Category: Şou Biznes

  • Müğənni Xatun rəqqasə Fatiməni DÖYDÜ

    Müğənni Xatun rəqqasə Fatimə Fətəliyevanı döyüb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə rəqqasəyə məxsus məkanda baş verib. Bildirilir ki, tərəflər arasında münaqişə Xatunun da xına evi açmasından sonra yaranıb:

    “Xatun xına mərkəzi açandan sonra əlli faiz endirim elədi. Bu da Fatimənin xoşuna gəlmədi. Ondan sonra aralarında münasibətlər gərginləşdi. Fatimə də buna görə Xatunun qardaşı Balaşı işdən çıxardı. Dava zamanı Fatimənin qızı da ordaydı. Qız heç nəyə qarışmadı, halı pisləşdi”.

    Əməkdaşımız məsələylə bağlı rəqqasə Fatiməylə əlaqə saxlamağa çalışıb. Rəqqasənin telefonuna cavab verən meneceri Aytac Bayramzadə faktı təsdiqləsə də, baş verənlər barədə danışmaq istəmədiklərini söyləyib:

    “Fatimə xanım bu barədə danışmaq istəmir. Elə bu cür də yazın. Çünki hər şey daxildə danışılıb, bitib. Hazırda sənət fəaliyyətinin iyirmi illiyinə hazırlaşır. Adının belə qalmaqallarda hallanmağını istəmir. Heç bir xəsarəti yoxdur”.

  • Erməni müğənni “Maral” mahnısını oxudu, Nadir əsəbiləşdi : “Dana girsin, gözünə” – VİDEO

    Erməni müğənni Artur Mejlumyan azərbaycanlı müğənninin mahnısını ifa edib. 

    Baku.ws-in məlumatına görə, erməni ifaçı Nadir Qafarzadənin “Maral” mahnısını erməni dilinə tərcümə edib.

    Məclislərdən birində həmin mahnını oxuyan müğənni daha sonra videosunu şəxsi Instagram hesabında paylaşıb. 

    Video erməni səhifələrində sürətlə yayılıb və böyük marağa səbəb olub. Azərbaycan mədəniyyətindən daim bəhrələnən ermənilər bu dəfə də ənənələrinə sadiq qalaraq musiqimizi olduğu kimi götürüb. Daha çox türk, Azərbaycan və gürcü incəsənəti əsasında formalaşan erməni incəsənəti daha bir musiqi “qazanıb”. 

    Nadir Qafarzadə də Instagram-da həmin videonu paylaşıb və bunları yazıb: “Oğrular! Özlərinin heç nəyi yoxdur ki, yazıqların! Dana girsin, gözünə”.

  • Elgiz müğənnini efirdə biabır etdi: “Az, bütün hamısı bayırdadır” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Lətifə Soyuöz olub.

    Efirə açıq-saçıq və qısa geyimdə gələn sənətçi aparıcı Elgiz Əkbər tərəfindən tənqid olunub:

    “Vallah, qıraqdan baxanda lap utandım. Az, bütün hamısı bayırdadır”.

    Müğənni isə cavabında, “Mən özümü belə rahat hiss edirəm. Çünki həm oynamaq da rahatdır” deyib./baku.ws

    Həmin görüntüləri təqdim edirik:

  • Afaq Aslan efirdə elə rəqs etdi ki, Fərda baxa bilmədi – VİDEO

    Dünən “Sayqa ilə bu axşam” verilişinin qonaqlarından biri açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan müğənni Afaq Aslan olub. 

    Qaynarinfo xəbər verir ki, verlişin aparıcısı Sayqa CahidAfaqdan davulçunun müşayiəti ilə rəqs etməsini istəyib. Təkliflə razılaşan Afaqın dar, qısa geyimi ilə etdiyi rəqsini görən verilişin digər qonağı Fərda Xudaverdiyev utandığından başını qaldıra bilməyib.

  • Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər – Onlar da vergiyə cəlb olunurmu…

    Əcnəbi müəğənnilərin, estrada ulduzlarının yüksək qonorar müqabilində Azərbaycanda konsert proqramlarında, toylarda iştirakı heç kimə sirr deyil. Sonuncu və böyük rezonans doğuran hal türkiyəli müğənni Murat Bozun yüksək məbləğ qarşılığında (Türkiyə mediası 400 min dollar yazdı, azərbaycanlı toy sahibləri 80 min söylədi) Azərbaycandakı məmur övladının toyunda iştirakı ilə bağlı idi.

    Maraqlıdır ki, Azərbaycan ərazisində kifayət qədər yüksək məbləğ əldə edən müğənnilərin vergiyə cəlb edilməsi prosesduru hansı şəkildə icra olunur?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə əsasən, qeyri-rezidentlərin gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edilir:

    “Bu baxımdan xaricdən dəvət edilmiş müğənnilərin gəlirləri, qeyri-rezidentlərin gəliri kimi dəyərləndirilməklə onlara ödənilən vəsaitlərdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur.

    Mövcud qanunvericiliyə əsasən, ödəmə mənbəyində vergitutma zamanı vergilər bilavasitə gəlir əldə edən şəxs tərəfindən deyil, bu vəsaiti ödəyən fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən tutulur, bəyan edilir və büdcəyə ödənilir. Yəni, xaricdən dəvət edilmiş müğənninin vergi öhdəliyinin yerinə yetirilməsinə cavabdehlik bilavasitə təşkilatçı şirkətin üzərinə düşür”.

    Bildirilib ki, qeyri-rezidentlərin ölkəmizdəki vergi orqanında qeydiyyatda olan şəxslərə xidmət etməsi halları da qanunvericilikdə öz əksini tapıb:
    “Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən, qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi orqanında uçotda olan şəxslərə işlər (xidmətlər) təqdim edirsə, o cümlədən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. İşlərin (xidmətlərin) alıcısı onların dəyərinə 18 % dərəcə ilə ƏDV hesablamalıdır. Hesablanmış vergini ƏDV ödəyiciləri ƏDV bəyannaməsində, digər vergi ödəyiciləri isə xüsusi bəyannamə formasında növbəti ayın 20-dən gec olmayaraq bəyan etməli, ƏDV ödəyiciləri həmin müddət ərzində, digər vergi ödəyiciləri isə ödənişdən sonrakı 7 gün ərzində ƏDV-ni büdcəyə ödəməyə borcludurlar”.

    Rəsmi məlumata görə, xarici müğənnilərə gəlir ödəyən şəxs vergi orqanlarında qeydiyyatda olmayan şəxs olduğu halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri gəlir (mənfəət) vergisinə cəlb edilir:

    “Vergi Məcəlləsinin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə qeyri-rezidentin təyin etdiyi vergi agenti tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur.

    Azərbaycan mənbəyindən əldə olunan gəlirlərində vergi öhdəliyini yerinə yetirmək üçün agent təyin etməyən qeyri-rezident həmin gəlirdən qanunla müəyyən olunmuş vergiləri ödəmək məqsədilə Azərbaycanda vergi uçotuna alınmalı və əldə etdiyi gəlirlər üzrə bəyannamə təqdim etməlidir”.

  • Könül Xasıyeva həkiminə dediyi sözlərlə canlı efirdə hamını güldürdü (VİDEO)

    “Müalicədən sonra özümü yaxşı hiss edirəm, Həkim deyib ki, stressdən uzaq olmaq lazımdır”. 

    Baku.ws-in məlumatına görə, bunu milyonların sevimlisi Könül Xasıyeva ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində deyib. 

    O bildirib ki, müayinə zamanı ürəyində də problem aşkarlanıb. 

    “Lakin inanıram ki, inşallah hər şey yaxşı olacaq”, – deyən xalq artisti insanların əhvalını qaldırmaq həkimi ilə öz arasında baş tutan dialoqdan danışıb. 

    Könül Xasıyeva həkimi ilə nədən söhbət etdiklərini danışması hər kəsin gülüşünə səbəb olub. 

  • Aşıq Tellinin 22 il əvvəlki videosu yayıldı – VİDEO

    Aşıq Telli Borçalının 22 il əvvələ aid video görüntüləri yayılıb. 

    Baku.ws-in məlumatına görə, video Xəzər TV-də yayımlanan “5-də 5” verilişində nümayiş olunub. 

    Video Telli Borçalının toylardan birində çıxış etdiyi zaman çəkilib. 

    1996-cı ilə aid video görüntüləri təqdim edirik. 

  • Aygün Kazımova və Natavan illər sonra bir arada – VİDEO

    Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi bir araya gəlib.

    Onlar tanınmış radio-aparıcı Kazım Sübhanın ad günündə görüşüblər.

    Sosial şəbəkələrdə paylaşılan videolarda eyni masada əyləşən sənətçilər daha sonra tortkəsmə mərasimində yan-yana gəliblər.

    Onların barışıb-barışmaması isə məlum deyil.

    Qeyd edək ki, müğənnilər arasında soyuq münasibətlər “Nömrə 1” realiti şousunda Aygün Kazımovanın  Natavana uduzmasından sonra başlamışdı. Daha sonra isə Aygün onun erməni olduğunu iddia etmiş və məsələ məhkəməyə daşınmışdı./oxu.az

  • “Anar “vorzakon”lara göstəriş verib ki, məni zorlasınlar” – Reperin keçmiş arvadı

    “Anar 10 nəfər “vorzakon” toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun”.

    Median.Az xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.

    “Üzərimə 10 nəfər göndərib, məni zorlatmaq istəyib. Onlara deyib ki, tələ qurulsun, məni tələyə salsınlar. O da həmin şəkil və videoları mətbuata yaysın, məni biabır eləsin. Bu, birinci dəfə deyil. Bu adam dəfələrlə xüsusi adamlar tutub, onları öyrədib ki, mənimlə sevgili olub, şəkil və videomu çəksinlər, amma alınmayıb. 

    O düşünür ki, pornovideosunu mən yaymışam. Xeyr, video mənim tərəfimdən yayılmayıb. Yaysam da haqlı olardım. Bununla da özümü haqlı çıxarardım, amma mən elə yola əl atmadım. Çünki həmin video uşaqlarıma ləkə olduğundan bunu etmək ağlıma belə gəlməyib. Mən məhz buna görə işin qanun çərçivəsində həll olunmağını istəyirəm. 

    O, övladlarına atalıq etmir. Ona görə də istəyirəm ki, qanunla atalıqdan məhrum olunsun. Çünki o videodan sonra istəmirəm ki, həmin insanın adı uşaqlarımın üstündə hallansın. Görün bu insan nə dərəcədədir ki, uşaqların anasını camaatın içində rüsvay etmək istəyir”.

  • Kənan M.M.-dən 18+ şeir: “Ehtiras bu gecə qoy bizi söysün…”

    Rejissor Kənan (M.M.) Mahmudov yeni şeir yazıb. 

    Baku.ws-in məlumatına görə, rejissor yeni şeirini sosial şəbəkədə paylaşıb. 

    Həmin şeiri təqdim edirik: 

    “Yandırsın üzümü qaynar nəfəsin
    Qoy dəysin dodağım dodağın üstə
    Bilirəm sənində vardır həvəsin
    Bədənin titrəyir ayağın üstə

    Əlini mənə ver bağla gözləri
    İçində arzular coşub daşacaq
    Sən unut bildiyin bütün sözləri
    Bu gecə sözlər yox səs danışacaq

    Sürtülüb divara işığı söndür
    Qaranlıq otağda nurlu ayım ol
    Öp məni eşqinlə başımı döndür
    Mən səndən betərəm sən də tayım ol

    Düyməni açanda ilişim qalım
    Hirsindən koynəyi cırmağlayasan
    Sənin vücüdunla baş başa qalım
    Sən məni öpərək qucaqlayasan

    Unudaq bir anlıq yataq hardadı
    Divardan divara dəyək səs edək
    Sevgimiz bu gecə dört divardadı
    Sevişək bu eşqi müqəddəs edək

    Dağılsın saçların gözünü örtsün
    Gözünü görməyə telinə dəyim
    Cırılan köynəyin dizini örtsün
    Mən isə əlimlə belinə dəyim

    Ehtiras bu gecə qoy bizi söysün
    Mələklər utansın bizə baxmağa
    Qonşular səsinə divarı döysün
    Heç kim baş qoşmasın iki axmağa

    Və birdən telefonun zəngini çaldı
    Ekranda yazıldı heyat yoldaşım
    Elə bil əzrail canımı aldı
    Sən demə evlisən çaş qaldı başım”.