Bu gün aktyor Kənan Yusifovun toyudur.
Məclis şəhər restoranlarından birində keçirilir.
Toyda sənət adamları da iştirak edirlər.
Pərəstişkarlarına pul paylamaqla tanınan dünya şöhrətli reper Dreyk (Drake) daha bir fanatını sevindirib.
Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, 38 yaşlı ifaçı Avstraliyanın Sidney şəhərində verdiyi konsert zamanı hamilə pərəstişkarına pul verib.
Kanadalı reper konsertində “20 həftəlik hamiləyəm” pankartını qaldıran Tina Hendersen adlı fanatını gördükdən sonra onu VIP lojaya dəvət edib.
Dreyk daha sonra onu səhnəyə dəvət edərək 30 min dollar verib.
Müğənni Elçin Cəfərov avtomobil qəzası keçirib.
Bu barədə sənətçi proqramların birində deyib.
Belə ki, verilişlərin birinə gələrkən avtomobilinin qarlı havada sürüşdüyünü və digər maşınla toqquşduğunu bildirib:
“Qar yağdığı üçün maşın sürüşdü, digər maşınla toqquşdu. Yollar bir az sürüşkəndir. Mən hələ belə bir şey görməmişdim. Avtomobil sahibi ilə mehribancasına salamlaşdıq, ikimiz də heç nə lazım deyil dedik və sağollaşdıq. Bilmədim ki, məni tanıdı ya yox. Olur ki, gəlib maşını vururlar, düşürsən nəsə deməyə, elə qışqırır ki, “bağışla” cavabını verirsən”.
Xəbər verdiyimiz kimi, Azərbaycanı “Avroviziya 2025” mahnı müsabiqəsində “Mamagama” qrupu təmsil edəcək.
Median.Az xəbər verir ki, mahnı müsabiqəsində səslənəcək mahnı təqdim olunub.
Klipdə diqqət çəkən məqam isə əvvəlki “Avroviziya” təmsilçilərimizin də yer alması olub.
Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Klipi təqdim edirik:
Amerikalı aktrisa Ancelina Coli “Oskar” mükafatına namizəd göstərilməməsində Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Enistonu günahlandırıb.
Median.Az-ın “Radar online” nəşrinə istinadla verdiyi məlumata görə, A.Coli “Mariya” filmində baş rolu oynayıb, amma mükafata namizəd göstərilməyib.
Aktrisa güman edib ki, filmdə iştirak onu Hollivudun zirvəsinə qaytaracaq. Ulduz sənətçi uğursuzluqda əvvəlcə keçmiş əri B.Pitti ittiham edib, sonra isə qərara gəlib ki, C.Enistonun bu işdə əli var və bu yolla ondan qisas ala bilər. Məsələ burasındadır ki, A.Coli 20 il əvvəl B.Pitti C.Enistonun ailəsindən ayırmışdı.
A.Coli qərara gəlib ki, Hollivud səkkiz il ərzində qalmaqallı şəkildə boşandığı B.Pittin tərəfində durub. Bundan başqa, aktrisa hesab edir ki, B.Pitt kampaniya başladaraq onu xoşagəlməz vəziyyətdə göstərmək istəyib, C.Eniston isə bu işdə ona kömək edib.
Populyar müğənni Şakira dünya turnesi zamanı xəstəxanaya yerləşdirilməsi səbəbindən Perunun paytaxtı Limadakı konsertini ləğv edib.
Median.Az Britaniyanın “Guardian” qəzetinə istinadla xəbər verir ki, Şakira qarın nahiyəsindəki ağrılarla xəstəxanaya çatdırılıb.
İfaçı təcili yardım şöbəsinə müraciət edib və o, xəstəxanada qalmağa məcbur olub. Şakiranın sözlərinə görə, həkimlər ona çıxış etməyi məsləhət görməyiblər, buna görə müğənni qarşıdakı konserti ləğv edib.
Məşhur rep ifaçıları Diddi (əsl adı – Şon Kombs) və Jay-Z-nin (əsl adı – Şon Kori Karter) adları keçən səs-küylü cinsi zorakılıq işi gözlənilməz yön alıb. Belə ki, 13 yaşında olanda hip-hop ulduzları tərəfindən təcavüzə məruz qaldığını iddia edən qadın öz iddiasını könüllü olaraq geri götürüb.
Bu barədə “Rolling Stone” Şon Kombsun vəkillərinə istinadla xəbər yayıb.
Bildirilir ki, tərəflər arasında heç bir razılaşma əldə edilməyib, bu da ittihamların əsassız olduğunu göstərir.
Xatırladaq ki, qadın 13 yaşında olanda (2000-ci ildə) “MTV Video Music Awards” mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə özünü pis hiss etdiyini və dincəlmək üçün yataq otağına getdiyini, ancaq orada Diddi və Jay-Z tərəfindən cinsi xarakterli zorakı hərəkətlərə məruz qaldığını iddia etmişdi. O, Kombsa müqavimət göstərə bildiyini və evdən qaçdığını, bundan sonra atasının onu götürüb evə apardığını bildirirdi. Lakin qadının atası həmin gün qızını götürdüyünü xatırlamadığını dedikdən sonra iddia ilə bağlı şübhələr yaranıb. Qadın məşhur reperlərə qarşı şikayətini geri götürməyə qərar verib.
Jay-Z vəziyyətə münasibət bildirərək qeyd edib ki, iddia əvvəldən əsassız olub və nəticədə heç nəyə gətirib çıxarmayıb.
Məşhur reper Kanye Uest və həyat yoldaşı Byanka Senzori “Qremmi” qalmaqalından sonra boşanmağa hazırlaşırlar.
Bu barədə “Daily Mail” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilib ki, mükafat mərasimindəki qalmaqallı çıxışdan 10 günə yaxın vaxt keçdikdən sonra onlar ayrılıblar.
Mənbə vurğulayıb ki, model təkcə geyimə görə deyil, həm də Kanyenin nasist bəyanatlarına görə boşanma ərizəsi verib.
“Cütlük artıq birlikdə yaşamır və yaxın günlərdə rəsmi olaraq nikahı pozmağı planlaşdırır”, – deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən “Qremmi” musiqi mükafatına həsr olunmuş tədbirdə qalmaqal baş verib.
Ulduzlar yenicə qırmızı xalıya toplaşmağa başlayan kimi Kanye Uest və onun həyat yoldaşı Byanka Senzori diqqətləri öz üzərilərinə çəkiblər. Kanye Uest qara idman köynəyində və şalvarda, Byanka Senzori isə qara uzun kürkdə fotoqrafların qarşısına çıxıb. Qadın daha sonra kürkü üzərindən çıxarıb və tamamilə şəffaf miniatür geyimdə qalıb. Alt paltarsız olan Kanye Uestin həyat yoldaşı soyuqqanlılıqla fotoqrafların qarşısında özünü göstərməyə başlayıb.
Rusiyanın məşhur estrada ulduzu Alsu Bakıya gəlib.
Sənətçi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəndən dərhal sonra media nümayəndələri ilə görüşərək onların suallarını cavablandırıb.
Alsu sabah Bakı Konqres Mərkəzində verəcəyi konsert və Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.
Ulduz musiqiçi gecədə sürprizlərin olacağını, həmçinin həmkarı və dostu Xalq artisti Emin Ağalarovla duetlər ifa edəcəyini dilə gətirib.
Qeyd edək ki, məşhur rusiyalı müğənni Alsunun keçmiş əri iş adamı, əslən Bakıdan olan Yan Abramovdur.
Ətraflı süjetdə:

Türkiyəli aktyor Burak Özçivitin Səudiyyə Ərəbistanında qatıldığı tədbirdə aldığı milyonluq təklif bir neçə gündür müzakirələrə səbəb olub.
Tədbir çərçivəsində səudiyyəli model Ainura Davudovanın yer aldığı reklam çəkilişində kişi simaya ehtiyac yaranıb. Bu zaman partnyor olaraq B.Özçivit seçilib. O, sadəcə modelin yanında əyləşməklə 1 milyon dollar (1 milyon 700 min manat) qazanıb.
Aktyorun bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, onu oturduğu yerdə bu qədər maddi qazanc əldə etməsinə görə dəstəkləyənlər də olub, tənqid edənlər də. Bildirilib ki, Özçivit pulu bu qədər sevməkdənsə və bu cür layihələrdə yer almaqdansa, bütün fikrini tamamilə karyerasının inkişafına yönəltməlidir.
B. Özçivit isə məsələ barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, aktyor daha öncə də Dubayda 80 zəngin qadınla görüşündən külli miqdarda gəlir əldə etməsi ilə gündəm olmuşdu.