Category: Şou Biznes

  • “Yaxşı olub ərini həbs ediblər” – Elgizdən Zenfiraya

    “Səhər-səhər” verlişinə qonaq olan müğənni Zenfira İbrahimova idmançı həyat yoldaşı Anar Heybətovun həbsindən danışıb.

    Azxeber.com-un məlumatına görə, aparıcı Elgiz Əkbər sənətçiyə bununla bağlı suallar ünvanlayıb. Zenfira bildirib ki, əri 20 gün həbsxanada qalıb:

    “Həyat yoldaşım birinci dəfə 20 günlük həbs olundu. Sürət həddini aşaraq qanuna qarşı gəlmişdi. Elə yaxşı edib, onu həbs etdilər. Gərək ona elə 1 il həbs verərdilər. Amma ikinci dəfə yayılan həbs xəbəri yalan idi”.

    E.Əkbər isə müğənniyə “Yaxşı olub həbs ediblər, xətrinə dəyməsin. Kim olur-olsun, qanun pozan gözümün düşmənidir” sözlərini deyib.

  • Səbinə: Kamran kəfəndə qəbirdən çıxmaq istəyirdi

    Müğənni Səbinə Əskərovanın dünən rəhmətə gedən İTV-nin aparıcısı Kamran İsrafilovla bağlı paylaşımı hər kəsin diqqətini çəkib.

    O, “Instagram” hesabında müəmmalı olay yaşadığını deyib:

    “Çox qəribədir ki, mən onu dünən yuxumda görmüşəm. Kəfəndə qəbirdən çabalayıb çıxmaq istəyirdi. Yuxudan ayılıb öz-özümə dedim ki, həyatımda iki dəfə gördüyüm insan mənim yuxuma niyə girsin ki? Özü də belə bir yuxu…

    Zəng eləyib soruşdum. Dedilər ki, doğrudur, bir neçə saat öncə rəhmətə gedib. Şoka düşdüm, hələ də ayılmamışam. Anlamıram ki, niyə mənim yuxuma girib? Müəmmalı qaldı…”

    Qeyd edək ki, Kamran İsrafilov ürək çatışmazlığından vəfat edib./oxu.az

  • Namiqlə Aygün arasında söz savaşı – VİDEO

    Meyxanaçı Namiq Qaraçuxurlu eks sevgilisi xalq artisti pop diva Aygün Kazımovanın onu “ATV maqazin onlarla” verilişində “Hit-parad” rubrikasından uzaqlaşdırması bir yana onu müğənni Miri Yusifdən üstün tutması, tərəfləri biri-birinə vurub. 

    ATV maqazin onlarla verlişində Namiq Aygünə sətr altı ismarıclar yollayıb. 

    “Mənim haqqımda atdığı addımlara bacardığım qədər fikir vermirəm. Ona şərh vermək istəmirəm. Düzünü, yalanını özü bilər. Mənə şəfa diləməyi ilə onluqdan çıxarması üst-üstə düşmədi. Kim nə edirsə özü və Allahı bilsin”.

    Qaraçuxurlu Kazımovanın “Namiq Miri Yusifin mahnısında sözləri başa düşmədiyini deyir. Nə danışırsan? Gedib ən uğurlusuna sataşır” sözlərinə də biganə qalmayıb :

    “Şadam ki, Aygün artıq sözlərə də dəyər verməyə başlayıb. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. O da Aygünün fikridir… Elə cümlələr var ki, Azərbaycan dilindən xəbəri olmayana, qramatika bilməyənə yaxın gəlir”. 
    Beləcə Namiq eks sevgilisi Aygün Kazımovanın efir vasitəsi ilə cavabını verib. Verlişdən həmin süjeti sizə təqdim edirik : //baku.ws

  • Damlaya ağır itki

    Tanınmış müğənni Damlaya (Məsumə) ağır itki üz verib.

    Müğənninin atası Qərib Məmmədov ürək çatışmazlığından dünyasını dəyişib.

    Damlanın mətbuat katibi Əfruzə Ağayeva məlumatı təsdiqləyərək, mərhumun Sumqayıt şəhərində dəfn ediləcəyini bildirib.

    Qeyd edək ki, Qərib Məmmədov bir müddət öncə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilmişdi.

  • Bayılda sürüşmə: 4 ev dağılıb – FOTO + YENİLƏNİB

    Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.

    O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb”.

    A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: “Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir. FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə işləyir, məsələni aydınlaşdırır.

    Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

    Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb”.

    * * * * *

    Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

    Median.Az Report-a istinadən xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb.

    Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

    Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

    E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

    Qeyd edək ki, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri ərazidədirlər.







  • Natavan Həbibi ərindən ayrıldı

    Aylar öncə ayrılan, daha sonra barışan müğənni Natavan Həbibi ilə reper Dado münasibətlərinə birdəfəlik son qoyub.

    Bu barədə sənətçinin özü ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinə qonaq olarkən məlumat verib.

    İfaçı hələ də anasıgildə qaldığını, problemlərdən uzaq gəzdiyini bildirib:

    “Mən indi toy şəkillərinə baxa bilmirəm. Bu məndən asılı deyil. Toya çəkdiyim xərcə görə heyfslənmirəm. Hər şey ürəyim istəyən kimi oldu. Toyumda çox xoşbəxt idim. Elə bilirsiz sevgi stressi yaşayıram. Burada başqa şeylər var, problemləri aşdım. Səid (Dado) özü açıqlama verib. Eşitdim ki, o, İnstagramda canlı yayımda danışıb. Söyləyib ki, mövzu bağlandı, hər şeyi bitirdik. Bu barədə çox danışmaq istəmirəm, ətim töküldü”.

    Qeyd edək ki, cütlük ötən ilin iyun ayında ailə həyatı qurmuşdu.//oxu.az

  • Aygün Kazımovanın yeni imici – VİDEO

    Hər zaman imici ilə hər kəsi təəcübləndirməyi bacaran xalq artisti Aygün Kazımovabu dəfə də ənənəsinə sadiq qalıb.

    Baku.ws məlumatına görə, pop diva saçlarına əl qəzdirib.

    Saç ustası ilə kamera qarşısına keçən Kazımova, əlinə güzgü alaraq, verdiyi pozları ilə diqqət çəkib.

    Sözügedən kadrları sizə təqdim edirik.

  • Prodüsser Toliklə Elnarə arasında qalmaqal – FOTO

    Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev arasında çaxnaşma düşüb.

    Xəlilova “ATV magazin onlarla” verilişinin “Hit Parad” rubrikasına cəsarətli obrazda qatılıb.

    Sözügedən proqramın müxbiri başına gümüşü rəngdə böyük tac qoyan Elnarənin fotosunu instaqram səyfəsində bölüşüb. Bu şəkili görən işinin peşəkarı prodüsser və aparıcı Tarix Əliyev fotoya sərt şəkildə rəy yazıb.

    Prodüsser “Daha bilmədi ki, nə ilə gündəmə gəlsin” yazaraq Elnarəyə söz atıb. Amma Xəlilovanında Tolikə cavabı gecikməyib: “Elnarə gündəmdədir, ola bilər bu, sənin gündəmin deyil”.

    “Vallah tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin səsin, sənətin var. Amma bəzilərinin buna ehtiyacı yoxdur. Özün buna şərait yaradırsan. Sözümü deməyə, irad tutmağa haqqım var. Ən azından çox işlər görmüşəm”- deyə Tolik iradını bax bu şəkildə bildirib.

    Nəzərinizə çatdıraq ki, Tolik aparıcılıq etdiyi “Hər şey daxil” verilişində bir neçə gün öncə xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyub. Onun bu hərəkəti isə heçdə birmənalı qarşılanmayıb.

    Həmin yazışmanı sizə təqdim edirik :


  • Bakıda keçiriləcək Formula 1-də çıxış edəcək ilk müğəninin adı açıqlanıb – VİDEO

    Fank musiqi janrının əfsanələri aprelin 27-də Kristal Zalda tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) baku.ws-ə verilən məlumata görə, böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, gərgin mübarizə ilə dolu və əyləncəli keçəcək 2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal Zalında keçiriləcək.

    Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan bu qrup “Grammy”, “Ivor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.

    Jamiroquai-nın ilk albomu “Emergency on Planet Earth” adlanır və qrup bu albomu ilə davamlı inkişafda olub və böyük uğurlar qazanıb. Daha sonra qrup milyonlarla satışa nail olmuş yeni albomlar çıxarıb və bu albomlarda digər musiqi növlərindən, o cümlədən pop, rok, disko və elektronika janrlarından da ifalar səsləndirib. Qrup məşhur treklərindən “Virtual Insanity” ilə “MTV”-nin keçirdiyi Video Musiqi Müsabiqəsinin və “Grammy” Mükafatının 4 dəfə qalibi olub və həmçinin klassik janrda səsləndirdiyi “Space Cowboy”, “Deeper Underground” və “Feels Just Like It Should” mahnıları ilə şöhrətini daha da artırıb. Bundan başqa Jamiroquai qrupu 1996-cı ildə çıxardığı “Travelling Without Moving” albomu fank musiqi janrı tarixində ən çox satılan albom ünvanı qazanaraq Ginnesin Rekordlar Kitabına daxil olub.

