Category: Şou Biznes

  • “Qremmi”də nominasiyaların sayına görə liderdir

    Amerikalı müğənni Beyonse “Qremmi” musiqi mükafatına nominasiyaların sayına görə lider olub.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, mükafat üçün namizədlərin siyahısı noyabrın 8-də rəsmi internet saytında dərc olunub.

    67-ci “Qremmi” mükafatları 2 fevral 2025-ci ildə Los-Ancelesdə keçiriləcək. Tədbir zamanı namizədlər 94 nominasiya üzrə nüfuzlu mükafat uğrunda mübarizə aparacaq ki, Beyonse onlardan 11-də təmsil olunur.

    43 yaşlı müğənnini 94 kateqoriyadan yeddi kateqoriyada təmsil olunan sənətçilər – Billie Eilish, Charli XCX, reperlər Kendrick Lamar və Post Malone izləyir. Onlardan sonra altı nominasiya qazanan Sabrina Karpenter, Ron Çappell və Taylor Svift gəlir.

  • “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək

    Məşhur “Evdə tək” filminin ulduzu Makoley Kalkin bir neçə ildən sonra ilk dəfə ekrana çıxacaq.

    “Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, o, “Fallout”un ikinci mövsümündə rol alıb.

    İnsayderlərin dediyinə görə, 44 yaşlı aktyor bir az çılğın, lakin parlaq obrazı canlandıracaq.

    Qeyd edək ki, bundan əvvəl Kalkin 2021-ci ildə ekrana çıxıb – o, “American Horror Story” serialının onuncu mövsümündə rol alıb.

  • Elza Seyidcahan: “Rəfaellə Coşqun qızıllarımı qaytarmır”

    Əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovla bağlı maraqlı açıqlama verib. Müğənni cütlüyün onun zinnət əşyalarını götürdüyünü və geri qaytarmadığını bildirib.

    Elza Seyidcahan Qaynarinfo-ya açıqlamasında həmin zinnət əşyalarını Rəfael İsgəndərov və Coşqun Rəhimova halal etdiyini açıqlayıb:

    “Rəfael İsgəndərov və Coşqun Rəhimova qurbandır, onlar mənim sənət dostlarımdır. Halal xoşları olsun. Rəfaelə, Coşquna, Müşfiqə hər şey qurbandır. Onlar bizim sənət fədailərimizdir, əziz aktyorlarımızdır. Çox sağ olsunlar. İstəsələr mən onlara yenə zinnət əşyaları alaram”.

    Bəstəkar hazırda Zəfər günü ilə bağlı Laçın şəhərinə getdiyini vurğulayıb:

    “Hazırda Laçın şəhərinə gedirəm, orada Zəfər günü ilə bağlı konsertimiz olacaq. Dövlət tədbiridir, konsertdə iki mahnı ifa edəcəm – “Laçınımın dağlarında” və “Yallı”. Mənim bütün musiqilərim gözəldir. İnşallah onların hər birini solo konsertimdə ifa edəcəm”.

  • Bütün zamanların ən yaxşı aktyoru seçildi – FOTO

    Bütün zamanların ən yaxşı aktyoru seçilib. Məşhur aktyorlar – Bred Pitt və Conni Depp çox səs toplasalar da, birinci ola bilməyiblər. Əvəzində Oskar mükafatı laureatı, “The Shawshank Redemption”, “It’s Nice to Go” və “Million Dollar Baby” filmlərinin Morqan Friman ulduzu qalib olub.

    Qaynarinfo xəbər verir ki, sorğunun nəticələri “ListChallenges” portalında dərc edilib.

    87 yaşlı amerikalı aktyor və rejissor Morqan Friman ən çox – 133 səs toplayıb.

    İkinci yeri “Matrix” və “Con Uik” filmlərindəki rolları ilə tanınan kanadalı Kianu Rivz qazanıb. İlk üçlüyü isə daha əvvəl adı çəkilən “Karib dənizinin quldurları”, “Alisa möcüzələr ölkəsində” və digər dini filmlərdə rol almış Conni Depp qapayıb.

    Respondentlərin fikrincə, dördüncü və beşinci yerləri Entoni Hopkins və mərhum Robin Uilyams tutub.

    Maraqlıdır ki, səsvermədə iştirak edən və birinci yerləri tuta biləcək bir çox məşhurlar xeyli geridə qalıblar. Xüsusilə, Brüs Uillis, Huq Cakman, Leonardo DiKaprio, Liam Neeson, Arnold Şvartsenegger, Silvester Stallone və s. yüksək yerlər tuta bilməyib.

    Səsvermədə ümumilikdə 150 aktyor iştirak edib. Sonuncu yeri Rusiya Federasiyasına yaşamağa yollanan Stiven Siqal tutub. Uilyam Levi və Şia LaBeouf onu geridə qoyub.

  • ŞOK HADİSƏ: Türkiyədə tanınmış aktyor oğurluq etdi – FOTO

    Türkiyəli aktyor Ümit Gündeş oğurluq edib.

    Median.Az NTV-yə istinadən xəbər verir ki, o, İstanbulun Beylikdüzündəki marketdən 15 min lirə (744 AZN) dəyərində zeytun yağı oğurlayıb.

    Təhlükəsizlik kameralarına düşən görüntülərdən bunu edənin aktyor Ümit Gündeş olduğu ortaya çıxıb.

    Polislər onu yaşadığı Avcılar bölgəsində tutublar.

    Faktla bağlı araşdırma aparılır.


  • Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyula bilər

    Xalq artisti Ağadadaş Ağayev yenidən məhkəməyə verilib.
     
    Median.Az xəbər verir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.
     
    Belə ki, müğənniyə məxsus “Ağadadaş” MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

    İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması istənilib. İddiaya hakim Kənan Hüseynov baxacaq.
     
    Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib. Hazırda bu iş üzrə də məhkəmə gedir.(Lent.az)

  • Azyaşlıların cinsi istismarında ittiham olunan Diddiyə qarşı yeni iddialar qaldırıldı

    Məşhur ABŞ-li reper və prodüser Diddi (əsl adı Şon Kombs) ilə bağlı yenidən səs-küylü qalmaqal yaranıb.

    Nyu-York əyalət məhkəməsinə irəli sürülən yeni iddialara görə, musiqiçi 2005-ci ildə 10 yaşlı uşağa və 2008-ci ildə 17 yaşlı oğlana qarşı cinsi istismarda ittiham olunur.

    Bu barədə oxu.az “Reuters”ə istinadən xəbər verir.

    Mülki iddia vəkil Toni Buzbi tərəfindən qaldırılıb və o, 150-dən çox zorakılıq qurbanını təmsil etdiyini bildirir. Vəkilin sözlərinə görə, o, artıq Diddiyə qarşı ən azı 17 iddia qaldırıb.

    “Bu, yalnız başlanğıcdır. Biz bütün qurbanlar üçün ədalətə nail olmaq niyyətindəyik”, – deyə Buzbi “Reuters”ə müsahibəsində qeyd edib.

    İkinci iddiada başqa bir ittihamçı 2008-ci ildə 17 yaşında ikən “Making the Band” realiti-şousunun dinləmələrində iştirak etdiyini və bu zaman Kombs, eyni zamanda onun mühafizəçisi tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

    Hadisələrin təfərrüatı hələlik açıqlanmayıb.

    Diddinin vəkilləri bütün ittihamları qəti şəkildə rədd edirlər.

    “Bu iddianın arxasında duran vəkil həqiqətin ortaya çıxmasında deyil, medianın diqqətinin cəlb edilməsində maraqlıdır. Məhkəmədə həqiqət qalib gələcək. Kombs heç vaxt cinsi təcavüz və ya insan alveri ilə məşğul olmayıb”, – deyə Şon Kombsun vəkillərinin bəyanatında bildirilir və bu bəyanatlar daha əvvəlki məhkəmə iddialarından sonra verilənlərlə oxşarlıq təşkil edir.

  • Yeni film məşhur aktyorları bir araya gətirəcək

    Məşhur ingilis rejissoru Riçard Eyr dram janrında yeni film üzərində işləyir.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, çəkilişlərdə bir neçə məşhur aktyor iştirak edəcək.

    Film “The Housekeeper” (Xidmətçi) adlanır.

    Söhbət qədim qalada dul qalmış lord və onun qonağının iştirak etdiyi sevgi hekayəsindən gedir.

    Varlı zadəgan obrazını Entoni Hopkins, evin xidmətçisini isə Uma Turman canlandırır.

    Filmin 2025-ci ilin sonuna kimi kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

  • Adel eşitmə qabiliyyətini itirdi

    Britaniyalı müğənni və prodüser Adel son iki ayda nadir bir infeksiyaya yoluxub. O, dözülməz ağrılardan əziyyət çəkib.

    Median.Az xəbər verir ki, dünya üzrə məşhur Adel şouda çıxışı zamanı infeksiyaya görə bir qulağının müvəqqəti kar olduğunu deyib.

    Müğənni düzgün olmayan müalicə nəticəsində eşitmə qabiliyyətini qismən itirdiyini bildirib.

    Adel xəstəliyi barədə hər zamankı kimi səmimi danışıb. Onun sözlərinə görə, avqust ayında Münhendəki konsertləri zamanı hovuzdakı su bakteriyalarının yaratdığı nadir infeksiyaya yoluxub. O vaxtdan müğənni dözülməz ağrılardan əziyyət çəkir.

    Düzgün olmayan müalicə nəticəsində Adel bir müddət şiddətli ağrılardan əziyyət çəkib və eşitmə qabiliyyətini qismən itirib. “Bir neçə dəfə qulağımı kəsmək istədim… İndi artıq ağrımır, bu əladır, amma sol qulağımda bir az karlıq qalıb”-deyə müğənni izah edib.
     
    O, Veqas şouları bitdikdən sonra şou-biznesə uzun müddət ara verəcəyini bildirib: “Yeni musiqilərlə bağlı heç bir planım yoxdur. Qastrol səfərimdən sonra uzun müddət fasilə vermək istəyirəm. Başqa yaradıcılıq işləri də etməyi planlaşdırıram. Heç olmasa bir müddət hər şeydən uzaq qalmağa ehtiyacım var”.

  • Xalq artistinə qəribə ad günü təbriki

    Aparıcı Tural Əsədov Xalq artisti Miri Yusifi qəribə şəkildə təbrik edib.
     
    Median.Az xəbər verir ki, aparıcı Niyaməddin Musayevin kədərli bir şəklini paylaşaraq, müğənnini ad günü münasibətilə təbrik edib.

    “Dostum Miri Yusif, heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? Heç olubmu həsrətin oxlarına tuş gəlmisən? Bəs olub ki, səni ad günündə başqa Xalq artistinin şəkli ilə təbrik etsinlər? Təzə şəkil çəkdirmək lazımdır. Öpürəm, bağrıma basıram” deyə aparıcı yazıb.Lent.az