Category: Şou Biznes

  • Nigar Camalın 17 il əvvəlki görüntüsü – VİDEO

    “Eurovision 2011” qalibimiz Nigar Camalın 17 il əvvəlki görüntüləri yayılıb.

    Hələ “Eurovision” seçimlərinə qatılmadığı vaxtlarda – 21 yaşında onun “Planet Parni iz Baku”nun konsert proqramında aktrisa kimi səhnəyə çıxdığı məlum olub.

    Gənc jurnalisti oynayan Nigarın görüntüsü indikindən çox fərqlənməsə də, sənətçinin nisbətən daha zəif olduğu diqqətdən qaçmayıb.//oxu.az




  • Çılpaq fotoları ilə gündəmə gələn müğənnidən Xocalı SAYMAZLIĞI – Bu gün gözəlləşmək günümüzdür

    Tez-tez 18+ açıqlamaları, fotosessiyaları ilə gündəmə gəlməyə cəhd edən Afaq Aslan Xocalı soyqırımının 26-cı ildönümü günü yenə öz abu-havasındadır.

    Milli.Az xəbər verir ki, nəinki yerli məşhurlar, hətta türkiyəli tanınmışların belə bugünkü paylaşımlarının Xocalıya həsr edildiyi halda, Afaq sosial şəbəkədə xarici görünüşünün reklamı ilə məşğuldur.

    Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

    Müğənninin təxminən 40 dəqiqə öncəki paylaşımını təqdim edirik:

  • Azərbaycanda bu aparıcılar efirdən getdi – Reytinq savaşları

    Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.

    Belə ki, Xəzər Tv-də yayımlanan “Oyan Azərbaycan”ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.

    ARB telekanalında yayımlanan “Şənbə səhəri” verilişinin aparıcısı da dəyişdirilib. Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.

    “ARB”də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı “Sayqa ilə bu axşam” verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.

    “Azad Azərbaycan” telekanalında da dəyişiklik olub. Bir neçə gündür Azər Axşamın aparıcılığını etdiyi “Bir axşam” verilişini Cavid Gül aparır.

  • Müğənni Damlanın “YouTube” kanalı silindi

    Azərbaycanın tanınmış ifaçısı Damlanın “Youtube” kanalı silinib.

    Ifaçı bu işdə güvəndiyi, “Youtube”a aid bütün işlərini həvalə etdiyi Rafiz Cəfərzadəni günahlandırır.

    Bundan əlavə ifaçı iddia edir ki, Rafiz ona verilən etibarnamədən sui-istifadə edib, çünki ifaçı ona rəsmi qaydada etibarnamə verib.

    “Bəli, Rafiz Cəfərzadə mənim rəsmi “Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir halal xoşu olsun.

    Bir neçə gün öncə dedim ki, Rafiz “Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.

    Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi.

    Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq, əminəm. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.

    Qeyd edək ki, kanaldakı videoların ümumi baxış sayı 35 milyondan çox idi.//oxu.az

  • Videoblogerlərin savaşı: Əlixan Əzizoğlunu tənqid etdi – VİDEO

    Tanınmış videobloqer Əlixan Rəcəbov vayner Hüseyn Əzizoğlunu sərt tənqid edib.

    O, yeni bir video çəkərək Hüseyni insanların zövqünü korlamaqda ittiham edib.

    Əlixan videoda ad çəkməsə də, dilə gətirdiyi bütün əlamətlər Hüseynə aid olub:

    “Niva”, “C” hərfini tələffüf edə bilməyən iki qız, qəlyan və s.
    /oxu.az

  • Ece Afaqın mahnısını “Youtube”dan sildirdi

    Türkiyənin pop müğənnisi Ece Seçkinin “Follow me” mahnısını dəyişdirərək icazəsiz ifa edən Afaq Aslanın plagiat mahnısı Youtube video portalından bloklanıb.

    Median.Az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, ekran işi türk müsiqilərinin müəllifini qoruyan “MESAM” şirkəti tərəfindən silinib. Qəzet yazır ki, Afaq Aslanın vəkili isə lazımı addımların atılacağını söyləyib.

  • “Fəlakət”in toyu baş tutdu – FOTO

    Dünən paytaxt məkanlarının birində aktyor Elşən Orucovun qız toyu baş tutub.

    İlahə adlı xanımla ailə quran Elşənin toyundan fotolar sosial mediada paylaşılıb.

    Qeyd edək ki, çəkildiyi filmlərdə “Fəlakət” obrazı ilə yadda qalan Elşənin oğlan toyu mart ayının 5-də baş tutacaq./oxu.az



  • Brilliant Dadaşova: Aparıcıların efir mədəniyyəti yoxdur

    Xalq artisti Brilliant Dadaşova efirlərə az-az çıxmasının səbəbini açıqlayıb..

    Müğənni sosial media hesabında bildirib ki, qeyri-peşəkar aparıcılar efirdə günü-gündən artır:

    “Sonra deməyin ki, televiziya proqramlarında tez-tez görünmürəm. Seda Sayan verilişinə gələn qonağa necə diqqət göstərir. Bizim bir çox televiziya proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri yoxdur.

    Müğənni musiqi ifa edərkən aparıcının dəfələrlə başqa işlə məşğul olduğunu görürük. Çünki efirdən bixəbər, şəristəsiz proqram “aparıcılarımız” get-gedə çoxalır”.//oxu.az

  • Zaur efirdə Elzaya şeir dedi: “Çoxlarının ağızları tikilsin” – VİDEO

    Xəzər TV” “5/5” verilişində maraqlı anlar baş verib.

    Baku.ws-in məlumatına görə, verilişin aparıcısı Zaur Kamal əməkdar artist Elza Seyidcahanın məşhur “Tikim sizin ağzınızı” şerindən söz açıb.

    Aparıcı Elza Seyidcahanın məşhur şeirinə cavab olaraq şeir yazıb. Aparıcının oxuduğu şeir tamaşaçıların alqışları ilə qarşılanıb.

    Həmin anları təqdim edirik:

  • Xoşqədəm transseksualı məhkəməyə verir

    Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “Instagram”da onu tənqid edən Nura Paşayeva adlı transseksualı məhkəməyə verib.

    Baxşəliyeva bu barədə status yazıb:

    “Bunun üçün trans olmaq xoşbəxtlikmiş. Axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm”.

    Eyni zamanda, aparıcı ötən gün proqramında deyib ki, onu təhqir edənlər qanun qarşısında cavab verəcək:

    “Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq. Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm.

    Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız”.

    Qeyd edək ki, Nura Paşayeva adlı istifadəçi sosial şəbəkələrdə Xoşqədəmin kişiyə oxşadığını yazıb./oxu.az