Əməkdar artist Çingiz Əhmədov etirafı ilə diqqət çəkib.
Median.Az xəbər verir ki, sənətçi “Gün ortası” verilişində aparıcıları sərt tənqid edib.
Seçici olduğunu bildirən aktyor öz sənət fəaliyyətinə nəzər salıb:
“29 ildir aparıcılıq təcrübəm var. Dövlət televiziyasından tutmuş, özəl kanallara kimi, hər birində çalışmışam. Mənim verilişimə sevərək, gələnlər olub. İndi elə aparıcılar var ki, proqramlarına getmirəm. Onları “blok”a da atmışam. Həmin insanların sayı çoxdur. Bilirəm ki, kimin efirinə getmək olar, kimə yox.”
Çərşənbə günü, noyabrın 27-də Kambocada “Miss Planet-2024” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.
Qaynarinfo xəbər verir ki, qalib Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Mahra Lütfri olub. Bu ölkə tarixdə ilk dəfə bu şounun qalibi adını qazanıb.
59 rəqibinə qalib gələn plastik cərrah Mahra Lütfri ən yaxşı model kimi tanınıb. O, birinci yer uğrunda finalda İndoneziya təmsilçisi ilə də mübarizə aparıb.
Bununla belə, sonuncu ekologiya sahəsində əldə etdiyi nailiyyətlərə və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərini dəstəklədiyinə görə “Miss Planet Angel” adına layiq görülüb. Bildiyiniz kimi, müsabiqənin məqsədlərindən biri təkcə ən gözəl qızı deyil, həm də mühüm ekoloji və sosial dəyişiklikləri təbliğ edən modeli seçməkdir.
Mahara Lütfri “Instagram”da qələbəsini şərh edib O, bunun BƏƏ-nin yarış tarixində ilk qələbəsi olduğunu xatırladıb, həmçinin dəstək olan hər kəsə təşəkkür edib:
“Beynəlxalq gözəllik müsabiqəsində qalib gələn ilk BƏƏ vətəndaşı! Mənə inandığınız üçün təşəkkür edirəm. Kambocaya və mənə səs verən hər kəsə təşəkkür edirəm”.
O, həmçinin qeyd edib ki, o, müsabiqədən diqqəti dayanıqlı inkişaf məqsədlərinə və öz elmi tədqiqatlarına cəlb etmək üçün istifadə edib. Onu da qeyd edək ki, model əsas titulla yanaşı, “Miss Planet Social Networks” adına da layiq görülüb. Onun “Instagram”da 10 milyona yaxın izləyicisi var. “Lütfi “Miss Planet” müsabiqəsindən BMT-nin davamlı inkişafını müdafiə etmək üçün istifadə etdi. O, bitki kök hüceyrələrinin tədqiqatı sahəsindəki qabaqcıl işlərindən danışdı. O, fəaliyyəti dövründə ekoloji dayanıqlığı və ərzaq təhlükəsizliyini təşviq etmək üçün regenerasiya və kənd təsərrüfatında innovasiyalara diqqət yetirdi. Bu, zəfər təkcə BƏƏ-yə qürur gətirmədi, həm də Lütfinin elmə olan həvəsini nümayiş etdirdi”, deyə yarışın rəsmi səhifəsi yazıb.
Müğənni Diana Arbenina Sankt-Peterburqda çıxışı zamanı eyvandan zala yıxılıb.
Bu barədə “SHOT” məlumat yayıb
Məlumata görə, hadisə Sankt-Peterburqun “A2” klubunda yaşanıb.
Tamaşaçılar Arbeninanı tutaraq, eyvana geri çəkə biliblər. O, xəsarət almayıb.
Qeyd edək ki, Diana Arbenina rusiyalı müğənni, şair, musiqiçi, bəstəkar, rəssam və yazıçıdır. O, 300-dən çox mahnı, 150-dən çox şeir, bir sıra hekayə və esselərin müəllifidir. //oxu.az
Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib.
Axşam.az xəbər verir ki, bu haqda verilişində danışan Zaur “2 il yanında işləyib, indi çıxardıb. Deyir ki, mənə dəstək oldu, işə götürdü. İndi şikayət edir ki, niyə məni işdən çıxartdı” sözlərini əlavə edib.
Niyam isə “Restoran hələ açılmayıb, necə işdən çıxartdım? Yalan danışır. Elə bir sənətkarın xanımını işə dəvət edəndə adını nə qoyum? Gülü yanımda nə işləyir? Aşpaz köməkçisi? Yox. O, işləmir, adı Niyamın yanında olmaqdır. Yanımda sağ əlim olacaq” deyə, cavab verib.
Qeyd edək ki, Rəmiş dünyasını dəyişəndən sonra xanımı restoranda çalışmağa başlayıb.
Meyxanaçı Ələkbər Yasamallı sənətdən getdiyini bildirib.
Lent.az xəbər verir ki, o, bu barədə verilişlərin birində məlumat verib.
“Tikinti işi ilə məşğulam. Bir dostumla ev tikib satırıq. Meyxananın bərbad olmağında meyxanaçılar günahkardırlar. Amma meyxananın sütunları da getdi. Biz həm pul qazanırdıq, həm də sənəti sevirdik” – o qeyd edib.
Tanınmış kino ulduzu Denzel Vaşinqton bugünlərdə “The Sunday Times”ın jurnalistlərinə müsahibə verib.
Söhbət zamanı aktyor qəribə etiraf edib. O bildirib ki, heç bir filminə tam baxmayıb.
Sənətçinin sözlərinə görə, özünün iştirakı ilə filmlərə baxanda səhvlərini, qeyri-dəqiqliklərini görməyə başlayır.
“Ekranda bütün səhvlərinizi görürsünüz. Özünüzə “niyə bunu etdim?” sualı verirsiniz”, – deyə aktyor izah edib.
Denzel Vaşinqtonun son filmi baş rolda oynadığı Ridli Skottun “Qladiator 2” ekran əsəridir. Filmdə aktyor Roma imperatoru Makrinusun rolunu canlandırıb.
Rusiyanın Xalq artisti Filipp Kirkorov avtomobili sürətli sürmək sevgisinə və yol hərəkəti qaydalarına məhəl qoymadığına görə xoşagəlməz vəziyyətə düşüb.
Bu barədə Median.Az “SHOT” “Telegram” kanalına istinadən xəbər verir.
Məlumata görə, məhkəmə icraçıları müğənnini yol hərəkəti qaydalarını pozduğuna görə yığılmış və ödənilməmiş cərimələrlə bağlı axtarışa veriblər.
Bildirilib ki, 2023-cü ilin dekabrından başlayaraq, Kirkorov özünün dəbdəbəli “Rolls-Royce” avtomobilində 31 dəfə yol hərəkəti qaydalarını pozub. Çox vaxt rusiyalı pop ulduz sürət həddini aşıb, yol nişanlarının və xəttin tələblərinə məhəl qoymayıb və maşınını yanlış yerlərdə park edib. Bu pozuntular nəticəsində yığılmış cərimələrin məbləği 24 min rubla (400 manatdan çox – red.) çatıb.
Məhkəmə icraçıları Filipp Kirkorovun könüllü olaraq cərimələri ödəməsini gözləmədən ona qarşı icra tədbirinə başlamaq məcburiyyətində qalıblar. Bundan əlavə, müğənninin avtomobilinin qeydiyyat proseslərinə qadağa qoyulub, bu da o deməkdir ki, borc ödənilənə qədər avtomobili satmaq və ya yenidən qeydiyyatdan keçirmək mümkün deyil.
Müğənni Xuraman Şuşalı binada yerləşən mənzilini satışa çıxarıb.
Baku.ws xəbər verir ki, o bu barədə qonaq olduğu “Rəngarənag” verilişində bildirib. İfaçı qeyd edib ki, iki evini satıb böyük və lüks həyət evi almaq istəyir.
Müğənni evlərindən birinin Nizami metrosu yaxınlığında yerləşdiyini və kvadratmetrinin 3000 AZN olduğunu qeyd edib.
Xuramanın sözügedən ərazidə satmaq istədiyini evin sahəsi isə 91 kvadratmetrdir.
Bu zaman aparıcı satışa şıxardığı mənzilinin qiymətinin 280 000 AZN olduğunu qeyd edib.