Category: Şou Biznes

  • “Kişilikdən xəbəri yoxdur, kişilikdən danışır” – Tolik (VIDEO)

    Bu gün “Hər şey daxil” verilişinin aparıcısı, prodüser Tolik (Tarix Əliyev) odlu-alovlu sözləri ilə yenə verilişə damğa vurub.

    Minval.İnfo xəbər verir ki, efirə zəng edən xanım tamaşaçı və studiyada qonaq olan Tacir Şahmaloğlunun Tolikin aparıcılığının digərlərindən xeyli fərqləndiyini bildirməsi, aparıcının başqa məqamlara toxunmasına səbəb olub.

    Tolik deyib ki, “Çıxıb efirdə özünü mələk göstərənlər var. Necə həyat tərzi sürdüyü bəlli deyil, amma həyat dərsi keçir. Kişilikdən xəbəri yoxdur, kişilikdən danışır”.

    Daha ətraflı videoda:

  • Afaq Aslan Ece Seçkini məhkəməyə verdi: “Cavab verəcəksən”

    Türkiyəli müğənni Ece Seçkinlə azərbaycanlı müğənni Afaq Aslan arasında olan mahnı qalmaqalı böyüyüb.

    Baku.ws-in məlumatına görə, A.Aslan Türkiyə mediasına müsahibə verərək, bildirib ki, E.Seçkinin mahnısını oğurlamayıb və bu iddiaya görə türkiyəli müğənnini məhkəməyə verib:

    “Ecenin haqqımda sosial şəbəkədə status yazaraq bildirib ki, Afaq mahnımı oğurladı. Bu çox yanlış bir fikirdir. Mənim oxuduğum mahnı ilə onun oxuduğu mahnının heç bir əlaqəsi yoxdur. Məhz onun bu iddiasına görə artıq vəkilimə müraciət etmişəm. Ecenin Türkiyədə mənim adımla özünə gündəm qazanmasına razı ola bilmərəm. Bir hüquq təhsili alan bir müğənninin necə belə savadsız açıqlama verdiyini anlaya bilmirəm.

    Hüquqi təhsili olan bir insan bilməlidir ki, əlində heç bir rəsmi sənəd olmadan kimisə oğurluqda ittiham edə bilməz və bu bir qanun pozuntusudur. Bir mahnının digər mahnıya bənzəməsi normal bir şeydir. Bu o demək deyil ki, biz onun mahnısını oğurlamışıq. Bir də ki, onun məni yox, mahnının bəstəkarı barədə şikayəti ola bilər. Çünki mahnını mən yazmamışam, pul verib almışam. Ecenin barəmdə dedikləri özünü reklam etməkdən başqa bir şey deyil. Amma anlamır ki, kimlə üz-üzə gəlib. Mən heç kimdən qorxmuram. Ece Seçkin, səninlə məhkəmədə görüşəcəyik”.

    Qeyd edək ki, Ece Seçkin Türkiyə mətbuatına müsahibə verərək bildirib ki, Afaq Aslan onun “Follow me” mahnısını oğurlayıb.

  • Azərbaycanlı müğənni gizlicə ərə getdi – FOTO

    Azərbaycan tamaşaçısının “Azəri star” yarışından tanıdığı, daha sonra Türkiyənin “Pop star” yarışında iz qoymağı bacaran Ülviyyə Tağıyeva ailə həyatı qurub.

    Qeyd edək ki, Ülviyyə Elnur Məmmədovla “Son görüş” adlı mahnısı ilə də xeyli populyarlıq qazanmışdı.

    Milli.Az mediadan gizli ailə həyatı quran Ülviyyənin həyat yoldaşı ilə fotosunu təqdim edir:


  • Səməd Səmədov: Rihanna və Cennifer yarım milyon versələr, duet oxuyaram

    Xalq artisti Səməd Səmədov həmkarı Tacir Şahmalıoğlunun “5/5” verilişində dediyi sözlərə münasibət bildirib.

    Indiki zamanda özündən yaxşı ifaçı tanımayan T.Şahmalıoğluna Xalq artisti “Xəzər” TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişində bunları deyib:

    “Hər müğənninin öz publikası var. Tacirin dinləyicilərini mən arxamca apara bilmərəm. O, gözünü açandan toylardadır. Amma mən olan yerdə onların heç birinə ehtiyac yoxdur. Məni daha çox elit təbəqə və şəhər camaatı tələb edir. Oxumaq və toyda çıxış etmək tamam başqa şeylərdir”.
    O, bundan sonra duet oxumayacağını da bildirib:

    “Duetlərdə padşaham. Amma söz vermişəm ki, daha heç kimlə oxumayacağam. Ancaq Rihanna və Cennifer Lopez milyon avro versə duet ifa edərəm”.

    S.Səmədovun açıqlamasından sonra Tarix Əliyev onun dediklərinə münasibət bildirib. O, ifaçını qeyri səmimilikdə günahlandıraraq, adını çəkdiyi dünya ulduzlarının onu heç tanımadığını söyləyib./oxu.az

  • Türk aktrisaların filmdəki ehtiraslı öpüşü – VİDEO

    3 il əvvəl çəkilişləri yekunlaşan açıq-saçıq səhnələrin yer aldığı “Eyreti gəlin Ladin” nəhayət ki aprelin 13-də böyük ekranlarda filmin nümayiş olunacaq.

