Category: Şou Biznes

  • Niyam Salami dələduzluqda ittiham olunur

    Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.

    Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami – red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı

    Maykl Ceksonun qızı, 26 yaşlı müğənni və aktrisa Paris Cekson narkotik və alkoqol asılılığından necə qurtulduğunu izah edən bir video paylaşaraq, beş ildir bu maddələrdən uzaq olduğunu qeyd edib. 

    Qaynarinfo xəbər verir ki, video məşhurun Instagram hesabında yayımlanıb.

    Video onun dostları ilə əylənməsi, spirtli içki içməsi və ağladığı görüntülərlə başlayır. Paris deyib:

    “Bu gün narkotiklərdən və alkoqoldan uzaq olmağımın beşinci ilini qeyd edirəm. Bunun üçün minnətdar olmaq ifadəsi çox yüngül qalır”.

    O, asılılıqlardan qurtulmaq qərarının ona həyatında müsbət dəyişikliklər gətirdiyini vurğulayıb:

    – Musiqi yaratmaq,
    – Ev heyvanlarından zövq almaq,
    – Gülümsəmək və gülmək,
    – İnsanlara yenidən güvənmək.
    – Ailənin dəstəyi

    Parisin bibisi, məşhur pop ulduzu Maykl Ceksonun böyük bacısı La Toya Cekson onun bu uğurunu təbrik edərək, fəxr etdiyini bildirib.

  • “Avroviziya 2025” mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq

    Azərbaycanın “Avroviziya 2025” mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq.

    Bu haqda yarışmanın rəsmi saytında qeyd edilib.

    Ölkəmizi kimin təmsil edəcəyi böyük maraqla gözlənilərkən “Avroviziya 2025” Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova yaxın zamanda mahnının və namizədin birlikdə ictimaiyyətə təqdim edəcəklərini bildirib. 
    //azxeber.com

  • Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu – VİDEO

    Xalq artisti Aygün Kazımova yeni görüntüləri ilə gündəm olub.

    Sənətçi məclislərdən birində çıxış edərkən yaşlı bəy səhnəyə qalxıb və onunla rəqs edib.

    Həmin vaxt Kazımova reytinqlərdə ilk olan “Can ol” mahnısını ifa edirmiş.

    Sənətçi həmin bəylə rəqs edərək xoş və maraqlı görüntülərə səbəb olub.

    Xalq artistinin fanatı ilə bu rəqsinin görüntüləri sosial şəbəkələrdə yayılaraq çox bəyənilib.

    Həmin kadrları təqdim edirik:

  • Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI – VİDEO

    Aktyor Azər Baxşəliyevin son səs yazısı yayılıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, efirdə onun noyabrdakı səsli mesajı paylaşılıb.

    “Əməliyyata griməliyəm. Heç yerdə demirəm, böyrək əməliyyatı olunmalıyam. Ona görə də, heç yerə, işə də getmirəm. İnşallah əməliyyata girim-çıxım, salamatlıq olsun gələcəyəm”, – deyə səsdə qeyd olunub.

    Qeyd edək ki, aktyor Azər Baxşəliyev yanvar ayının 5-i poliorqan çatışmazlığından dünyasını dəyişdi.

    Ətraflı süjetdə:

  • Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir

    “Xəzər axşamı” verilişində qonaq olan aktyor Elşən Orucov dostu Nicat Rəhimovla bağlı açəqlaması ilə diqqət çəkib.

    AZXEBER.COM xəbər verir ki, Elşən, Nicatın da verilişə qatılmalı olduğunu, amma səhhəti ilə bağlı gələ bilmədiyini deyib.

    “Bu gün Nicat da aramızda olmalı idi. Yanımızda olmaması yalnış anlaşılmasın. Nicat diabet xəstəsidir və dörd gündür şəkəri düşmür. Gəlirdi, yoldan biz qaytardıq. Xahiş etdik ki, gəlməsin, dincəlsin” deyə aktyor bildirib.

  • 2024-cü ilin ən populyar mahnısı (VİDEO)

    “Spotify” musiqi platforması 2024-cü ilin yekunlarına əsasən, ilin ən populyar mahnısını elan edib. Həmin mahnı, dünyaca məşhur Amerika müğənnisi Billi Eliş tərəfindən ifa olunan “Birds of a Feather” adlı hitdir.

    Qaynarinfo xəbər verir ki, məlumata görə, bu mahnı iyul 2024-cü ildə Billi Eilişin “Hit Me Hard and Soft” albomunda yayımlanıb və qısa zamanda musiqi platformalarında liderlik qazanıb. “Spotify” məlumatına əsasən, “Birds of a Feather” 1,781 milyard dinlənmə ilə platformanın ən populyar musiqisi seçilib.

    İkinci yerdə Sabrina Karpenterin “Espresso” adlı mahnısı qərarlaşıb və bu mahnı 1,774 milyard dinlənmə ilə diqqət çəkib.

    Billi Eilişin “Birds of a Feather” mahnısı həmçinin “Billboard Hot 100″də və Böyük Britaniya sinql cədvəlində ikinci yerə yüksəlib. Bununla yanaşı, mahnı “Grammy” mükafatında “İlin mahnısı”, “İlin yazısı” və “Ən yaxşı solo pop ifası” nominasiyalarına namizəd göstərilib.

    Billi Eiliş XXI əsrin musiqi fenomenlərindən biri hesab olunur. O, gənc yaşda, musiqi sahəsində uzun illər fəaliyyətdə olan sənətçilərin belə çatmadığı zirvələrə nail olub. Karyerası ərzində Billi Eiliş 9 “Grammy”, 3 “MTV Video Music Awards”, 2 “Brit Awards” və “American Music Awards” mükafatlarının sahibi olub.

    Billi Eiliş eyni zamanda “Qızıl Qlobus” və “Oskar” mükafatlarını da qazanıb. Bu mükafatlar arasında “007: Ölümə vaxt yoxdur” və “Barbi” filmlərinin saundtrekləri üçün yazılmış mahnılar yer alır. O, həmçinin heyvanların hüquqlarını müdafiə edir və Ukraynaya dəstək verən çıxışları ilə də tanınır.

  • Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır

    Valeri Leontyev böyük səhnəyə qayıdır və 2025-ci ildə dünya turunu planlaşdırır.

    Bu barədə “Mash” məlumat yayıb.

    Məlumata görə, söhbət ən azı səkkiz ölkədən gedir. Rusiyalı müğənninin əla formada olduğu və aktiv işə hazırlaşdığı vurğulanır.

    Bildirilir ki, Yeni il ərəfəsində Leontyev Dubayda keçirilən “Big Art” festivalında çıxış edib və 180 min dollar (təxminən 306 min manat – red.) qonorar alıb.

    Onun komandası ifaçını inandırıb ki, işinə maraq hələ də böyükdür və çıxışı təkcə Əmirliklərdə deyil, digər xarici ölkələrdə də gözlənilir.

    Qeyd edək ki, 2024-cü ilin martında 75 yaşlı Leontyev yaşı ilə əlaqədar səhnəni tərk etdiyini bildirib. O, 2019-cu ildə “Mən qayıdacağam…” adlı son yubiley konsertini verib.

  • Azər Baxşəliyev vəfat etdi

    Aktyor Azər Baxşəliyev vəfat edib.

    Aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

    A.Baxşəliyev daha çox “Ağsaqqal” obrazı ilə sevilib.

  • Meyxanaçı Balaəli məhkəməyə verildi

    Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

    Bu maddəyə görə, Balaəli yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyib.

    İşə Sabunçu rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, protokol təsdiq edilərsə, meyxanaçının sürücülük hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırılacaq.