Category: Şou Biznes

  • Məşhur qrup dağıldı

    Türkiyənin məşhur “KÖFN” qrupu dağılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qrup üzvləri Salman Tin və Bilge Kaan Etil karyeralarını ayrıca davam etdirmək qərarına gəliblər. Qeyd olunub ki, buna səbəb Etilin bir müddət xaricdə yaşamaq qərarına gəlməsidir.

    Qrupun birlikdə yeni layihələr hazırlamayacağı, yalnız birgə konsertlər verəcəyi bildirilib.

    Qeyd edək ki, onların instaqramda bir-birini izləmədən çıxarmasından sonra qrupun dağılması ilə bağlı şayiələr yayılmışdı.

    Onu da xatırladaq ki, 2018-ci ildə yaradılan qrup “Bi tek ben anlarım” mahnısı ilə məşhurlaşıb.

  • Qazax müğənni təyyarədə asayişi pozduğuna görə həbs edildi

    Qazaxıstanlı müğənni Kayrat Nurtas təyyarədə asayişi pozduğuna görə 15 sutka həbs edilib.

    Qaynarinfo bu barədə “Orda”ya isinadən xəbər verir.

    Müğənniyə qarşı Almatı-Astana reysi ilə uçan təyyarənin göyərtəsində xırda xuliqanlıq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddələri ilə iş açılıb. Məhkəmədə Nurtas israrla zərərçəkmiş olduğunu bildirib.

    “Mən dava salmamışam, qurban olmuşam. Əvvəlcə məni vurdular, sonra döyməyə başladım”, deyə müğənni bildirib.

    Kayrat Nurtas ötən gün Çimkənddə saxlanılıb. Bu günlərdə müğənnini restoran sahibi də məhkəməyə verib və ifaçını baş tutmayan tamaşaya görə avans almaqda ittiham edib. O, məhkəməni uduzub. Nurtas səhnədə nalayiq hərəkətlərə və yol hərəkəti qaydalarını pozduğuna görə də cərimə ödəyib.

  • Hüseyn bütün əmlakını itirmək üzrədir

    Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun vergi idarəsi ilə qalmaqalı bitmək bilmir.

    Rus mediası bununla bağlı daha bir məlumat yayıb. Yazıda qeyd edilib ki, Hüseyn bütün gəlir mənbələrini və əmlakını itirmək üzərədir.

    “Hər şey bu ilin mayında, vergi orqanları onun 40 faiz paya sahib olduğu “Banda Foods” şirkətinin hesablarını blokladıqdan sonra başlayıb. Buna səbəb 153 milyon rubl borc olub. Lakin Həsənov sosial şəbəkələrdə borcunu ödədiyini deyib” deyə, məqalədə yazılıb.

    Bununla belə, “Komsomolskaya pravda” nəşrinin məlumatına görə, şirkətin hesabları hələ də bloklanıb.

    Üstəlik, vergi orqanları “Banda Foods” şirkətini ləğv edir. Hüseynin konsaltinq və informasiya xidmətləri göstərən “Banda” şirkətinin təsisçilərindən ayrıldığı da məlum olub. Vergi orqanları Həsənovdan əmlakı, yəni ilkin dəyəri 7 000 000 rubl olan “Chevrolet Tahoe” avtomobili, ilkin dəyəri 35 000 000 rubl olan “Rolls-Royce” avtomobili və Moskva şəhərində 123,8 kv.m sahəsi olan binalarını geri almaq istəyirlər. Evlərin ilkin dəyəri 70 000 000 rubldur. //Axşam.az

  • Aygün Kazımova “Vogue Kraliçası” oldu – VİDEO

    Xalq artisti Aygün Kazımova uzun müddətdir anons etdiyi “S.O.S” adlı yeni layihəsini sevənlərinin ixtiyarına verib.

    Pop kraliça bu dəfə də məşhur türkiyəli rejissor Selim Akara müraciət edib.

    Ekran işində Kazımovanı “Vogue” tərzində rəqs edən 15 rəqqas müşayiət edib. İddialı layihə üzərində 60 nəfərdən ibarət yaradıcı heyət çalışıb. Çəkiliş üçün türkiyəli şoumen Okan Bayülgenin sahibi olduğu “Dada Salon Kabarett” bağlatdırılıb.

    Onu da qeyd edək ki, ölkəmizdə bu günə kimi “Vogue” rəqs tərzinə müraciət edən ifaçı olmayıb. Aygün Kazımova klipində “Vogue” rəqs tərzinə müraciət edən ilk müğənni olub.

    Klipdə əsas yaradıcı insanlardan biri də dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıldır. O, çəkiliş zamanı Aygün Kazımovanı tək qoymayıb.

    Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir.
    //azxeber.com

  • Manaf Ağayev deputatlığa namizəd olacaq? – Özü açıqladı

    “Mənim seçkiyə qatılmaq fikrim yoxdur”.

    Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev parlament seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

    Sənətçi belə bir fikiri olmadığını bildirib:

    “Deputat olmaq istəmirəm. Bu yerdə deyiblər də, oturduğun yerdə işə düş. Mən müğənniyəm, iş adamıyam, siyasətçi deyiləm. Qələt edərəm siyasətə qoşularam, siyasəti heç vaxt sevməmişəm. Məndən deputat olmaz”.

    Qeyd edək ki, mətbuatda müğənni Manaf Ağayevin parlament seçkilərində iştirak edəcəyi ilə bağlı məlumat yayılıb. Onun 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağı bildirilib. 2020-ci ildə keçirilən seçkilərdə bu dairədən Vüqar Bayramov mandat qazanıb.

  • Rusiyanın vergi orqanları Hüseyn Həsənovun şirkətini bağlayıb

    Rusiyanın Federal Vergi Xidməti (FTS) Azərbaycanəsilli bloger Hüseyn Həsənovun suşi çatdırılması ilə məşğul olan “Banda Foods” şirkətini bağlayıb.

    Bu barədə Mash xəbər verir.

    Nəşrin yazdığına görə, Həsənovun şirkətinin bağlanmasına səbəb vergi bəyannaməsinin olmaması, həmçinin bloqqerin Federal Vergi Xidmətinə borcu olub. Qida çatdırılması biznesi 2023-cü ilin yazında fəaliyyətə başlayıb.

    Xatırladaq ki, bundan əvvəl Federal Vergi Xidməti ödənilməmiş borcuna görə Həsənovun avtomobillərinə və mənzillərinə məhkəmə yolu ilə həbs qoymaq niyyətində olduğunu açıqlamışdı. Xüsusilə, bloger iki avtomobilini itirə bilər: “2020 Rolls-Royce Cullinan” və “2022 Chevrolet Tahoe”.

  • Müğənni Damlanın Ərdəbildə konsert verdiyi salon möhürləndi – FOTO / VİDEO

    Azərbaycanın tanınan müğənnisi Damlanın (Məsumə Məmmədova – red.) İranın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.

    Məlumata görə, Ərdəbil prokurorluğu bunu qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla əlaqələndirib.

    Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub.

    Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

  • Burak Özçivitin bu hərəkəti müzakirə yaratdı – Video

    Türkiyənin məşhur aktyoru Burak Özçivit pərəstişkarına qarşı etdiyi hərəkəti ilə gündəm olub.

    Tədbirdə aktyorla şəkil çəkdirən ərəb fanatı ondan ürək işarəsi tutmasını istəyib. Özçivit isə onun bu istəyini nəzakətlə rədd edib.

    Aktyorun bu addımı sosial şəbəkədə müzakirələrə səbəb olub.

    Həmin görüntüləri təqdim edirik:

  • Məşhur aparıcı efirdən ayrıldı – VİDEO

    Məşhur aparıcı efirdən ayrılıb.

    İctimai Televiziyanın “Xəbərlər” proqramının aparıcısı Nərmin Salmanova bu barədə canlı yayım zamanı məlumat verib.

    O, efirdən bir müddətlik uzaqlaşdığını və tezliklə geri dönəcəyini söyləyib.

  • Azərbaycanda ən qalmaqallı verilişlərdən biri bağlandı

    “ATV-nin zaman-zaman müzakirə yaradan verilişi “Rəngarəng səhər” növbəti mövsümündə yayımlanmayacaq”.

    OLAY yazır ki, bu barədə proqramın aparıcısı Zaur Nəbioğlu mövsüm finalında məlumat verib:

    “Aysel, sənə təşəkkür edirəm. Gələn mövsüm bərabər olmayacağıq. Bu “Rəngarəng səhər” olmayacaq. Bu necə olacaq, nə cür olacaq? Gələn mövsüm biləcəyik”.