Category: Şou Biznes

  • Nigar Camalın qızı çempion oldu – FOTO

    Müğənni Nigar Camalın 18 yaşlı qızı Jasmin çempion olub.

    İfaçı bu barədə sosial media hesabında paylaşım edib.

    Bildirilib ki, futbolla məşğul olan Jasminin oynadığı Londonun “Watford” klubu çempion olub.

  • Murat Boz Bakıya gəlir

    Murat Boz da Bakıda konsert verən türkiyəli müğənnilər sırasına qoşulacaq.

    Müğənni canlı performans ilə Bakıdakı pərəstişkarlarının qarşısına çıxacaq.

    Musiqili gecə iyun ayının 21- də baş tutacaq.
    //azxeber

  • Eminemin qızı ailə həyatı qurdu – FOTO

    Məşhur reper Eminemin qızı Heyli Ceyd Skott sevgilisi Evan Makklintokla evlənib.

    Bu barədə TMZ məlumat yayıb.

    Heyli ictimaiyyət qarşısına fiqurunu ortaya çıxaran dekolteli və uzun ağ dar libasda çıxıb.

    O, görünüşünü mirvari sırğalar və fata tamamlayıb. Toy mərasimində Eminem də olub. İfaçı şənlikdə qızı ilə rəqs edib.


    //Baku.ws

  • Əməkdar artistə ağır itki

    Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.

    Median.Az“d.maqazin”ə istinadən xəbər verir ki, müğənninin qardaşı dünyasını dəyişib.

    Mərhum bu gün vəfat edib.

    Qeyd edək ki, sənətçi qardaşının uzun müddətdir dializ xəstəsi olduğunu açıqlamışdı.

  • Təxirə salınan Moskva konserti bu gün baş tutacaq

    Xalq artisti Röya Ayxan bu gün Moskvada “Vegas City Hall”da konsert verəcək.

    Bu barədə xalq artisti instaqramda məlumat yayıb.

    O, foto paylaşaraq sabah görüşürükmü? sözlərini yazıb.

    Xatırladaq ki, estrada ulduzunun konserti “Crocus City Hall”da keçən ay baş verən terror hadisəsi ilə əlaqədar təxirə salınmışdı.

    Onun 22 mart tarixindəki konsert biletlərinin hamısı qısa müddətdə satılmışdı.
    //azxeber.com

  • Çingiz Mustafayev evlənir

    “Eurovision” təmsilçimiz Çingiz Mustafayevin toyudur.

    News24.az-ın iddiasına görə, o, mayın 19-u ukraynalı xanımla ailə quracaq.

    Müğənninin toy məclisi Kuş adasında baş tutacaq.

  • Elçin Cəfərov ilk dəfə boşandığını etiraf etdi – VİDEO

    Müğənni Elçin Cəfərov şəxsi həyatı ilə gündəmə gəlib.

    “PrimeTime Elvin Elxanla” yutub kanalına qonaq olna ifaçı ilk dəfə boşandığını etiraf edib.

    Cəfərov rəsmi sənədlə həyat yoldaşı Aydandan ayrıldığını bildirib.

    Xatırladaq ki, bir müddət əvvəl mətbuatda sənətçinin həyat yoldaşı Aydanla 14 fevralda boşanması ilə bağlı xəbərlər yayılmışdı.

    Elçin Cəfərova bu barədə suallar ünvanlansa da, o, cavab vermək istəməmişdi.

    Məlumat üçün bildirək ki, Elçin Cəfərovla Aydanın Can adlı bir övladı var.

  • Coni Rusiyada daha bir mükafat aldı – FOTOlar

    Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) daha bir mükafata layiq görülüb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçıya “Jara Music Awards” mükafatı təqdim olunub. Coninin sözlərinə görə, bu nominasiyada mükafat alacağını gözləməyib:

    “Bu, mənim üçün çox önəmli mükafatdır. Hər kəsə ürəkdən təşəkkür edirəm”.

    Qeyd edək ki, mükafat 2018-ci ildən “Jara” telekanalı tərəfindən verilən Rusiya musiqi mükafatıdır. Qaliblər açıq səsvermə yolu ilə seçilir.

    2018-ci ildən 2023-cü ilə qədər mərasim hər il “Crocus City Hall” ticarət mərkəzində keçirilirdi. 2024-cü ildə məkanda baş verən terror hadisəsi səbəbindən başqa bir yerdə təşkil olunub.


  • Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

    Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb.

    Median.Az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan verilişlərin birində məlumat verib.

    O, əvvəlcə bu barədə danışmaq istəməsə də, daha sonra auditoriyadakıların israrı ilə etiraf etmək məcburiyyətində qalıb:

    “Mənim o qədər işim-gücüm, ailəm, uşaqlarım, konsertlərim olur. Sənətim isə göz qabağındadır”.//oxu.az

  • Elcan Rəsulov xəstəxanaya yerləşdirildi – FOTO

    Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.

    Oxu.az xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

    Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

    “Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətimlə əlaqədardır. Yaxın günlərdə hər şey normala dönəcək”.