Dünən sosial media hesablarında dünya şöhrətli aktyor Silvester Stallonenin ölüm xəbəri yayılıb.
Iddiaya görə, Stallone illərdir xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib.
Sosial media qısa zamanda əsas mövzuya çevrilən bu məsələ “Rembo”nun fanatlarını və kinosevərləri narahat edib.
Ancaq Silvesterin şəxsi “Instagram” hesabından paylaşım etməsi iddianın yalan olmasını təsdiqləyib. O, paylaşımında “Xahiş edirəm elə bilin ki, bu axmaqlığı görməmisiniz. Yaşayıram, yaxşıyam, xoşbəxtəm və sağlamam”.
Qeyd edək ki, 71 yaşlı aktyor haqqında 2016-cı ilin fevral ayında da ölüm xəbəri yayılmış, Stallonenin Los-Ancelesdəki evində ölü tapıldığı yazılmışdı.//oxu.az
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ece Seçkin Afaq Aslanı mahnısını oğurladığına görə məhkəməyə verməcək.
Afaq Aslan isə iddialara “Türkiye” qəzeti vasitəsilə cavab verib.
A.Aslan Ece Seçkini onun vasitəsilə özünü reklam etməkdə günahlandırıb:
“Haqqımdakı iddialar tamamilə iftiradır. “Sənlə mən”in Ecenin oxuduğu mahnı ilə heç bir əlaqəsi yoxdur. Onu məhkəməyə verəcəm. Ece üstümə şər ataraq mənim vasitəmlə özünə reklam qazanır. Mən bunu qəbul edə bilmərəm”.
Onun verdiyi açıqlamanı “Instagram” hesabında paylaşması isə qarşı tərəfin qıcığına səbəb olub. Ece Seçkin Afaqın mahnısının “Youtube”dan silindiyini bildirib:
“Bəstəsi icazəsiz paylaşılan “Follow Me” adlı mahnımın Azərbaycan versiyası silindi. Bu, mahnının “Follow Me” ilə eyni olduğunun sübutudur. Əməyimizə hörmətsizlik edən insanlara qarşı yanımızda olan hər kəsə təşəkkür edirik. Azərbaycandan yüzlərlə mesaj alıram, söz verirəm ki, yenə Bakıya gələcəm”.
Türkiyəli və azərbaycanlı “Twitter” istifadəçiləri isə Afaq Aslanı lağa qoyub. Onlar hər iki ifaçının “Instagram” hesablarını müqayisə ediblər. Ecenin bir milyon izləyicisi qarşısında Afaqın 94 minlik hesabının olması onu lağ hədəfinə çevirib.
Müğənniyə gələn bir neçə rəy isə belədir:
“Mən də azərbaycanlıyam, ancaq Afaqı tanımıram. Özünü necə reklam edəcəyini bilmir. Boş-boş danışır”.
“Ece onun ölkəsində belə tanınarkən, məncə, o, öz ölkəsində tanınmır. Talesiz bir açıqlama olub, Afaqcığım”.
“Musiqi “qulağ”ı deyilən bir şey var. Bu hadisə adamı rəqs etməyə sövq edir”.
Xalq artisti Flora Kərimovanın efir qadağası aradan qaldırılıb.
Bu barədə “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə məlumat verib.
O bildirib ki, Xalq artisti bu gün Yusif Ağayevin aparıcısı olduğu “10-dan sonra” verilişində qonaq olacaq:
“Əsl sənət betonu deşib bitən çiçək kimidir! Söhbət başqa bacarığı olmadığı üçün əlinə mikrofon almış küçə adamlarından yox, əsl musiqiçidən, ziyalıdan gedir”.
ARB TV-nin “Səhər-Səhər” verlişinə gənc aktrisa Pərvin Abıyeva qonaq olub.
Aktrisa uzun zamandır haqqında yazılıb-pozulanlara cavab verib:
“Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. Az çəkilir amma bütün aktrisalardan bahalı maşın sürür deyənlərdən soruşun görün ki, onlar kinostudianın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa bu heç də az deyil. İldə 50 min olanda olur qonararım. Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədi, səni görəndə qucaqlayıb öpürlər, sən birdənəsən, gözəlim, kuklam deyirlər. Üzünü çevirməyə peşmansan, üzünü çevirən kimi həmin dəqiqə dalınca min söz danışırlar”.
