Category: Şou Biznes

  • Narkotik istintaqı çərçivəsində saxlanılan türkiyəli məşhur aktrisa Hande Erçelin ifadəsi məlum oldu

    İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik əməliyyatında yeni məlumatlar ortaya çıxıb.

    Bu barədə “Sabah” nəşri məlumat verib.

    Barəsində saxlanılma qərarı verilən və İngiltərədə olduğu müəyyən edilən türkiyəli məşhur aktrisa Hande Erçel ötən gün Türkiyəyə qayıdarkən saxlanılıb. Aktrisa məhkəmədə ifadə verib.

    Narkotik məclislərində iştirak etdiyi iddia olunan Hande Erçel ifadə verdikdən sonra Məhkəmə Tibb Qurumunda ondan qan və saç nümunələri götürülüb. Narkotik testi nəticələrinin bir neçə gün ərzində çıxması gözlənilir.

    Həmçinin Hande Erçel məhkəməyə ifadəsində narkotikdən istifadə etdiyinə dair iddiaları təkzib edib.

    Bütün prosedurlar başa çatdıqdan sonra aktrisa sərbəst buraxılıb.

    Həmçinin narkotik istintaqı çərçivəsində saxlanılan iş adamları Kerim Sabancı, Hande Erçelin keçmiş sevgilisi Hakan Sabancı, “Qalatasaray” klubunun sabiq prezidenti Burak Elmas, “Beşiktaş” klubunun sabiq prezidenti Fikret Orman, modellər Güzide Duran və Didem Soydan ölkə xaricinə çıxış qadağası ilə, Onur Bükçü isə birbaşa sərbəst buraxılıb.

  • Hande Erçel sərbəst buraxıldı

    İstanbulda “narkotik” istintaqı çərçivəsində hava limanında saxlanılan türkiyəli aktrisa Hande Erçel sərbəst buraxılıb.

    Bu barədə “Sözcü” məlumat yayıb.

    Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaqla əlaqədar axtarışda olan aktrisa Çağlayandakı İstanbul Məhkəməsinə gətirilib. İfadəsi alındıqdan sonra saç və qan nümunələri götürülməsi üçün Məhkəmə Tibbi Ekspertiza İdarəsinə aparılıb. Saç və qan nümunələri verdikdən sonra Erçel sərbəst buraxılıb.

    Xatırladaq ki, saxlanma qərarı çıxan Hande Erçel təhsil səbəbi ilə xaricdə idi.

    Qeyd edək ki, istintaq çərçivəsində 14 nəfər saxlanılmışdı.

  • Murad Dadaşov əməliyyatdan sonra

    Xəbər verdiyimiz kimi, Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov bir müddət ömcə əməliyyat olunub.

    Uzun müddətdir xəstəxanadan, daha sonra evindən görüntülər paylaşan Dadaşov işinə qayıdıb.

    O, Xəzər Media Mərkəzindən qolu sarğıda olan fotosunu paylaşıb.

  • Saxlanılan məşhur türkiyəli aktrisa Hande Erçel ifadə verib

    İstanbul Baş Prokurorluğu tərəfindən tanınmış şəxsləri hədəf alan narkotik istintaqı çərçivəsində yeni məlumatlar ortaya çıxıb.

    Bu barədə Median.Az “Cumhuriyet” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, barəsində saxlanılma qərarı verilən və ölkə xaricində olan türkiyəli məşhur aktrisa Hande Erçel Türkiyəyə qayıdıb.

    İstintaq çərçivəsində saxlanılan Hande Erçel İstanbul Məhkəməsində ifadə verib. Aktrisadan götürülən saç və qan nümunələri Məhkəmə Tibbi Ekspertizasına göndərilib.

  • “Tamaşaçılar bizim zövqümüzü korlayır”

    “Hər zamanın öz, hər aktyorun öz tamaşaçısı var. Gülüşün növü dəyişib. Bu, hər zaman belə olub. Bizdən sonrakı nəsildə hər şey fərqlidir”.
     
    Median.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov “Bir gün” verilişində deyib.
     
