloğlan Əşrəfov, müğənni Elçin Hüseynov və iranlı sənətçi Ayhan səhnəyə çıxıb.

    Namiq Qaraçuxurlu 3 aydan çoxdur ki, ayağındakı sınıqdan əziyyət çəkdiyi üçün səhnəyə çəliklə çıxıb.

    Müğənnilərimizin konsertində anşlaq yaşanıb. Həmin görüntüləri təqdim edirik:










  • “Həmkarlarımın dodaqları üçün darıxmışam” – Elza Seyidcahan – (VİDEO)

    “ARB Ulduz” un “Şou Məkan” verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

    Baku.ws-in məlumatına görə, əməkdar artist ilk olaraq dilə-dişə düşmək istəmədiyini açıqlayıb:

    “Onlar elə bilirlər ki, Elza bunu bilə-bilə edir, gündəmdə qalmaq üçün edir. Efirə çıxıb bir söz deyirsən, bir sözdən min məna çıxarırlar. Buna görə ailən, əzizlərin, özün narahat olursan. Bu narahatlığı elə yeni sakitləşdirirsən ki, başqa bir müsahibə ilə yenə aləm bir-birinə dəyir. Hamı zəng vurur. Məsələni aydınlaşdırana qədər, yeni bir problem çıxır”.

    Elza həmkarlarının atdıqları addımların da mənasız olduğunu deyib:

    “Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır.

    Sizin özündənrazı, “kübar”, “xanım” tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq.

    Bəzən insanlar özlərini necə hörmətdə saxlayırlar, deyim. Tanınmış insanlarla şəkil çəkdirirlər, paylaşırlar. Çalışırlar ki, hamıynan şəkil çəkdirib paylaşsınlar. Yəni demək istəyirlər ki, mən bu tədbirdə oldum, artıq bu təbəqədəyəm. Xeyr, elə deyil. Siz necə varsız, necə gəlmisiz, elə də yadda qalmısız”.

    Əmək artist həmkarlarının plastik əməliyyat məsələsinə də toxunub:

    “Kim ki, mənim həmkarlarımdan plastik əməliyyat etdirib, onların öz təbii halları mənim üçün daha gözəldir, nəinki indiki halları. Mən onların təbii halları üçün elə darıxmışam ki. Onların özünəməxsus burunları üçün, onların özünəməxsus dodaqları üçün. Həmin insanların üz cizgiləri mənə o qədər doğma idi ki, onların yeni vəziyyətinə öyrəşə bilmirəm. Düzdür, elələri var idi ki, həmin adamların plastik əməliyyata ehtiyacı vardı.

    Könül Kərimova plastik əməliyyatdan normasında istifadə edib”.

    Elza tac qalmaqalına bu cür aydınlıq gətirib:

    “Tacı bizdən əvvəl İlhamə Quliyeva taxıb. İlhamə xanımdan əvvəl Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova taxıb.

    Qara tac var, sarı tac var, oğru tac var, doğru tac var, yalan tac var. Tacı hamımız taxa bilərik. Əsas ona layiq olmaqdır. Mən taxdığım taclara layiqəm. Mənə yaraşır. O tac mənim əməllərimə, sənətimə, sözümə, hərəkətlərimə yaraşır”.

    Son olaraq əməkdar artist şou-biznesdə qorxu il yaranan hörmətdənsə, sevgi ilə yaranan hörməti üstün tutmağı diqqətə çatdırıb:

    “Bu dəqiqə elə müğənnilər var ki, onlar üçün canımı verərəm. Flora Kərimova, Nisə Qasımova, Brilliant Dadaşova, Emira Rəhimova. Mən kiçilməkdən qorxmuram. Nə qədər kiçilsəm də, Allah məni beş o qədər qaldırır.

    Heç kəsə arzulamıram ki, sağlığında hamı gəlib onun əlindən öpsun, baş əysin. Ancaq öldükdən sonra heç kim yad etməsin. Sağlığında ona yaltaqlanan insanlar onun məzarı üstündə olmasınlar”.

  • Məşhurlarımızın “instagram”dan qazancları – SİYAHI (FOTO)

    Dünya şou-biznesində olduğu kimi, Azərbaycan məşhurları da “İnstagram”dan biznes məqsədləri üçün istifadə edirlər.

    Məsələn, stilist Samiraldo “İntagramda” reklam xarakterli hər paylaşım üçün minimum 200 AZN alır.

