Category: Şou Biznes

  • Elza yeni mahnısı ilə təəccübləndirdi – VİDEO

    Əməkdar artist Elza Seyidcahan “ATV səhər” verilişinin qonağı olub.

    Hər zamankı kimi, ekstravaqant görkəmdə olan ifaçı yeni mahnısı ilə hər kəsi təəccübləndirib.

    Belə ki, onun təqdim etdiyi “Ac canavar, auu” adlı mahnısı aparıcılar Lalə Azərtaş və Azər Axşamın marağına səbəb olub.

    Sözügedən ifanı təqdim edirik:

  • “Fəlakət” evlənir: Toy tarixi dəqiqləşib

    “Bozbaş Pictures” komandasının “Fəlakət”i, tanınmış aktyor Elşən Orucov yaxın günlərdə toy etməyə hazırlaşır.

    Bu barədə aktyor oxu.az-ın suallarını cavablandırarkən məlumat verib.

    O deyib ki, mart ayının ilk həftəsində toy edəcək:
    “Toy tarixi dəqiqləşib. Martın 5-i toyumdur. Hazırlaşıram”.

    Qeyd edək ki, E.Orucov sentyabr ayında gizli şəkildə İlahə adlı xanımla nişanlanıb. İlahənin ATV-də çalışdığı deyilir. Onların toyu paytaxtın dəbdəbəli məkanlarından birində olacaq.

  • Elnurdan gözlənilməz qərar: “Daha oxumayacağam”

    Uzun müddətdir efirlərdən və mediadan kənar gəzən müğənni Elnur Məmmədov toyunda onu görmək istəyən şəxslərə xəbərdarlıq yollayıb. Beləki məşhur bundan sonra toylarda çıxış etməyəcək. El şənliklərindən imtina edən Elnur bir çox məsələlərə aydınlıq gətirib.

    Sənətçini artıq el şənliklərində ifa etməyəcəyini elan edib:

    “Artıq toy bazarında məni görməyəcəklər, el şənliklərindən imtina edirəm, daha oxumayacam. Bunun da səbəbləri var. Bilirsiniz ki, toy şənliklərinin ayrıca repertuarı olur, istər-istəməz özünə uyğun bilmədiyin mahnıları oxumaq məcburiyyətində qalırsan. İstəyirəm hamı məni səhnə müğənnisi kimi görsün. Bundan sonra yalnız sənətimlə məşğul olacam. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə solo-konsertlər vermək fikrindəyəm. Onsuz da Azərbaycanda az-az oluram, vaxtımın çoxu səyahətlərdə keçir”.

    Müğənnilərin gəlir yeri yalnız toylardır. Çünki Azərbaycanda müğənnilər konsertlərdən qazanc əldə edə bilmirlər. Burada maraqlı bir məqam ortalığa çıxır. Bəs toylarda çıxış etməkdən imtina edən Elnur, bundan sonra hansı yolla dolanacaq? Məlumata görə, sənətçi xarici ölkələrin birində şəxsi biznes açıb. Özünü müğənni kimi təsdiqləyən Məmmədov, bundan sonra özünü iş adamı kimidə sınayacaq.

    “Mən də bilirəm ki, müğənninin gəlir yeri yalnız toylardır. Lakin səhnəni daha üstün tuturam. Qaldı ki, biznesimə, bu məsələ mənə aiddir, bu barədə danışmaq istəmirəm”, – deyə müğənni əlavə edib./baku.ws

  • Roza Zərgərlinin yeni mahnısı plagiat çıxdı – VİDEO

    Müğənni Roza Zərgərli “Sənsiz olmur” adlı yeni mahnısını təqdim edib.

    Ancaq bu mahnının Xalq artisti Faiq Ağayevin 2001-ci ildə işıq üzü görən “Ayrılma məndən”i ilə eyni akkordlar üzərində yazılması diqqətdən qaçmayıb. Mahnıları fərqləndirən isə onların melodiyalarının fərqli olmasıdır.

    Qeyd edək ki, “Ayrılma məndən”in musiqisi Nailə Mirməmmədliyə, 17 il sonra yazılan “Sənsiz olmur”un bəstəsi isə Xanım İsmayılqızına məxsusdur.//oxu.az

  • Emin Ağalarov məşhur radiostansiyanı satın aldı

    Məşhur azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov “Best FM” radiostansiyasını alıb.

    Bu barədə Ağalarovun özü müsahibələrindən birində bildirib.

    Tezliklə radiostansiyanın adı dəyişilərək “Jara FM” tezliyi ilə dinləyicilərin istifadəsinə veriləcək.

    Bildirilib ki, yeni formatda olacaq “Jara FM” “Rus” radiosu ilə rəqabət aparmayacaq.

  • Murad Dadaşov növbəti “Maşın”ın vaxtını açıqladı

    ATV telekanalının efirində canlı yayımlanan “ATV Səhər” verilişində qonaq olan məşhur aparıcı və prodüser Murad Dadaşov “Maşın” realiti-şousunun növbəti buraxılışının vaxtını açıqladı.

    ATV.az xəbər verir ki, artıq bir-neçə iştirakçısı müəyyənləşən bu şoynun may ayının ortasında başlayacağını qeyd edən Dadaşov onların adlarını açıqlamasda da iştirakçıların sayını dəiışməyəcəyini, yəni ənənəvi olaraq 18 nəfər olacağını qeyd etdi.

  • Aygün Kazımova küçədə rəqs etdi, fit çaldı – VİDEO

    Bir neçə gündür Gürcüstanın paytaxtı Tiflis şəhərində olan xalq artisti Aygün Kazımova şəhər gəzintisinə çıxıb. 

    Baku.ws-in məlumatına görə, gəzinti zamanı müğənni küçə musiqiçilərinin ifasında Azərbaycan rəqs havasını eşidib.

    O, elə küçədə rəqs etməyə başlayıb. Hətda fit çalan Aygün Kazımova böyük şövqlə rəqs edib. 

    Həmin görüntüləri təqdim edirik:  

  • Nadir Toliklə qalmaqalından danışdı: Ad çəkməmişəm

    Müğənni Nadir Qafarzadə bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı qalmaqallı status barədə danışıb.

    “Show time” verilişinin canlı efirinə telefon zəngi ilə qoşulan ifaçı yazdığı “İnsan alveri ilə məşğuldurlar” sözlərinə aydınlıq gətirib:

    “Yazdığım statusu xalq, camaat bilir. Belə insanlar hər zaman olub. Mənim səsləndirdiyim ittihamları o vaxt əməkdar artist Cavanşir Məmmədov da səsləndirmişdi. Sadəcə, insanlara açıqladım ki, belə insanlar var. Amma bunu kimsə özünə götürdü, “qarğa məndə qoz var” kimi.

    Yazdığım statusda heç kimin adını çəkməmişdim. Ümumi danışmışdım. Demişdim ki, belə bir bəla var. Mən istəməzdim ki, şou-biznesdə belə insanlar olsun.

    Ümumiyyətlə, mədəniyyətə, incəsənətə xidmət edən insan belə işlərlə məşğul olmamalıdır. Haram pul qazanmaq olmaz. Bu, cəmiyyətimizə ziyandır. Kimi aldadırıq? Orada ad çəkmədim.

    Sadəcə, yazmışdım ki, bu işlə məşğul olan həm qadınlar, həm də kişilər var. Amma Əli, Vəli, Pirvəli adını çəkməmişdim”.

    Qeyd edək ki, prodüser Tolikin verilişində Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasından sonra N.Qafarzadə sosial şəbəkədə mərhum Xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşmışdı və bundan sonra onlar arasında qalmaqal yaşanmışdı.//oxu.az

  • Nadir Qafarzadənin çörəkçi bacısı haqqında bilinməyənlər açıqlandı – VIDEO

    Space TV-də yayımlanan “Zəhmətkeş ulduzlar” verilişində heç kəsin bilmədiyi sirrin üstü açılıb!

    Hər buraxlışında müxtəlif regiona səfər edən aparıcı Ülviyyə Əliyeva və onun məşhur qonaqlı bu dəfə Xızıya yola düşüblər.

    Verilişin ilk dəqiqələrindən rayonun girişində yol kənarında maşını saxlayan çəkiliş heyəti təndir çörəyi bişirib satan qadını görüncə ora yaxınlaşıblar. Verilişin aparıcısı təndir çörəyini bişirən qadına “Xala, üzün mənə elə tanış gəlir” deyə müraciət edib. Qadın müğənni Nadir Qafarzadənin böyük bacısı (Afət) olduğunu söyləyib.

    Bu məsələnin nə qədər həqiqətə uyğun olduğunu bilmək üçün Baku.ws verlişin aparıcısı Ülviyyə ilə əlaqə saxlayıb. Aktrisa bildirdi ki, hər kəsin düşündüyü kimi bu bir şou deyildi:

    “Həqiqətən də Afət xanım müğənni Nadir Qafarzadənin bacısıdır. Yorulduğumuzu görən Afət xanım bizi evinə qonaq çağırdı. Onun 4 otağlı, gözəl, işıqlı və şəraiti olan evi var. Sosial şəbəkələrdə yazıllar ki, yəqin Nadirin bacısı yoxsul yaşayır. Bu əsla belə deyil. Bizim komandamıza gözəl süfrə də açdı. Afət həm də etiraf etdi ki, qardaşı Nadir qayğısını və yardımını onlardan əsirgəmir”.

    Verilişdən sözügedən kadrları sizə təqdim edirik.

  • Sevil-Sevinc bacıları efirdən getmələrinin səbəbini açıqladılar – VİDEO

    Müğənnilər Sevil və Sevinc bacıları “Xəzər” TV-dən getmələrinin səbəbini açıqlayıblar.

    Əkizlər “Show News”un “Deyirlər, Tolik bacıların torbasını tikdi” sualına belə cavab veriblər:

    “4 il az vaxt deyil. Ora can qoymuşuq. Yaxşı və pis günümüzü bölüşdüyümüz məkan idi. Biz oranı etibar etdiyimiz insana həvalə etdik. Toliki günahlandırmayın, təşəkkür edin. Biz müğənniliklə daha yaxşı məşğul olacağıq.

    Verilişdən getdiyimiz zaman üzülənlər kimi, sevinənlər də oldu. Hətta qırmızı geyinib, əlinə xına yaxıb proqrama çıxanlar da oldu. Amma heç biri bizim yerimizi tuta bilməz”.

    Sevil və Sevinc bundan sonra heç bir kanalda aparıcı kimi çalışmayacaqlarını bildirib:

    “Bir çox kanal bizi nə çəkir, nə də efirə çağırırdı. Yəqin, bundan sonra qapılarını açacaqlar”./oxu.az