    Aktyor insanların sənət adamlarının zövqünü korladığını bildirib:
     
    “Tək yumorda yox, mahnılarda da belədir. Hörmətli tamaşaçı, biz sizin yox, siz bizim zövqümüzü korlayırsınız. Məclisinizə bayağı mahnı ifaçılarını buraxırsınız. Digər sənət adamları da görür bunu və başlayır məclis elə mahnı oxuyub, zarafat etməyə. Əvvəlki oxunan mahnılara, edilən zarafatlara baxın. Hər şey tamam dəyişib”./Axşam.az

  • “Tamaşaçılar bizim zövqümüzü korlayır”

    “Hər zamanın öz, hər aktyorun öz tamaşaçısı var. Gülüşün növü dəyişib. Bu, hər zaman belə olub. Bizdən sonrakı nəsildə hər şey fərqlidir”.

    Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist rafael İsgəndərov “Bir gün” verilişində deyib. Aktyor insanların sənət adamlarının zövqünü korladığını bildirib:

    “Tək yumorda yox, mahnılarda da belədir. Hörmətli tamaşaçı, biz sizin yox, siz bizim zövqümüzü korlayırsınız. Məclisinizə bayağı mahnı ifaçılarını buraxırsınız. Digər sənət adamları da görür bunu və başlayır məclis elə mahnı oxuyub, zarafat etməyə. Əvvəlki oxunan mahnılara, edilən zarafatlara baxın. Hər şey tamam dəyişib”.

  • JIVA-nın “Avroviziya 2026” üçün mahnısı təqdim olundu

    Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub.

    Median.Az xəbər verir ki, “Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.

    Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir.

    Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.

    Xatırladaq ki, JIVA Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub. Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

  • Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV OLUNDU

    Müğənni Rəqsanə İsmayılovanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutması planlaşdırılan konserti keçirilməyəcək.

    Median.Az Bizim.Media-ya istinadla xəbər verir ki, 18 mart üçün planlaşdırılan tədbir naməlum səbəbdən ləğv edilib.

    Konsertin bilet satışı dayandırılıb, saytdan çıxarılıb və satılan biletlər geri qaytarılıb.

    Qeyd edək ki, Rəqsanə qızı Aysunla “İllər sonra” adlı proqramla Filarmoniyada çıxış edəcəyini elan etmişdi. Bu xəbər sosial mediada müzakirə yaratmışdı. Bəziləri ev dustaqlığında olan şəxsin necə konsert verəcəyi ilə bağlı suallar ünvanlamışdılar.

    Xatırladaq ki, Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri daha bir ay uzadılıb. Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddətinin martın 4-dən aprelin 4-nə qədər artırıb.

  • 2000-ci illərin məşhur “Pussycat Dolls” qrupu geri qayıdır

    2000-ci illərin məşhur “Pussycat Dolls” qrupunun üzvləri dünya turnesi üçün yenidən bir araya gəlirlər.

    Bu barədə məşhur “Page Six” portalı məlumat yayıb.

    “Bəlkə də bu “Pussycat Dolls”un həqiqətən doqquz həyatı var. Onlar xoşagəlməz məhkəmə prosesindən, COVID-19 səbəbindən konsertin ləğvindən “sağ çıxıblar” və yenidən qastrol səfərlərinə qayıdırlar. Musiqi insayderləri bildirirlər ki, “Don’t Cha” hitinin ifaçıları 16 illik fasilədən sonra ABŞ-də bir neçə şou da daxil olmaqla dünya turnesinə hazırlaşırlar. Məlum olub ki, vokalist Nikol Şerzinger artıq qrupa qayıdıb”, – deyə nəşr yazıb.

    Xatırladaq ki, bundan əvvəl yaradıcıları Robin Antin də daxil olmaqla qızlar qrupu ləğv edilən turne ilə uzun bir məhkəmə prosesində idilər. O zaman Nikol Şerzinger turnedə iştirak edəcəyini təsdiqləsə də, qonorarla bağlı anlaşılmazlıq səbəbindən çıxış etməkdən imtina etmişdi.

    Qeyd edək ki, “Pussycat Dolls” 1995-ci ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Komanda “Don’t Cha”, “Stickwitu”, “I Hate This Part”, “Hush Hush” və “Buttons” kimi hitləri ilə məşhurdur.
    //oxu.az

  • Azərbaycan “Avroviziya 2026”də bu mahnı ilə çıxış edəcək – VİDEO