    Günay İbrahimli – 1000 AZN

    Sevda Yəhyayeva – 500 AZN

    Murad Arif – 500 manat 

    Aparıcı Vusalə Kərimova – 400 manat

    Gənc aktrisa Zümrüd Qasımova – 1000-2000 manat

    Aktrisa Əfsanə Qasımova – 800 manat

    Afaq Gəncəli – 500 AZN reklam üçün pul alır. Bu sıraya böyük izləyici kütləsi digər şou-biznes nümayəndələrini, viner-ləri də əlavə etmək olar.

    Bəs, “İntagram”dan əldə edilən gəlirdən vergi ödənilməlidirmi?

    Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Minval.info-a verilən məlumata görə, əgər “instagram”dan qazanc əldə edilirsə, vergi verilməlidir: “ Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, sosial şəbəkələr, o cümlədən “İnstagram” səhifəsi vasitəsi ilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq qanuna müvafiq qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir. Bu gəlir reklamdan da gəlmiş ola bilər”.

    Amma bu günə kimi hansısa məşhurun “instagram”dan əldə etdiyi gəlirə görə vergi verməsi ilə bağlı xəbər çıxmayıb. Bəzən məşhurlar onlara hədiyyələr edildiyini, onlar da təşəkkür naminə bunu paylaşdıqlarını deyirlər.

    Hər kəsə məlumdur ki, o “hədiyyələr” sırf reklam üçün edilir. Üstəlik ətirlər, geyimlər, müxtəlif əşyalar məşhurlara pulsuz verilməklə yanaşı, onlara əlavə pullar da ödənilir. Bu ödənişlərdən isə heç bir vergi tutulmur. Ümumiyyətlə nazirlik buna necə nəzarət edəcəyini, sistemi hansı formada quracağını bilmir.

    Dünya təcrübəsində isə bu məsələ fərqlidir. Məşhurlar qazanclarını gizlətmirlər və buna görə də böyük məbləğlərdə vergi verirlər.

    //minval.info

  • Kərim Natavanı hədələdi: Qaynatdığı zibilləri ortaya tökəcəyəm – VIDEO

    Müğənni Kərim Abbasov övladına söz atan Natavana hədə-qorxu gəlib.

    Sənətçi danışarkən ad çəkməsə də, “ATV maqazin onlarla” verilişində bildirib ki, qarşı tərəf onun övladına söz atıb:

    “Mənim övladıma heç kim söz atmasın. Onu nəzir-niyazla tapmışam. Yeddi pirə gedib, Allahla bir övlad tapmışam. 37 yaşım var. Kimliyindən asılı olmayaraq, mənim övladıma sataşmasın.

    Böyüklük göstərib onun keçmişindən, gələcəyindən, qaynatdığı zibillərdən danışmıram. Ondan qorxduğum üçün yox… Axırda nə olacaq, məhkəmə? Olsun. Açaram, hər şeyi tökərəm.

    Lazım deyil bir-birimizə söz atmaq. Mən atsam, pis olacaq. Böyüklük məndə qalsın deyib, zəng etdim. Yığdım, dedim, övladıma söz atma. Taxtabaşdır da, Allah ona ağıl versin. Yaşda məndən böyük olsa da, ağlım ondan böyükdür”.

    Qeyd edək ki, Natavan Kərimin övladı ilə bağlı qalmaqallı açıqlama vermişdi. Daha sonra Səidə Sultan Kərimin barışmaq üçün Natavana zəng etdiyini açıqlamışdı.//oxu.az

  • Səidə Sultan: Qadın pis yola düşürsə, səbəbkarı kişilərdir – VİDEO

    Müğənni Səidə Sultan “ATV maqazin onlarla” verilişində maraqlı açıqlamalar verib.

    Səidə proqram zamanı yaşadığı ayrılıqdan danışıb:

    “Hər şeyimi verdim. Sevgi üçün heç bir qızın və oğlanın etmədiyini etdim. Dedim ki, get, amma mən yaxşı oğlana ərə gedəcəm və bunu sübut edəcəm. Mənim də bir bezən vaxtım oldu və “sağ ol” dedim. Mən pisəm…

    Arxasınca düşüb ağlamayacaqdım ki. Sevirsən, ətrafı başlayır ki, yaxşı oğlandır, niyə Səidəyə qismət olsun? Gəlin bunu ayıraq. Niyə edirsən? Sənin qızın da böyüyür. İllərlə davam edən münasibətim var idi.

