Category: Şou Biznes

  • Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu

    Türkiyədə qanunsuz mərc reklamında və təşviqində ittiham olunan məşhur müğənni Serdar Ortaç bu gün məhkəməyə çıxarılıb.

    Bu barədə “Haber Global” xəbər verib.

    Bildirilib ki, adı həmin cinayətdə hallanan məşhur aparıcı Mehmet Ali Erbil də məhkəmədə olub – o, şahid qismində iştirak edib.

    Erbil Serdar Ortaçın bu məsələdə daha şanslı olduğunu bildirib.

    “Onun işinə daha tez baxılacaq. Bu bizim məhkəmə və nəticəsi ilə proqnoz olacaq. Onun üçün xeyirli olmasını arzu edirəm”, – deyə məşhur aparıcı əlavə edib.

    Məlumata görə, Serdar Ortaç məhkəmədə müdafiə nitqi ilə çıxış edərkən hadisənin təfərrüatını danışıb. O, aylıq gəlirinin 500 min lira (24.1 min manat) olduğunu bildirib. İfaçının sözlərinə görə, Maltada bir açılış üçün təklif gəlib və o da qəbul edib.

    “Aeroportda məni əvvəllər tanımadığım iki nəfər qarşıladı. Maltada müsahibəyə başladılar, şəxsi telefondan yayım açdılar. Çəkilən videonu mənim icazəm olmadan öz saytlarında yayımlayıblar. Əvvəlcə fərqinə varmadım, ancaq sonradan anladım ki, Ünal və Cenkin geyindiyi köynəklərin üzərində Türkiyədəki televiziyalardan tanıdığım qumar saytının adı yazılıb. Mənə israrla Maltada qumarın qanuni olduğunu və mənim də geyinməli olduğumu dedilər, ancaq əsla geyinməyəcəyimi söylədim və qaçmaq istədim. Maltaya getdiyimə çox peşman oldum, ancaq edəcək bir şey yox idi. Heç kimi təşviq etmədim, mənim məlumatım və nəzarətim xaricində özlərinin çəkdiyi videonu öz saytlarında yayımlayıblar. Qanunu pozmaq niyyətim yox idi”, – deyə ifaçı vurğulayıb.

    İclasda ifaçıya hakim məhkəmə nəzarəti qərarının ləğv edilməsinə qərar verib.

    Prokuror isə Serdar Ortaç üçün üç ilə qədər həbs cəzası tələb edib. Ortaçın vəkilləri prokurorun rəyinə qarşı müdafiə üçün əlavə vaxt istəyiblər. Növbəti iclas 2025-ci il fevralın 25-nə təyin olunub.

    Məhkəmə binasını tərk edərkən Serdar Ortaç – “İnşallah, hər şey yaxşı olar”, – deyib.

  • Sloveniya İsrailin “Avroviziya”dan çıxarılmasını tələb etdi

    Sloveniya İsraili “Avroviziya” Mahnı Müsabiqəsindən kənarlaşdırmaq üçün Avropa Yayım Birliyinə rəsmi müraciət edib.

    Azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya 7 oktyabr 2023-cü ildən Qəzza zolağına davam edən hücumlara görə İsrailin yarışmadan xaric edilməsini tələb edib.

    Sloveniya bəyan edib ki, tələbləri qəbul olunmazsa, etiraz əlaməti olaraq müsabiqədən özü kənarlaşacaq.

  • Yeni “Mumiya” filminin nümayiş tarixi məlum oldu

    “New Line” kinostudiyası “Mumiya” qorxu filminin yeni versiyasının çəkilişlərinə başlayır.

    Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

    Filmin ssenari müəllifi və rejissoru məşhur “Evil Dead Rise” filminin rejissoru Li Kronin olacaq.

    Qeyd olunur ki, “Mumiya” 17 aprel 2026-cı ildə tamaşaçılara təqdim olunacaq. Filmin çəkilişləri isə 2025-ci ilin birinci yarısında başlayacaq.

    Müəlliflər qeyd edir ki, bu film “Universal”a məxsus olan “Mumiya” franşizasının remeyki deyil, tamamilə orijinal fil olacaq.

  • Rusiyalı müğənni intihar edən keçmiş ərinin dəfn xərclərini öz üzərinə götürdü

    Rusiyalı müğənni Anna Sedokova keçmiş əri, basketbolçu Yanis Timmanın meyitinin vətəninə nəqli və dəfn mərasiminin təşkili ilə bağlı bütün maliyyə xərclərini öz üzərinə götürüb.

    Bu barədə müğənninin PR meneceri Anna Çernavskix “İzvestiya”ya bildirib.

    Onun sözlərinə görə, dəfn xidmətlərinin lazımi hissəsi artıq ödənilib.

    Anna Yanisin qohumlarının gəlişinin təşkilinə görə “Alikson Team” basketbol komandasına və onun rəhbəri Həsən Mustafayevə təşəkkür edib.

    Çernavskix əlavə vəsait toplanmasına ehtiyac olmadığını qeyd edib.

    Dekabrın 17-də müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timmanın Moskvada intihar etdiyi məlum olub. Onun telefonunda “Annaya zəng edin” və telefon nömrəsi yazılmış ekran şəkli olduğu qeyd edilib.

    Keçmiş ərinin ölümünü şərh edən Sedakova son illərdə “cəhənnəmdə yaşadığını” deyib. O, həmçinin ictimaiyyətdən Timmanın intiharı barədə yazmamasını xahiş edib.

  • Tom Kruza fəxri mükafat verildi

    Amerikalı aktyor Tom Kruz hərbi rollarına görə ABŞ Hərbi Dəniz Qüvvələrindən fəxri mükafat alıb.
     
    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun kinolarda hərbi xidmətin populyarlaşmasında xidmətləri qeyd edilib.
     
    Kruz Hərbi Dəniz Qüvvələrində mülki şəxslərə verilən ən yüksək mükafat olan medala layiq görülüb.
     
    Ehtimal olunur ki, Tom Kruz belə filmlərə çəkildikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin ictimaiyyət qarşısında nüfuzu xeyli artıb. Xüsusən də “Top Gun” filminin ekranlara çıxmasından sonra hərbi pilot olmaq istəyənlərin sayı kəskin artıb.//sfera.az

  • Adelin bu mahnısı bütün dünyada qadağan edildi

    Braziliya məhkəməsi britaniyalı pop müğənnisi Adelin “Million Years Ago” (Milyon il əvvəl) mahnısının bütün dünyada, o cümlədən musiqi yayım xidmətlərində satışdan çıxarılmasına qərar verib.
     
    Median.Az oxu.az-a istinadla xəbər verir ki, ilkin qadağa “Sony” və “Universal” şirkətlərinə qoyulub. Onlardan mahnının istifadəsi, yayımlanması, redaktəsi, paylaşılması və ya hər hansı şəkildə kommersiyalaşdırılmasını dərhal dayandırmaq və bunu bütün dünyada tətbiq etmək tələb olunub.
     
    Qərar bəstəkar Toninyo Geraes tərəfindən qaldırılan plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı müğənnini Martinyo da Vilanın 1996-cı il “Mulheres” kompozisiyası üçün özünün yazdığı musiqidən yararlanmaqda ittiham edib.

    Qadağaya əlavə olaraq, Geraes Adel, prodüser Qreq Kurstin və bir neçə musiqi şirkətindən – o cümlədən “Sony” və “Universal”dan 160 min dollar təzminat tələb edib. Bəstəkar həmçinin Adelin mahnısının müəllif hüquqlarını almaq niyyətindədir.

    Bildirilir ki, “Sony” və “Universal”ın törəmə şirkətləri hər bir riayət etməmə aktı üçün 8 min dollar cərimə ilə üzləşə bilərlər. Lakin musiqi şirkətləri hələ də bu qərardan apellyasiya şikayəti verə bilərlər.

  • Məşhur duet yeni filmə çəkilir

    Rayan Reynolds və Hyu Cekman yenidən birlikdə işləyəcəklər.

    Bu barədə “”The Hollywood Reporter” məlumat yayıb.

    Jurnalistlərin dediyinə görə, aktyorlar “Boy Band” filmində rol alacaqlar. Qarşıdan gələn filmin rejissoru Şon Levi olacaq.

    Qeyd olunur ki, Reynolds artıq ssenarinin ikinci variantı üzərində işləyir, ona görə də komanda gələn il çəkilişlərə başlamağı planlaşdırmır.

    Film gənclərdən ibarət məşhur musiqi qrupunun üzvlərindən bəhs edəcək.

    “Boy Band”ın premyerasının vaxtı və tarixi hələ açıqlanmayıb.

  • Jay-Z öz günahsızlığına əmindir: Zorlama ilə bağlı qalmaqallı işin yeni təfərrüatı

    Jay-Z (əsl adı Şon Karter) və P.Diddini (əsl adı Şon Kombs) zorlamada ittiham edən qadın iddia ərizəsini səhvlərlə təqdim etdiyini boynuna alıb. Şon Karter bu faktın onun günahsızlığına işarə etdiyinə əmindir.

    Median.Az bu barədə “NBC News”a istinadən xəbər verir.

    Məlumata görə, oktyabrda Alabamanın adı açıqlanmayan sakini iddia ərizəsində yazıb ki, 2000-ci ildə 13 yaşında olarkən onu MTV-nin “Video Music Awards” mükafatlandırma mərasimindən sonrakı gecə tədbirinə aparıblar. Orada naməlum tərkibli içki içib və huşunu itirib, Diddi başqa bir qadınla onun vəziyyətindən istifadə edib. Dekabrın 8-də o, yenidən iddia ərizəsi təqdim edib və cavabdeh qismində Jay-Z-nin də adını göstərib.

    Şikayətçi və onun vəkilləri ilə ünsiyyətdən sonra jurnalistlər bir neçə qeyri-dəqiqlik aşkar ediblər. Xüsusilə, tədbirdən onu atasının apardığını iddia edib, lakin kişi belə bir şeyi xatırlamır.

    Bundan əlavə, qadın ifadələrində “Good Charlotte” pank-qrupunun üzvü Benji Madden ilə ünsiyyətdən bəhs edib. Artist həmin günlərdə qrupla turda olduğunu və VMA-da iştirak etmədiyini vurğulayıb.

    Nəhayət, həmin gecənin fotolarında Karter və Kombs müxtəlif yerlərdə olublar və bir kadrda görünmürlər, hərçənd sonradan başqa bir yerdə qarşılaşmaları istisna edilmir.

    Materialla tanış olduqdan sonra Jay-Z iddiada qeyd olunan hadisənin həyatda baş vermədiyini yenidən bəyan edib. O, şikayətçinin vəkili Toni Bazbini qazanc məqsədilə yalan iddia təqdim etməkdə günahlandırıb.

  • Selena Qomes nişanlanmasını Castin Biberə görə təxirə salıbmış

    Dünya şöhrətli müğənni Selena Qomes musiqiçi və prodüser Benni Blanko ilə nişanını uzun illər sevgili olduğu Castin Biber səbəbindən təxirə salıbmış.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Bildirilir ki, Qomes köhnə təqiblər fonunda onu Castinin ailəsindəki xoş hadisələrə – oğlunun doğulmasına görə diqqət çəkməyə cəhd etməkdə günahlandıracaqlarından qorxub.

    “Selena Qomes bilirdi ki, onu nişanlanması ilə Biberin uşağından diqqəti yayındırmağa çalışmaqda, ya da ona acıq vermək üçün ərə getməkdə günahlandıracaqlar. Hər halda, o, bunu başa düşürdü və belə şayiələrin yayılmasının qarşısını almağa çalışırdı”, – deyə nəşrin insayderi əlavə edib.

    Xatırladaq ki, bir gün əvvəl Selena Qomes nişanlandığını elan edib.

  • Elza Seyidcahanla Roza Zərgərli məhkəmə qarşısında

    Əməkdar artist Elza Seyidcahanın (Qasımova) müğənni Roza Zərgərliyə (Allahverdiyevanı) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şikayət icraata qəbul olunub və Roza Zərgərli təqsirləndirilən şəxs kimi tanınıb.

    Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.

    Qeyd edək ki, Elza Seyidcahan məhkəmədən Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham olunmasını, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.

    İddiaya görə, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.//APA