Category: Şou Biznes

  • “Rövşanəni sevir, pullarını ona xərcləyir” – Əli Mirəliyevin sirrini açdı

    “Bu boyda kişi aparıcı Rövşanə Ağasəfqızına vurulub. Çox adam elə biləcək yalan deyirəm. Tam səmimi deyirəm düzdür. İşçilər də deyir necə edək? Qorxuram xəstələnər”.

    Bu sözləri Elgiz Əkbər “Səhər-səhər” verilişində deyib.

    O, müğənni Əli Mirəliyevin aparıcı Rövşanə Ağasəfqızına aşiq olduğunu deyib:

    “Bütün pensiyası bilirsiz nəyə gedir? Evdə dava düşəcək, arvadı öldürəcək. Bütün günü şirniyyatlar, güllər alır Rövşanəyə. İstəmirəm ki, Əli pərişan olsun. Get boşan, Rövşanəni al”.

    Elgizin sözlərini Mirəliyev özü də təsdiqləyib:

    “Sevdiyin insan yanında olsa bu sevgi deyil. Əlin çatmamalıdır ona. Yemək yeyındə belə gözünün qabağından keçir. Hər dəfə gzümün qabağındadır. Bizlərdə arvad boşamırlar. Bu sevgi mənimlə qəbrə gedəcək. Bizim şou biznes əhli öyrəşib gedib başqasını almağa”.
    //Axşam.az

  • Günayın sinəsi podiumda açıldı – FOTO

    Ötən gün Bakıda “Dosso Dossi Fashion Show” moda gecəsi keçirilib.

    Median.Az xəbər verir ki, dəfilədə Türkiyənin bir çox məşhur modelləri ilə yanaşı Türkiyədə yaşayan, Azərbaycanın tanınmış top modeli Günay Musayeva da olub.

    Bir neçə fəqli və dəbdəbəli libaslarda səhnədə yürüyən Günayın başına iş gəlib. Belə ki, Musayevanın əyninə geyindiyi uzun dərin sinə dekolteli qırmızı libasının sinə hissəsi açılıb. Həmin anlar isə Axşam.az-ın fotoqrafı Ramin Aslanovun kamerasının obyektivindən yayınmayıb. Günay baş verən bu hadisəyə önəm verməyərək, podiumda gəzməyi davam etdirib.

    Günayın podiumda lentə alınmış ehtiraslı görüntülərini sizə təqdim edirik :




  • Səmra Rəhimli: Bundan da açıq-saçıq geyinə bilərəm – FOTO + VİDEO

    Müğənni Səmra Rəhimli “Hypnotized” adlı klipini təqdim edib.

    Oxu.Az xəbər verir ki, mahnının sözləri isveçli Erik Dahlqvist və Sebastian Ekstranda, musiqisi isə yunan bəstəkar Nikos Sofisə aiddir.

    Yeni işini çox bəyəndiyini söyləyən Səmra bundan sonra sözügedən komanda ilə bir neçə layihə gerçəkləşdirəcəyini vurğulayıb:

    “Klipimiz Ukraynanın Lvov şəhərində çəkilib. Klipi elə ukraynalı komanda ərsəyə gətirib.
    Komanda özü mənə müraciət etdi, istədim, işlərimə yeni nəfəs gətirim. Klipim və bu ideya çox xoşuma gəldi.

    Klipdəki geyimlərimi anam gecəsini gündüzə qatıb hazırlayıb. Paltarlar bir neçə gün ərzində hazır olub. Ümumiyyətlə, karyeramla bağlı hər dəliliyi edə bilərəm. Hər şeyə hazır dünyaya gəlmişəm. Gözləmədiyiniz şeyləri belə edə bilərəm”.

    Müğənni kliplərində istifadə etdiyi göz simvolunun masonluqla əlaqəsi olmadığını deyib:

    “İlk dəfə göz simvolunu istifadə edəndə söz-söhbət yaradacağını bilmirdim. Masonlarla əlaqəm yoxdur, göz mənim talismanımdır. Çox sevirəm. Kliplərimdən əvvəl də hər zaman göz naxışları olan geyimlərdən və akssessuarlardan istifadə etmişəm. Sadəcə, “Badminton” klipi zamanı bu, daha çox gözə çarpdı”.

    İfaçı bildirib ki, müzakirələrə səbəb olmasına baxmayaraq, bundan sonra açıq-saçıq fotolar çəkdirə bilər:

    “Mən axı birtəhər qarşılanmalı geyimlərdən istifadə etmirəm. Sadəcə, insanlarda belə bir reaksiya yaranır. Bu isə yaxşıdır. Açıq-saçıq fotosessiyalarım var. Bundan da açıq-saçıq geyinə bilərəm. Hər proyektim nəyi tələb edirsə, bununla da izləyici qarşısına çıxacam.

    Rəylərə fikir verib, əsəblərimi yormuram. Elə insanlar var, olacaq da. Sənin yerində olmaq istəyib, bunu heç vaxt bacarmayacaqlarını bilə-bilə rəylər yazırlar. Yazsınlar da”.

    O, daha sonra həmkarlarına da söz atmağı unutmayıb:

    “Mən bilirəm ki, nə qədər çalışsanız da, mənə çatmayacaqsınız. Özündənrazılıq kimi çıxmasın. Başlayırlar ki, bu, nə geyimdir? Bu nədir, geyinmisən? Sonra gedib özlərini mənə oxşadırlar.

    Gülməli görünür. Tək müğənnilər deyil, adi insanlar da var. Adi mağazadan nəsə alıram, səhər gedirəm ki, artıq bitib. Məndə görüb gedib alırlar”.



















  • Maqazin Azərbaycanlı müğənniyə efirdə şok: Atasının ikinci ailəsi ortaya çıxdı – VİDEO

    ARB TV-də yayımlanan “Səhər səhər” verilişində müğənni Orxan Babazadə şok yaşayıb.

    Azxeber.com xəbər verir ki, verilişin aparıcısı Elgiz Əkbər Orxanın atasının ikinci ailəsini olduğun bildirib.

    Elgiz şok məlumatı efirdə açıqlayıb: “3 gün bundan əvvəl Pərvanə adlı bir xanım mənə zəng edib, deyir ki, istəyirəm həyat yoldaşım sizlə danışsın. Danışanda bildim ki, xanımın yoldaşı Orxanın atasıdır. Məndən xahiş etdi ki, bu xanıma kömək ol, efirə çıxar. Nə qədər ödəniş lazımdı, mən verirəm. Mən bir az təəccübləndim və telefonu üstünə qoydum. Başa düşdüm ki, atanın ikinci ailəsi var”.

    Müğənni Orxan Babazadə isə bu məlumatdan şoka düşdüyünü və araşdıracağını deyib: “Mənim atam bir çox müğənnilərə, şou-biznesin 99%-nə dəstək olub. Bəzilər bilir ki, ailəmizdə namaz qılanlar da var. Atamın bu hərəkəti edəcəyini inanmıram. Bu məsələni ilk özüm araşdırmalıyam”.

    Aparıcı həmin müğənnin Sumqayıtda fəaliyyət göstərdiyini bildirib.

    Həmin görüntüləri təqdim edirik:

  • Dilarə Kazımova avtomobil qəzası keçirdi

    Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.

    Ötən gün axşam saatlarında sərnişin avtobusunun sürücüsü sürət həddini keçərək, dairədə idarəetməni itirib.

    Bundan sonra avtobus yolun kənarında duran Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb.

    Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb. Təhlükəsizlik kəmərini taxan ifaçı xoşbəxtlikdən xəsarət almasa da, onun köməkçisinin başı zədələnərək xəstəxanaya çatdırılıb.

    Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və sığorta şirkətinin işçiləri gəlib.//oxu.az

  • Səməd Səmədovdan şok açıqlama: “Qayınanam məni divara dırmaşdırırdı” – VİDEO

    Son günlər birinci həyat yoldaşı Zərifə xanımın şok açıqlamaları ilə gündəmə səs salan xalq artisti Səməd Səmədov bu hadisə ilə bağlı bir çox toz basmış arxivlərin üstünü açıb, ortalığı qarışdıracaq açıqlamalar verib.

    Baku.ws xəbər verir ki, ARB TV-də “Səhər-Səhər” verlişinin qonağı olan Səməd Səmədov eks həyat yoldaşı ilə ayrılmasını, qaynanası ilə əlaqələndirib.

    Xalq artisti verlişin aparıcısı Elgiz Əkbərin “Zərifə xanımla nə səbəbə görə ayrıldınız?” sualına belə cavab verib: “Qaynanan məni divara dırmaşdırırdı. Ailə-məişət zəminində tez-tez söz-söhbətlər yaşanırdı. Bütün bunlar isə ayrılmağımıza gətirib çıxardı”.

    Xalq artisti həyat yoldaşının 40 il sonra bu hadisəni gündəmə gətirmək məqsədinin onu alçaltmaq olduğunu bildirib.

    Səməd Səmədovun verlişdə dilə gətirdiyi etirafları sizə təqdim edirik:

  • Cindən Rəqsanəyə sərt cavab: “Sən özün-özünə güzgüdə baxanda qarnın ağrıyır”

    “Cin” ləqəbi ilə tanınan reper Ceyhun Zeynalov və müğənni Rəqsanə arasında “Bivəfa” mahnısına görə yaranan qalmaqal səngimək bilmir.

