Category: Şou Biznes

  • Moskva məhkəməsi Filipp Kirkorova mülklərini saxlamağa icazə verdi

    Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsi biznesmen Qleb Rıskovun müğənni Filipp Kirkorova qarşı qaldırdığı iddianın təmin edilməməsi barədə qərar qəbul edib.

    Bu barədə TASS agentliyinə sənətçinin vəkili Roman Kuzmin məlumat verib.

    Qeyd olunub ki, Q.Rıskov və F.Kirkorov arasındakı mübahisə predmeti Moskva çayı sahilində yerləşən tennis kortu və körpünün istismarına qoyulan qadağa olub.

    Daha əvvəl Qleb Rıskov bildirmişdi ki, əvvəlcə həmin ərazinin məşhur sənətçiyə məxsus olmasından xəbərsiz olub və ondan şəxsi məqsədlər üçün istifadə etməyi planlaşdırıb. Sahibkarın iddialarına görə, mübahisəli zona hüquqi cəhətdən ümumi istifadədə olan torpaqlara aid olsa da, faktiki olaraq Kirkorovun mülkiyyəti kimi rəsmiləşdirilib.

  • Aygün Kazımovanın vergiyə külli miqdarda borcu yığılıb

    Xalq artisti Aygün Kazımovanın vergi borcu yaranıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müğənninin vergi borcu hazırda 27 023,21 manat təşkil edir.

    Məsələ ilə bağlı Aygün Kazımova ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.

    Araşdırmalarımız zamanı məlum oldu ki, bu vaxtı keçmiş borc deyil. Əks halda Xalq artistinin ölkədən çıxışı məhdudlaşdırıla bilərdi. Borcun ödənilməsi üçün nəzərdə tutulan vaxt hələ başa çatmayıb.

  • Məşhur aktyor Ceyms Van Der Bik vəfat edib

    “Douson buxtası” serialında Douson Liri rolu ilə milyonların qəlbini fəth edən aktyor Ceyms Van Der Bik 48 yaşında dünyasını dəyişib.

    Bu barədə “The Hollywood Reporter” nəşri onun ailəsinin sosial şəbəkələrdəki paylaşımlarına istinadən məlumat yayıb.

    Qeyd edək ki, 2023-cü ildə həkimlər Van Der Bikdə bağırsaq xərçəngi aşkar etmişdilər, 2024-cü ildə isə o, diaqnozu barədə ictimaiyyətə açıq məlumat vermişdi.

    Aktyor 1997-ci ildə “Douson buxtası” serialındakı rolu ilə, yanaşı “Cazibə qanunları” və “Cey və susqun Bob cavab zərbəsi endirirlər”, “Ananızla necə tanış oldum”, “Cani kimi düşünmək”, “Tənha ağaclı təpə”, “23 nömrəli mənzildəki ifritəyə inanma”, “Mərhəmət” və “Daha yaxşı həyatı olan dostlar” film və seriallarındakı rolları ilə tanınıb.

  • Məşhur türkiyəli aktrisa vəfat etdi

    Türkiyə kinosunun görkəmli simalarından biri və “Yeşilçam” aktrisası Nevin Efe xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli keçirdiyi kəskin narahatlıq səbəbindən vəfat edib.

    Bu barədə Median.Az “TGRT Haber” nəşrinə istinadən xəbər verir.

    78 yaşlı aktrisa bir müddətdir müalicə aldığı Taksim İlk Yardım Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

  • “Avroviziya”da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək

    Yanvar ayının 18-də seçimlər yekunlaşdıqdan sonra, İctimai kanal “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib.

    Bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib. Belə ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir.

    İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib.

    Dəvət olunmuş iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil olunub. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı, beynəlxalq auditoriya üçün potensialı və Avroviziya formatına uyğunluğu həm peşəkar seçim komissiyası, həm də xüsusi formalaşdırılmış fokus qrupu tərəfindən qiymətləndirilib.

    Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb. Seçim prosesi davam edir və yekun qərar əlavə yaradıcı və strateji müzakirələrdən sonra elan olunacaq.

    Azərbaycan nümayəndə heyəti müsabiqədə ölkəni ən yüksək səviyyədə təmsil edəcək ifaçının və kompozisiyanın müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

    Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

  • Puqaçova ictimaiyyətdən uzaqlaşdı

    Kipr sakinləri Alla Puqaçovanın nadir hallarda ictimaiyyət qarşısına çıxmasını müzakirə edirlər. Onlar müğənninin belə davranışını onun sağlamlığı və adadakı həyat tərzi ilə əlaqələndirirlər.

    Bu barədə Kp.ru məlumat yayıb

    “Yaxşı, onun yaşında kimdə oxşar problemlər yoxdur ki? Mən Alla Borisovnanı bir il əvvəl gördüm. O, şən idi və tək gəzirdi. Əgər həqiqətən xəstə olsaydı, burada oturmazdı. Kiprdə səhiyyə dəhşətlidir! Bütün şəhərdə yalnız bir layiqli özəl klinika var, amma o da inanılmaz dərəcədə bahadır”, – deyə Kiprdə yaşayan bir rus qadın bildirib.

    Limasol sahilində müğənnini müşahidə edən başqa bir yerli sakin isə Puqaçovanın yorğun və gərgin göründüyünü, üzünü papağın altında gizlətməyə çalışdığını qeyd edib.

    “Onu bir dəfə gördüm – çox gərgin, yorğun, əyilmiş, papağı alnından aşağı çəkilmiş vəziyyətdə idi. Onu tanıdığımızı anlayanda üz ifadəsi belə idi: “Məni sakit buraxın”, – deyə Anna xatırlayıb.

    Kiprdə yaşayan bir çox rusiyalı hesab edir ki, məsələ sənətçinin sağlamlığı və ya kameralardan qorxması ilə bağlı deyil, əksinə, onun əvvəlki həyatına qayıtmasının mümkün olmaması və gələcəyin tamamilə qeyri-müəyyən olması ilə əlaqədardır.

  • Alla Puqaçovanın keçmiş teatr layihəsi bağlandı

    Vaxtilə rusiyalı tanınmış müğənni Alla Puqaçovaya məxsus olan “Mahnı Teatrı” şirkəti yenidən fəaliyyətini dayandırıb.

    Median.Az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

    Qeyd edək ki, şirkət 2008-ci ildə Alla Puqaçova və onun qızı Kristina Orbakayte tərəfindən yaradılıb. Ancaq artıq 2009-cu ildə hər iki sənətçi təsisçilər sırasından ayrılıb və şirkətin adı dəyişdirilib.

    İlkin olaraq teatrın Sankt-Peterburqda tikilməsi nəzərdə tutulsa da, bu layihə reallaşdırılmayıb.

    Yenidən təşkiletmə prosesinin 2025-ci ilin oktyabrında başa çatdığı açıqlanmışdı. Prosesdə ikinci tərəf kimi reklam sahəsində çalışan “PMI Soft” MMC iştirak edib.

    Sənədlərə görə, bütün prosedurlar yekunlaşdıqdan sonra “PMI Soft” MMC fəaliyyətini dayandıracaq. Beləliklə, Alla Puqaçovanın adı ilə əlaqəli olan layihənin hüquqi mövcudluğu başa çatacaq.

    Xatırladaq ki, əvvəllər Alla Puqaçovanın Solneçnoqorskda olan malikanəsinin qiymətinin 10 milyon rubl ucuzlaşdığı bildirilib. Buna səbəb ərazidə qanunsuz inşa olunan körpü ilə əlaqədar yaranan qalmaqal olub.

  • Türkiyədə sosial media fenomeni Kerimcan Durmaza həbs cəzası verildi

    Qeyri-qanuni mərc saytlarını reklam edərək insanları buna təşviq etdiyi iddiası ilə mühakimə olunan sosial media fenomeni Kerimcan Durmaz haqqında qərar verilib.

    Median.Az bu barədə “TGRT Haber” telekanalına istinadən xəbər verir.

    İstanbul məhkəməsi Durmazı bir il səkkiz ay müddətinə həbs cəzasına məhkum edib. Məhkəmə heyəti Durmazı “insanları reklam yolu ilə idman yarışlarına əsaslanan mərc və şans oyunlarını oynamağa təşviq etmək” cinayətindən təqsirli bilib.

    Həmçinin Durmaz barəsində tətbiq edilən ölkədən çıxış qadağası şəklindəki məhkəmə nəzarət tədbirinin davam etdirilməsinə qərar verilib.

  • Rusiyanı tərk edən Hüseyn Həsənova həbs şoku

    Azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənova qarşı ittiham irəli sürülüb.

    Bu barədə Moskva Prokurorluğunun “Telegram” kanalında məlumat verilib.

    Cənub İnzibati Rayon Prokurorluğu cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

    Həsənov cinayət törətməklə əldə edilmiş pulların yuyulmasında ittiham olunub.

    Cinayət işi hazırda axtarışda olan təqsirləndirilən şəxsin iştirakı olmadan standart məhkəmə iclası üçün Presnenski Rayon Məhkəməsinə göndərilib. Həsənova qiyabi həbs qətimkan tədbiri seçilib.

    * Bakıda qadın bıçaqla Hüseyn Həsənovun evinə gələrək onu hədələyib

    Bundan əvvəl istintaq müəyyən etmişdi ki, fərdi sahibkar kimi Həsənov əsl gəlirini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan (təxminən 3.8 milyon manat) çox vergi ödəməyib.

    2025-ci ilin sentyabr ayında Federal Vergi Xidməti Həsənovun 2023-cü ildə suşi rolları istehsal etmək üçün təsis edilmiş sonuncu şirkəti olan “Banda Fuds”u ləğv edib. Şirkət zərərlə işləyib və borcu təxminən 800 000 rubl (təxminən 17 800 manat) olub.

    Həsənovdan borcunu ödəmək tələb olunsa da, o, Rusiyanı tərk edib.
    //oxu.az

  • Fatih Ürek vəfat etdi

    Dörd aydır reanimasiyada olan 59 yaşlı türkiyəli məşhur müğənni Fatih Ürək vəfat edib.

    Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

    Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı.