Category: Şou Biznes

  • Azərbaycanı “Avroviziya 2026″da təmsil edəcək iştirakçının adı açıqlandı

    Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA təmsil edəcək.

    Bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.

    JIVA (Cəmilə Həşimova) – güclü vokalı və səmimi ifaları ilə tanınan azərbaycanlı müğənnidir.

    Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

    Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz Festivalı”nda səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.

    2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

    2018-ci ildə müğənni “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib. 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” (The Voice of Azerbaijan) layihəsinin qalibi olub.

    JIVA həmçinin EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə “Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində iştirak edib.

    Xatırladaq ki, Azərbaycanın “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib.

    İlkin qiymətləndirmə mərhələsində müraciətlər peşəkar heyət tərəfindən nəzərdən keçirilib və növbəti mərhələyə 18 namizəd dəvət olunub. Onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı və beynəlxalq auditoriya üçün potensialı qiymətləndirilib.

    Qiymətləndirmələrin nəticəsində üç namizəddən ibarət qısa siyahı (shortlist) formalaşdırılıb. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun qiymətləndirməsi əsasında qəbul olunub və Azərbaycanın 2026-cı il təmsilçisi kimi JIVA seçilib.

    Qeyd edək ki, “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.

  • Türkiyəli məşhurlar Dubaydan qayıda bilmirlər

    Türkiyənin məşhur aktyorları İlker Ayrık və Şevket Çoruh BƏƏ-nin Dubay şəhərindən çıxa bilmirlər.

    Bu barədə Median.Az məşhur aktyorların paylaşımlarına əsasən xəbər verir.

    İlker Ayrık paylaşımında yazıb:

    “Fevralın 27-də Dubaya “Bir Ata Hamlet” tamaşası üçün gəldik. Bu gün qayıtmağı planlaşdırırdıq. Lakin hamınızın bildiyiniz səbəblərə görə geri qayıda bilmirik. Ailəm də yanımdadır. Uşaqların bəzi dərsləri yoxdur. Ümid edirəm ki, müəllimləri inciməzlər. Zəng edən, soruşan və narahat olan hər kəsə çox təşəkkür edirəm. Hamımız sağ-salamatıq. Ümid edirəm ki, tezliklə qayıdacağıq”.

    Bundan başqa türkiyəli model İvana Sert də Dubayda qalan məşhurlar sırasındadır. O, hadisənin başladığı gün oğlu ilə birlikdə İstanbula qayıtmalı olduqlarını, lakin atılan raketlər səbəbindən uçuşların ləğv edildiyini açıqlayıb:

    “Qeyri-adi günlər yaşayırıq. Həyəcan siqnalları daim çalınır. Bu qorxuludur. Ən qısa müddətdə Türkiyəyə gəlmək istəyirik”.

  • Tolik canlı yayımda vidalaşdı – Video

    Aparıcı, prodüser Tarix Əliyev (Tolik) bu gün tamaşaçıları ilə canlı yayımda sağollaşıb.

    Tolik öz ərizəsi ilə işdən uzaqlaşdığını deyib:

    “Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, “Space TV”də “Tarixin bir günü” verilişi aparıram və proqramımda qanun pozuntusu olmayıb. Aparıcılıqdan çıxmaq haqqında ərizəmi rəhbərliyə verəndə vicdanım rahatladı. Əsəblərimə hakim olmamağım, başqasına emosional fikir bildirməyim böyük kanalın uğuruna ləkə ola bilməz. Həyatda itirəcəyim bir şey var, o da övladımdır. Bu, özümə verdiyim bir cəzadır. Verilişimi başqa aparıcıya təhvil vermirəm. Kanalda musiqi departamentinin rəhbəri də olmamışam”.

  • Axtarışa verilən Hüseyn bütün borclarını bağladı

    Azərbaycan əsilli məşhur bloqer Hüseyn Həsənovun Rusiya dövlətinə olan yüz milyonlarla rubl məbləğində vergi borcunu tamamilə ödədiyi məlum olub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bloqerin vəkili Mixail Yusupov məlumat verib.

