Category: Şou Biznes

  • Türkiyəli müğənni İlyas Yalçıntaşın cəzası BƏLLİ OLDU

    Məşhur türkiyəli müğənni İlyas Yalçıntaş mesajlaşma tətbiqi vasitəsilə əcnəbi qadını təhqir etdiyi üçün məhkəmə tərəfindən ona pul cəzası təyin edilib.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, İ.Yalçıntaşın 2024-cü ilin yanvarında İstanbulda İranəsilli Məhsa adlı qadına təhqiramiz mesajlar göndərdiyi iddiası ilə mühakimə olunduğu məhkəmə işi yekunlaşıb.

    İddiaçının vəkili Ali Kemal Atçeken müğənninin cəzalandırılmasını istəyib.

    “İlyas Yalçıntaş tanınmış bir şəxs olduğu üçün cəmiyyətə nümunə olmalıdır. Bu hadisə sadəcə təhqir məsələsi deyil, həmçinin cəmiyyətdə qadına qarşı zorakılığın gəldiyi nöqtəni göstərir. Onun cəzalandırılmasını tələb edirik”, – deyə o bildirib.

    Müğənninin vəkili Talha Duman isə Yalçıntaşın buna məcbur qaldığını iddia edib.

    “Əksinə, müvəkkilimin çarəsiz qaldığı hadisələr səbəbindən lazımi şikayət ərizələrimizi vermişdik. Müştərim ciddi şəkildə təhrik edilib və mənəvi böhran keçirib, başqa çarəsi qalmadığı üçün də sözügedən mesajları göndərib. Onun bəraət almasını tələb edirik”, – deyə vəkil qeyd edib.

    Nəticədə məhkəmə qərarını açıqlayıb və İlyas Yalçıntaş “Səsli, yazılı və ya görüntülü mesajla təhqir etmə” maddəsi üzrə 3 750 lirə (təxminən 177 manat) məbləğində cəzalandırılıb.

  • Daha bir kişi Diddini təcavüzdə ittiham edir – Məhkəməyə müraciət etdi

    BŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı – Şon Kombs) daha bir qalmaqalın mərkəzində yer alıb. Belə ki, dördüncü kişi reperə qarşı zorlama və cinsi təcavüz ittihamları irəli sürüb.

    Bu barədə TMZ öz mənbələrinə istinadla xəbər verib.

    “Bad Boy Records”un qurucusuna qarşı naməlum şəxs məhkəməyə müraciət edib və Diddinin onu zorladığını iddia edir”, – deyə mənbədən bildirilib.

    Bundan əvvəl daha üç kişi reperi zorlama ittihamı ilə günahlandırıb.

    İddiaçılar bildirirlər ki, Diddi onların içkilərinə müəyyən dərmanlar qatıb, daha sonra kişilərin köməksiz vəziyyətindən istifadə edib. Zorlama ilə yanaşı, reper döymə və qanunsuz azadlıqdan məhrum etmədə də ittiham olunur.

    Hadisələr 2019-2022-ci illər arasında baş verib.
    //oxu.az

  • Burak Özçivit Kremldə çıxış etdi – Video

    Türkiyəli aktyor Burak Özçivit Rusiyaya yollanıb.

    “Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, sənətçi “Türk seriallarının musiqisi” adlı konsertdə iştirak etmək üçün səfər edib.

    O, konsertin keçirildiyi Kreml Sarayında çıxış edib.

    Tərcüməçinin köməkliyi ilə çıxış edən Burak Rusiyada çoxlu layihələri olsa da, indiyədək belə böyük səhnədə çıxış etmədiyini bildirib.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Kanye Uestin 33 milyon izləyicisi olan “X” hesabı bağlanıb

    Məşhur amerikalı reper Kanye Uestin “X” sosial şəbəkəsindəki səhifəsi bağlanıb.

    Musiqiçinin səhifəsini 33 milyondan çox insan izləyirdi.

    Qeyd edək ki, paylaşımında o, özünü ABŞ-nin gələcək prezidenti adlandırıb və sosial şəbəkənin sahibi İlon Maska öz fikirlərini ifadə etmək imkanına görə təşəkkür edərək pərəstişkarları ilə vidalaşıb.

    Paylaşımında Uest yəhudiləri ABŞ-ni məhv etməkdə günahlandırıb və dünyadakı bir çox insanın “yəhudilərin layihələndirdiyi şəhərləri Adolf Hitlerin layihələndirdiyi şəhərlərlə” müqayisə etdiyini bildirib.

    Reper ABŞ prezidenti olacağını və Hitlerin şəxsi memarı Albert Şpeerlə birlikdə “ABŞ-ni yenidən quracağını” vəd edib.

    Uest qeyd edib ki, milyarder İlon Mask onun hesabını izləməkdən imtina etməyə məcbur olub. Buna baxmayaraq, reper sahibkara uzun müddət ərzində öz fikirlərini sərbəst ifadə etmək imkanına görə təşəkkür edib.

  • Məşhur amerikalı müğənni barədə filmin nümayişi ləğv edildi

    Yeddi “Qremmi”, eləcə də “Oskar” və “Qızıl Qlobus” mükafatları qazanmış amerikalı mərhum müğənni Prins (əsl adı Rocer Nelson – red.) barədə çəkilən film nümayiş olunmayacaq.

    Median.Az “Times”a istinadən xəbər verir ki, ifaçının varisləri doqquz saatlıq “Prinsin malikanəsi” filmindən şikayət ediblər. Onların fikrincə, filmin müəllifləri müğənninin həyatının müəyyən mərhələlərini sensasiyaya çevirmək istəyirlər.

    Bildirilir ki, kinorejissorlara ulduzun arxivinə giriş imkanı vermək üçün milyonlarla dollar xərclənib, lakin filmin “kifayət qədər müsbət” olmadığı üçün nümayişi qadağan edilib. Filmdə ulduzun öz valideynləri ilə çətin münasibəti, uzun illər danışmadığı sevgi macəraları və oğlunun ölümünə diqqət yetirilir.

  • Elşad Qarayevlə Anar Vəziroğlu arasında gərgin anlar

    ATV telekanalında yayımlanan “Gün Ortası” verilişində gərgin anlar yaşanıb.

    Veriliş zamanı müğənni Elşad Qarayev ilə tanınmış şair və jurnalist Anar Vəziroğlu arasında mübahisə yaşanıb.

    Mübahisəyə səbəb aparıcının Elşad Qarayevə ünvanladığı “ömrünüzün hansı mərhələsini yaşayırsız?”, – sualına Anar Vəziroğlunun “uşaqlıq mərhələsini yaşayır” deməsi olub.

    Ətraflı videoda:

  • Kanye Uest afroamerikalı həmkarlarını tənqid etdi: “Köləlik bir seçimdir”

    Məşhur amerikalı reper Kanye Uest yenidən diqqət mərkəzinə düşüb. O, afroamerikalı həmkarlarını tənqid edərək, onları insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddinin (əsl adı – Şon Kombs) müdafiəsində qorxaqlıq və fəaliyyətsizlikdə günahlandırıb.

    O, bu barədə “X”dəki paylaşımında bildirib.

    “Bütün qaradərili məşhurlar qorxaqdır, onlar qardaşlarının həbsxanada çürüməsinə baxır və heç nə etmirlər. Bu “woke” cəfəngiyyatı cəhənnəm olsun, qaradərililər şikayətə aludə olublar, nəsə edin artıq. Köləlik bir seçimdir”, – deyə Uest öz paylaşımında bildirib.

    Reper həmçinin 2019-cu ilin əvvəlində Fransa polisi tərəfindən qrup halında zorlama ittihamı ilə saxlanılan müğənni Kris Braunun hadisəsini də xatırladıb. Uest qeyd edib ki, Braunu heç bir qaradərili ulduz onu müdafiə etməyib. Üstəlik, musiqiçi etiraf edib ki, özü də həmkarını dəstəkləməyə cəsarət etməyib.

    Xatırladaq ki, Kris Braun saxlanıldıqdan sonra azadlığa buraxılıb. İfaçı ona qarşı bütün ittihamları “xarakterinə və əxlaqına zidd” olan yalan adlandırıb. Lakin bu hadisə müğənninin nüfuzuna və karyerasına ciddi təsir göstərib.

    Diddi 2024-cü il sentyabrın 17-də cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib. Məhkəmə 2025-ci il mayın 5-də Nyu-Yorkda baş tutacaq.

  • Məşhur filmlərdə rol alan britaniyalı aktyor vəfat etdi

    “Lock, Stock and Two Smoking Barrels” və “The Long Good Friday” filmlərindəki rolları ilə məşhurlaşan britaniyalı aktyor Pol Hyu Moriarti 86 yaşında vəfat edib.

    Bu barədə “Orchid Cancer” xeyriyyə təşkilatı məlumat yayıb.

    Qeyd olunur ki, sənətçi fevralın 2-də vəfat etsə də, onun ölümü yalnız indi məlum olub.

    Moriarti televiziyada debütünü 1978-ci ildə “Law&Order” serialında edib və “Chinese Detective” və “The Paradise Club” filmlərində rol alıb.

    Aktyor “The Long Good Friday” (1980) filmindəki “Razors” rolu ilə məşhurlaşıb. Moriarti daha sonra Qay Riçinin cinayət trilleri “Lock, Stock and Two Smoking Barrels” (1998) filmində “Balta Harri” rolunu oynayıb.

  • 55 yaşlı Cennifer Lopesin cavan qalmasının SİRRİ üzə çıxdı

    55 yaşlı müğənni Cennifer Lopesin cavan görünməsinin sirri üzə çıxıb.

    Median.Az “Posta” qəzetinə istinadla xəbər verir ki, illərə meydan oxuyan dünya ulduzu bunun üçün çox da əziyyət çəkmir.

    C.Lopes sirrini günəş kremi ilə əlaqələndirib. İfaçı hesab edir ki, günəş kremindən istifadə etdiyinə görə, belə cavan qalıb.

    O, sözügedən kremdən mütəmadi istifadə etdiyini deyib.

  • “Diddi işi”ndə yeni dönüş: Reper hücuma keçir

    ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı – Şon Kombs) əks-hücuma keçib – onu zorakılıqda ittiham edən qadınlara qarşı qarşılıqlı iddia qaldırıb.

    Bu barədə “People” nəşri öz mənbələrinə istinadla xəbər yayıb.

    Bildirilib ki, fevralın 4-də “Ceyn Dou” şərti adı altında iki qadın məhkəməyə iddia ərizəsi verib. Hər iki qadın 1990-cı illərdə hip-hop səhnəsində fəal olub və tez-tez reperlə qarşılaşıb.

    Onlardan biri Diddinin bir neçə ştatda ona qarşı cinsi zorakılıq törətdiyini bildirib. Qadın Kombsun onu evindəki qonaqlığa xidmət göstərmək üçün işə götürdüyünü deyib. O iddia edib ki, ifaçı ona içki verib, bundan sonra o, huşunu itirib və təcavüzə məruz qalıb. Birinci Ceyn bu hadisənin kameraya çəkildiyini ehtimal edib.

    İkinci Ceyn Dou da oxşar vəziyyətlərdən danışıb və qeyd edib ki, Diddi tərəfindən təcavüz halları bir neçə dəfə olub.

    Kombsun vəkilləri qadınların ittihamlarını təkzib edərək, reperin heç vaxt cinsi zorakılıq törətmədiyini və insan alveri ilə məşğul olmadığını bildiriblər. Onlar qarşılıqlı iddialar qaldırıblar.

    “Əvvəllər dediyimiz kimi, cənab Kombs gülünc və ya açıq-aşkar yalan olan iddialara cavab olaraq hər yeni fəndi cavablandıra bilməz. Cənab Kombs və onun hüquq komandası faktlara və məhkəmə prosesinin düzgünlüyünə tam əmindir”, – deyə bəyanatda bildirilib.