Category: Şou Biznes

  • Əməkdar artistdən qalmaqallı AÇIQLAMA: “Pul qazanan kişinin xəyanətini bağışlayardım” – VİDEO

    “Mən pul qazanan kişinin xəyanətini bağışlayardım”.

    Bu sözləri Əməkdar artist Gövhər Rzayeva Azad Azərbaycan Televiziyasının (ATV) efirində yayımlanan verilişlərin birində deyib.

    “İndiki zamanda pul insanın üzünü ağ edən vasitədir, ad-sandır. Pulu istəməyən yoxdur. Amma insan gərək pula satılmasın. Mən pul qazanan kişinin xəyanətini bağışlayardım, çünki tək qadınam. Qadın gecə fikirləşir ki, sabah haradan çörəkpulu qazanım, bu, çox çətindir. O kişi ki, evdə bütün problemləri həll edir, onu bağışlamaq olar. Çünki o, qadına əziyyət vermir. Sevgi də bir yerə qədərdir”.

  • Riki Martin Bakıda ilk dəfə konsert verəcək

    Latın Amerikası musiqisinin dünyaca tanınmış ulduzlarından olan Riki Martin Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.

    Tədbir avqustun 2-də baş tutacaq. Sənətçi özünün ən yaxşı hitlərini ifa edəcək.

    Təşkilatçılar qeyd edirlər ki, Riki Martin Azərbaycana 43 nəfərlik komandası ilə gələcək.

    Biletlər iyunun 28-dən satışa çıxarılacaq.

  • Elşad Xosenin ailə FOTOsu

    Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə fotosunu paylaşıb.

    Median.Az “axşam.az”a istinadən xəbər verir ki, şəkil cütlüyün bağında çəkilib.

    Onların yanında olan uşağın isə kimliyi suallar yaradıb. Bir çoxları onun Elşadın övladı olduğunu güman edib.

  • Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)

    “Bir də görürsən toya pulsuz gedirəm. Ya da 100 manata toya gedirəm”.

    Bu sözləri müğənni Tacir Şahmalıoğlu “Elgizlə izlə” verilişində deyib. Sənətçi vergi ödəməsindən və toylara getməsindən danışıb:

    “Biz də toya gedib, ailə dolandırırıq. Onun da vergisini ödəyirik. Müğənnilərə dəyməyin, biz elin güzgüsüdür. Biz xalq üçün yaşayırıq. Gedib cibimdən pul verib 2-3 minə mahnı yazdırıram. Gedib niyə pulsuz oxuyum? Hərdən gedirəm də. Müğənni toya gedib əziyyət çəkir”.

    T.Şahmalıoğlu vergi “VÖEN-nin var” sualına “VÖEN-im yoxdur. Amma mənim 1 bədii, 3 sənədli filmim, adım Qızıl Fonddadır. 48 dövlət mənim filmlərimə baxır. Dövlət mənim 5 manatıma möhtacdır? ” reaksiyasını verib.

  • “Şrek”in yeni bölümü çəkilir

    Məşhur aktyor Eddi Mörfi bildirib ki, o, artıq “Şrek” cizgi filminin yeni hissəsinin səsləndirilməsi üzərində işləyir.

    Gülüş ustası ekran əsərində yaşıl bədheybətin dördayaqlı dostu – eşşəyi səsləndirir.

    “Yeni “Şrek” filminin çəkilişlərinə beş ay əvvəl başlamışıq. Əvvəlcə “Şrek” filmi buraxılacaq, sonra isə eşşəyin öz filmi olacaq”, – o qeyd edib.

    Mənbə: championat.com

  • Qətlə yetirilən polis kapitanı məşhur müğənninin qohumu imiş – FOTO

    Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

    Qətlə yetirilən polislərdən biri Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısıoğludur.

    Bu barədə Elnar Xəlilov öz sosial şəbəkə hesabında bildirib.

    O, Eldəniz Məmmədovun fotosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.


  • Alsudan bakılı ərindən boşanmasına ilk reaksiya

    Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.

    Axşam.az-ın məlumatına görə, Alsu ilk dəfə məsələ ilə bağlı suallara münasibət bildirib.

    Müğənni jurnalistlərin suallarını cavablayarkən bu mövzuda danışmaq istəmədiyini bildirsə də, hər şeyin qaydasında olduğunu qeyd edib:

    “Hər şey yaxşıdır, şərh vermirəm, amma hər şey yolundadır”.

    Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var – Safina, Mikella və Rafael.

    Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilib. O, rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.

  • Meyxanaçı Ağamirzənin qızı ABŞ-də ailə qurdu

    Tanınmış meyxanaçı Ağamirzə Məmmədovun qızı ailə həyatı qurub.

    Bu barədə o, “Xəzər” TV-də yayımlanan verilişlərdən birində qonaq olarkən deyib.

    Meyxanaçı kürəkəninin ABŞ-də işlədiyini, qızının isə təhsil üçün oraya yola düşdüyünü bildirib.

    Gənclərin toyu iyunun 9-da ABŞ-də baş tutsa da, söz ustadı mərasimdə iştirak edə bilməyib. Buna baxmayaraq, müğənni Elariz Məmmədoğlu məclisə qatılıb.

  • Hüseyn Dəryanın həyat yoldaşı ilə oğlu – FOTO

    Mərhum repçi Hüseyn Dəryanın oğlu Cahangir Muradov sosial şəbəkə hesabında yeni fotolarını paylaşıb.

    Onun izləyiciləri ilə bölüşdüyü fotolardan birində anası Sona Muradova da yer alıb.

    Şəkillərdə müğənni Aygün Mahmudova ilə övladı da var.

    Xatırladaq ki, Sona Muradova Hüseyn Dəryanın ikinci həyat yoldaşıdır. O əvvəllər “Gilavar” qrupunun prodüseri kimi fəaliyyət göstərib. Cütlüyün bu evlilikdən Cahangir adlı bir oğlu var.

    Onu da qeyd edək ki, Hüseyn Dərya 2014-cü ilin martında avtomobil qəzasında dünyasını dəyişib.


    //Baku.ws

  • Rihanna 20 ildən sonra Şarliz Teronu əvəzlədi

    Müğənni və musiqi prodüseri Rihanna klassik “Dior J`adore” ətrinin yeni siması olub.

    O, son 20 ildə bu missiyanı yerinə yetirən 48 yaşlı aktrisa Şarliz Teronu əvəz edib. 36 yaşlı müğənni yeni işini “şərəfli” adlandırıb.

    “Uzun müddətdir tanıdığım və sevdiyim qoxu qadınlar üçün çox şey deməkdir. Mən, xüsusilə, bu macəraya qoşulmağı və dünyam, tarixim, köklərim, həmçinin yaradıcılığım və qadınlığım vasitəsilə bu macəraya töhfə verməyi səbirsizliklə gözləyirəm”, – deyə Rihanna bildirib.

    Amerikalı fotoqraf Stiven Klayn tərəfindən çəkilmiş müğənninin iştirak etdiyi ilk reklam kampaniyası sentyabrın 1-də təqdim olunacaq.

    Qeyd edək ki, “J”Adore” ətri 1999-cu ildə buraxılıb.

    Mənbə: rbc.ru