Category: Şou Biznes

  • Niyam Salaminin 500 minlik qalmaqalı: Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir – FOTO

    Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salaminin 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilməsi ilə bağlı məsələnin bəzi təfərrüatı məlum olub.

    Oxu.az-a açıqlama verən N.Salaminin vəkili Azər Xudiyev qarşı tərəfin iddialarının doğru olmadığını bildirib.

    Hüquqşünas N.Salaminin məhkəmədə imzasını əvvəlcə təsdiq edib, sonra isə dəyişdirdiyi ilə bağlı iddiaların qətiyyən doğru olmadığını, birinci instansiya məhkəməsində və apellyasiya şikayəti zamanı şahidlərin dindirilməsi və imzanın düzgünlüyünün yoxlanması üçün texniki ekspertizaya göndərilməsi üçün vəsatət qaldırdıqlarını bildirib:

    “Birinci instansiya məhkəməsində də biz şahidlərin dindirilməsini tələb etdik və vəsatət qaldırdıq ki, kağızın üzərindəki xətt texniki ekspertizaya göndərilsin. Həmin vaxtı Niyam bəyin hüquqi işlərini görən Xətai adlı şəxs, soyadını bilmirəm, üç-dörd ədəd A4 formatındakı ağ, boş kağıza imza atdırıb Niyam bəyə. Bu barədə o özü apellyasiya məhkəməsində də ifadə verdi, hətta dedi ki, biz müğənnilərlə işləyirik deyə üç-dörd ağ vərəqə imza atdırırıq ki, özləri burada olmayanda, qastrol səfərində və ya toyda olanda restoran işində onun əvəzindən müqavilələrin üstünü yazırıq, doldururuq, bağlayırıq. Xətai bəy işdən ayrılanda isə Niyam bəyin bütün sənədləri ilə birlikdə bu imzalı boş kağızları da verib Tural bəyə. Sonradan Tural götürüb Niyamın adından həmin o imzalı ağ kağızın üzərinə öz istədiyi kimi mətn yazıb ki, “500 000 manat almışam və mən onu aybaay qaytarmağı öhdəmə götürürəm”. Bu, tamamilə cəfəngiyyatdır, əsassızdır”.


    A.Xudiyev onu da vurğulayıb ki, Şirvan Kommersiya Məhkəməsi onların qaldırdıqları vəsatəti qəbul etməyib:

    “Bizim ekspertiza və şahidlərin dindirilməsi ilə bağlı vəsatətimiz qəbul edilmədi. Biz də apellyasiya şikayəti verdik və apellyasiya şikayəti zamanı hakimlərin nəzərinə çatdırdıq ki, şahidlərimiz var. Həmin məhkəmədə Niyam bəyin əvvəlki vəkili Xətai özü və guya 500 000 manatlıq müqavilə imzalananda orada olduqları deyilən şahidlər də iştirak edirdilər və şahidlər müqavilə ilə bağlı deyilənlərin tamamilə əsassız olduğunu söyləyərək, bildirdilər ki, Niyamın yanında ancaq icarə müqavilələri imzalananda olublar və onların yanında Niyam ancaq ağ kağıza imza atıb.

    Hakimlər də belə qərara gəldilər ki, bu məsələ şübhə doğurduğu üçün iş texniki ekspertizaya getməlidir. Beləcə, apellyasiya məhkəməsində vəsatətimiz təmin olundu və materiallar ekspertizaya göndərildi. Hazırda xəttin müəyyənləşdirilməsi texniki ekspertizada olduğu üçün biz cavab gözləyirik. Yəni bu proses bağlanmayıb, davam edir”, – deyə hüquqşünas bildirib.

  • Azərbaycan “Avroviziya 2025″də bu sırada çıxış edəcək

    İsveçrənin Bazel şəhərində baş tutacaq “Avroviziya 2025″də iştirak edən ölkələrin yarımfinal püşkatması baş tutub.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkəmizi təmsil edən müğənni birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

    “Avroviziya 2025″də ölkəmizi təmsil edəcək müğənni və onun ifa edəcəyi mahnı hələ də ictimaiyyətə təqdim olunmayıb.

    Qeyd edək ki, verilən açıqlamada yaxın günlərdə onun kim olduğunun bəlli olacağı bildirilib.
    //azxeber.com

  • Rusiyalı məşhur reper federal axtarışa verildi

    Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib.

    Bu barədə qurumun “Telegram” kanalında məlumat verilib.

    Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəsi tərəfindən araşdırılacaq.

    Morqenştern qiyabi olaraq Rusiya qanunvericiliyində xarici agentlərlə bağlı nəzərdə tutulan vəzifələrin icrasından yayınmaqda ittiham olunur.

    İstintaqın məlumatına görə, o, 2024-cü il martın 21-dən gec olmayaraq mesencer və videohostinqlərdən birində materiallar yayıb və onların xarici agent tərəfindən yaradıldığını və ya yayıldığını göstərməyib.

    İstintaq Komitəsi Morqenşternin əmlakına həbs qoyulduğunu qeyd edib.
    //oxu.az

  • Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib

    Aktrisa Ancelina Coli Bred Pitt ilə boşanmadan varlanmağa cəhd etməkdə günahlandırılıb.

    Bu barədə “Radar Online” məlumat yayıb.

    “O, Bredi cəzalandırmaq istəyirdi və onu tələb olunan hər hansı məbləğ üçün çek yazmağa məcbur edənə qədər səkkiz il boşanmanı uzatdı. O, bu boşanmadan əvvəlkindən daha varlı çıxdı”, – deyə nəşrin insayderi bildirib.

    O həmçinin əlavə edib ki, aktrisa keçmiş həyat yoldaşını emosional əzab çəkməyə məcbur etməyə və bir neçə milyon məbləğində ödəniş almağa çalışıb.

    Bundan əvvəl Ancelina Coli və Bred Pittin boşanma prosesinin başa çatması ilə bağlı razılığa gəldikləri bildirilmişdi. Jurnalistlərin məlumatına görə, aktyorlar dekabrın 30-da boşanma sənədlərini imzalayıblar. Colinin vəkili Ceyms Simonun sözlərinə görə, bu, 8 il əvvəl başlayan uzun məhkəmə prosesinin yalnız bir hissəsidir. O əlavə edib ki, aktrisa yorğundur, amma bu hissənin bitməsinə şaddır.

    Pittin vəkili boşanma ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

  • Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

    Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.

    Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Onun barəsində araşdırmalar aparılır.

    Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə “WhatsApp” vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb.
    //oxu.az

  • Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi – Video

    Müğənni Nura Suri süni intellektlə klip çəkib.

    Bu barədə müğənni özü məlumat yayıb.
    O bildirib ki, bu, yerli şou-biznesdə ilkdir. İdeya isə Toğrul Rzayevə aiddir.
    Yutubda yayımlanan sözügedən “İcazəm yox” klipini təqdim edirik:

  • “Oskar”a namizədlər açıqlanıb – TAM SİYAHI

    ABŞ Kino Sənətləri və Elmləri Akademiyası 2024-cü il üçün “Oskar” mükafatına namizədləri açıqlayıb.

    97-ci mükafatlandırma mərasimi martın 2-də “Dolby Theatre”də baş tutacaq.

    Ən yaxşı film: “Anora”, “The Brutalist”, “Bob Dylan: The Unknown”, “The Conclave”, “Dune: Part Two”, “Emilia Perez”, “I Am Still Here”, “The Nickel Boys”, “Substance”, “The Witch: A Western Fairy Tale”.

    Ən yaxşı rejissor: Şon Beyker – “Anora”, Bredi Korbet – “The Brutalist”, Ceyms Menqold – “Bob Dylan: The Unknown”, Jak Odiar – “Emilia Perez”, Koralin Farka – “Substance”.

    Ən yaxşı kişi rolu: Adrian Brodi – “The Brutalist”, Timoti Şalame – “Bob Dylan: The Unknown”, Koulman Dominqo – “Sing Sing”, Ralf Fayens – “The Conclave”, Sebastian Stan – “The Student: The Rise of Trump”.

    Ən yaxşı qadın rolu: Sintiya Erivo – “The Witch: A Western Fairy Tale”, Karla Qaskon – “Emilia Perez”, Maya Medison – “Anora”, Demi Mur – “Substance”, Fernanda Torres – “I Am Still Here”.

    Ən yaxşı orijinal ssenari: “Anora”, “The Brutalist”, “True Pain”, “5th of September”, “Substance”.

    Ən yaxşı uyğunlaşdırılmış ssenari: “Bob Dylan: The Unknown”, “The Conclave”, “Emilia Perez”, “The Nickel Boys”, “Sing Sing”.

    Ən yaxşı vizual effektlər: “The Alien: Romulus”, “Becoming Better: The Robbie Williams Story”, “Dune: Part Two”, “Planet of the Apes: New Order”, “The Witch: A Western Fairy Tale”.

    Ən yaxşı səs: “Bob Dylan: The Unknown”, “Dune: Part Two”, “Emilia Perez”, “The Witch: A Western Fairy Tale”.

    Ən yaxşı qısametrajlı film: “Hostage”, “Anuja”, “I Am Not a Robot”, “The Last Ranger”, “The Man Who Could Not Stay Silent”.

    Ən yaxşı dizayn: “The Brutalist”, “The Conclave”, “Dune: Part Two”, “Nosferatu”, “The Witch: A Western Fairy Tale”.

    Ən yaxşı orijinal mahnı: “The Brutalist”, “The Conclave”, “Emilia Perez”, “The Witch: A Western Fairy Tale”, “Wild Robot”.

    Ən yaxşı saundtrek: “The Brutalist”, “The Conclave”, “Emilia Perez”, “The Witch: A Western Fairy Tale”, “Wild Robot”.

    Ən yaxşı sənədli film: “Black Box Diaries”, “No Other Land”, “Forwar Wars”, “Coup d’état Soundtrack”, “Sugar Cane”.

    Ən yaxşı cizgi filmi: “The Flow”, “Upside Down 2”, “The Memories of the Squash”, “Wallace and Gromit: The Wildest Revenge”, “Wild Robot”.

  • Miri Yusif videosu ilə şantaj olundu – Prodüserindən AÇIQLAMA – FOTO (YENİLƏNİB)

    Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi sənətçinin hədələnməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

    E.Əfəndi bu barədə sosial şəbəkə hesabında yazıb:

    “Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.

    Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir”.

    * * * * *

    Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi təhdid edilib.

    Yanvarın 19-u naməlum şəxs “WhatsApp” vasitəsilə teleaparıcıya mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib.

    O, bunu etməməsinin müqabilində 1000 manat pul tələb edərək alıb.

    Məsələ ilə bağlı araşdırma aparılır.
    //oxu.az

  • Reper Diddi kannibalizmdə ittiham olunur

    Müğənni Sara Rivers reper Diddini (Şon Kombs) adamyeyənlikdə ittiham edib.

    O, bu barədə “Diddy: The Making of a Bad Boy” sənədli filmində danışıb.

    Rivers xatırladıb ki, Kombs MTV-nin “Making the Band” verilişinin çəkiliş meydançasında özündən çıxıb və həmsöhbətinə “Məni çox qəzəbləndirirsən, sənin ətini yemək istəyirəm” demişdi. Müğənninin sözlərinə görə, reper çəkiliş iştirakçılarından birini döyməklə hədələyib.

    Sentyabrın 17-də reper və prodüser Şon Kombs münsiflər heyətinin ona qarşı ittiham irəli sürməsindən sonra həbs edilib. P.Diddi üç ittiham üzrə təqsirli bilinərsə, onu ya ömürlük həbs, ya da minimum 15 il həbs cəzası gözləyir: reketlik, cinsi istismar məqsədilə insan alveri və cinsi istismar məqsədilə insanların daşınması.

  • “Avroviziya 2025″in aparıcıları məlum oldu

    Sandra Studer, Mişel Hunziker və Hazel Brugger “Avroviziya 2025”-ə aparıcılıq edəcəklər.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, aparıcılardan biri olan Sandra Studer 1991-ci ildə “Avroviziya”da İsveçrəni təmsil edib.

    Hazel Brugger stand-up komediyaçısı, şair və teleaparıcıdır.

    Mişel Hunziker italyan aktrisa, müğənni, teleaparıcı və modeldir. O, 2007-ci ildə İtaliyada “Sanremo” festivalında aparıcı olub.
    //azxeber.com