Category: Şou Biznes

  • Məşhur bloger Hüseyn Həsənovun hesablarına blok qoyuldu – Bu qədər BORCU VAR İMİŞ

    Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov vergi ilə bağlı istintaqa cəlb oluna bilər.

    Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

    Məlumta görə, Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloggerin özü başqa dövlətin ərazisindədir.

    Qeyd edilib ki, vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.

    “Bizim məlumatlara görə, hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur”, – nəşr yazır.
    //Baku.ws

  • Brilliant Dadaşova yeni rəqsi ilə gündəmdə – VİDEO

    Xalq artisti Brilliant Dadaşova yeni görüntüləri ilə diqqət çəkməyi bacarıb.

    Sənətçi son zamanların trend mahnılarından birinin sədaları altında xeyli rəqs edib.

    Dadaşova həmin anları lentə alaraq tiktok və instaqram sosial şəbəkələrində paylaşıb.

    Xalq artirinin bu paylaşımı izləyicilərinin marağına səbəb olub.

    Xatırladaq ki, ifaçı hərdən sosial şəbəkədə müxtəlif rəqs videolarını paylaşır.
    //Baku.ws

  • “Avroviziya” qalibinin əmlakı müsadirə olundu

    Krımda Ukraynanı 2016-cı ildə “Avroviziya”da təmsil edən və qalib olan Camalanın əmlakı müsadirə edilib.

    Krım parlamentinin rəhbəri Vladimir Konstantinovun sözlərinə görə, qərar müğənninin əmlakına, həmçinin Aluştada qohumlarının adına rəsmiləşdirilmiş iki torpaq sahəsinə və yaşayış binasına şamil edilib.

    Siyasətçi bildirib ki, Rusiyaya qarşı düşmən mövqe tutan, habelə Kiyev hakimiyyətini dəstəkləyən və Ukrayna ordusuna himayədarlıq edən şəxslərin milliləşdirilmiş əmlakının siyahısını 110 obyektlə genişləndirən qərara Camalanın aktivləri daxil edilib.

    Qeyd edək ki, Camala daha əvvəl Rusiyada axtarışa verilib.
    //azxeber.com

  • “Şirin” obrazı ilə tanınan aktyor ata oldu

    Aktyor Nicat Rəhimov altı ildən sonra ata olub.

    Bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb.

    O bildirib ki, Nicatın qız övladı dünyaya gəlib.

    “Nə gözəl xəbər, çox şükür. “Qız ataları klubuna” xoş gəldin, əziz qardaş”, – deyə İlkin Həsəni paylaşımında yazıb.

    Qeyd edək ki, N.Rəhimov 2017-ci ilin dekabrında ailə həyatı qurub. Aktyor bir müddət əvvəl müsahibəsində “5 ilə yaxındır ailə qurmuşam, övladım yoxdur. Düzdür, əvvəl niyə olmur, filan, çox suallar olurdu. Hansısa yaxın adamlar soruşurdu niyə olmur. Onu buraxmışam Allaha. Allah indi onu məsləhət görmürsə, qismət etmirsə, demək o bilir nə edir”, – sözlərini demişdi.

  • Konsert zamanı yarasa müğənnini dişlədi

    İspaniyada müğənni Taylor Momseni konsert zamanı yarasa dişləyib.

    “Pretty Reckless” qrupunun ulduzu Taylor Momsen mahnını ifa edərkən tamaşaçılar qəfil qışqırmağa və müğənninin ayağına işarə etməyə başlayıblar.

    Məlum olub ki, səhnəyə uçan yarasa Momsenin libasının ətəyindən yapııb. Yarasa ifaçının ayağını dişləyib. Momsen hadisəni  həyəcanlanmadan qarşılayıb.

    O ayağına yapışan yarasanı tamaşaçılara göstərərək, oxuduğu “Witches Burn” (“Cadugərlər yanır”) mahnısına işarə edib və özünün həqiqətən də cadugər olmasına inandığını deyib.