Pərvin gəlirinin yalnız aktrisalıqdan gəlmədiyini deyib:
“573 min izləyicisi olan “İnstagram” səhifəm var. Bütün məhşurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdi çəkilirəm, serialdı çəkilirəm. Mən işləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam”.
Müğənni Sevda Yahyayeva dünən mətbuatda paylaşılan illər əvvəlki görüntüsünə lağ edən izləyicilərə cavab verib.
Ifaçı “Instagram” hesabında onlara cavab verərək görüntüsündən utanmadığını deyib:
“Səhnəyə gəldiyim ilk gündən bəri kasıb ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kəsdən gizlətməmişəm. Hamı keçmişimi əzbər bilir.
On üç yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı lentə alınmış kasıbyana, zövqsüz və indi sizə gülməli gələn görüntülərimdən bu gün də utanmıram. Çünki yetərincə məşhuram, gözəl dost çevrəsinə malikəm.
Maddi və mənəvi azadlıq qazanmışam. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm”.
Yahyayeva statusunda şöhrətin başını gicəlləndirmədiyini də qeyd edib:
“Qazandığım statusdan istifadə edərək heç kəsi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və dövlət mənim xasiyyətimi dəyişməyib.
Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı və heç bir plastik əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah heç kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına!”
Sevdanın bu paylaşımına mindən çox rəy yazılıb. Həmkarları ona dəstək olduqlarını bildirib.
Əməkdar artist Röya Ayxan isə Sevdaya dəstəyini “Instagram Story” bölməsindən edib. O, Yahyayevanın fotosunu paylaşaraq bu sözləri yazıb:
“Gözəlim, bunlara fikir vermə. Biri dəvə kimi arxasını görmür, biri qırx yaşında valideyn pulu yeyir, biri alverdədir, vicdanını satır. Amma danışdırsan, öz zəhməti ilə çalışan bir-iki nəfərdir. Onlardan da ikisi elə bizik. Bu arada, “pekarnı”ya çörəyi mən gətirirdim, tanımadın?”//oxu.az
Müğənni Emin Ağalarovun konsertində evlilik təklifi olub.
Baku.ws-in məlumarına görə, azərbaycanlı ifaçı Rusiyanın Rostov na Donu şəhərində konsert verib. Sevgililər günündə baş tutan konsertdə Ruslan adlı şəxs sevgilisi İrinaya evlilik təklifi edib.
Oğlanın bu addımı tamaşaçılar tərəfindən alqışla qarşılanıb. Emin Ruslan və İrina adlı cütlüyü təbrik edib.
Aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə maraqlı görüntülər paylaşıb.
Baku.ws-in məlumatına görə, Lider TV-nin “Evimin qonaqları” verilişində çəkilən kadrları paylaşan aparıcı müğənni Mətanət Əsədovanın doğum günü olduğunu bildirib.
Videodan göründüyü kimi Sərxan Kərəmoğlu çəkiliş zamanı Mətanət Əsədovanı bir neçə nayihəsindən öpüb.
Sözügedən kadr qısa zamanda minlərlə izləyici tərəfindən izlənilib.
Bir müddət öncə üzü yanmış bir xanımı makiyaj edərək dünyanın məşhur simalarının diqqətini çəkən stilist Anar Ağakişiyev bu dəfə Xalq artisti Flora Kərimovanın imicində dəyişiklik edib.
Stilist Xalq artisti Flora Kərimovanın dəyişimini “Instagram” səhifəsində paylaşıb və bu sözləri yazıb:
“Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm, Azərbaycan musiqisinin canlı əfsanəsi olan korifey sənətkar və hər birimizin ürəyində taxt quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm”.
Qeyd edək ki, Anar Ağakişiyevin etdiyi dəyişikliklərlə bağlı tez-tez dünya mediasında xəbərlər çıxır.
“Evlənmək planı ağlımdan çıxmışdı, arxa plana atmışdım.. İndi yenidən ortaya çıxıb”
Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Atv kulis” verilişində deyib.
O, aparıcı Murad Əzimzadənin “nə vaxt evlənirsən?” sualına belə cavab verib: “Qoy, bu filmi çəkək. Yəqin ki, üzü yaya doğru qərarımı verəcəm. Və bu proses həyata keçiriləcək.
Cazibədar aktrisa buna görə geyimlərinə də əl gəzdirdiyini bildirib.