Category: Şou Biznes

  • Nikol Kidman Tom Kruzdan boşanması haqqında danışdı – FOTO

    56 yaşlı avstraliyalı-amerikalı aktrisa Nikol Kidman Tom Kruzdan boşandıqdan sonra çətin günlər keçirdiyini etiraf edib.  
     
    Məşhur cütlük 10 ildən çox evli olub. Onlar övladlığa götürülmüş bir qız və bir oğlan valideyni olublar.
     
    Ötən gün 90-cı illərin məşhur Hollivud ulduzu Nikol Kidman Cennifer Eniston, Sofiya Verqara, Codi Foster, Naomi Uotts, Anna Savai, Bri Larsonu bir jurnalın üz qabığında toplanıb.
     
    Xüsusilə, söhbət əsnasında Nikol Kidman 2000-ci illərin əvvəllərində “Qorxu otağı” filmində necə baş rol oynadığını xatırlayıb. Aktrisanın sözlərinə görə, çox gərgin və çətin bir dövrdən keçdiyi üçün sonda rol Jodie Fosterə verilib.
     
    Kidman 2001-ci ildə Tom Kruzdan boşanmasını xatırlayaraq:
     
     “Özümü çox pis hiss edirdim. Əsəb böhranı keçirdiyimi bilirdim. Allaha çox şükürlər olsun ki, Jodie işi öz üzərinə götürdü” – deyə səmimi etiraf edib. 
     
    The Hollywood Reporter jurnalının yeni üz qabığı

    Xatırladaq ki, aktrisa keçmiş sevgilisi Tom Kruzla 1990-2001-ci illərdə evli olub. Cütlüyün bioloji uşaqları olmayıb. Bununla belə, bir qız və bir oğlan övladlığa götürüblər. Bella 1992-ci ildə, Konnor isə üç il sonra ulduz ailəsinin üzvü olub.

     

    Aktyor cütlüyün boşanmasından sonra uşaqlar ataları ilə daha çox vaxt keçirirlər.

     

    Daha sonra Tom Kruz Katie Holmes ilə evlənib. Bu evlilikrən onların qızı Suri dünyaya gəlib. Ancaq aktyorun yeganə bioloji övladı ilə münasibətləri çox gərgindir. Onlar praktiki olaraq görüşmürlər. Kruz qızının 18 yaşı münasibətilə təşkil edilmiş gecədə belə iştirak etməyib.

     

    Kidman isə həyat yoldaşı Keith Urban ilə evlidir. Xoşbəxt cütlüyün 15 yaşlı Bazar və 13 yaşlı Faith adlı qız övladları var.
    //sfera.az

  • Repçi çayda boğulub öldü

    Repçi Ayan Nikiforov (IAN HOPELESS) Moskva yaxınlığındakı Himka şəhərində həlak olub.

    25 yaşlı sənətçi Klyazma çayında boğulub.

    Nikiforovun dostları son vaxtlar onun Moskvada yaşadığını və işlədiyini söyləyiblər.

    Repçi yeni albom buraxmağa hazırlaşırdı.

    Xatırladaq ki, Ayandan bir müddət əvvəl aktyor, rejissor və bəstəkar Makey Lüsni də 56 yaşında öldü.

    O çəkiliş meydançasına gedərkən avtomobil qəzasına düşdü.

  • Əməkdar artist ona məxsus şadlıq evini niyə satıb?

    “Ərindən boşanan, həbsdən çıxan gəlirdi ki, yardım elə. Ona görə də, şadlıq evimi satdım”.

    Bu fikirləri Əməkdar artist Yusif Mustafayev verilişlərin birinə qonaq olarkən deyib.

    O, aparıcının “doğrudur ki, Cəlilabaddakı məscidin tikintisi üçün insanlardan 30 min almısınız və qalan məbləği özünüz qoymusunuz” sualına belə cavab verib:

    “O məscid var idi, dağılmışdı. İnsanlarla imza topladıq, qurumlara müraciət etdik. Onlar da, insanlar da yardım etdilər. Bu söhbətə görə, 5 ay efirə çıxmayacaqdım. Pul məsələsini burada açmaq düzgün deyil. Kim nə istəyirsə, danışsın. Kim nə veribsə, Allah yolunda edib. Millətimiz yaxşıdır, amma aramızda olan naqislər mərdi qova-qova namərd edirlər. Amma 100 ildən sonra deyəcəklər ki, belə bir insan olub, Allah ona rəhmət eləsin.

    Uzaqdan baxan elə bilir ki, “Kamaz”larla pulum var. Tövbə, yoxumdur. Allah ruzimi verir. Oturduğum yerdə toya gedirəm. Əziyyətlə Bakıda şadlıq evi tikdirmişdim. Orada qohumlar işləyirdi. Ərindən boşanan, həbsdən çıxan gəlirdi ki, yardım elə. Ona görə satdım. Şadlıq evinin adı var idi, bina görünürdü, içində heç nə yox idi. İnan ki, üzümün tükü yoxa çıxmışdı, kosa qalmışdım. Mənə 100 şər atırlar. Qurban olum Azərbaycan dövlətinə. Hamının nə işlə məşğul olduğunu yaxşı bilirlər”.