    O sevgini göstərib, sonra sevgisində cılızlaşan insan qabağıma çıxdı. Sonra gördüm ki, ətrafına görə sevgisi dəyişdi. Elə ətrafa Allah lənət eləsin.

    Mən sevgidən ötrü canımı da verərəm, ölərəm, “of” da demərəm. Ər xatirinə ərə getmərəm. Ya yaxşı oğlana gedəcəm, ya da qalacam. Qadını yaxşı edən də, pis yola salan da kişidir. Qadın xoşbəxtdirsə, bunu edən kişidir. Qadın pis yola düşürsə, bunun da günahkarı kişilərdir”.//oxu.az

  • Samir Bağırov Aygün Kazımova ilə uzun fasilədən sonra bir arada – FOTO + VİDEO

    Populyar müğənni Samir Bağırovla xalq artisti Aygün Kazımovanın yeni fotoları yayılıb.

    Baku.ws məlumatına görə, şəkli Aygün Kazımova və aparıcı Afaq Gəncəli şəxsi instagram hesablarında paylaşıblar.

    İzləyicilər uzun illərdir sənətdən uzaqlaşan Bağırovun heç dəyişmədiyini qeyd ediblər.

    Nəzərinizə çatdıraq ki, Samir bir müddət əvvəl açıqlamasında sənətə geri qayıtdığını, bundan sonra efirlərdə tez-tez görünəcəyini söyləyib.

    İki məşhurun birgə olan görüntülərini sizə təqdim edirik :

  • Səmradan yataqda çılpaq pozlar – FOTO

    Azərbaycanlı model Səmra sosial instagram hesabında paylaşdığı ehtiraslı fotolar ilə gündəmə gəlib.

    Median.Az xəbər verir ki, çılpaq fit quruluşlu bədəninin fotosuna model “gecəniz xeyirə” şərhini yazıb. Açıq-saçıq şəkili ilə bağlı Milli.Az-a açıqlama verən model şərhlərdə onu yıxıb sürüyən istifadəçilərə etirazını bildirib.

    “Bizim millət Emrata, Barbara Palvin, Gigi Hadid, Kendall Jenner və başqa xarici modellərin şəkillərinə “super”, “əla” kimi şərhlər yazır, amma, mən səhnədən şəkil paylaşanda və ya hər hansı açıq fotosessiya edəndə məni təhqir edirlər, nalayiq sözlər yazırlar. İyrənc rəyləri yazanlar görəsən nə əldə edir? Maraqlıdır ki, bir insanı təhqir etməklə nə qazanır? Mən kimisə təhqir edəndə Allahdan yüz dəfə tövbə diləyirəm ki, bağışlasın.
    Səhifəm “Biabır olasan”, “Sən kimə lazımsan” və başqa mənfi yüklü şərhlərlə doludur. Deyirlər “soyunub, özünü reklam edirsən”. Mənim reklama ehtiyacım yoxdur. Bizim camaat “art”dan xəbərsizdir. “Art” gözəlliyi nümayiş etdirməkdir. Mən də özümü model kimi reklam edirəm, işlərimi izləyicilərimlə bölüşürəm”.




  • Brilliant konsert verdi: Mahnılarımı elit təbəqə dinləyir – VİDEO

    Xalq artisti Brilliant Dadaşova beş illik fasilədən sonra Heydər Əliyev sarayının səhnəsində “Bu həyat sevgi ilə daha gözəldir” adlı konsert proqramı ilə çıxış edib.

    Altı nəfər bək-vokalın müşayiət etdiyi Xalq artisti səhnədə iki geyim dəyişib.

    Qonaqları salamlayan Brilliant bildirib ki, onu daha çox elit təbəqə dinləyir:

    “Flora Kərimova demişkən, təvazökar olmaq lazım deyil. Mənim mahnılarımı elit təbəqə dinləyir, bu gün buraya yığışanların çoxu da onlardır”.

    İllər əvvəl hit olmuş bəstəkar mahnılarını səsləndirən ifaçı konsert zamanı zala da enib.

    Tamaşaçaçılarla birgə “Bəri bax” mahnısını ifa edən sənətçi yeni mahnılarını da təqdim edib.

    Gecədə mahnıların müəllifləri Dadaşova ilə bir səhnəni paylaşıblar. Bəstəkarlar Vaqif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova səhnəyə çıxıb.

    Qeyd edək ki, konsert Etibar Babayevin komandası tərəfindən lentə alınıb.