Category: Şou Biznes

  • Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO

    Müğənni Talıb Tale nişanlısı ilə ilk dəfə görüntülənib.

    İbrahim Tatlısesin konsertinə Bahar adlı xanımla gələn müğənni kameralardan qaça bilməyib.

    Toyu barədə suallara aydınlıq gətirən Talıb Tale bildirib ki, məclis media üçün qapalı olacaq.

    Qeyd edək ki, onların toyu 25 may tarixində şəhər restoranlarının birində baş tutacaq.

    Xatırladaq ki, 43 yaşlı müğənni bir müddət öncə evlənəcəyi qadının özündən 15 yaş kiçik olduğunu bildirib.

  • Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”

    “Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlər baxımlı və uğurlu olsun. Sərf olunan məbləğ geri qayıtsın. Onda kinematoqrafçıların da film çəkməyə marağı olar. Peşə sahibləri işlə təmin olunarlar”.

    Bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.

    Aktrisa son günlər film sahəsində baş verənlərdən danışıb.

    O bildirib ki, rejissorları xaricə təcrübə yığmağa göndərmək lazımdır:

    “Biz qonşu dövlətlərin, dünya kinosunun nümunələrində hansı proseslərdən keçdiyini öyrənməliyik. Onda həvəslənərik. Kino festivalları çoxaldılmalıdır, biz getməliyik. Təkcə İncənət Universitetində tədrislə bunlar bəs etmir. Kinematoqrafçılarımızı xaricə təhsil almağa göndərməliyik. Türkiyədə rejissorlar xaricdə təhsil alıb, gəlib film sahəsini inkişaf etdiriblər. Biz kino sahəsindəki texnika cəhətdən geri qalmışıq”.

    H.Ömərova aktyorların qazancdan şikayətlənməsi məsələsinə toxunub:

    “Sovet aktrisasıyam, biz dözürük. Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, dörd-beş yerdə işləyirəm. Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən bir yerdə yaxşı maaş alsaydım, niyə başqa yerə qaçım? Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim. Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdilər”.

  • “Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən diskvalifikasiya edildi

    “Avroviziya-2024” mahnı müsabiqəsinin iştirakçısı müğənni Yost Klayn rəsmən diskvalifikasiya edilib.

    Bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

    Müsabiqənin təşkilatçıları Klaynın şounun finalında iştirak etməyəcəyini təsdiqləyiblər.

    “İsveç polisi cümə axşamı gecəsi Klaynın yarımfinalda çıxışından sonra baş vermiş insidentdən sonra çəkiliş qrupunun qadın üzvünün şikayətini araşdırır. Məhkəmə davam etdiyi halda onun müsabiqədə iştirakını davam etdirməsi yersiz olardı”, – deyə EBU-dan bildirilib.

    Təşkilatçıların sözlərinə görə, hadisədə başqa artistlərin iştirakı olmayıb:

    “Tədbirimizdə qeyri-münasib davranışa qarşı sıfır dözümlülük siyasətimiz var, yarışın bütün heyəti üçün təhlükəsiz iş mühiti təmin etməyə sadiqik. Bu baxımdan, Yost Klaynın komanda üzvünə qarşı davranışı yarış qaydalarının pozulması kimi qiymətləndirilir”, – deyə təşkilatçılar əlavə ediblər.

    NOS agentliyinin məlumatına görə, mayın 10-da Klayn İsveç polisi tərəfindən dindirilib və iş prokurorluğa verilib.

  • Məşhur reper Navai Rusiyada məhkəmə icraçıları tərəfindən axtarışa verilib

    Rusiya şou-biznesində Navai təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin solisti Nəvai Bəkirov şirkətinin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

    Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

    Bildirilir ki, azərbaycanəsilli rep ifaçısının “Scar Trading MMC” şirkətinin 2 milyon rubldan (36,9 min manat) çox borcu var.

    Məlumata görə, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Keçən il o, 617 min rubl (təxminən 11 min manat) zərər çəkib.

    Mənbədən bildirilib ki, ifaçının şirkətindən ehtimal ki, dövlət rüsumlarının ödənilməməsinə görə 700 min rubl (12,9 min manat) tutulur. Bundan başqa onun şirkəti cərimələri ödəməyib.

    Qeyd olunur ki, “Scar Trading MMC” tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ fəaliyyətlərlə məşğul olur.

  • İbrahim Tatlıeses Bakıya əlil arabasında gəldi – FOTO

    Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıeses yeni görüntüləri ilə diqqət çəkib.

    Paytaxtın qonağı olan sənətçi yeriyə bilmədiyindən əlil arabasında gətirilib.

    İbrahimin fotolarını aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

    Tatlıses Bakıdakı dəbdəbəli məkanlardan birində səhnə almaq üçün Bakıya təşrif buyurub.



  • “Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən uzaqlaşdırılıb

    “Avroviziya-2024”ün Niderlanddan olan ifaçısı Yost Klayn müsabiqənin münsiflər heyətinin şousunda iştirak edə bilməyəcək. O, müsabiqədən uzaqlaşdırılıb.

    Bu barədə tədbirin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

    Qərara səbəb kimi pərdəarxası baş verən hadisə göstərilir, ancaq təfərrüat açıqlanmır. Sadəcə o məlumdur ki, EBU insidentlə bağlı araşdırmaya başlayıb.

    İsveç mətbuatının məlumatına görə, müğənni ya fotoqrafla, ya da prodüserlə qarşıdurmaya girib.

    Eyni zamanda, hələlik Niderlandın yarışdan diskvalifikasiyasının müzakirə olunmadığı vurğulanıb.

    Xatırladaq ki, İsveçdə “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

    Mənbə: RIA Novosti

  • Röya Heydər Əliyevin doğum gününə həsr olunmuş layihəsini təqdim edib – VİDEO

    Xalq artisti Röya Ayxan “Dünya” adlı yeni musiqi layihəsini təqdim edib.

    Sözləri Şahin İsmayılov, musiqisi Fərid Kərimliyə aid bəstəni rejissor Roman Yaşar ekranlaşdırıb.

    Klip Bakının Fəvvarələr Meydanı, Nizami küçəsi, Dənizkənarı Bulvar ərazisində lentə alınıb. Klipdə Bakı sakinləri, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kiçik siniflərinin xoru iştirak edib.

    Röya Ayxan layihəni Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr etdiyini vurğulayıb:

    “Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq.
    Ümummilli liderimizi belə anmaq istədim. Özəl gündə sevgi dolu layihəmi sizlərə əmanət edirəm”.
    //azxeber.com

  • Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)

    Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toy məclisinə qatılıb.

    Median.Az axşam.az-a istinadla xəbər verir ki, o, məclisdə Əməkdar artist Abbas Bağırovla səhnəyə çıxıb.

    B.Dadaşova deyib: “Ədalət övladını yeni həyata yola salır. Nə xoşbəxtəm ki, ilk dəfə Peterburqdan gələndə onu öz verilişimə ilk mən dəvət etmişəm. Yanılmamışam, indi xalqın sevimlisinə çevrildi”.

    Daha sonra o, illərlə küsülü olduğu A.Bağırovla “Bir dəfə yaşayırıq” mahnısının duet şəklində oxuyub.

    İfaçılar daha sonra rəqs ediblər.

    Dadaşova ilə Bağırov arasındakı qalmaqala səbəb “Aləm gözəl” mahnısı olub.

  • Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

    Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

    Bununla bağlı İctimai TV məlumat yayıb.

    Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək.

    Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq.

    Xatırladaq ki, Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

    O, səhnəni müğənni İlkin Dövlətovla bölüşəcək. İlkin Dövlətov beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnıda yer alan muğam hissəsini oxuyacaq.

  • Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

    Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var.

    Median.Az Rusiya mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları “influencer”ə borcunu ödəməyi bildirib, ertəsi gün isə blogerin pay sahibi olduğu Banda Foods LLC şirkətinin hesablarını bloklayıb.

    Şirkət restoranlar və yeməklərin çatdırılması ilə məşğuldur. Bloklanmasına səbəb vergi bəyannaməsinin təqdim edilməməsidir.

    Xəbər ortaya çıxandan az sonra blogger sosial şəbəkə hesabında abunəçilərinə məlumat verərək əsas borcunu ödədiyini və yaxın vaxtlarda digər cərimələrini də ödəmək niyyətində olduğunu bildirib.
    //azxeber