Category: Şou Biznes

  • Maykl Ceksonun bu günə qədər heç yerdə səslənməyən mahnıları üzə çıxıb

    Kaliforniya sakini ştatın cənubunda, San Fernando vadisində yerləşən anbardan Maykl Ceksonun 12 kasetdə saxlanılan, lakin bu günə qədər heç yerdə səsləndirilməyən mahnılarını aşkar edib.

    Məlumatı “The Hollywood Reporter” nəşri yayıb.

    Qeyd olunub ki, musiqilər “Dangerous” albomu (1991) çıxmazdan əvvəl, 1989-1991-ci illər arasında qeydə alınıb.

    Kolleksiyanı kəşf edən 56 yaşlı Qreq Masqurov bildirib ki, anbar haqqında məlumatı oranı satın alan tanışından öyrənib.

    O əlavə edib ki, anbar əvvəllər musiqi prodüseri və müğənni Brayan Laurenə məxsus olub. Hətta kasetlərdən birində M.Ceksonla B.Lauren arasında baş tutan dialoq əks olunub.

    Q.Masqurov əlavə edib ki, o, M.Ceksonun əsərlərinə müəlliflik hüququna sahib olan şəxslərə tapıntı ilə əlaqədar müraciət edib, lakin naməlum səbəblərdən onlar kasetləri almaqdan imtina ediblər.

    Bu səbəbdən kaliforniyalı kolleksiyanı yaxın vaxtlarda dörd hərrac evinə satışa təqdim etməyi planlaşdırır.
    //oxu.az

  • Aygün Kazımovanın hesabı yenidən oğurlandı – FOTO

    Xalq artisti Aygün Kazımovanın “instagram” hesabı yenidən ələ keçirilib.
     
    Onun hesabından edilən paylaşım izləyicilər arasında çaşqınlıq yaradıb.
     
    Ötən gün hesabında çıxışlarını paylaşan Xalq artistinin bu gün paylaşım etməməsi də diqqətdən qaçmayıb.
     
    Bu da hesabın ələ keçirilməsi iddialarını gücləndirib.
     
    Kazımova tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

    //azxeber.com

  • Mahsun Kırmızıgül anasını itirdi

    Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün anası Faike Bakencir 99 yaşında dünyasını dəyişib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alzheimer xəstəsi Faike Bezencir iki ildir evdə müalicə alıb.

    Qeyd edək ki, Mahsun Kırmızıgülün şənbə günü axşam saatlarında keçiriləcək konsert proqramını ləğv etdiyi öyrənilib.
    //azxeber

  • Əməkdar artist qalmaqallı sürprizdən DANIŞDI: “Məndə səs yazıları var”

    Əməkdar artist İlkin Əhmədov iştirak etdiyi verilişdə yaşadığı qalmaqalla bağlı açıqlama verib.

    “Xəbərin var?” proqramında qonaq olan xanəndə bildirib ki, baş vermiş hadisədə aparıcı Nanə Ağamalıyevanın heç bir günahı olmayıb:

    “Nanə xanımın bu məsələdən xəbəri olmayıb. Orada bir işçi var, təəssüf ki, belə işçilər də olur. Prodüser Nanə xanımı razı salıb ki, guya İlkin bəyin xəbəri var. Məndə isə səs yazıları var idi və onları ortaya çıxartdım ki, mən etiraz etmişəm. Həmin xanım barədə ölçü götüzdürəcəkdim. Sona kimi getmişdim. Amma onun qadın olması və səhvlərini etiraf etməsi məni fikrimdən daşındırdı. Həm də kanalın adının hallanmasını istəmədim. Mən belə şeylərlə gündəmdə olmaq istəmirəm, ayıbdır”.

    Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədova daha əvvəl “7 Tamam” proqramında sürpriz edilərək üçüncü övladının dünyaya gələcəyi xəbəri çatdırılmışdı. Muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.

  • Xalq artisti məhkəmədən sonra nələr dedi? – “Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm” – VİDEO

    Xəbərə video əlavə olunub.

    ***

    Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən bildirir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib. Bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: “Əməliyyatda qulağıma tikiş qoyuldu. Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı. Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisinə vəziyyətimin ağır olduğunu dedim və içəridən həkim çağırmağı xahiş etdim. O isə mənə “sən kimsən ki, mənə əmr edirsən” deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar. Yenidən qapıma gəldi və “kişisənsə, aşağı düş” deyərək təhqiramiz ifadələr işlətdi. Mən aşağı düşdüm, özümü müdafiə məqsədi ilə həyat-bacada işlədilən həmin aləti götürdüm. Əgər onu vurmaq istəsəydim, qapımda vurardım. Bunun hüquqi cəhətdən fərqini bilirəm. Onu qorxutmaq və uzaqlaşdırmaq istədim. Mühafizəçi hətta o alətlə mənim üstümə gəlməyə cəhd etmək istəyib. Lakin yerdən götürüb uzaqlaşdırdılar. Sonra o mənə dəyənəklə hücum etdi. Qaşımdan və tikiş qoyulmuş qulağımın üstünə vurdu. Mən yıxıldım. Yıxılandan sonra da məni vurmağa davam etdi”.
    Daha sonra A.Ağayev dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, balta zərərçəkənə dəyəndə görməyib, bu epizodu yanlız videoda izləyib.
    Daha sonra A. Ağayev zərərçəkənlərin suallarını cavablandırıb və onların dediklərini məntiqsiz adlandırıb.
    Zərərçəkənlərin nümayəndələri isə bununla bağlı məhkəməyə etiraz edib. Hakim Xalq artistinə xəbərdarlıq edib.
    Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Ağadadaş Ağayevin indiki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu və ilkin ifadənin elan olunması ilə bağlı vəsatət verib.
    Dövlət ittihamçısı vəsatəti əsaslı sayıb və təmin olunmasını istəyib. Vəsatət təmin olunub və ifadə elan edilib.

    Məhkəmə dekabrın 17-də davam etdiriləcək.
    Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
    A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.
    Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
    Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.
    Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.
    İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

  • Tanınmış meyxanaçı Xəyyam Əhmədli VƏFAT ETDİ

    Uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, evində dünyasını dəyişib.

    Məlumatı onun sənət yoldaşları təsdiq ediblər.

    Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan Ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.

  • Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu

    Müğənni Kərim Abbasovun ölkədən çıxışına qadağa qoyulub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü qatıldığı proqramda məlumat verib.

    O bildirib ki, bir müddət əvvəl toyda baş verən davaya görə, ölkədən çıxa bilmir və qarşı tərəf gedib xəstəxanadan saxta kağızlar alıb.

    “Hadisə ucbatından iki xarici səfərim alınmadı. Birini hava limanında bildim ki, çıxışıma qadağa var. Digəri isə həmin hadisənin səhəri uçmalı idim, alınmadı. İstintaq gedir. İçkili insanların təhqiri və bu azmış kimi əllərinə dəmir götürüb üstümə hücum çəkmələri nə dərəcədə düzgündür bilmirəm. Polisə güvənirəm. İnanıram ki, ciddi araşdırılacaq”, – deyə o əlavə edib.

  • Stiven Spilberqin filminin aktyoru vəfat edib

    Fransızəsilli danimarkalı aktyor, rejissor və yazıçı Nils Arestrup 75 yaşında Paris yaxınlığındakı evində vəfat edib.

    Bu barədə “Frontières” jurnalı mərhum sənətçinin həyat yoldaşının paylaşımına istinadən məlumat yayıb.

    2006-cı ildə aktyor rejissor Jak Odiarın çəkdiyi “Ürəyimin döyüntüsü dayandı” filmində “Ən yaxşı köməkçi aktyor” nominasiyasında Fransa milli film mükafatını alıb. 2010-cu ildə “Peyğəmbər” filmindəki, 2014-cü ildə isə”Orse bulvarı” filmindəki rollarına görə eyni mükafata layiq görülüb.

    O, Stiven Spilberqin “Müharibə atı” (2011) filmindəki rolu ilə də yadda qalıb.

  • “Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar

    “İllər əvvəl ailəm dağıldı. Mən bu barədə çox danışmadım. Amma reytinq xətrinə qarşı tərəfi danışdırdılar. Hər halda ayrılan insanlar biri-biri haqda yaxşı söz danışmayacaqlar”.

    Bu sözləri Əməkdar artist Lalə Məmmədova “Elgizlə izlə” verilişində deyib. Müğənni sənət adamlarının daha çox yaradıcılığı diqqətdə saxlanılmalı olduğunu bildirib.

    “Bilirəm ki, həyat bumeranqdır. Həmin o müsahibəni alanların hamısı indi evlidirlər. Mən onlara pislik arzulamıram, amma yenə də deyirəm ki, həyat bumeranqdır. Günün birində bu hadisə onların başına gələrsə, o zaman anlayacaqlar. Məni övladlarımın atasının bu sənətə nə aidiyyatı var? Sənət adamı olsaydı, başqa məsələ. Düzdür, sənət adamı əlçatmaz olmalıdır. Amma elə bir dövrə gəlmişik ki, ailəmizi dolandırmaq üçün hər tədbirə getməliyik. Sənət adamının yaradıcılığı öndə olmalıdır. Anlayıram ki, şəxsi həyat hər kəsə maraqlıdır. Kimi araşdırsanız, hər kəsin yaralı bir yeri var. Ona toxunsaq, nə qazanacağıq? Sənət adamı səhnəyə sizə pozitiv ötürmək üçün çıxır. Onun xətrinə dəymək nəyə lazımdır?”.//Axşam.az 

  • 44 yaşlı musiqiçi evində ölü tapıldı – FOTO

    Amerikalı musiqiçi Robert Bryar vəfat edib.
     
    Median.Az xəbər verir ki, 44 yaşlı musiqiçi evində ölü tapılıb. Onun ölüm səbəbi hələlik bəlli deyil.

    Qeyd edək ki, Robert “My Chemical Romance”in keçmiş nağaraçısı olub.