Category: Şou Biznes

  • Samir Bağırov üzə çıxdı – VİDEO

    Uzun müddətdir şou biznesin səs küyündən bir kənara çəkilib, hər kəsdən gizlənən müğənni Samir Bağırov nəhayət ki üzə çıxıb.

    Baku.ws xəbər verir ki, Samir restoranların birində gecə saatlarında səhnəyə çıxaraq sevilən hitlərini səsləndirib.

    Bağırov, zalım dünya mahnısı ifa edən zamanı həmkarı pişik Günel ona yaxınlaşaraq həmin anları telefonun yaddaşına həkk edib. Həmin kadrları isə Günel instagram hesabında izləyiciləri ilə bölüşüb.

    Günel ilə Samirin görüntülərini sizə təqdim edirik:

  • Efirdə İlhamə Quliyevanın bankda olan pulunun məbləği açıqlandı – 380 min (VİDEO)

    Azərbaycanın əməkdar artisti Firuzə İbadova ARB TV-nin “Səhər-səhər” verilişində maraqlı açıqlamalar verib.

    Baku.ws-in məlumatına görə, müğənni efirdə mərhum xalq artisti İlhamə Quliyevanın ona borcu olduğunu söyləyib.

    O bildirib ki, halal haqlı pulunu indi ala bilmir: “Mən hamını ağ günə çatdırmışam. Mən indi öz pulumu niyə ala bilmirəm? Gələn gedən hər kəs aldadır məni”.

    Aparıcı Elgiz Əkbər isə bildirib ki, pulu İlhamə xanımın razılığı ilə oğlu Orxana veriblər: “Bu borc söhbətində İlhamə Quliyevanın son sözü olub ki, bu pul Firuzəyə çatacaq. Firuzənin köpük-köpük yığdığı pul niyə verilməməlidir?”

    Əli Mirəliyev isə İlhamə Quliyevının bankda 380 min pulu olduğunu söyləyib.

  • Günayın dekoltesi göz qamaşdırdı – FOTO

    Türkiyədə yaşayıb orada fəaliyyət göstərən azərbaycanlı top model Günay Musayeva instagram hesabında yeni fotolarını paylaşıb.

    Baku.ws xəbər verir ki, Musayeva geyindiyi ağ köynəyinin düyməsini sinə dekolte hissəsinə kimi açıq saxlayıb.

    Tənqidlərə və müzakirələrə səbəb olacaq deyə Günay cəld tərpənərək şəkillərindəki şərh yerini bağlayıb.

    Nəzərinizə çatdıraq ki, Musayeva hazırda “Beyaz TV”də “Tarzın olsun” proqramında aparıcılıq edir.

    Günay Musayevanın instagram hesabında paylaşdığı sözügedən fotolarını sizə təqdim edirik:



  • Müğənni qəza yalanı ilə özünü reklam etdi – YENİLƏNİB + VİDEO

    Xəbər verdiyimiz kimi, sosial şəbəkədə müğənni Zenfira İbrahimova və prodüser Aynur Bağırovanın avtomobil qəzasına düşməsinin videosu yayılıb.

    Məlum olub ki, yayılan video həqiqəti əks etdirmir. İfaçının prodüseri ucuz reklam yolu seçərək insanları aldadıb. Sözügedən görüntülər TV proqramı üçün nəzərdə tutulub.

    * * * *

    Müğənni Zenfira İbrahimova və prodüser Aynur Bağırova avtomobil qəzasına düşüb.

    Oxu.az xəbər verir ki, müğənninin prodüseri baş verən hadisəni “Instagram” hesabında paylaşıb.

    O, bildirib ki, qəza nəticəsində heç biri xəsarət almayıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Xəzər TV-nin efirində müğənni ilə aparıcı arasında gərgin anlar: “Əl-qolunu yanına qoy” – VİDEO

    Xəzər TV-də yayımlanan “5də5” verilişində mübahisə düşüb.

    Azxeber.com xəbər verir ki, verilişində qonaq olan müğənni Orxan Babazadə ilə aparıcı Zaur arasında gərgin anlar yaşanıb. Belə ki, Zaurun “indi də qızlarıa efirə çıxdın. Varlığa nə darlıq, bir əl çalan kimi qızlar gəlir. Eşitdik dağıstanlı qızla nişanlanmısan.”- deməsi müğənnini özündən çıxardıb.

    Orxanın cavabı özün gecikdirməsə də, müğənninin bəzi sözləri efirə verilməyib:

    “Zaur danışığına diqqət et. Mən sənin üçün o-bu deyiləm. Mən şəxsi həyatımı müzakirə etmək istəmirəm. O şəkil necə yayılıb, bilmirəm. Həmin adamı tapıb cəzalandıracam.”

    Daha sonra Zaur Orxana “əl- qolunu yanına qoy, əlimin solu ilə pis vuraram” deyib.

    Qeyd edək ki, müğənni Orxan Babazadənin dağıstanlı iş adamının qızı ilə nişanlandığı xəbəri yayılıb.

  • Azərbaycanlı aktrisa zorlanmasından danışdı – FOTO + VİDEO

    Azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva “Rossiya 1” telekanalında illər əvvəl məşhur teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını bildirib.

    Malaxovun proqramına qonaq olan Fatimə Azərbaycanda doğulub.

    Anası skripkaçı, atası isə yazıçıdır.

    O, on beş yaşında “Miss Azerbaijan” layihəsinin qalibi olub. Müxtəlif nominasiyalar üzrə mükafatlar qazanan Fatimə müğənnilik etməyə başlayıb. Abbasquliyeva daha sonra Moskvanı fəth etmək qərarına gəlib.

    Rusiya Teatr Akademiyasına daxil olan Fatimə üçüncü kursda Mark Rozovskidən dərs almağa başlayır.

    Aktrisanın dediyinə görə, Mark ona teatrdan kənarda görüşməyi təklif edib. Həmin günü Fatiməyə komplimentlər edən Rozovski onu zorlayıb.

    Abbasquliyeva daha sonra rejissorun seks oyuncağına çevrilməmək üçün teatrdan ayrılır. Həm də Markın həyat yoldaşı ilə eyni müəssisədə çalışmaq onun üçün çətin olub.

    12 ildən sonra özündə güc tapan Fatiməninin bunu indi etiraf etməsi isə veriliş zamanı müzakirələrə səbəb olub.

    Proqramda iştirak edən qonaqlar həmin vaxt rejissorun arvadına xəbər vermədiyinə görə Fatiməni qınayıblar.//oxu.az








  • Səidə Sultan: Mənə elçi gələn oğlanı öldürmək istədim

    Müğənni Səidə Sultan “ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olub.

    Şəxsi həyatı ilə bağlı açıqlamalar verən ifaçı bildirib ki, Səidənin adına görə onunla sevgili olmaq istəyirlər:

    “Sevgilim yoxdur. Fikrim ancaq işimdədir. Mənim üçün sevgi mənasızdır. Məni sevəcək olan adam çalışır ki, “mən Səidə Sultanın sevgilisiyəm” ifadəsinə görə mənimlə sevgili olsun. Kişi kimi mərdi-mərdanə qabağa çıxan yoxdur. Hamısı istifadə edir.

    Doğrudan da, evlənəndə ölçüb-biçmək lazımdır. Bu yaşa qədər evlənməmişəmsə, bu, o demək deyil ki, kimsə bəyənməyib deyə evlənməyib. Bu, mənim qərarımdır. Azərbaycanda qonşuya, qohuma görə yaşayırıq. Mən isə özüm üçün yaşayıram. İstəmirəm ki, ailəmi qurum, sonra da dağıdım”.

    Səidə bu yaxınlarda ona elçi gələn oğlanı boğmaq istədiyini deyib:

    “Elçilərim oldu. Evdə də məni razı saldılar. Sözsüz ki, hazırlıqlar olmalı idi. Heç nəyə əlimi vurmadım. Anam bütün hazırlıqları gördü. Elçilər gəldi və gördüm ki, bu oğlan bir az da burada qalsa, onu boğub öldürəcəm.

    Özünün sözü olan, mərdi-mərdanə, kişi kimi oğlana getmək istəyirəm. Camaatdan asılı şəkildə yaşayan adam mənlik deyil. “Dostum nə isə deyər” düşüncəsi ilə yaşayan adamla ailə həyatı qurmaram”.//oxu.az

  • Əkizlər Damla ilə konsert verməkdən imtina etdi – VİDEO

    ATV-nin “qara siyahı”sından çıxan müğənnilər Sevil və Sevinc Səfərovalar “ATV maqazin onlarla” verilişinə açıqlama verib.