    Vəkilin sözlərinə görə, Hüseyn 170 milyon rublluq əsas vergi borcu ilə yanaşı, hesablanmış cərimə və sanksiyaları da daxil olmaqla, ümumilikdə 300 milyon rubl (təxminən 6,6 milyon manat) ödəniş edib.

    Qeyd edək ki, dünən Moskvanın Presnenski Məhkəməsində bloqqerə qarşı qaldırılmış cinayət işi üzrə qiyabi məhkəmə prosesi başlayıb. İstintaq materiallarına görə, H. Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərərək real gəlirlərini gizlədib və büdcədən yayınmağa cəhd edib.

    Xatırladaq ki, 2025-ci ilin sentyabrında bloqerin suşi istehsalı ilə məşğul olan sonuncu şirkəti “Banda Foods” da borcları səbəbindən ləğv edilmişdi. Rusiyanı tərk edən Hüseyn Həsənov ötən ilin noyabrında ikinci dəfə axtarışa verilmişdi.

  • Bu serial final edir

    NOW” kanalında yayımlanan “Sahtekarlar” serialı ilə bağlı qərar verilib.

    Ekran işi 22-ci bölümdə final edəcək.

    Qeyd edək ki, serialın baş rolları Burak Deniz ilə Hilal Altinbilekə həvalə olunub.

  • “Türkiyədə Azərbaycan kanallarını ələ salırlar” – Video

    Xalq artisti Brilliant Dadaşova ötən gün TikTok-da canlı yayımda kanllarda baş verən xoşagəlməz hallardan danışıb. 
     
    Median.Az xəbər verir ki, müğənni açıqlaması ilə diqqət çəkib. O bildirib ki, verilişlərdə yayımlanan mövzular başqa ölkələrdə ələ salınır:
     
    “Türkiyədə olanda eşitdiyim söz ürəyimə toxunub. Neçə dəfə eşitmişəm ki, deyirlər, açın Azərbaycan kanallarını bir az gülək. Bu, çox incidicidir”./axşam.az

  • Azər Axşam: “Bu gün dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır”

    “Doğum günümdə ailəmlə birlikdə oldum. Sözün düzü, mən dəbdəbəli, səs-küylü ad günləri qeyd etmirəm. Övladlarım, ailəm, sevdiklərim üçün ən böyük arzum sağlam olmaq və salamatlıqdır”.

    Median.Az xəbər verir ki, bunu “Moderator”a açıqlamasında tanınmış aktyor, aparıcı Azər Axşam deyib.

    O, daha sonra sənətlə bağlı arzularından danışıb:

    “Bir sənət adamı kimi də arzum budur ki, mədəniyyət və incəsənət istədiyimiz formaya düşsün. Əfsuslar olsun ki, bu gün istədiyimiz nüanslar, amillər yoxdur. Bir sözlə hər şeyimizi itirə-itirə gedirik. Məni ağrıdan odur ki, 30 illik torpaqlarımızı qaytardıq, amma əvvəlki mənəvi dəyərlərimizi, mədəniyyətimizi, səviyyəmizi geri qaytara bilmirik. Amma bu həyatda təkcə ölümə çarə yoxdur. İnanıram ki, gec-tez hər şey öz yerini tapacaq”.

    Azər Axşam hazırda aktiv aparıcılıq fəaliyyəti ilə məşğul olmadığını bildirib.

    “Ola bilər ki, bu gün mənim kimi aparıcılara televiziyanın o qədər də ehtiyacı yoxdur?! Daha çox dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır”, – deyə aktyor bildirib.

  • “Ata olmağı çox istədim, amma olmadı” – Sərdardan illər sonra etiraf

    Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan türkiyəli müğənni Serdar Ortaç illərdir ürəyində qalan arzusundan danışıb.

    Median.Az xəbər verir ki, yeriməkdə çətinlik çəkən sənətçi verdiyi müsahibədə ata olmaq istədiyini etiraf edib.

    Ortaç 2014-cü ildə model Chloe Loughnan ilə ailə qurmuş, cütlük 2019-cu ildə qarşılıqlı razılıq əsasında boşanmışdı. Müğənni açıqlamasında “Ata olmağı çox istərdim, amma bu, qismət olmadı” sözləri ilə hisslərini ifadə edib.