  • Niyaməddin Musayev: “Başı xarab adamlardır…”

    Xalq artisti Niyaməddin Musayev Əməkdar artist Elza Seyidcahanı müğənni Elnarə Xəlilova ilə dəyişik salmasına münasibət bildirib.

    O, Qaynarinfo-ya açıqlamasında hər kəsin çaşaraq nəyisə unuda biləcəyini qeyd edib:

    “Elza Seyidcahan gözəl müğənnidir, gözəl bəstəkardır. Onunla eyni layihələrdə olmuşam. Elza xanım gözəl təşkilatçıdır. Bu hər bir adamda olan şeydir, təsadüfdür. Elnarə xanımın adı yadımdan çıxdı. Kim nə yazır yazsın. Başı xarab adamlardır da, hər sözdə nəsə axtarırlar. Düşünürəm ki, hər kəs çaşa bilər”.

    Qeyd edək ki, verilişlərin birində qonaq olan Xalq artisti Niyaməddin Musayev verilişdə müğənni Elnarə Xəlilovanın adını unudub və ona Elza Seyidcahan deyə müraciət edib.

  • 18 illik həyat yoldaşından ayrılan Alsu ilk dəfə görüntüləndi

    Tanınmış rusiyalı müğənni Alsu həyat yoldaşından ayrıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

    Median.Az Rusiya mediasına istinadən xəbər verir ki, onun fotoları sosial şəbəkədə yayımlanıb.

    Kadrlar Alsunun parkda gəzintisi zamanı çəkilib.

    Müğənni zərif boz ipək kostyumda, idman ayaqqabısı görüntülənib.

    Xatırladaq ki, Alsu 18 il birlikdə yaşadığı əri Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

  • Alsu 18 illik evlilikdən sonra boşanır

    Tanınmış rusiyalı müğənni Alsu 18 il birlikdə yaşadığı əri Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

    Məlumata görə, boşanma üçün ərizə Moskvanın Presnenski rayonundakı məhkəməyə daxil olub.

    Bildirilir ki, əmlak və qəyyumluq hüquqlarının bölünməsi ilə bağlı iddialar boşandıqdan sonra veriləcək.

    Xatırladaq ki, Alsu və Yan Abramov 2006-cı ildə ailə həyatı qurublar. Cütlüyün üç övladı var – qızları Safina və Mikella, həmçinin səkkiz yaşında olan oğlu Rafael.

    Mənbə: NTV

  • İlhamə Quliyeva ilə bağlı ŞOK İDDİA – Oğlunu universitetdən və işlədiyi şirkətdən qovdurub – VİDEO

    Aparıcı Sərxan Kərəmoğlu açıqlaması ilə marağa səbəb olub.

    Median.Az xəbər verir ki, o “Səni axtarıram” verilişində mərhum Xalq artisti İlhamə Quliyevanın itkin düşən oğlu Orxandan danışıb.

    Sərxan qeyd edib ki, sənətçi sağlığında övladlığa götürdüyü Orxanın həyatını cəhənnəmə çevirib.

    Onu oxuduğu universitetdən və işlədiyi şirkətlərdən qovdurub ki, əli pula çatmasın. Belə olsa Orxan, İlhamə Quliyevanı tərk edəcək.

    Ətraflı videoda:

  • Hacı Nuran: “Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər”

    Aparıcı Hacı Nuran Hüseynov ötən il evlənəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb.

    O”Maqazin plus” verilişinə açıqlamasında hələ evlənməyəcəyini bildirib:

    “Hara tələsirsiniz? Hələ vaxta var. Allah hər bir insanın öz vaxtını tənzimləyir. Nəyəsə tələssək də, hər kəsin öz vaxtı var. Mən artıq 10 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdim. İndi də müalicə alıram. Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər. Lakin indi illər keçib artıq. Yenə də həkimlərin nəzarətindəyəm. Bu səbəbdən də hər şeyin öz vaxtı var”.

  • Röya yeni duetini təqdim etdi – Video

    Xalq artisti Röya Ayxan yeni duetə imza atıb.

    Məşhur müğənni bu dəfə Nəsimi Məmmədovla “Bilən olmasın” adlı mahnıya həyat verib.

    Mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə məxsusdur.

    Layihəni Türkiyədən Azərbaycana dəvət olunan komanda ekranlaşdırıb. Klipin rejissoru Orçun Mutludur. Röya Ayxanın staylinqini Özgür Yüksel edib.
    Klipdə iki xoşbəxt cütlüyün həyatı əks olunub. Ekran işi N. Məmmədovun yutub hesabında təqdim edilib.
    //azxeber

  • 17 yaşlı reper özünü güllələdi – FOTO

    ABŞ-nin Virciniya Ştatının Suffolk bölgəsində yaşayan 17 yaşlı reper Rylo Huncho tapança ilə oynayarkən təsadüfən özünə atəş açıb. O, atəş nəticəsində həyatını itirib.
     
    Bu faktı hüquq-mühafizə orqanları təsdiqləyib.
     
    Qeyd edək ki, reper təsadüfən özünü öldürdüyü anları da anbaan lentə alıb.


    //sfera.az