Category: Şou Biznes

  • Röya oglu ilə birgə fotosunu paylaşdı

    Röya oglu ilə birgə görüntüləndi !

    Baku.ws-in məlumatına görə, əməkdar artist Röya Ayxanın oğlu Hüseynlə birgə instagram hesabında fotolar paylaşıb.

    Ana bala kamera qarşısına keçərək səmimi pozlar veriblər. 

    Onların dəbdəbəli obrazı fotolara əlavə rəng qatıb. 

    Həmin şəkilləri Sizə təqdim edirik!

  • Nadir Qafarzadənin bacısı yol kənarında çörək satır – VIDEO

    “Zəhmətkeş ulduzlar” verilişində maraqlı məlumat ortaya çıxıb.

    Minval.info xəbər verir ki, hər buraxlışında müxtəlif regiona səfər edən veriliş heyəti bu dəfə yolunu Xızı rayonundan salıb.

    Verilişin ilk dəqiqələrindən rayonun girişində yol kənarında maşını saxlayan çəkiliş heyəti təndir çörəyi bişirib satan qadını görüncə ora yaxınlaşıblar. Verilişin aparıcısı təndir çörəyini bişirən qadına “Xala, üzün mənə elə tanış gəlir” deyə müraciət edib.

    Beləcə həmin qadının tanınmış müğənni Nadir Qafarzadənin böyük bacısı olduğu ortaya çıxıb.

    Verilişdən sözügedən kadrları aşağıdakı videoda izləyə bilərsiniz:

  • Tolik Nadirlə Whatsapp yazışmasını paylaşdı – FOTO

    Produsser Tarix Əliyev İnstagram hesabında müğənni Nadir Qafarzadə ilə Whatsapp yazışmasını paylaşıb.

    Baku.ws-in məlumatına görə, Tolik Nadirin ona qarşı iddialarına belə cavab verib.

    Həmin yazışmanı Sizə olduğu kimi təqdim edirik.

    Tolik ilə Nadirin arasında qalmaqal daha da şiddətləndi.


  • Samiraldonun evinə hücum olub – VİDEO

    Məşhur stlist Samiraldonun evinə hücum olub.

    Baku.ws -in məlumatına görə, bu barədə stilist sosiaL şəbəkədə açıqlama verib. Onun sözlərinə görə, naməlum şəxslər hər gün onu narahat edir. Qapısını təpikləyir, söyüş söyür təhqir edirlər. Stilist həmin şəxsləri müəyyən etmək üçün mənzilinin qarşısına gizli kamera quraşdırıb. Və nəhayət həmin şəxslər kameraya düşüb. Görüntülərdən də məlum olur ki, iki nəfər gənc Samiroldunun qapısına yaxınlaşır. Əvvəlcə sakit şəkildə qapını döyürlər, sonra qapını təpikləyərək qaçırlar.

    Median.Az həmin kadrları təqdim edir:

  • Nadir Toliki insan alverində ittiham etdi

    Nadir Qafarzadə “Instagram” səhifəsindəki paylaşımı səs-küy yaradıb.

    Nadir ötən gün “Hər şey daxil” verilişində prodüser Tarix Əliyevin (Tolik) Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasına münasibət bildirib.

    Tolik bundan sonra sosial media hesabından Nadirə ismarıc göndərib. Nadir bu ismarıca biganə qalmayıb:

    “Deyəsən, mənim ağzımın açılması zamanı gəlib. Mən İlhamə xanımın şəklini paylaşanda heç bir zir-zibilə söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi “məmurlara” qız çıxarmamışam. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətlərini açıb söyləmək zamanı gəlib. Qadın müğənniləri satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhət! Mən dəliyəm, məndə tormoz yoxdur”.

    Prodüser Tolikin Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasından sonra N.Qafarzadə sosial şəbəkədə mərhum Xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşaraq, Nazpəriyə söz atıb:

    “Mənim ilk və son taclı sənətkarım. Sən dahisən. Yerin görünür”.

    Daha sonra isə prodüser verilişdə müğənninin başına tac qoymasını qınayanlara “Instagram” səhifəsində cavab verib:

    “Nazpərinin sənətinə nə olub ki, bəziləri belə yanıb tökülürlər? Əcəb etmişəm, əlimin içindən gəlib. Yaltaqlar… Mən İlhamə Quliyevanın sağlığında da Nazpəri xanımla danışırdım. Mənə heç kim qadağa qoya bilməzdi. Heç İlhamə xanımın özü də…

    Bir çıxın xalq arasına, görün, Nazpəri qədər hörmətiniz var? Sonra danışarsınız. İlhamə xanım da mərd idi, bəziləri kimi yox. İndi bir çoxları çıxıb ki, biz onun yaxınıyıq. Sizi yanına aparsın”.//oxu.az

  • Sevil və Sevinc bacıları “Xəzər” TV-dən getdi

    Sevil – Sevinc bacıları “Xəzər” TV ilə yollarını ayırıblar.

    Bu barədə onlar özləri məlumat veriblər. Bacılar bildiriblər ki, sabah “Hər şey daxil” verilişində sonuncu dəfə efirə çıxacaqlar:

    “2 iyun 2014-cü ildən etibarən evinizin sakini olduq. Bir çoxunuz bizi evinizin övladı bilib dərdimizə şərik oldunuz. Sevincimizə, uğurumuza sevindiniz. Biz yıxıldıq, siz əlimizdən tutub ayaq üstdə dayanmağı öyrətdiniz. Xəzər TV, bizi biz edən, bizim halal qazandığımız çörəyi bizə çox görmədiniz. Ailə kanalında çalışıb, oranın övladı, siması olmaq nə qürurvericidir.
    Bu postu ağlayaraq, əlim əsərək yazıram. Çünki ailəm bilirəm. Bu xəbərə sevinən də, kədərlənən də olacaq. Rəhbərlik sağ olsun seçimimizə hörmətlə yanaşdı. Dörd il sonra, yəni, sabah saat 10:00-da canlı efirdə vidalaşırıq”.

    Qeyd edək ki, Sevil – Sevinc bacılarının təqdimatında “Xəzər” TV-də həftə içi hər gün yayımlanan “Hər şey daxil” verilişində bir müddət əvvəl tanınmış prodüser Tarix Əliyev (Tolik) də aparıcılıq etməyə başlayıb. Tolik əvvəllər ancaq həftənin birinci günləri efirə çıxsa da, daha sonra hər veriliş bacılarla birgə ekranlarda olub.

  • Azərbaycan efirində növbəti biabırçılıq- ƏLİ MİRƏLİYEV RƏQQASƏNİ QUCAQLAYIB YERƏ SƏRDİ (VİDEO)

    ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində maraqlı hadisə baş verib.

    Median.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, verilişə oriental rəqqasə dəvət olunub. Rəqsdən sonra rəqqasə studiyanın daha da qəşən görünməsi üçün başındakı şamdanı yerə qoyub. Əli Mirəliyev də özünü ərəb şeyxləri kimi hiss emək üçün şamdanın yanında yerə uzanıb. Bir qədər sonra da rəqqasəni də yanına çağırıb. Onlar qucaqlaşaraq studiyada uzanıb söhbət ediblər.

    Verilişdən sözügedən kadrları sizə təqdim edirik:

  • Aygün Natavanla barışmasından danışdı: Hamıya barışıq arzu edirəm – VİDEO

    Xalq artisti Aygün Kazımova 9 ildən sonra küsülülüyə son qoyduğu həmkarı Natavan Həbibi ilə barışıq xəbərinə aydınlıq qətirib.

    Pop diva sənətçi ilə barışdığını açıq şəkildə etiraf edib.

    “Çox gözəl atmosferdə səmimi barışıq oldu. Hamıya barışıq arzu edirəm”- söyləyən xalq artisti yayılan söz-söhbətlərə qısa olaraq öz münasibətini bildirib.

    Kazımova həmçinin ötən həftə ad gününü qapalı keçirməsinin səbəbini də açıqlayıb: “Hər dəfə sənət dostlarım iştirak edib, mediaya açıq olub. Amma bu dəfə belə keçirmək istədim”.

    Nəzərinizə çatdıraq ki, iki məşhur sima radio aparıcısı Kazım Sübhanın ad günündə barışıblar. Onları sülhə məhz xalq artisti Faiq Ağayev çağırıb.//baku.ws

  • Nadir Qafarzadə onu söyənlərə qəzəbləndi: “Instagram-da kişilik olmur” (VİDEO)

    Müğənni Nadir Qafarzadə ARB TV-də yayımlanan “Sayqa ilə bu axşam” verilişində qonaq olub.

    Baku.ws-in məlumatına görə, müğənni sosial şəbəkədə insanların ona qarşı neqativ reaksiyasına cavab verib.

    Nazir bildirib ki, Instagram-da kiməsə təhqir yazmaqla kişilik olmaz:

    “Kişilik reallıqda olur. Birinə kömək edirsən, yaxşlıq edirsən. Su çəkirsən, yol çəkirsən. Yetimin başına sığal çəkirsən, cibinə pul qoyursan. Budur kişilik. Amma Instagram-da profil açıb Nadiri söymək düzdü? Yaxşı elədin? Xanımlar baxırsan kişi söyüşü söyür. Deyirsən bu Azərbaycan xanımıdır?”

  • Azərbaycanli rəqqasəni̇n soyunarkən çəki̇lmi̇ş gi̇zli̇ görüntüləri̇ yayildi – FOTOLAR

    Məşhur azərbaycanlı rəqqasə Simona Amirin geyinmə-soyunma otağından gizli görüntüləri yayılıb.

    Videonu rəqqasənin rəfiqəsi ondan xəbərsiz çəkib. İşdən sonra geyimini dəyişmək üçün kulisə keçən rəqqasə çəkildiyini gördükdə, rəfiqəsinə səslənərək buna etiraz edib və qapını bağlayıb.

    Sözügedən fotoları sizə təqdim edirik:






    Mənbə: mybaku.az