    Median.Az SİA-az-a istinadən xəbər verir ki, Rəqsanənin “Cin “Bivəfa”nı elə oxuyub ki, elə bil qarnı ağrıyıb” sözlərinə reper sərt şəkildə cavab verib:

    “2018-ci ilin yanvar ayının 1 də Yeni il şənliyində “Bivəfa” adlı mahnısını oxudum. Bu bəstəni məndən öncə Rəqsanə xanım ifa edib. Mahnıya ikinci nəfəs verdim və çox sevildi. Bununla bağlı Rəqsanə xanıma 2 dəfə zəng elədim, telefona cavab vermədi. Hətta mesaj da yazdım ki, mən bu mahnını oxuyacam. O gün müsahibə zamanı deyib ki, Ceyhunu məhkəməyə verəcəm, mahnımı pis gündə oxuyub, özü də icazəsiz. Ümümiyətlə, bu mahnı özbəklərin mahnısıdır. Rəqsanə xanım hansı hüquqlardan danışa bilər. Bu mahnının bəstəkarı özbək Azolda Nur Sayıdivadır. Mən Azolda xanımla danışmışam və icazəsini də ondan almışam. Rəqsanə hər yerdə deyir ki, mahnımı elə oxuyub ki elə bir qarnı ağrıyır. Mən də burdan demək istəyirəm ki, Rəqsanə, sən özün bir güzgüyə bax, gör nə gündəsən, bəlkə sən özün-özünə güzgüdə baxanda qarnın ağrıyır”, – deyə Cin bildirib.

  • Türkiyədə bu mahnıları oxumaq olmaz – SİYAHI

    Türkiyə telekanallarında, o cümlədən TRT-də ümumilikdə 18 mahnının ifasına qadağa qoyulub.

    Qadağaya başlıca səbəb həmin mahnıların sözlərində və kliplərində tütün məhsulları, spirtli içkilər, uşaqların normal inkişafına mane olan ifadələr və obrazların istifadə edilməsidir.

    Məlumata əsasən, ölkə ərazisində aşağıdakı mahnıların ifası qadağan edilib:

    1. “Sessiz kadın” – Koray Avcı
    2. “Sonra dersin ki” – Koray Avcı
    3. “Artvin’de bahar” – Onur Akın
    4. “Dere akayi dere” – Selim Bölükbaşı
    5. “Kimse bilmez” – Mehmet Erdem
    6. “Sarhoşum ben” – Nükhet Duru
    7. “Engerek” – Sıla
    8. “Afitap” – Sıla
    9. “Müstehcen” – Sıla
    10. “Yan benimle” – Sıla
    11. “Bırak” – Sıla
    12. “Hasret rüzgarları” – Berkay
    13. “Hep sonradan” – Berkay
    14. “Kötülükler kraliçesi” – Tuğba Özay
    15. “Ah ulan sevda” – Demet Akalın
    16. “Sakin ol şampiyon” – Nazan Öncel
    17. “Hodri meydan” – Bengü
    18. “Erkeğin zillisi” – Yeşim Salkım

    Qeyd edək ki, 2016-cı ildə Türkiyə ərazisində ümumilikdə 208 mahnı qadağan edilmişdi. (Trend)

  • Türk aparıcıdan kobud səhv – Azərbaycan mahnısını ermənilərin adına çıxardı – VİDEO

    Türkiyəli aparıcı Oğuzhan Uğur “Çırpınırdı Qaradəniz” mahnısının ermənilərə aid olduğunu deyib.

    Minval.info xəbər verir ki, 27 fevralda məşhur Onedio.com saytının “Youtube” kanalından yayımlanan verlişin aparıcısı öncə mahnını ifa edib, daha sonra da kobud səhv edərək “Erməni xalq mahnısıdır”- deyə, əlavə edib.

    Qeyd edək ki, həmin “Youtube” kanalının 1.5 milyon daimi izləyicisi var. Verlişin bu buraxılışını “Facebook” və “Youtube”dan ümumilikdə 2 milyon insan izləyib.

    Xatıladaq ki, sözlərini Əhməd Cavadın yazdığı mahnının bəstəkarı Üzeyir Hacıbəyovdur. Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.

  • Bir-birinə fahişə deyən aktrisaların məhkəməsində ŞOK TƏZMİNAT tələbi

    Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə prosesi davam edib.

    Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər.

    Vəsatət gələn prosesdə müzakirəyə çıxarılacaq. Proses martın 5-də davam edəcək.

    Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.

    P.Abıyeva isə instagram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.

    T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: “Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik”.

    P.Abıyevanın vəkili Ceyhun Yusifov müvəkkili şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.

    Məhkəmə hər iki iddianı icraata götürüb.