    Momsen konsertdən sonra xəstəxanaya aparılıb və orada quduzluğa qarşı peyvənd vurulub. Növbəti bir neçə həftə ərzində qadın peyvənd kursunun bir hissəsi kimi daha bir sıra inyeksiya alacaq.

  • Flora Kərimova Afətdən sonra Ülviyyəni də məhkəmədə uddu

    Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

    Bu barədə müğənni özü məlumat yayıb.

    “Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikçisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var”.

    Xatırladaq ki, F.Kərimovanın şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanılmışdı.

    Ü.Alovlu bir müddət əvvəl “Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu” paylaşımını etmişdi.

    Qeyd edək ki, Xalq artisti Flora Kərimova bir müddət əvvəl müğənni Afət Fərmanqızıya da məhkəmədə qalib gəlmişdi.

  • Məşhur şoumen ekranlara QAYIDIR: Yeni yarışması ilə – VİDEO

    Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil yeni yarışması ilə ekranlara geri dönür.

    Qonaq aktyor olmaqdan başqa uzun müddətdir bir layihədə yer almayan Mehmet Ali Erbil uzun illərdən sonra ekrana qayıtmasının müjdəsini “Yeni deyil, geri döndü” deyərək verib.

    Türkiyənin məşhur kanallarından biri olan “Kanal D” bu yaxınlarda teatrın pərdəsindən yalnız barmağın göründüyü sirli treyler yayımlayıb. Yeni yayımlanan treylerdə barmağın sahibinin Mehmet Ali Erbil olduğu və ekrana yeni layihə ilə dönəcəyi açıqlanıb.

  • Hakim israr etdi, onlar barışmadı – Flora Kərimova və Afət Fərmanqızı yenidən MƏHKƏMƏDƏ

    Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

    Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev dəfələrlə tərəfləri barışığa dəvət edib.

    Onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmasını, bu cür mübahisələrin başucalığı gətirmədiyi diqqətə çatdırılıb.

    Afət Fərmanqızı isə ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb.

    A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib.

    Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib.

    Lakin Flora Kərimova yenə də israrla barışmaq istəmədiyini vurğulayıb.

    Bundan sonra proses iyunun 14-dək təxirə salınıb.   

    Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
    //lent.az

  • Kirkorovun Moldovaya giriş qadağası ləğv edildi

    Kişineu rayon məhkəməsi rusiyalı müğənni Filip Kirkorovun Moldovaya girişinə 2022-ci ildə qoyulmuş qadağanı ləğv edib.

    Bu barədə məlumat respublika məhkəmələrinin vahid portalında yer alıb.

    Məhkəmə Kişineu Beynəlxalq Hava Limanının sərhəd polis idarəsinin çıxardığı 28 iyul 2022-ci il tarixli qərarı ləğv edib.

    O zaman İstanbuldan təyyarə ilə gələn sənətçi Moldovaya buraxılmayıb. VIP salonda pasport nəzarətindən keçərkən sərhəd polisi ifaçının ölkəyə girişinin qadağan olunduğunu bildirib.

    Mənbə: rg.ru

  • Emil Bədəlov: “Arıqlayanda deyirlər pis yola düşmüsən?”

    Kökələndə deyirlər kökəlmisən, arıqla, arıqlayanda deyirlər ki, pis yola düşmüsən?

    Oxu.Az xəbər verir ki, bu sözləri “Zaurla Günaydın” verilişində müğənni Emil Bədəlov arıqlaması haqqında danışarkən deyib.

    “Əslində, efirdə belə söhbətlər etməyi xoşlamıram. Novruz bayramında bağdaydıq. Həmin zaman diş implantı həyata keçirmişdim. Şəkil çəkdirən zaman diş sırasını bərpa edən qapağı çıxarmışdım. Saytlar şəkil barəsində xoşagəlməz sözlər yazmışdılar, lakin məsələnin nə yerdə olduğunu biləndə zəng edib üzr istədilər. Pis adam hər zaman pis görəcək”, – deyə müğənni qeyd edib.