    Dünya musiqisinin ən məşhurlarından olan “Chance the Rapper”, “Pharrell”, “Tyler the Creator”, “Jungle”, “Redman” və “The Internet” kimi tanınmış ulduzların böyük rəğbətini qazanan və həmçinin Stivi Vonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar nümayiş etdirən bu qrup dövrümüzdə hamının böyük hörmət göstərdiyi aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunmaqdadır.

    2017-ci ildə Jamiroquai musiqi qrupu “Automaton” adlı yeni albomunu çıxardı. Sayca səkkizinci olan bu albomda insan, maşın və yer planeti arasında olan münasibətlər qeyri-adi üslubda ələ alınıb. Qrup “Automaton” albomu ilə özfəaliyyətinin ən yüksək pilləsində olduğunu göstərdi və hələ də qrupun dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin biletləri tamamilə satılmaqdadır.

    Bakıya toplaşacaq bütün Formula 1 azarkeşləri yüksək enerjili konsert gecəsini səbirsizliklə gözləyirlər və Jamiroquai qrupu yarış həftəsonunun ilk gecəsində nümayiş etdirəcəyi konsert proqramında Kristal Zala toplaşmış avtoidman həvəskarlarına möhtəşəm səhnə performansı ilə unudulmaz gecə yaşadacaq.

    BŞH-nin icraçı direktoru Arif Rəhimov Jamiroquai qrupunun Bakıya gəlişinə belə münasibət bildirib: “2018 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun cümə günü axşam saatlarında baş tutacaq canlı konsert proqramı ilə əyləncəli tədbirlərin açılışını edəcək Jamiroquai qrupunu Bakıda qarşılayacağımız üçün çox şadıq. Dünyada özünəməxsus səsi və yüksək enerjili performansı ilə məşhurlaşmış çox az musiqi qrupu var. Cey Keyin rəhbərliyindəki bu qrup musiqi tarixində istedadlı və nadir sayılan xüsusiyyətlərə malik belə qruplardan biridir və onun özü həm də avtomobillər üzrə böyük həvəskardır. Bu qrupun gəlişi yarış həftəsonunun bütün iştirakçıları üçün ən ideal seçimdir və Bakıda sayca üçüncü dəfə keçiriləcək Formula 1 yarışının açılışını bundan daha yaxşı şəkildə qeyd etmək mümkün olmazdı. Bakıda bizimlə birlikdə olmağa çalışın və biletlərinizi indidən əldə etməyə tələsin. Həqiqətən də builki yarış həftəsonu çox fərqli olacaq”.

    Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından Kristal Zala tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

    Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində eksküliziv olaraq iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

    2018 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

    Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri media@bakugp.az elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər

  • Ece Seçkin Afaq Aslanı oğurluğa görə məhkəməyə verir – FOTO + VIDEO

    Türkiyəli müğənnni Ece Seçkin ifaçı Afaq Aslanı məhkəməyə verməyə hazırlaşır.

    Buna səbəb Afaq Aslanın onun ifasında səslənən “Follow Me” mahnısını icazəsiz olaraq sözlərini dəyişdirib oxumasıdır.

    Müğənni bu barədə sosial media hesabında məlumat verib:

    “Etdiyiniz bu hərəkət insan əməyinə hörmətsizlikdir. Mahnının sahibindən icazə almadan, bir də başqasının mahnısı kimi yayımlayıb, klip çəkdirmisiniz”.

    O, daha sonra mahnının bəstəsinin sahibi Kemal Şimşekyaya “Sən məhkməyə verirsən, yoxsa mən hərəkətə keçim?”, – sözlərini yazıb.
    Qeyd edək ki, sözügedən mahnı – “Sənlə mən” izləyicilərə təqdim edilərkən sözlərinin gənc yazar Kamala, musiqisi və aranjimanının isə Fərid Ağaya məxsus olduğu bildirilib.//oxu.az