    Əkizlər müğənni Damla ilə küsülülüklərindən danışıblar:

    “Biz çox fərqliyik. İstəmirik bizim yolumuzu onunla bir tutsunlar. Onun dünyası ayrıdır, bizimki ayrı… O, etdiklərini biz, biz etdiyimizi o edə bilməz”.

    Onlar Damla ilə eyni səhnəyə çıxmaqdan imtina etmələrini də təsdiqləyiblər:

    “Məkan olaraq restoran zəng edir ki, sizə konsert etmək istəyirik. Filankəslər də olacaq… Deyirik ki, filankəs olsun, amma biz olmayacağıq. O, şəxslər min istəyirsə, biz 10 min istəyirik. Buna gücünüz çatmayacaq.

    Edəcəksinizsə, solo konsert edin. Bu şərtləri onları bəyənmədiyimiz üçün yox, gördüyümüz işə hörmətlə yanaşmaq üçün qoyuruq. “Filankəslər olacaqsa, biz olmayacağıq” demək qudurğanlıq deyil.

    Damla inciyirsə, özü bilər. Özünə başa salmışıq ki, bunu pis başa düşmə. Hansısa 20 minə “yox” demişiksə, özümüzü daha yüksək səviyyədə görmək istədiyimiz üçündür. Hamıya hörmətlə yanaşırıq. Sən də bizim kimi olmaq istəyirsənsə, bu cür et. İldə 50 min az qazanacaqsan, amma yaxşı yerdə olacaqsan”.//oxu.az

  • Səməd Səmədovun hər kəsdən gizlətdiyi arvadı üzə çıxıb, onu rüsvay etdi – VİDEO

    Xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım uzun illərdən sonra ortalığa çıxıb, dəhşətli faktların üstünü açdı.

    Baku.ws xəbər verir ki, Zərifə xanım “Xəzər maqazin” verlişində əri Səməd haqda şok xəbərlər verib. Onun sözlərinə görə, 16 yaşında Səmədlə ailə həyatı qurdum. 9 aydan sonra bizim oğlan övladımız dünyaya gəldi. Ailə həyatımız cəmi 5 il sürdü. Bundan sonra bizi ayrıldıq. Aramıza isə, Səmədin ikinci arvadı İradə xanım girdi. O, İradə ilə evlənəndən sonra bizi tamami ilə unutdu. Öz oğlunu belə görməkdən imtina edən Səməd, onunla bu illər ərzində bir dəfədə olsun maraqlanmadı. Bir gün oğlum Emin atası Səmədi görməyə getdi, qapını isə arvadı İradə açdı. O oğluma söylədiki, nə oldu atan məşhurlaşıb, varlanandan sonra yadına düşdü. Bu sözlərdən pərişan duruma düşən Emin bu həyatda çox əziyyətlər və ağır günlər yaşadı.

    Ata qayğısına möhtac qalan Səmədin ilk övladı Emin həyatdan nakam köçdü getdi. Zərifə xanım iddiya edir ki, Səməd hətta oğlunun yas mərasiminə qırmızı pencəkdə gəldi. Özünü elə aparırdı ki, sanki bu onun oğlu deyil.

    Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanımın ürəkdağlayan etiraflarını sizə təqdim edirik:

  • Rəqsanə Cini biabır etdi: “Elə bil qarnı ağrısına düşüb” – VİDEO

    Müğənni Rəqsanə “Xəzər Maqazin”ə qalmaqallı açıqlama verib.

    Baku.ws-in məlumatına görə, Rəqsanə Ceyhun Zeynalovu (Cin) sərt tənqid edib.

    “Sən durursan qırmızı-qırmızı mənim mahnımı oxuyursan, amma adımı çəkmirsən. Cindi, şeytandır bilmirəm. Mənim mahnıma, mənim repertuarıma müraciət edən insan ilk öncə məndən icazə almalıdır.

    Mənim mahnımdan istifadə edəsən, mənim mahnımdan pul qazanasan mən də duram qıraqdan baxım deyim ki, çox sağol? Mahnının içində o qədər eybəcər səslər var ki, elə bil qarnı ağrısına düşüb”.

    Daha ətraflı təqdim edəcəyimiz videodan baxa bilərsiniz: