Dünya şöhrətli müğənni Adel ağır xəstəliyindən danışıb.
Azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, o, qulaq karlığından əziyyət çəkdiyini bildirib.
Müğənni, sol qulağında ağır bakteriya olduğunu açıqlayıb:
“Qulağıma nadir görülən su bakteriyası düşüb. Müalicəsi çox çətindir. Bir neçə gün səhv antibiotik qəbul etdim. Nəhayət, mənə təsir edən antibiotik verə bildilər. Bir neçə dəfə ağrının şiddətindən qulağımı kəsmək istədim. Sol qulağım bir az kardır”.
Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi qonorarın çoxluğundan gileylənib.
Müğənni bildirib ki, bir dəfə klinikalardan birində müayinəyə gedib və ondan çox pul istəyiblər:
“Ürəyimi yoxlatdırırdım. Məsləhət gördülər ki, psixoloqa get. Getdim psixoloqun qəbuluna. Bir kişi idi. Soruşdu “necəsən?”, cavab verdim ki, yaxşı. Deyir, “hər şey qaydasındadır?”, dedim “hə”. Çıxdım, çek göstərdilər ki, ödəniş edin – yoxlanış 70, psixoloq 100 manat. Dedim, bu nə edib ki? Ancaq hal-əhval tutdu, heç bir psixoloji yardım etmədi”.
Psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün psixoloqların qiyməti hər kəsə bəllidir:
“Salam-sağola görə psixoloqlar 100 manat almır. Biz bilmirik, orada proses necə olub? Bilmirik ki, Vasif müəllim psixoloq qəbuluna düşüb, yoxsa psixiatr. Həmin xəstəxana özəldir, ya yox. Orada qiymətlər necədir? Bu haqda məlumatsızam”.
Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital” arasındakı insidentlə bağlı mülki iddia üzrə ilk məhkəmə baxış iclası keçirilib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə “MedEra Hospital”ın qanuni nümayəndəsi Sənan Şirinov iştirak etsə də, qarşı tərəf Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlməyib. Buna görə Xalq artistinin müdafiəçisi tərəfindən elektron məhkəmə sisteminə prosesin təxirə salınması ilə bağlı yerləşdirdiyi vəsatəti iclasda elan olundu. Ağadadaş Ağayev üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiyini vurğulayaraq prosesin növbəti günlərə təyin olunmasını xahiş edib.
Məhkəmə vəsatəti qəbul edərək növbəti prosesi noyabrın 14-nə təyin edib.
Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalmasından danışıb.
Bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” verilişində açıqlama verib.
Sevda deyib ki, babası, Xalq yazıçısı Əblühəsən Ələkbərzadəyə ev muzeyi hazırlatmaq üçün aldığı torpaq qanunsuz şəkildə başqasına satılıb:
“Məni aldatdılar. Babam üçün ev muzeyi istəyirdim. Bunu da öz gücümlə edə bilməzdim. Basqala üz tutdum, 15-20 ilin söhbətidir. Məndən pul istədilər. Mən də yığdım, 2000 manat idi, ödədim. Mənə kağızlar verdilər. O işdən başım çıxmadığı üçün, kağızı götürdüm, çox sağ olun deyib getdim. Orada ev tikməyə imkanım olmadı, torpağımdır da qalıb, deyə düşündüm. İllər keçdi, gördüm ki, o yeri kiməsə satıblar, orada ev tikiblər. Demə, mənə verilən kağızlar da düz deyilmiş. İndi deyirəm, utansın. Onda İsmayıllının icra başçısı məni qəbul etdi, getdim dedim ki, məni aldadıblar. Bizi qəbul etdi, dedi ki, kim aldadıb. Söylədim ki, qarşımda oturan şəxs. İnanmazsınız, atam yaşımda olardı, Basqaldan idi, durdu, üzü də qıpqırmızı idi, dedi ki, mənə pul verilməyib, guya yalan deyirəm. Ona baxdım, dedim ki, indi başa düşürəm, atama necə şər atıb, orada otuzdurub üzünə durdular, sizin kimi adamlar onu edib. Mən küsdüm, o torpağın dalınca getmədim”.
Mənbə iddia edir ki, “Apple TV+” rəhbərləri “Tənha qurdlar” filminin nümayişini azaltmaqla və film üçün reklam kampaniyası aparmamaqla Pit və Corc Klunini “dəhşətli vəziyyətdə” qoyublar.
Mənbənin sözlərinə görə, bu vəziyyətdə yalnız Ancelina Coli xoşbəxtdir, çünki bu mövsüm “Netflix” tərəfindən fəal şəkildə dəstəklənir. Onun “Mariya” filminə görə Oskar mükafatına namizəd olacağı gözlənilir.
İnsayderin sözlərinə görə, Coli “Bredə ehtirasla nifrət edir” və “onun Kluni ilə dostluğunu heç vaxt bəyənməyib”.
Avqustun sonunda “Mariya” sənədli filmi 81-ci Venesiya Beynəlxalq Film Festivalında premyerasında səkkiz dəqiqəlik sürəkli alqışlarla qarşılanıb. Filmin rejissoru çilili rejissor Pablo Larreyndir. Bioqrafik film dünya şöhrətli opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir. Baş rolu Coliyə oynayıb.
“Tənha qurdlar” kriminal komediyasının dünya premyerası sentyabrın 1-də, rəqəmsal buraxılışı isə sentyabrın 27-də olub. Bu filmdə Pit və Kluni bir işdə birlikdə işləmək məcburiyyətində qalan rolu oynayırlar. //qaynar
Xalq artisti Aygün Kazımova “Sənsiz bir günüm olmasın” mahnısı ilə bağlı etiraf edib.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Pop kraliça “Hər zaman musiqi” verilişində danışıb.
O bildirib ki, 1997-ci ildə lentə aldırdığı klipdə 4 dəqiqədə 57 obraz yaradıb:
“Klipin rejissoru Loğman Kərimovdur. Orada 57 obrazdan istifadə etmişəm. Kinostudiyanın ekibi klipi çəkib. Rejissor deyəndə ki, Aygün, 57 obraz yaradacaqsan. Dedim, nə danışırsınız, məndə 57 paltar yoxdur”.