    Baku.ws Türkiyə mediasına istinadən xəbər verir ki, filmdə ən diqqət çəkən səhnələrdən biri isə, populyar müğənni Yeşim Salkımın qadın həmkarı aktrisa İlkay Kayku ilə öpüşməsidir. Sözügedən bu səhnə hələ film ekranlara çıxmamış sosial mediada müzakirələrə səbəb olub.

    Nəzərinizə çatdıraq ki, film Şükran Kozalının “Eyreti gəlinlər” romanı əsasında çəkilib. 2015-ci ildə lentə alınan filmin rejisserları Güvenç və Dəniz Güvençindir.

    Sözügedən filmin tizerini sizə təqdim edirik:

  • Ceki Çan Ginnesin Rekordlar kitabına düşən azərbaycanlıya hədiyyə verdi – FOTO + VİDEO

    Ginnesin Rekordlar kitabına düşən, Üzeyir Novruzov dünyaşöhrətli, aktyor Ceki Canla görüşüb.

    Baku.ws-in məlumatına görə, Üzeyir “İnstagram” bloqunda yerləşdirdiyi fotoya bunları yazıb:

    “Ceki Canla görüşməyim sürpriz oldu mənim üçün. Əfsanəvi insanın əlindən hədiyyə almaq qürur duydum”.

    Xatırladaq ki, azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı “America’s Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

    Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.




  • Xoşqədəm 19 il əvvəlki fotosunu paylaşdı – FOTO

    Aparıcı Xoşqədəm Hidayətqızı illər əvvələ aid fotosunu paylaşıb.

    Baku.ws-in məlumatına görə, aparıcı İnstaqramda paylaşdığı şəklə bu sözləri yazıb:

    “Səhv etmirəmsə, 1999 və ya 2000-ci ildir. Media kapitanları bir arada. İndi bu fotonu paylaşın ki, nə gündəymişəm. Nə edim, reytinqliyəm, ən kiçik addımım qalmaqaldı, xəbərdir, manşetdir. Rəbbimə şükürlər olsun ki, mən varam. Bu arada burada çəkim 50 kiloqramdır. Yenidən o çəkiyə qayıtmağa qərar verdim. Qara günlər, aclıq başladı”.

  • Əli Mirəliyev : İlhamənin saxta qızılları var idi – VİDEO

    ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində müğənni Əli Mirəliyev yenidən mərhum xalq artisti İlhamə Quliyevanı yada salıb, onunla bağlı iddialar irəli sürüb.

    Baku.ws xəbər verir ki, Əli İlhamənin ölümündən öncə anasının tez-tez gözünə göründüyünü söyləyib. Sənətçi xalq artistinin qızıl-zinət əşyaları ilə bağlı dedikləri isə qonaqları və tamaşaçıları heyrətləndirib. Mirəliyev Quliyevanın qızıllarının bəzilərinin saxta olduğunuda dilə gətirib. O bildirib ki, mərhum onları yataq otağında ki, seyfində gizlədib.

    Verlişdə Əli Mirəliyevin açıqlamalarını təqdim edirik:

  • Vüqar Muradovdan onu söyənlərə: “Ana-bacılarınızı gəlib gözünüzün qabağında soyundurum” – VİDEO

    Müğənni Vüqar Muradov Instagram hesabında onu təhqir edənlərə sərt cavab verib.

    Baku.ws-in məlumatına görə, müğənni sosial şəbəkədə onun haqqında sərt şərh yazanlara ağır sözlər ünvanlayıb:

    “Bu günki günü qədər çalışmışam ki, etik normalardan kənara çıxmayım. Amma bu gün məni boğaza yığdınız. Bəzi klaviyatura qəhrəmanları. Məni təhqir edənlər, ailəmə dil uzadanlar, söyüş söyənlər siz bicbalasız. Üzünüzə deyirəm. Qeyrətsizsiz. Sözünüz var gəlin üzümə deyin.

    Deyirsiz ki, Vüqarı Moskvada soyundurub döyüblər. Məni Moskvada soyundurublarsa, mənim əzizlərimi soyundursunlar. Yoxsa, ana-bacılarınızı gəlib gözünüzün qabağında soyundurum”.

    Müğənninin sərt reaskiyasının əks olunduğu videonu təqdim edirik:

  • Emin Ağalarov VAZ 2107 ilə “avtoşluq” etdi – VİDEO

    Müğənni Emin Ağalarov övladları ilə birlikdə istirahət vaxtını maraqlı keçirib.

    Baku.ws-in məlumatına görə, VAZ 2107 avtomobili ilə uşaqlarını dənizkənarında gəzintiyə çıxaran Emin həmin görüntüləri Instagram-da paylaşıb.

    Müğənni maşını ilə necə deyərlər “avtoşluq” edib və oğullarına əsl adrenalin yaşadıb.

    Paylaşılan video qısa zamanda 250 mindən çox insan tərəfindən izlənilib.

    Həmin anları təqdim edirik: