Category: Şou Biznes

  • Xalq artistlərinin milyonluq savaşı davam edəcək

    Xalq artistləri Məleykə Əsədova ilə Ramiz Məlik arasında baş verən qalmaqal bu dəfə apellyasiyaya daşınıb.

    Bu barədə Oxu.Az-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

    O bildirib ki, qarşı tərəf Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti edib:

    “Ramiz bəyə hələlik bununla bağlı bildiriş gəlməyib. Biz də ötən məhkəmə proseslərində olduğu kimi, bu dəfə də qarşı tərəfə qarşı iddia qaldıracağıq”.

    Qeyd edək ki, M.Əsədova R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyinə görə həmkarından 200 min manat, R.Məlik də eyni iddia ilə ondan 300 min manat təzminat tələb edir.

  • Aqil M. Quliyevdən ŞOK İDDİA: “Əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir…”

    Tanınmış rejissor Aqil M.Quliyev azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsinin səbəblərini açıqlayıb.

    Median.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor bildirib ki, yataq səhnələri üçün çəkilən aktrisanın birinci növbədə mükəmməl bədən quruluşu olmalıdır:

    “Birincisi, aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır. Eyni zamanda, həyatda mükəmməl öpüşməlidir ki, səhnədə də öpüşə bilsin. Yoxsa ki, baxırsan, həyatda öpüşməyi bacarmır, amma səhnədə erotik obraz canlandırır. İkincisi, onda cəsarət olmalıdır ki, bu addımı ata bilsin. Çünki gənc aktrisaların çoxu buna cəsarət etmir, mentalitet qorxusu onları çəkindirir. Fikirləşirlər ki, yataq səhnəsinə razılıq versələr sonra onları alan olmaz, evdə qalarlar. Hansı ki, bu gün aktrisa olmayan elə məşhurlar var ki, onları nə mentalitet maraqlandırır, nə də onun-bunun qınağı. Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir kimin məşuqəsidir. Amma heç kimin cəsarəti çatmır ki, ona bir söz desin. Çünki saxlayanı güclüdür, kimsə nəsə deyəcək, vurub qabırğalarını sındıracaqlar. Sosial şəbəkələrdə fotolarını paylaşır, altında elə xoş sözlər yazırlar ki… O yazıq aktrisanın elə güclü adamı yoxdur axı. Gecə-gündüz əlləşir, zəhmət çəkir, sənəti ilə qəpik-quruş qazanır”.

  • Nadir Qafarzadə: “Bir şagirdin savadı burasında ola, ondan nə gözləyəsən?” (VİDEO)

    Müğənni Nadir Qafarzadə “Klip+” verilişinin qonağı olub.

    Baku.ws-in məlumatına görə, müğənni təhsil ocaqlarına dəftəri şalvarının belinə keçirib gedən tələbə və şagirdləri tənqid edib.

    O ayağa qalxaraq məktəbə, universitetə bəzi şagird və tələbələrin kitabı, dəftərləri şalvarının harasında apardığını göstərib.

    Müğənni deyib ki, belə şagirdlərdən savad gözləmək olmaz.

  • Azərbaycanlı müğənni mahnı oxuya-oxuya əməliyyat olundu – VİDEO

    Tanınmış azərbaycanlı müğənni Vüqar Muradov bu gün paytaxt klinikalarının birində əməliyyat masasına əyləşib.

    Minval.İnfo  xəbər verir ki, ifaçı əməliyyat yolu ilə artıq çəkilərdən azad olub:

    “Bu gün kompleksimdən azad olduğum gündür. Azərbaycanda müğənnilər arasında bir ilk imza atdım.

    Belə ki, mahnı oxuya-oxuya əməliyyat olundum. Belimə narkoz vuruldu və  üç litrə yaxın piy qarnımdan çıxarıldı.
    Bu 35 ilə yaxın yığılmış bir yağ idi. Nə qədər pəhriz saxladım, idman elədim, bu piylərdən azad ola bilmədim. Məcbur olub Mübariz həkimə müraciət elədim və artıq piylərdən azad oldum”.

  • Miri Yusif ilk dəfə üçüncü övladını göstərdi – FOTO

    Tanınmış müğənni Miri Yusif ötən ilin oktyabr ayında üçüncü dəfə ata olmuşdu.

    Oğluna Mir Cahid adını qoyan ifaçı onu hər kəsdən gizlədirdi.

    Ötən günlərdə ailəsi ilə birgə Şahdağa istirahətə yollanan müğənni, nəhayət, oğlunun fotosunu paylaşıb. Miri kiçik oğlunun üzünü tam göstərməsə də, xoşbəxt ailə tablosu ilə diqqət çəkib.

    Qeyd edək ki, Miri Yusifin üçüncü oğlu onun doğum günündə – 27 oktyabr tarixində dünyaya gəlib.


  • Damlanın 1 milyonluq “Instagram” səhifəsi oğurlandı

    Azərbaycanın tanınmış müğənnisi Damlanın başına iş gəlib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qısa müddət ərzində “Instagram” sosial şəbəkəsində 1 milyona yaxın izləyici toplayan müğənninin səhifəsi hakerlər tərəfindən ələ keçirilib.

    Bu barədə ifaçının prodüseri məlumat yayıb. O, səhifənin geri alınması barədə hərəkətə keçdiklərini bildirib: “Damlanın profili oğurlanıb. Səhifəni qaytarmaq üçün hazırlıqlar gedir. Yaxın günlərdə aramızda olacaq, sizin üçün darıxır”.

  • Xatirə ərindən boşanıb – İDDİA (FOTO)

    Tanınmış müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddindən ayrılması ilə bağlı iddialar yayılıb. “Minval.info” saytının iddiasına görə, onlar bir neçə ay öncə ayrılıblar.

    Bu məqamda oxu.az Xatirənin boşanma iddiasını gücləndirən bəzi detalları nəzərinizə çatdırır.

    Xatirənin mətbuata verdiyi, iddianı gücləndirən suallarla dolu açıqlamalar: 

    22.12.2017: “Bir neçə arzum reallaşdı. Nə olduğunu açıqlamayacam. Mənə və ailəmə aid idi. Arzularımın reallaşması məni sevindirdi. Qəşəng il oldu”.

    “Xəzər maqazin” proqramı:

    – Həyat yoldaşınız geyimlərinizə qarışır?

    – Ümumiyyətlə, özümə aid olan suallara cavab verirəm, bura başqa adamları qarışdırmayaq.

    Sosial media yalnızlığı…

    Xatirənin sosial media hesabında həyat yoldaşı ilə üç aydan çoxdur foto paylaşmaması da diqqətdən yayınmayıb. Onların sonuncu fotosu oktyabr ayında paylaşılıb.

    Fəxrəddinsiz ad günü…

    Dünən gecə yeni yaşına qədəm qoyan Xatirənin yanında həyat yoldaşı Fəxrəddinin olmaması iddianı bir daha təsdiqləyib.

    Qeyd edək ki, cütlük 11 iyun 2012-ci il tarixində evlənmişdi. Onların Emil adlı bir oğlu var.





  • Oksana Elşadla davasından danışdı: Polislər vaxtında gəldi

    Rəqqasə-aktrisa Oksana Rəsulova “Hər şey daxil” verilişində qonaq olub.

    O, ilk dəfə Elşad Xosenin onu döyməsi barədə yayılan xəbərə münasibət bildirib:

    “Altı ildir ki, azad qadınam. Valideynlərimdən başqa kiminsə ixtiyarı yoxdur ki, azadlığıma mane olsun və məni qısqansın. Hər şey “Mələyin öpüşü” filmindən sonra başladı. Kommersiya baxımından öz cibimi düşündüm və Elşad Xoseyə layihəyə çəkilmək üçün təklif etdim. Başqa aktyorlarla öpüşə bilməzdim. Bundan sonra mənə yaxınlaşdı. Dava isə… Sağ olsun polislərimiz, vaxtında müdaxilə etdilər. Əslində, böyük hadisə olmamışdı, sadəcə, qloballaşdırdılar”.

    Qeyd edək ki, 2017-ci ilin oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyünü bildirib. Xose saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.//oxu.az

  • Həftənin qalmaqalı: Satqınlıq, alçaqlıq, qorxaqlıq – VİDEO

    Müğənni Natavan Həbibi “ATV maqazin onlarla” proqramına verdiyi müsahibə ilə gündəmi bir-birinə qatıb.

    Alovlu açıqlamalar verən sənətçi xalq artisti Aygün Kazımova ilə olan küsülülüyündən danışıb.

    Aygünü yüksəldən və onu ağıllı qadın adlandıran Natavan dostlarını isə yerdən-yerə vurub:

    “Hamı istəyir bizim münasibətimiz olsun, bu, səmimi olmalıdır. İndi o insana qarşı dürüst hisslər bəsləyirəm. Düşmən kimi mənə ləzzət edir, demişdim, kişi kimidir.

    “W-trio”nun vaxtında konsertlərimiz, qastrollarımız olub. Aygünün yanında da həmişə mən oturmuşam, məni digərlərindən seçirdi. Şəxsi həyatımla bağlı məsələlərdə məsləhət verirdi. Bizim vaxtikən belə söhbətlərimiz olub. Ona görə çaşıb qalmışdım ki, mənə qarşı niyə belə münasibət bəsləyir. Sən demə, onun Röya ilə münasibəti yaxşı olmadığından elə bilib ki, mən də ona qarşı eyni hissləri bəsləyirəm. Onların söhbətinin badına getdim. Düşmənliyimiz çox boş yerə başladı”.

    Natavan Murad Dadaşovun haqqında səsləndirdiyi “Natavan özü olsa, biz onu sevəcəyik” ifadəsinə də münasibət bildirib:

    “Vaxt edə bilmirəm ki, Murada deyim, sən məni harada görmüsən ki, özümdə olmayım? Mən elə buyam, Murad. Kimin söhbətlərinin nəticəsində belə bir fikrə gəlmisən, bilmirəm, amma nə yaşayıramsa, doğrunu yaşayıram. Kiminsə acığına, bəhsinə heç vaxt heç nə etməmişəm. İldə iki dəfə mahnı oxuyuram, kiminsə acığına etsəydim, 35 yaşımda ailə qurmaz, erkən uşaq dünyaya gətirər, ildə 65 mahnı oxuyardım”.

    Həbibi onun evliliyinə dırnaqarası yanaşanları da cavabsız qoymayıb:

    “Nəinki Murad, bir çoxları, mənim qismətim budur. Niyə üstümə düşmüsünüz ki? Mənim taleyimi hər şeyə oxşatmaq istəyirsiniz? Doğrudan başqa hər şeyi görürsünüz, açıq-aşkar nə var göstərirəm ki, hər şey belədir. Bu ailəni qurdum, problem yarandı, çıxıb elan etdim”.

    Kərim Abasovun “Natavan dostlarına icazə verməyib ki, uşağımın ad gününə gəlsin” ifadəsinə isə sərt reaksiya verən Həbibi onu satqınlıqda günahlandırıb:

    “Kaş ki, bic olub onların yolunu kəsə, ağızlarını yuma biləydim. Kərimi təbrik edirəm, Allah balasını saxlasın, inşallah, böyüsün, əsl kişi olsun. İndi bilmişəm ki, Kərimin oğlu var. Guya mən Səidəni onun oğlunun ad gününə qoymamışam, çünki Səidənin ağlı yoxdur. Hamınız publikaya işləyirsiniz. Yekə kişilərsiniz, elə bilirsiniz ki, xal qazanırsınız? O alçaqlıqdır, mən özümü o yerə qoyub, Səidəyə “getmə” demərəm. Onda mən nə olaram? Xüsusən də, bilirdim ki, Kərimin övladı olmur. Biz gözləyirdik ki, olsun. İndi ya mən pis dostam ki, xəbərim yoxdur, ya da Kərim pis kişidir.

    “Natavanın ürəyi kinlə doludur. Dilinin altına qənd qoysun. Aygün Kazımova məni ad gününə dəvət edəndə, Natavan dedi ki, “Sən niyə onun ad gününə getmisən?” deyən Kərimə Həbibinin cavabı daha şiddətli olub:

    “Qəlbiqara özünsən. Ona demişəm ki, istifadə olunma. Səndən istifadə edən bilir ki, sən eləsən. Aygün Kazımovanı öpürəm, çox ağıllı, şou-biznesi quran bu qadındır. İndi sən mənə durub deyirsən ki, Kərim Natavanın dostu olmasaydı, ona sən lazım idin? Bu kişinin qızı kitab yazıb. Getməyin, bilirsiniz ki, mənim acığıma çağırıb. İndi ondan soruşsam, etiraf edəcək ki, bəli, sənin acığına çağırmışdım. Bu sözə görə başımı verməyə hazıram. Yandım axı, mən. Özünə dedim ki, etməyin. Orada bir dəfə istifadə olunub, atılacaqsınız. Mən ağıllı qadından danışıram. Taktikasını bilirəm. Natavan kinli deyil, ağıllıdır, xarakteri, tərəfi var. Sənin ağlın çatmır, mən sənə deyirəm, qulaq as, sənə satqın deməsinlər. Satıldın, getdin. Hamınız qorxursunuz, rol oynayırsınız, çəkinirsiniz. Allah görür qəlbim nə qədər qaradır, ya təmizdir. Beş ildir Kərimlə danışmıram”.

    Verilişdə dörd il öncə baş tutan Aygün Kazımovanın maskaradlı ad gününə dostlarının qatılması barədə danışan Natavan dərin sarsıntı keçirdiyini dilə gətirib:

    “Televizora baxırdım. Həm ağlayırdım, həm də gülürdüm. Aygün Kazımova ad günü edir, mənim dostlarımı yığır, hamısının üzünə maska taxdırır ki, siz elə busunuz. Bəlkə, çoxları düşmən olacaq, ancaq olsunlar. Ağlınız olsun, yəqin, sizi öyrədir, öyrənin heç olmasa. Mənə qaraqəlbli deyirsiniz, amma bütün bunları görürəm.//oxu.az

  • Aygün Kazımova 47 yaşını qeyd etdi – FOTO

    Ötən gün xalq artisti Aygün Kazımova Bakının məşhur restoranlarından birində ad gününü qeyd edib.

    47-ci yaşına qədəm qoyan sənətçinin ad günündə şou-biznesin tanınmış simaları və Aygünün dostları yer alıb.

    Məclisdən çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb.