Category: Şou Biznes

  • Alla Puqaçova və Maksim Qalkin mühacirətdə kimin hesabına yaşayırlar?

    Rusiyalı sahibkar Andrey Matus məşhur müğənni Alla Puqaçova və əri, şoumen Maksim Qalkinə Moskva yaxınlığında yerləşən Qryaz kəndindəki qəsrdən qalan əşyaları çıxarmağa kömək edib.

    Bu barədə sahibkar “Yeni rus sensasiyaları” verilişində bəhs edib.

    “Məndə Qalkin tərəfindən imzalanan müqavilə, həmçinin onun pasportu var”, – deyə o əmin edib.

    Matus eyni zamanda bildirib ki, Puqaçova və Qalkin xaricdə məşhur rusiyalı oliqarxın hesabına yaşayırlar.

    “Onların İsraildə, Hersliya şəhərində yaşadıqları ev kirayədir. Üstəlik, bu evin kirayəsini də tanınmış oliqarx ödəyir. Yəni oliqarx onlara yaşayış yeri kirayələyib və xoş niyyət əlaməti olaraq onlara sığınacaq verib”, – deyə sahibkar qeyd edib.

    Matusun sözlərinə görə, o, İsraildə ulduz cütlüyə verilən mənzili görüb. Bu, kiçik, lakin çox bahalı bir ərazidir.

  • Mask “Oskar” mükafatlarına da “əl gəzdirəcəyini” dedi

    Amerikalı milyarder və ixtiraçı İlon Mask “Oskar” mükafatında tam xaos yaşandığını bildirib.

    O, bu barədə “X” sosial şəbəkəsində bəyan edib. Mask istifadəçilərdən birinin Amerika Kino Akademiyasının inklüzivlik və müxtəliflik qaydalarına dair paylaşımına tənqidi reaksiya verib.

    “Bu, tam bir xaosdur. Yaxşı filmlər qalib gəlməlidir, məşhur olanlar deyil”, – deyə Mask yazıb.

    Qeyd edək ki, “Ən yaxşı film” kateqoriyasına namizədlər üçün aktyor seçimi ilə bağlı tələblər müəyyən edilib. Məsələn, “Oskar”a namizəd filmlərin heyətinin azı 30 faizini irqi, milli, gender azlıqlarına mənsub şəxslər və ya fiziki məhdudiyyətli insanlar təşkil etməlidir.

  • Məşhur aktyor “Oskar” mərasiminin aparıcılığından imtina etdi

    Aktyor Harrison Ford “Oskar” mükafatlandırma mərasiminin aparıcılığından imtina edib.

    Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

    82 yaşlı Ford 2024-cü ildə kinematoqraf sahəsindəki töhfələrinə görə Amerika Kino Sənəti və Elmləri Akademiyası 97-ci “Oskar” mükafatını təqdimetmə mərasimində aparıcılardan biri olmalı idi. Aktyor xəstəlik səbəbindən mükafatlandırma mərasimini buraxacaq. Ona kəmərləyici dəmrov diaqnozu qoyulub. Bu, ağrılı səpkilərə səbəb olan infeksiyadır.

  • Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır

    Fransalı kino ulduzu Jerar Depardye Rusiya Kinematoqrafçılar İttifaqından xaric edilə bilər.

    “Abzas” nəşri bu barədə aktyorun nümayəndəsi Arno Frilleyə istinadla məlumat yayıb.

    Onun sözlərinə görə, fransız aktyor ittifaqa üzvlük haqqına görə yeddi il üçün 9.5 min rubl (185 manat) borclu qalıb.

    “Depardye Klim Lavrentyevin xahişi ilə üzvlüyə razılaşıb. Bu, onun üçün yox, İttifaqın nüfuzu üçün edilmişdi. Çünki ona həqiqətən bu lazım deyildi. Bir neçə il sonra isə Klim mənimlə əlaqə saxlayıb dedi ki, Jerar bütün bu illər üçün üzvlük haqqını ödəməlidir”, – deyə aktyorun nümayəndəsi izah edib.

    Frille baş verənləri üzücü və utancverici bir vəziyyət adlandırıb.

    “Mən hətta bu barədə Jerarla danışmağa belə cəsarət etmirəm”, – deyə aktyorun nümayəndəsi vurğulayıb.

    Qeyd edək ki, Rusiya Kinematoqrafçılar İttifaqının nizamnaməsinə əsasən, illik üzvlük haqqının ödənilməməsi təşkilat qaydalarının pozulmasıdır. Buna görə də, İttifaqın 11-ci çağırışının 15-ci plenumunda üzvlüyün ləğv edilməsi məsələsi müzakirəyə çıxarılacaq.

  • Məşhur hind aktyorunun film çəkilişi zamanı halı pisləşdi: İki gün sonra VƏFAT ETDİ

    Fevralın 27-də məşhur hind aktyoru Uttam Mohanti vəfat edib.

    Median.Az “KalingaTV”yə istinadən xəbər verir ki, 66 yaşlı sənətçi qaraciyər sirrozundan Dehlidə xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

    Mohanti yeni filminin çəkilişləri zamanı özünü pis hiss edib. O, özəl xəstəxanaya yerləşdirilib və daha sonra evə buraxılıb, lakin iki gün sonra yenidən ağır vəziyyətdə xəstəxanaya qayıtmalı olub.

    Qeyd edək ki, Mohanti kino karyerasına 1977-ci ildə başlayıb və aktyorun çəkildiyi ilk filmi geniş tamaşaçı kütləsi toplamağı bacarıb. Onun filmoqrafiyasına iki yüzə yaxın layihə daxildir.

  • Həyat yoldaşı Castin Biberdən boşanacaq?

    Model Heyli Biber boşanma xəbərləri fonunda əri Castini dəstəkləməyə davam edib.

    Bu barədə “US Weekly” məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, yaşadıqları bütün çətinliklərə baxmayaraq, o, evliliyindən imtina etməyə və boşanma ərizəsi verməyə hazır deyil.

    “Heyli Castinə bacardığı qədər dəstək verməyə çalışır. Həqiqətən, indi onun üçün çox çətindir, lakin o, həmişə Castinin yanındadır və onun hər gün nələrdən keçdiyini anlayır”, – insayder bildirib.

  • Byanka Senzori bu dəfə ÇADRA geyindi – FOTO

    Avstraliyalı model Byanka Senzorinin həddindən artıq açıq obrazlarıyla təəccübləndirmək artıq o qədər də mümkün olmadığı üçün Kanye Uest yeni bir strategiya seçib. Belə ki, bu dəfə o həyat yoldaşına çadra geyindirib.

    Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

    Reper və onun həyat yoldaşı Los-Ancelesdə Vanessa Bikroftun rejissorluğu ilə çəkilmiş filmin ilk nümayişində görünüblər. Bu filmdə Byanka baş rolu oynayıb.

    Daha əvvəl Kanye bəyan etmişdi ki, o, Byankanı bütün dünyaya özünün onu gördüyü kimi göstərmək istəyir.

    “Mən həyat yoldaşım Byanka ilə çox fəxr edirəm. O, Yaponiyada çəkilmiş ilk tammetrajlı filmində baş rol oynayıb. Filmin rejissoru Vanessa Bikroftdur, prodüseri isə mənəm,” – deyə Uest sosial şəbəkədə yazıb.

    Qeyd edək ki, filmdə Byanka tamamilə çılpaq obrazlarda görünüb.

    //oxu.az

  • Sevda Ələkbərzadə atasının həbsə düşməsindən DANIŞDI – FOTO / VİDEO

    Əməkdar artist Sevda Ələkbərzadə atasının həbsə düşməsindən danışıb.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, sənətçinin sözlərinə görə, atasının 17 nəfər yalançı şahidləri olub:

    “Atamın həbsə düşməyi bizim üçün stresli idi, uşaq idik. Mənim atamı şərləyib həbs edərkən babamın 40 mərasimi çıxmamışdı, nənəm isə artıq bir övladını itirmişdi. Atamın operatoru var idi, evimizə girib-çıxırdı. Atam həbsdən çıxarkən onun qarşısında diz çökdü və üzr istədi”, – deyə sənətçi bildirib.

    Həmin görüntüləri təqdim edirik:

  • Jerar Depardyeyə qarşı cinayət işi açılıb

    Rusiya vətəndaşı olan fransalı aktyor Jerar Depardyeyə qarşı Fransada cinayət işi açılıb.

    Bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

    Bildirilib ki, 76 yaşlı aktyor vergi fırıldaqçılığında ittiham olunur.

    Qeyd edək ki, 2024-cü ildə Paris prokurorluğu cinsi təcavüzdə günahlandırılan aktyorla bağlı istintaqa başlayıb. Fransanın 50 mədəniyyət xadimi Depardyenin müdafiəsi üçün çıxış edib. Bu iş üzrə məhkəmə 2025-ci ilin martına təyin olunub.

    Xatırladaq ki, J.Depardye 2013-cü ilin yanvar ayında Rusiya vətəndaşlığı alıb. Müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

  • “Həmin xanım aktrisadır” – “Bu şəhərdə” açıqlama verdi (VİDEO)

    Dünən Bakıda keçirilən “Bu Şəhərdə” konserti başlamazdan öncə tamaşaçılar qəribə hadisənin şahidi olublar.

    Konsert başlamazdan öncə bir xanım həyat yoldaşının başqa bir xanımla konsertə gəldiyini görüb və qəzəblənib.

    Qəzəblənmiş qadın dərhal ərinə yaxınlaşaraq ona qışqırıb və suallar verib.

    Qadın həyat yoldaşı ilə konsertə gələn xanımın saçlarını yolub və əlbəyaxa dava edib.

    Tamaşaçılar əvvəlcə bunun qurma olduğunu düşünüblər. Bir az keçəndən sonra isə məsələnin ciddiyətini anlayıblar.

    Daha sonra yayılan görüntülərlə bağlı açıqlama verən “Bu şəhərdə” kollektivi, bunun konsertin bir hissəsi olduğunu açıqlayıb.

    Həmin anların görüntülərini təqdim edirik: