Category: Şou Biznes

  • Turabi barəsində həbs qərarı çıxdı

    Türkiyədə Ankara Prokurorluğu “Survivor” yarışma proqramı ilə tanınan Turabi Çamkıran haqqında “ədəbsizlik” maddəsi ilə istintaqa başlayıb.

    Median.Az bu barədə “TGRT News”a istinadən xəbər verir.

    Məlumata görə, prokurorluğun tələbi ilə Ankara 9-cu Cəza Məhkəməsi iş üzrə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

    Qeyd edək ki, Turabi ABŞ-də yaşayır.

  • Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı

    İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” musiqi yarışmasında Azərbaycanı “Mamagama” qrupu təmsil edəcək.

    Bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.

    Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

    “Mamagama” 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.

    “Mamagama” 3 nəfərdən ibarətdir:

    Asəf – Frontmen və əsas vokalçı,

    Hass – Gitara ifaçısı,

    Arif – Zərb alətləri.

  • “Qremmi”də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular – VİDEO

    Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən “Qremmi” musiqi mükafatına həsr olunmuş tədbirdə qalmaqal baş verib.

    Median.Az “Voıce”ə istinadən xəbər verir ki, qalmaqalın baiskarları reper Kanye Uest və onun həyat yoldaşı Byanka Senzori olublar.

    Belə ki, ulduzlar yenicə qırmızı xalıya toplaşmağa başlayan kimi qalmaqallı reper dərhal bütün diqqətləri öz üzərinə çəkib.

    O, tədbirə həyat yoldaşı B.Senzori ilə gəlib. K.Uest qara idman köynəyində və şalvarda, B.Senzori isə qara uzun kürkdə fotoqrafların qarşısına çıxıb.

    Lakin tezliklə B.Senzori qırmızı xalıda striptiz göstərməyə başlayıb. O, kürkü üzərindən çıxararaq tamamilə şəffaf miniatür geyimdə qalıb. Alt paltarsız olan K.Uestin həyat yoldaşı soyuqqanlıqla fotoqrafların qarşısında özünü göstərməyə başlayıb.

    Bundan bir neçə dəqiqə sonra cütlükdən tədbiri tərk etməyi xahiş ediblər. Polis əməkdaşları cütlüyü çıxışa qədər müşayiət ediblər.

  • Reper Kendrik Lamarın mahnısı “Qremmi” mükafatına layiq görüldü

    ABŞ-də “Qremmi” mükafatının 67-ci təqdimetmə mərasimi keçirilib.

    Median.Az tədbirin rəsmi saytına istinadən xəbər verir ki, “Ən yaxşı elektron albom” nominasiyasında əsas mükafat BRAT albomuna görə Şarlotta Emma Eytçisona (Charli XCX) verilib.

    ABŞ-li rep ifaçısı Kendrik Lamarın “Not Like Us” bəstəsi “İlin mahnısı” nominasiyasında “Qremmi” mükafatına layiq görülüb.

    İlin “Ən yaxşı solo ifası” müsabiqəsinin qalibi “Espresso” nəğməsinə görə Sabrina Karpenter olub.

    “İlin albomu” üzrə “Qremmi” musiqi mükafatına isə dünyaca məşhur müğənni Beyonse layiq görülüb. Belə ki, 43 yaşlı ifaçının “Cowboy Carter” albomu ilin ən uğurlu albom layihəsi kimi qiymətləndirilib.

    Qeyd edək ki, “Qremmi” dünyada ən nüfuzlu musiqi mükafatı hesab olunur. O, 1959-cu ildən Amerika Səsyazma akademiyası tərəfindən verilir. Qalibləri akademiyanın üzvləri səsvermə yolu ilə müəyyən edirlər.
    //oxu.az

  • Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? – AÇIQLAMA

    “Nazimin şüuru açıqdır. Şükür Allaha artıq danışa da bilir”.

    Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Nazim Pişyarinin yaxın dostu, aparıcı Kamran Həsənli deyib.
    Kamran Həsənli sənətçinin səhhəti ilə bağlı yayılan bəzi xəbərlərin doğru olmadığını bildirib:
    “Vəziyyəti stabil olaraq qalır. Süni nəfəs aparatına qoşulması haqda deyilənlər doğru deyil. Mərkəzi Klinik Xəstəxanada reanimasiyadadır. Təəssüf ki, gedib görə bilmirəm. Çünki yanına ailəsindən başqa heç kəs buraxılmır. Amma tez-tez ailə yaxınları, xüsusilə də oğlu ilə əlaqədəyəm. Onun sözlərinə görə şüuru açıqdır, az da olsa danışa bilir. Dua edək ki, tezliklə daha da yaxşı olsun”.
    Xatırladaq ki, Nazim Pişyari ötən gün işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

  • Aktyor Kənan Yusifovun TOYU OLDU – FOTO

    Aktyor Kənan Yusifovun toyu olub.

    Bu barədə onun dostları məlumat paylaşıblar.

    Belə ki, aktyorun “qız toyu” paytaxtdakı restoranların birində baş tutub.

    Məclisdə onun yaxınları və sənət dostları iştirak ediblər.

  • “Roşka” ləqəbli tiktoker yenidən HƏBS EDİLDİ

    “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə yenidən həbs edilib.

    O, canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Rövşən Süleymanzadə bir müddət əvvəl də 45 sutka həbs edilmişdi.

  • İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş….

    Xəbər verdiyimiz kimi, tanınmış müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. Sənətçi işemik insult keçirib və küçədə yıxılaraq qapalı kəllə-beyin travması alıb.

    Azxeber.com-un əldə etdiyi məlumata görə, sənətçiyə qısa zaman bundan öncə böyrək transplantasiyası (köçürülməsi) əməliyyatı icra olunub.

    Nazimin səhhəti ilə bağlı danışan yaxın dostu müğənni Ceyhun Bakinski məlumatı təsdiqləyib:

    “Mən də xəbəri mətbuatdan oxumuşam. Hələ heç kəs ilə əlaqə saxlaya bilmirəm. Telefonlara heç kəs cavab vermir. O bir müddət öncə böyrək köçürmə əməliyyatı olunub”.

    Qeyd edək ki, müğənni ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişiyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

    30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü kişi Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib. Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”.

  • Faytonçu Nazim xəstəxanaya yerləşdirildi

    Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

    Median.Az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.

    O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.

    N.Pişyarinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

  • Xalq artisti Fatma Mahmudova insult keçirib

    Xalq artisti Fatma Mahmudova hazırda reanimasiyadadır.

    Bunu report-a açıqlamasında aktrisanın qızı Nigar Tofiq deyib.

    Onun sözlərinə görə, F.Mahmudova xəstəxanaya bu gün yerləşdirilib.

    “İnsult keçirib. Həkimlər nəzarət edir”.

    Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu “Teatr kollektivi rejissoru” ixtisası üzrə bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yaradıb.

    F.Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.