    Sənətçinin emosional etirafı sosial mediada geniş müzakirələrə səbəb olub və qısa zamanda trend mövzusuna çevrilib.

  • Tolik Səidəni polisə şikayət etdi – Video

    Aparıcı Tarix Əliyevlə müğənni Səidə Sultan arasında qalmaqal yaşanıb.

    Tarix Əliyev Tiktokda canlı yayım zamanı DİN-in 102 xidmətinə zəng edərək müğənnidən şikayətçi olduğunu bildirib.

    Onun sözlərinə görə, müğənni televiziya aparıcılarını heç bir əsas olmadan təhqir edib.

    Qeyd edək ki, müğənni Səidə Sultan bir ildir efirlərdən uzaq qalmasının səbəbini açıqlayıb. Sosial şəbəkə hesabında video paylaşan sənətçi yerli telekanalları və aparıcıları kəskin tənqid edib. O, efir məkanında yaşanan səviyyəsizlikdən və bayağı ifaçıların təbliğ olunmasından narazılığını bildirib. Səidə Sultan efirdə əxlaq dərsi keçənlərin və saxta kişilik nümayiş etdirənlərin əslində buna haqqı olmadığını vurğulayıb.
    //unikal.az

  • Nikol Kidman varlı iş adamı ilə romantik münasibətdə şübhəli bilinir

    Yaxınlarda çətin boşanma prosesi yaşayan Hollivud aktrisa Nikol Kidmanın şəxsi həyatı ilə bağlı yeni söz-söhbətlər gündəmə gəlib.

    Qaynarinfo “Radar Online” portalına istinadən xəbər verir ki, aktrisa “MGM Resorts International” şirkətinin İdarə Heyətinin sədri Pol Salem ilə mümkün romantik əlaqədə şübhəli bilinir. Pol Salem dünyanın ən böyük kazino və otel operatorlarından biridir. Mənbələrin məlumatına görə, iş adamı öz dairəsində Oskar mükafatlı ulduza qarşı simpatiyalarını gizlətmir.

    Onlar ortaq dostlar vasitəsilə tanışdırlar və bir neçə dəfə birlikdə görülüblər, lakin ulduz və iş adamı təkbətək vaxt keçirməyiblər. Mənbələr həmçinin vurğulayırlar ki, hələlik real romantik münasibətdən söhbət gedə bilməz. Kidman isə yaxın ətrafının dediyinə görə, son dəyişikliklərdən sonra münasibətdə deyil və onları axtarmır.

    KİV ulduzun keçmiş əri Kit Urbanın reaksiyasına diqqət yetirib. Musiqiçinin mümkün yeni münasibət xəbərlərini ağrılı şəkildə qəbul etdiyi iddia olunur:

    “Kit, Nikolun çox tez yeni partnyor tapmasına qəzəblidir, üstəlik onun yaşca böyük və çoxmilyonçu olması onun hirsini və qısqanclığını artırır. Kağız üzərində boşanma sakit şəkildə başa çatsa da, bu hələ də onun üçün ağrılı mövzudur. Onun adını nüfuzlu, zəngin iş adamının adı ilə bağlamaq onu toxundur”.

    Mənbələrdən biri bildirir ki, onu daha çox narahat edən söz-söhbətlərin özü deyil, boşanmadan sonra çox tez meydana çıxmasıdır. Digər mənbələr isə qeyd edir ki, Urban sadəcə ailələrinin şəxsi həyatına artan diqqətdən məmnun deyil.

    Xatırladaq ki, Kidman və Urban rəsmi olaraq 19 illik evlilikdən sonra boşanıblar. Cütlük 2025-ci ilin sentyabrında boşanma ərizəsi verib, qarşılıqlı anlaşılmazlıqları əsas gətirərək sülh yolu ilə razılığa gəliblər. Qızları – 17 yaşlı Səndey Rouz və 15 yaşlı Feyt Marqaret – əsas qayğısını Kidman üzərinə götürüb.